KÖVRƏKLƏNMƏK

f.
1. Kövrək halına gəlmək, tez ovulmaq, tez dağılmaq, tez sınmaq. Lavaş kövrəklənmişdir. Qar kövrəklənib.
2. məc. Bəzən “ürəyi”, “qəlbi”, “könlü” sözləri ilə – mütəəssir olmaq, riqqətə gəlmək, tez təsirlənmək, doluxsunmaq, ağlamsınmaq.
[Əbülhəsən bəy:] [Qızlar] məni gördükdə yenə də kövrəklənib ağladılar. M.S.Ordubadi.
Rüxsarənin ürəyi hərdənbir uşaq ürəyi kimi kövrəklənirdi. S.Rəhimov.

KÖVRƏKLƏNMƏ
KÖVRƏKLƏŞMƏ

Значение слова в других словарях