LÖVH

i məhfuz – hifz olunan lövhə. Tanrı dərgahında olan bu böyük lövhənin üzərinə olmuş və olacaq hər şey yazılmışdır. Bəzi təfsirçilərə görə, Qurani Kərim də Peyğəmbər əleyhissəlama nazil olmamışdan qabaq bu lövhədə yazılmış idi. Cəbrayıl mələyi də nazil olunan ayələri buradan peyğəmbərə gətirmişdir.
LOQOS
MAARİFÇİLİK
OBASTAN VİKİ
Abşeron lövhələri (film, 1990)
Abşeron lövhələri filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Abşeron torpağının ekoloji bəlaları haqqında istehsal edilmiş növbəti həyəcanlı kinolentlərdən biridir. Sənədli kadrlar haray çəkib torpağın müsibətlərini car eləyir. Abşeronun təzadlı mənzərələri-təbii gözəllik və toprağın ekoloji müsibəti qarşı-qarşıya qoyulur; bir vaxtlar bağlı-bəhərli Abşeronu neft gölməçələrinə çevirənləri ittiham edir. == Məzmun == Abşeron torpağı həm öz nemətlərilə-inciri, üzümü, zeytunu, badamı ilə, həm də zəngin neft yataqları ilə dünyada məşhurdur. Film Abşeron torpağının ekoloji bəlaları haqqında istehsal edilmiş növbəti həyəcanlı kinolentlərdən biridir. Sənədli kadrlar haray çəkib torpağın müsibətlərini car eləyir. Abşeronun təzadlı mənzərələri-təbii gözəllik və toprağın ekoloji müsibəti qarşı-qarşıya qoyulur; bir vaxtlar bağlı-bəhərli Abşeronu neft gölməçələrinə çevirənləri ittiham edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Teymur Bəkirzadə Rejissor: Teymur Bəkirzadə Operator: Azər Salayev Bəstəkar: Aqşin Əlizadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Abşeron lövhələri (film, 2004)
Abşeron lövhələri qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 2004-cü ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Tarixi-etnoqrafik film Abşeron yarımadası haqqındadır. Qədim tarixə malik olan bu torpaq öz abidələri, qayaüstü təsvirləri, iqlimi, adət və ənənələrinə görə Azərbaycanın digər ərazilərindən fərqlənir. Bu filmə "Abşerona ekskursiya" adını da vermək olar. == Məzmun == Tarixi-etnoqrafik film Abşeron yarımadası haqqındadır. Qədim tarixə malik olan bu torpaq öz abidələri, qayaüstü təsvirləri, iqlimi, adət və ənənələrinə görə Azərbaycanın digər ərazilərindən fərqlənir. Bu filmə "Abşerona ekskursiya" adını da vermək olar.
Ana lövhə
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ağıllı lövhə
Ağıllı lövhə — informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
Ebla lövhələri
Ebla lövhələri — Suriyanın sərhədləri daxilində yerləşən qədim Ebla şəhərindəki 1800 ədəd tam gil lövhə, 4700 hissə və minlərlə xırda parçadan ibarət olan bir saray arxivi kolleksiyasıdır. Lövhələr italyan arxeoloq Paolo Matthiae və qrupu tərəfindən 1974–75-ci illərdə qədim Tell Mardikh şəhərində aparılan qazıntılar zamanı aşkar edilmişdir. Hamısı e.ə. 2500 ilə şəhərin dağıldığı 2250-ci illər arasındadır. Bu günlərdə lövhələr Suriyanın Hələb, Şam və İdlib muzeylərində saxlanılır. E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək baxımından çox əhəmiyyətli məlumatlar daşıyır. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə İlahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir. Ebla lövhələrinin min illər sonra tapılması Quranda bildirilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. Ebla e.ə.
