LƏQƏB
LƏL-CAVAHİR
OBASTAN VİKİ
Dövlət Ləl-Cəvahirat Fondu
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu — Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılmışdır. Azərbaycan Prezidentinin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 sentyabr tarixli 159 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Ləl-Cavahirat Fondu haqqıda Əsasnamədə" də Fondun respublika büdcəsi hesabına fəaliyyət göstərməsi, respublika Prezidentinə tabe olması və hesabat verməsi, habelə öz vəsaitinin qorunmasının təmin edilməsi, qiymətli metalların, daş-qaşların və tərkibində bunlar olan məhsulların hasilatına, istehsalına və istifadə olunmasına, uçotuna və saxlanılmasına nəzarət etmə, qiymətli daşların çeşidlənməsi, qiymətləndirilməsi, emal edilməsi, daş-qaşı və qiymətli metalların ekspertizadan keçirilməsi, qiymət qoyulması, o cümlədən əyyarlama və damğalama kimi vəzifələrin həyata keçirilməsi barədə müddəalarla yanaşı Fondun təsərrüfat müqavilələri əsasında xidmətlər göstərməsi kimi müddəa da nəzərdə tutulmuşdur. Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu — Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılmışdır. Azərbaycan Prezidentinin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 sentyabr tarixli 159 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Ləl-Cavahirat Fondu haqqıda Əsasnamədə" də Fondun respublika büdcəsi hesabına fəaliyyət göstərməsi, respublika Prezidentinə tabe olması və hesabat verməsi, habelə öz vəsaitinin qorunmasının təmin edilməsi, qiymətli metalların, daş-qaşların və tərkibində bunlar olan məhsulların hasilatına, istehsalına və istifadə olunmasına, uçotuna və saxlanılmasına nəzarət etmə, qiymətli daşların çeşidlənməsi, qiymətləndirilməsi, emal edilməsi, daş-qaşı və qiymətli metalların ekspertizadan keçirilməsi, qiymət qoyulması, o cümlədən əyyarlama və damğalama kimi vəzifələrin həyata keçirilməsi barədə müddəalarla yanaşı Fondun təsərrüfat müqavilələri əsasında xidmətlər göstərməsi kimi müddəa da nəzərdə tutulmuşdur. Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.
Dəniz lələkləri
Dəniz lələkləri (lat. Pennatulacea) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi.
Hüseyn xan Lələ
Hüseyn xan Lələ (?-1918) — İran Mücəzat Komitəsinin üzvü. == Həyatı == Hüseyn Lələ suçu şagirdi kimi Ağabala xan Sərdari-Əfxəmin sarayına işə düzəlmişdi. Məşrutətələblərə qoşulub Gilandan Təbrizə qədər fəaliyyət göstərmişdi. 1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə xainlərindən intiqam almaq üçün "Cəza komitəsi" təşkil olundu. Onun müavini Əsədulla xan Əbülfətzadə idi. Dəstəyə ilk qoşulanlar arasında Kərim Dəvatgər, Rəşidəssultan Xalxali, Seyid Murtuza, Əbdülhüseyn Saatsaz vardı. Sonralar bu komitəyə Məmmədnəzər xan Mişkətülməmalik, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, xəttat İmadülküttab və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daxil oldular. Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə başladılar. Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı. Hacı Zaman xan Kürdüstani komitənin bütün sirlərini açdı, onun hiyləsilə komitə uzvləri Kürdustana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.
Ləlgənc (Meşkinşəhr)
Ləlgənc (fars. لعل گنج‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (35 ailə).
Ləlvar
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. == Toponim == Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Ləlvar dağı
Ləlvar — Ağzıböyük silsiləsində dağ. Hazırkı Ermənistan respublikasının Loru vilayətində yerləşir.
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Lələ Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Lələ Mustafa Paşanın Qafqaza yürüşü
Lələ Mustafa Paşanın Qafqaza yürüşü — Osmanlı imperiyasının vəziri Lələ Qara Mustafa Paşa rəhbərliyində 1578-ci ildə başladılan hərbi yürüş. Bu, 1578–1590-cı illərdəki Səfəvi-Osmanlı müharibəsinin ilkin mərhələsi idi. == Səfər == 1578-ci ildəki Qafqaz səfərinin əsas hədəfi o dövrdə əksəriyyəti Səfəvilər dövlətinin hakimiyyəti altında və ondan asılı olan Cənubi Qafqazı Osmanlı suverenliyi altına almaq idi. 7 avqust 1578-ci ildə Osmanlı qoşunları indiki Gürcüstana, Mesxeti-Samstxe atabəyliyinin ərazilərinə soxuldular. Gürcülər torpaqlarını müdafiə etməyə çalışsalar da, daxili münaqişələr qoşunların Osmanlı hücumuna qarşı çətin vəziyyətdə qoymuşdu. 9 avqust 1578-ci ildə Osmanlı ordusu Səfəvi və gürcü qoşunlarını Çıldır döyüşündə məğlub etmişdir. 10 avqust 1578-ci ildə atabət II Manuçarın qardaşı da daxil olmaqla bəzi Samstxe zadəganları Osmanlı vassalı olmaq təklifini qəbul etmiş, atabəyliyin işğalında Osmanlılara kömək etmişdir. Osmanlılar Səfəvilərı qarşı olan hücumlarına davam edirdilər və 24 avqustda Səfəvilər dövlətindən asılı olan Kartli çarlığının paytaxtı olan Tiflis şəhərini aldılar. Kaxeti çarı II Aleksandr 1 sentyabr 1578-ci ildə Osmanlılar sülh müqaviləsi imzalamış, onlara illik xərac verməyə razı olmuşdur. Bundan sonra Lələ Qara Mustafa Paşa Şirvan və Dərbəndə yürüş edir.
