Limonlu piroq
== Ərzaqlar ==
3 ədəd limon
200 q kərə yağı
1/4 stəkan mixəyi şəkər tozu
1 stəkan yarıım un
2 çay qaşığı qabartma tozu
1 stəkan şəkər tozu
3 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı
2 ədəd yumurta - ağını sarısından ayırın
çay qaşığının dörddə biri qədər vanil ekstraktı, duz
yarım stəkan süd
== Hazırlanma qaydası ==
Əvvəl limonları nazik halqalara döğrayın (nə qədər nazik olsalar, o qədər yaxşıdır) Toxumlarını çıxardın. Sobanı 180 dərəcəyədək qızdırın.
Sonra dibi yapışmayan və soba istisinə dayanıqlı tavada 70 qram kərə yağını mixəyi şəkərlə bərabər orta odda əridin. Limon halqalarını əlavə edib, odu bir az artırıb, tavadakı ərzaqları qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tavanı kənara çəkin. Tavadakı limonları səliqəli şəkildə düzün.
Un, qabartma tozu və duzu bir kasada qarışdırın.Qalan 100 qram yağı mikserlə rəngi açılanadək çalın. Şəkər tozu, limon qabığı, yumurta sarısı və vanil ekstraktını əlavə edərək ərzaqları qarışanadək mikserlə çalın. Mikserin sürətini azaldaraq unlu qarışıq və südü az-az əlavə edərək kütləni hər əlavədə ərzaqlar qarışanadək çalın.
Yumurta ağlarını ayrı qabda çalın.