Fatimə lövhəsi hədisi
Fatimə lövhəsi hədisini ilk-əl, mötəbər mənbələr və şiə kitablarına görə Allah cəbrayıla o, isə islam peyğəmbərinə verib o, da qızı Fatiməyə hədiyə etmişdir. lövlə adı verilməsi onun bir lövhə üstündə yazılmasından qaynaqlanır.onun məzmunuda imamların sayı və adlarından ibarətdir. Fatimə onu Şeyx Cabir Ənsariyə göstərib, oda onun üzündən kopyalamışdır.üç hədis əsasında imam Baqir və imam Sadiq tərəfindən doğrulanmışdır.
Genişləndirmə lövhəsi
Genişləndirmə lövhəsi – üzərində mikrosxemlər və bir-biri ilə keçirici cığırlarla birləşdirilmiş digər elektron komponentlər yerləşən və əlavə funksiyalar və ya resurslar təmin etmək üçün kompüterin şininə (verilənlərin ötürülməsinin əsas yoluna) qoşulan montaj lövhəsi. Tipik genişləndirmə lövhələrində əlavə yaddaş, disklərin kontrolleri, videoadapterlər, paralel və ardıcıl portlar, daxili modemlər gerçəkləşdirilir. Genişləndirmə lövhələrinə çox zaman, sadəcə, lövhə (BOARD) və ya kart (CARD) deyilir. Bax: EXPANSION SLOT. Daşınabilir kompüterlər (dizüstü, ovuciçi və s.) üçün genişləndirmə lövhələri, adətən, kompüterin yanlarında və ya arxasında olan yuvalara taxılan PC Card tipli lövhələr şəklində (kredit kartı ölçüsündə olur) buraxılır.
Karvan (simfonik lövhə)
Karvan — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. 1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.
Lövhəayaqlılar
Ayaqqəlsəməlilər (lat. Branchiopoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. 1500-ə yaxın növü qeydə alınıb. == Ümumi məlumat == Seqmentlərinin sayı dəyişkən olan ən ibtidai xərçəngkimilərdir. Başı döş seqmentlərinə bitişmir, faset və nauplial gözləri olur. Döş ayaqcıqları yarpaqşəkilli, zəif xitinləşmişdir, tənəffüs, hərəkət və qidanı ağıza yönəltməyə xidmət edir. Aydın şəkildə buğumlara bölünməmiş ayaqlar qəlsəmə çıxıntıları ilə təhciz olunmuşdur. Qarıncığın qurtaracağında yaxşı inkişaf etmiş çəngəl vardır. Qısqacsız mandibullar rudimentar vəziyyətdə nəzərə çarpır. Əksər növlərinin bədəni ikitaylı çanaqla və ya bel qalxanı ilə təchiz olunmuşdur.
Lövhəbığlar
Lövhəbığlar (lat. Scarabaeidae) — Sərtqanadlılar dəstəsinə (lat. Coleoptera) aid olub, özündə 27800 növü birləşdirən fəsilə. Demək olar ki, hər il fəsilənin əlamətlərini daşıyan 200-ə yaxın yeni növ təsvir olunur. Azərbaycanda lövhəbığlar fəsiləsinə aid növlərin sayı 132-dir. == Xarici quruluşu == Fəsiləyə daxil olan növlər lövhəvari bığcıqları və irəli çıxmayan üst çənələri ilə seçilir. Qara, metal, yaşıl, qonur-qırmızı, parlaq və digər rənglərdə olurlar. Növlərin bədənlərinin uzunluğu 5–38 mm-dir. 2 əsas sistematik və ekoloji qrupa bölünür: xırıldaqlar — lat. Melolonhinae və peyin böcəkləri — lat.
Lövhəcikkimilər
Trichoplax adhaerens (lat. Trichoplax adhaerens) — heyvanlar aləminin trichoplacidae fəsiləsinin trichoplax cinsinə aid heyvan növü. Bu tipə yalnız çoxhüceyrəli heyvanlar içərisində ən pirimitivi olan Trichoplax adhaerens növü aiddir.
