MÖVQE

is. [ ər. ]
1. Yer, məhəl.
// Bir şeyin baş verdiyi, olduğu yer.
2. Hər hansı bir adamın cəmiyyətdə, ictimai həyatda yeri, rolu, vəziyyəti. İctimai mövqe.
– Vaqifin də sol yanda əyləşdirilməsi, onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi. Çəmənzəminli.

□ Mövqe tutmaq – yer tutmaq, əhəmiyyəti olmaq, nüfuz qazanmaq.
// Vəzifə, rütbə, dərəcə.
[Zeynal] arxadaşlarına nisbətən daha yüksək bir mövqedə olduğunu göstərmək üçün deyirdi. S.Hüseyn.
Arada nə vəzifə, nə də mövqe fərqi görünürdü. B.Bayramov.

3. Hərbi əməliyyat sahəsi, döyüş meydanı; cəbhə.
O gündən bir saat da olsun Nəriman mövqeyindən yayınmamışdı. Mir Cəlal.

□ Mövqe tutmaq – döyüş üçün müəyyən yerdə hazır durmaq.
[İdrisin] batalyonu azad etməyə can atdığı bir şəhərin qarşısındakı atəş xəttində mövqe tutmuşdu. Ə.Məmmədxanlı.
İsmayıl kişi qocaman bir qoz ağacının altında, qaya dalında mövqe tutmuşdu. P.Makulu.

4. Vəziyyət, hal.
[Səlma:] Aman, nə müşkül mövqedə qaldım, ah! H.Cavid.
[Molla Xəlil] çıxılmaz bir mövqedə bulunurdu. S.Hüseyn.

