LƏKƏLƏNMƏK

f.
1. Ləkələndirici bir şeydən üzərinə ləkə düşmək, ləkə tutmaq, ləkə-ləkə olmaq; batmaq, ləkələrlə örtülmək. Örpəyi ləkələnmək. Paltosu ləkələnmək.
– Eyvanın məhəccərini toz basmış, əlüzyuyanın güzgüsü ləkələnmişdi. Ə.Vəliyev.

2. məc. Bədnam olmaq, rüsvay olmaq, biabır olmaq.
[İncə:] Hər bir halda qızın adı ləkələnsə, ölüm ondan yaxşıdır. C.Cabbarlı.
Midhəd namusunun ləkələndiyini, şərəfinin çeynəndiyini nəzərinə gətirdi. Ə.Vəliyev.

LƏKƏLƏNMƏ
LƏKƏLƏNMİŞ

Значение слова в других словарях