Lövhəcikkimilər tipi
== Ümumi xarakteristika == Bu tipin yeganə nümayəndəsi Trichoplax adhaerens növüdür. Bu kiçik rəngsiz orqanizm olub tropik və subtropik qurşağın sakit dəniz sularının dayaz yerlərində yayılmış növdür. Onların rasionunu yosunlar (Chlorella), kriptomonadlar (Cryptophyta), göy-yaşıl bakteriyalar (Cyanobacteria: Phormidium inundatum) və digər mikroskobik qida qalıqları (detritlər) təşkil edir. Trixoplastın bədən ölçüləri 2 – 3 mm, qalınlığı 25 mkm olub 3 hüceyrə qatından 4 – 6 tip hüceyrətədən ibarətdir. Trixoplastın hərəkət üsulu amöbü xatırladır: o, substrat üzərində tədrici sürüşərək hərəkət edir, daim özkonturlarını dəyişir. Bədənin aydın görünən ön və arxa hissələri olmadığından o, dönmədən hərəkət istiqamətini dəyişə bilir. == Həzm prosesi == Həzm prosesi hüceyrə kənarında, trixoplastın bədəninin kənarında, substratla onun ventral səthi arasında gedir. Qidalanma zamanı trixoplast əyilir, bədənin mərkəzi hissəsi substrat üzərinə qalxır. Yaranmış qapalı cibdə qidanın həzmi baş verir. Qida məhsulları kirpik hüceyrələri tərəfindən udulur.
Lövhəqəlsəməlilər
Lövhəqəlsəməlilər - ilkağızlılar yarımbölməsinə aid heyvan tipi. == Haqqında == Lövhəqəlsəməli molyusklar dənizlərdə və şirin sularda yaşayırlar, az hərəkətli həyat tərzi keçirirlər. Bunlar arasında oturaq həyat tərzi keçirənlərdə az deyildir. Onların xarakterik xüsusiyyəti başın reduksiya etməsidir. Lövhəqəlsəməlilərə bilateral simmetriyalı, ikitaylı çanağa, tilşəkilli ayağa malik olan molyusklar aiddir. Lövhəqəlsəməlilərin şirin sularda geniş yayılan nümayəndələrindən Anodonta cinsinə aid olan ilbizləri göstərmək olar. Bunlar dişciksizlər, yaxud kilidsiz ikitayqapaqlılar adlanır və zəif axan, eləcə də durğun şirinsu hövzələrində rast gəlinirlər. Onlar su hövzəsinin dibi ilə ləng hərəkət edirlər, ön tərəfləri ilə lilə və quma girirlər. Laboratoriya məşğələsi aparmaq üçün ən yaxşı obyekt hesab olunurlar. == Ədəbiyyatı == Onurğasızlar zoologiyasından praktikum .
Mum lövhələr
Eramızdan əvvəl 7-ci əsrdə Qədim Romada yazı yazmaq üçün mum lövhələrdən istifadə edilirdi. İçəri tərəfi mumla örtülən bu lövhələr taxtadan və ya fil sümüyündən hazırlanırdı və mumun üzərində stilos adlanan metal çubuqla hərflər cızılırdı. Mum lövhələrdən 1500 ildən artıq zaman müddətində istifadə edilmişdir. Eramızdan əvvəl 2-ci əsrdə '''perqament''' papirusu tədricən sıxışdırıb çıxarmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmış qoyun, dana və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi. E.ə. 7-ci əsrdə informasiyanın saxlanması üçün gil lövhələrdən istifadə edilirdi.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Məşədi Nəsir Lövhi
Sadıqov Məşədi Nəsir Hacı Sadıq oğlu (Məşədi Nəsir Lövhi) — Azərbaycan şairi. Məşədi Nəsir Lövhi Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Məclisi-üns üzvlərindən olmuşdur. Qardaşı Məşədi Əyyub Baki də şair idi. Məşədi Nəsir Lövhi 1901-cü ildə vəfat edib.
