KÖYNƏK-TUMAN

is. Köynək və tumandan ibarət alt geyim komplekti; dəyişək. Ağ köynək-tuman. Köynək-tuman almaq.
– … Mən sənə köynək-tuman yumağa gəlmişəm. Mir Cəlal.

KÖYNƏK-ŞALVAR
KÖYNƏKCƏK
OBASTAN VİKİ
Köynək
Köynək — bədənin yuxarı hissəsinə geyinilən qollu və ya yarım qollu, yaxalı paltar. Köynək yaxasının altından qalstukla geyilə bilər. == Tarixi == Köynək XX əsrə qədər yalnız kişilərin alt paltarında geyə biləcəyi geyim idi. Qadın geyimi kişilərlə yaxından əlaqəli olsa da, müasir köynəyə çevrilən kişi geyimi idi. Orta əsrlərdə adi geyimlərin altında geyinilən düz, boyanmamış paltar idi. Orta əsr sənət əsərlərində köynəklər yalnız çobanlar, məhkumlar və tövbə edənlər kimi təvazökar obrazlarda görünür. XVII əsrdə bu gün də geyilən köynəklərinin nümayişinə icazə verildi. XVIII əsrdə kişilər paltar əvəzinə uzun köynək geyinirdilər. XVIII əsr kostyum tarixçisi Cozef Strut yataq üçün köynək geyinməyən kişilərin ədəbsiz olduğuna inanırdı. Hələ 1879-cu ildə üstündə heç bir şey olmayan köynək qeyri- etik sayılırdı.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Atəşdən köynək
Atəşdən köynək (türk. Ateşten Gömlek) — Türkiyə yazıçısı Xalidə Ədib Adıvarın romanı, Türkiyədə baş verən müstəqillik uğrunda mübarizə illərinə həsr olunan ilk roman. == Yazılış tarixçəsi == Yazıçı romanın ön sözündə əsərin adını ideya olaraq, Yaqub Qədri Qaraosmanoğludan götürdüyünü etiraf edərək özündən asılı olmayaraq, hər dəfə Anadoluya baxdıqda ruhunda-canında məhz “atəşdən köynək” hiss etdiyini vurğulayır: “Mənim “Atəşdən köynəyi”mi zaman söndürüb bir kənara atmasa, türk romanları arasında iki “Atəşdən köynək” olacaq. Bəlkə də, əlli il sonra kitabxana rəflərində yan-yana qoyulan bu iki kitab Hans Andersonun nağılları kimi dilə gəlib bir-birlərinə keçmiş günlərdən danışacaqlar”. Xalidə Ədib Yaqub Qədriyə yazdığı məktubda da bu məsələyə toxunaraq, bu metoforik ifadəyə görə ona həm minnətdarlığını bildirmiş, həm də əfv diləmişdir. == Məzmunu == == Filmoqrafiya == == Qaleriya == Xalidə Ədib Adıvar Xalidə Ədib Adıvar və həyat yoldaşı Adnan Adıvarın məzarı "Atəşdən köynək" filminin afişası, 1932.
Çit tuman
Çit tuman — Azərbaycanın milli rəqsi. Çit tuman qrup halında ifa olunan mahnı və rəqsdir. Onu qadınlardan, çox vaxt cavan qadınlardan ibarət olan bir qrup oynajır. Rəqsin qəti müəyyənləşdirilmiş quruluş və ya şəkili olmayıb, hərə öz bacarığına görə oynamağa çalışıb, lakin hərəkətlərin xarakteri hamıda təqribən eyni olub. Rəqs XX əsrin ikinci yarısında Naxçıvanda yaranıb və yaxın vaxtlara qədər burada ifa edilib. İndi bu rəqs barəsində yalnız arabir eşitmək olur.
Tuman (dəqiqləşdirmə)
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.

Значение слова в других словарях