KƏFƏNSİZ

sif. Kəfəni olmayan, kəfənlənməmiş. Kəfənsiz meyit.
// Zərf mənasında. Meyiti kəfənsiz (z.) basdırmaq.
– Meynələrində qora; İlişdim, düşdüm tora; Səni mənnən eləyən; Kəfənsiz getsin gora. (Bayatı).
Qoxudu dağ-dərə barıtdan, qandan; Kəfənsiz cəsədlə doldu biyaban. Şəhriyar.

KƏFƏNLİK
KƏFFARƏ

Значение слова в других словарях