Rascal (bir-lövhəli kompüter)
Rascal - Bir-lövhəli kompüterdir. Brandon Stafford tərəfindən yaradılmış və satışını ABŞ-nin Massaçusets ştaının Somervill şəhərində yerləşən "Rascal Micro" şirkəti həyata keçirir. Rascal Linux ƏS əsasında işləyir. Lövhə Arduino şildlərini tamamilə dəstəkləyəcəyi formada dizayn olunub. The Rascal runs Linux. Its board design is compatible with Arduino shields. Lövhə, üzərində veb-server proqram təminatlı və Python-da proqramlaşdırma üçün nəzərdə tutulmuşdur.
Snowball (bir-lövhəli kompüter)
Snowball - Nano-ITX ölçülərində olan NovaThor A9500 ÇüS üzərində qurulmuş bir-lövhəli kompüterdir . 2012-ci ilin əvvəllərində Linux əsaslı mobil əməliyyat sistemi olan Tizen bu sistemi dəstəkləməyə başlamışdır.
Sxem lövhəsi
Sxem lövhəsi (circuit board) – üzərində dövrə (sxem) əmələ gətirən elektrik komponentlərinin montaj edildiyi və bir-biri ilə əlaqələndirildiyi, izolyasiya materialından (məsələn, epoksid və ya fenol tərkibli qətrandan) hazırlanmış lövhə. Müasir sxem lövhələrində komponentləri birləşdirmək üçün mis folqadan istifadə edilir. O, lövhənin bir və ya hər iki üzündə, ən yeni modellərdə isə bir neçə qatda yerləşdirilə bilər. Çap lövhələrində (printed circuit board) mis folqalardan ibarət birləşmələr qabaqcadan çap prosesində fotolitoqrafiya üsulu ilə vurulur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tək-lövhəli kompüter
Tək-lövhəli kompüter(single-board computer,“одноплатная” вычислительная машина,)-yalnız bir lövhədən ibarət olan və, adətən, əlavə lövhələrin quraşdırılması üçün imkanı olmayan kompüter. Sənayedə birbaşa avadanlığa bərkidilmiş tək-lövhəli kompüterlərdən tez-tez istifadə olunur.Masaüstü personal kompüterindən fərqli olaraq, tək board lövhəli kompüterlər tez-tez periferik funksiyaları və genişləndirilməsi üçün genişləndirilməsi yuvalarına etibar etmirlər. Tək lövhəli kompüterlər geniş diapazonlu mikroprosessorlar istifadə edərək tikilmişdir. Kompüter hobbiçiləri tərəfindən hazırlanmış sadə dizaynlar tez-tez statik RAM və aşağı qiymətli 8 və ya 16 bit prosessorları istifadə edir.Kompüter-on-modul sistemin genişləndirilməsi üçün daşıyıcı qurğunun, ştampın və ya arxa plana yerləşdirilən bir-tək lövhəli kompüterin növüdür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.
Yazı lövhəsi
1. Yazı lövhəsi (clipboard) – Microsoft Windows, Apple Macintosh və OS/2 əməliyyat sistemlərində nəzərdə tutulmuş xüsusi yaddaş resursu. "Yazı lövhəsi"ndə, ora sonuncu köçürülmüş informasiya hissəsinin nüsxəsi saxlanılır. Verilənlərin "yazı lövhəsi"ndən cari proqrama ötürülməsi yapışdırma (PASTE) əməliyyatı vasitəsilə aparılır. "Yazı lövhəsi"nin köməyilə informasiyanı bir proqramdan başqasına da ötürmək olar. "Yazı lövhəsi" vasitəsilə köçürülmüş verilənlər statik olur və sonrakı dəyişiklikləri özündə əks etdirmir. Tut: SCRAP; Bax: CUT AND PASTE, DYNAMIC DATA EXCHANGE. 2. Planşet-bloknot – əsas giriş qurğusu işıq-qələm olan kompüter. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. EN Перевод на английский How does the Clipboard work with SwiftKey Keyboard for Android?