Lələ Qara Mustafa Paşa
Lələ Qara Mustafa Paşa (d. 1500 — ö. 7 avqust 1580) — III Murad səltənətində 28 aprel 1580 – 7 avqust 1580 tarixlərində, ümumilikdə 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. İlk böyük hərbi uğurunu Kipr adasının fəthində göstərdiyi üçün "Kipr fatehi" olaraq tarixdə qeyd olunur. "Lələ" olaraq anılmasında əsas səbəb isə şahzadəlik dönəmində II Səlimə lələlik etməsi idi. Şahzadə Bəyazid və Şahzadə Səlim arasındakı mübarizəni qızışdırması və Şahzadə Bəyazidi edama aparan yolu hazırlaması səbəbilə "Qara" ləqəbi almışdır. == İlk illəri == Bosniya əsilli olub, Sokullu Mehmed Paşa ilə eyni kənddə dünyaya gəlmişdir. Böyük qardaşı Dəli Hüsrəv Paşanın dəstəyilə I Səlim dönəmində saraya girdi. Sultan bərbəri olaraq sarayda işlədi və I Süleymanın gözünə girdi. Daha sonra çeşnigar və mirahor vəzifələrinə gətirildi.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Lələağacı
Lələağacı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Rəvayətlər == Deyilənə görə Lələ adlı şəxs yüksəklikdən əl ağacını atarmış, hara düşsə, oranı özünə qonalqa seçərmiş. Bir dəfə sazlı-söhbətli Şirvan ellərini gəzəndə atdığı ağac bu bölgəyə düşüb. Bir müddət sonra ora bir el dayağı olub və Lələağacı adlanıb.
Lələdulan
Lələdulan — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 226 nəfərdir. == Toponimiyası == Tədqiqatçıların bir qismi oykonimi lələ (tərbiyəçi, dayə; yaşlı kişilərə hörmət mənasında müraciət forması) və dulan/dolan (monqol tayfalarından birinin adı) komponentlərinin birləşməsi hesab edərək, yaşayış məntəqəsinin Elxanilər dövründə (XIII-XIV əsrlər) Talış zonasına köçürülmüş monqol tayfalarının məskunlaşması nəticəsində yarandığını söyləyirlər. Bəzi tədqiqatçılar isə oykonimi Ləhdilon sözünün təhrif forması hesab edir və onu Lələ (ş.a.), di (kənd) və ion (yer) sözlərinin birləşməsi olaraq “Lələyə məxsus kənd yeri” kimi izah edirlər. Qeyd edək ki, lalə sözü talış dilində “ata” mənasında da işlənir.
Lələhiran
Lələhiran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 115 nəfərdir. == Toponimiyası == Lələhiran oykonimi “Lələnin zəmiləri” kimi izah olunur.
Lələk (bitki)
Lələk (lat. Gleditsia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Lələkli (Qoşaçay)
Lələkli (fars. للكلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,397 nəfər yaşayır (318 ailə).
Lələkli fitçalan ördək
Lələkli fitçalan ördək (lat. Dendrocygna eytoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Lələkli stafula
Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides) == Təbii yayılması == Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.
Lələkquyruq uçansincab
Lələkquyruq uçansincab (lat. Acrobatidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. == Botaniki təsviri == Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır.
Lələkvariyarpaq pilokarpus
Lələkvariyarpaq pilokarpus (lat. Pilocarpus pennatifolius) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin pilokarpus cinsinə aid bitki növü. Vətəni Paraqvaydır. Paraqvay, Braziliyanın cənubunda və Argentinanın şimal-şərqində bitir. == Ədəbiyyat == F. G. Kohl: Die Officinellen Pflanzen der Pharmacopoea Germanica. Barth, 1895, S. 92 f, Taf. 59, online auf biodiversitylibrary.org. K. Kubitzki: The Families and Genera of Vascular Plants. Vol. X: Flowering Plants Eudicots.
Lələkyeyənlər
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Lələkşəkilli itiüzümü
Lələkşəkilli itüzümü (lat. Lycium cestroides) == Təbii yayılması == Vətəni Cənubi Amеrikadır. Subtrоpik zоnalar daxil оlmaqla dünyanın hər yеrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1–2 m, bəzən 5 m olan, çоxillik, yarpağını tökən tikanlı kоldur. Yarpaqların uzunluğu 10–90 mm, eni 4,5-4,7 mm-dir. Kasacığın uzunluğu 1-2,5 mm, boruvari, bəzən zəngvari, borucuğun uzunluğu 2-3,5 mm-dir. Çiçəklər tək-tək yеrləşir, bəzən diamеtri 6–25 mm оlan çiçək qrupuna yığılır. Çiçək tacı qırmızı, ağ və ya yaşılımtıl-ağ оlub, əsasından birləşmiş 5 ləçəkdən ibarətdir. Meyvəsi şarşəkilli, qırmızı, narıncı, tünd bənövşəyi, uzunluğu 5–9 mm, eni 4–8 mm olan çоx tоxumlu giləmеyvədir. Tоxum və pöhrələrlə çоxaldılır.
Lələkənd
Lələkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Ehtimal ki, XVIIəsrin əvvəllərinə aid mənbədə İrəvan xanı Lələbəkə məxsus kənd olmuşdur. == Toponimi == Toponim "böyük tərbiyəçi" mənasında işlənən lələ sözünə qədim türk dilində "yaşayış mənəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəbdir. Türk dillərində lələ- "həddi-buluğa çatmamış şahzadələrin tərbiyəçisi" və kənd sözlərindən ibarətdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vazaşen qoyulmuşdur.

Значение слова в других словарях