Şahdağ tektonik lövhəsi
Şahdağ tektonik lövhəsi Cənub-Şərqi Qafqazın şimal yamacında yerləşir və Şahdağ-Beşbarmaq tektonik örtük dəstəminin qərb fraqmentinə cavab verən və orqanogen-rif, kristal dənəvər, oolit və brekçiyaformalı-qırıntılı malm-neokom əhəngdaşılarından təşkil olunmuş nəhəng klipdir. Təbaşir dövrünün ortalarına qədər əhəngdaşıları Böyük Qafqaz kənar dənizinin şelfi və qitə yamacının sərhədində Siyəzən dərinlik yarığının nəzarət etdiyi sədd rifinin tərkib hissəsi olmuşlar. Tektogenezisin avstriya fazasında əhəngdaşıları yan sıxılmanın təsiri nəticəsində öz bünövrəsindən qopardılmış və qitə yamacın sinxron “vəhşi” flişi üzərinə köçürülmüşdür. Tektonik lövhə ümumqafqaz istiqamətində uzanmış sinklinalşəkilli formaya malik olub sahəsi 150 kv.km, qalınlığı isə 1,5 km-ə çatır. Kənarları sərt eskarplarla haşiyələnmiş lövhənin dabanının bəzi yerlərində tektonik brekçiya (çöküntü melanjı) üzə çıxır ki, bu da onun şaquli tektonik yerdəyişmələrinə dəlalət edir.
Aleksey Leonovun xatirə lövhəsi (Moskva)
Moskvada pilot-kosmonavt Aleksey Leonovun xatirə lövhəsi — 12 aprel 2021-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində SSRİ pilot-kosmonavtı Aleksey Leonovun xatirəsini əbədiləşdirmək üçün qoyulmuş xatirə lövhəsi. Layihənin müəllifləri heykəltəraş Yaroslav Borodin və memar Yuliya Yefremovadır. Xatirə lövhəsinin quraşdırılması təşəbbüsü "Alfa Bank"ın rəhbərliyinə məxsus idi. Xatirə lövhəsinin quraşdırılması insanın kosmosa ilk uçuşunun altmış illiyini qeyd etmək üçün nəzərdə tutulmuşdu.
Xatirə lövhəsi
Xatirə lövhəsi — məşhur şəxsiyyətin, təşkilatın və ya hadisənin xatirəsini əbədiləşdirmək üçün adətən binanın divarına qoyulan, daş, mərmər, qranit, tunc və ya çuqundan hazırlanan lövhə. Bir çox müasir xatirə lövhələri onun quraşdırıldığı yeri ziyarətə layiq yer kimi xatırlanan şəxs, hadisə və ya əşya ilə əlaqələndirmək üçün istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == Мемориальные доски Москвы : справочное издание (PDF). М.: Департамент культурного наследия города Москвы. 2018. 335.
Pitsa lövhələri
Pitsa lövhələri — 1935-ci ildə Yunanıstandakı qədim Sikion şəhəri yaxınlığında Pitsada tapılmış dörd taxta lövhədən ibarət dəst. Müəyyən bir nəzir obyektinin salamat qalmış bu fraqmentləri qədim Yunanıstanın arxaik incəsənət dövrünə aiddir və qədim dəzgah rəssamlığının sağ qalmış ən qədim nümunəsi hesab olunur. E.ə. VI əsrə aiddir. Onlar Afina Milli Arxeologiya Muzeyinin eksponatıdır. Bütün lövhələrdən yalnız birində rəsm demək olar ki, tamamilə salamat qalmışdır. Sağ küncdəki ikinci planşetdə profildə dörd qadının təsviri var. Digər iki lövhə paltarın ətəyini təsvir edən fraqmentlərdir.

Значение слова в других словарях