Синонимы

  • MÖVQE 1. MÖVQE, ROL, VƏZİYYƏT 2. mövqe bax cəbhə 3. mövqe bax vəzifə 2
MÖVHUMATPƏRƏST
MÖVQİF
OBASTAN VİKİ
Coğrafi mövqe
Yer səthində hər hansı bir məntəqənin və ya ərazinin bu məntəqədən və ərazidən kənarda yerləşən ərazi və ya obyektə nisbətən tutduğu mövqedir. Coğrafi mövqe hər şeydən əvvəl məntəqənin və ərazinin coğrafi enliyi və uzunluğu ilə müəyyən edilir ki, buna riyazi coğrafi mövqe deyilir. Coğrafi mövqe fiziki-coğrafi obyektlərə (materiklərə, dağlara, okeanlara, dənizlərə, çaylara, göllərə və s.yə) görə tutduğu mövqeyinə nisbətən götürülür. İqtisadi və siyasi coğrafiyada Coğrafi mövqe dedikdə ölkənin, rayonun, yaşayış məntəqəsinin və ya digər bir obyektin başqa iqtisadi-coğrafi ( o cümlədən nəqliyyat yollarında, təsərrüfat mərkəzlərinə və s.-yə) və fiziki-coğrafi obyektlərə, habelə bir ölkənin o biri ölkəyə və ya başqa ölkələrə görə tutduğu mövqe nəzərə alınır.
Yanal koital mövqe
Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər. Bu pozaya girmək üçün qadın partnyorun üstdə olması və kişi partnyorun penisinin üstdəki qadınının vaginasına daxil olması lazımdır və bundan sonra: Kişi sol əli ilə qadının sağ ayağını yumşaq bir formada yuxarı qaldırır. Kişi dizini çarpayıdan qaldırmadan sol dizini yüngülcə əyməyə başlayır. Bunun yerinə o, sol dizini əyərkən çölə doğru sürüşdürərək sol daxili budunu tavana doğru açır. Daha sonra, sol ayağını sağ dizinin altından keçənə qədər yuxarı və çölə doğru sürüşdürür. Bu vaxt qadın sola tərəf əyilərək ağırlığını sol dizinin üstünə yükləyir. Bu isə öz növbəsində, qadına qaldırmış olduğu sağ ayağını arxasında düzəltməyə və partnyorunun əyilmiş sol ayağına yerləşdirməyə imkan verir. Bu zaman penisin vaginadan sürüşərək çıxmamasına xüsusi diqqət göstərilməlidir. Ayaqlar dəyişdirildiyi zaman qadın kişinin sinəsinə doğru əyilməlidir.
Basketbol mövqeləri
Basketbol mövqeləri oyun zamanı oyunçuların tapşırıqlarını yerinə yetirdikləri yerlərdir. Əsas mövqelər bunlardır: oyun qurucu (PG), atış müdafiəçisi (SG), kiçik hücumçu (SF), uzun hücumçu (PF), mərkəz (C) Basketbolda mövqelər 1-dən 5-ə qədər nömrələnmişdir. 1 oyun qurucu, 2 atış müdafiəçisi, 3 kiçik hücumçu, 4 uzun hücumçu, 5 nömrə isə pivotu bildirir.
Mövqeli say sistemi
Mövqeli say sistemi — rəqəmin qiyməti onun mövqeyi ilə müəyyənləşdirilən say sistemidir. Yəni eyni bir rəqəm bu say sistemində, yazıldığı mövqedən asılı olaraq, müxtəlif qiymətlər alır. Mövqeli say sistemi nümunə olaraq indi çox geniş yayılmış onluq say sistemini demək olar. Kompyüterlərin işlədiyi ikilik, səkkizlik, 16-lıq say sistemləri, qədim Babilistanda işlədilmiş 60-lıq say sistemi də mövqeli say sistemlərinə aid nümunələrdir. Onluq say sistemi qədim Hindistanda meydana gəlmişdir. Bizim hal-hazırda işlətdiyimiz rəqəmlər (onluq say sistemi) Avropaya ərəblər vasitəsilə keçmişdir. Buna görə bu rəqəmləri ərəb rəqəmləri adlandırırlar. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov. Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı: 2016, "Radius nəşriyyatı", 296 səh.
Qlobal Mövqetəyinetmə Sistemi
Qlobal Mövqe təyinetmə Sistemi (ingiliscə GPS — Global Positioning System) dünya üzrə tətbiq olunan naviqasiya sistemdir. Bu ilk dəfə olaraq 1980-ci ildə ABŞ müdafiə nazirliyi tərəfindən (NAVSTAR-GPS) mövqe təyinetmə və vaxt ölçmə üçün yaradılıb inkişaf etdirilmişdir. Bu sistem peyk şəbəkələrindənibarət olmaqla, fasiləsiz rejimdə işləyərək Yerə elektromaqnit siqnalları göndərir. Bu siqnallar xüsusi qurğularla (qəbuledicilər) qəbul edilir. Bu qəbuledicilərlə peyklərə qədər olan məsafəni, yer səthindəki obyektin yerini yüksək dəqiqliklə müəyyən etmək olur. Qlobal Mövqe təyinetmə Sistemi xüsusi qəbuledicinin köməyilə dünyanın istənilən nöqtəsində koordinatların (dəqiqlik 1–100 metr aralığında dəyişə bilər), eləcə də Yer səthində və fəzada müxtəlif obyektlərin hərəkət sürətinin avtomatik olaraq tez təyin olunmasına imkan verən peyk sistemi. ABŞ hökumətinə məxsus 24 geostasionar peykdən ibarətdir. Mülki məqsədlər üçün 1575.42 MHs, hərbi məqsədlər üçün isə 1227.6 MHs tezliyindən istifadə edir. GPS qəbulediciləri avtomobillər üçün naviqasiya sistemləri, eləcə də cib kompüterləri və hücrəsəl telefonlarda quraşdırılan modullar şəklində istehsal olunur. NAVSTAR-GPS sisteminin tətbiqi ilə ABŞ dəniz donanması üçün təyin olunmuş köhnə NNSS (Tranzit) və atom bombalarının yerini təyinetmə sisitemi Velanı əvəz etdi.
Sənin həyat mövqeyin (film, 1979)
1979-cu ildə Bakıda "Fəal həyat mövqeyinin formalaşması: mənəvi tərbiyənin təcrübə və aktual problemləri" mövzusunda Ümumittifaq elmi-praktik konfrans keçirilmişdir. Film həmin konfransın materialları əsasında yaradılmışdır. Film Azərbaycan SSR LKGİ MK-nın sifarişi ilə çəkilmişdir. Rejissor: Cəmil Fərəcov, Yalçın Əfəndiyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan SSR LKGİ MK Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Azərbaycan siyasətində qadınların mövqeyi
Azərbaycan siyasətində qadın == Tarixi == == Şəxslər == === Dövlət və hökumət başçıları === ==== Azərbaycan SSR ==== Azərbaycan Sovet Sosialist Respublikasının dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk və tək qadın 9 sentyabr — 20 noyabr 1920-ci illərdə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri olmuş Yelena Stasova olmuşdur. Azərbaycan Sovet Sosialist Respublikasının hökumət başçısı funksiyalarını yerinə yetirmiş qadın olmamışdır. ==== Azərbaycan ==== İndiyədək Azərbaycan Respublikasının qadın dövlət və hökumət başçısı olmamışdır. === Hökumətlərdə === ==== Azərbaycan SSR ==== ==== Azərbaycan ==== Müstəqil Azərbaycan Respublikasının ilk qadın naziri Mütəllibov hökumətində 5 fevral 1991 – 10 dekabr 1992-ci illərdə sosial təminat naziri vəzifəsini tutmuş Lidiya Rəsulova olmuşdur. O, 2 sentyabr 1993 – 13 sentyabr 1997-ci illərdə təhsil naziri vəzifəsini tutmuş və bu vəzifəni tutan ilk qadın olmuşdur. Azərbaycan Respublikasının ilk qadın ədliyyə naziri 10 yanvar 1998-ci il tarixindən 18 aprel 2000-ci ilədək bu vəzifəni tutmuş Südabə Həsənova olmuşdur. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən bütün rəhbərləri qadınlar olmuşdur. Quruma 1998–2006-cı illərdə Zəhra Quliyeva, 2006–2020-ci illərdə Hicran Hüseynova, 2020-ci ildən isə Bahar Muradova rəhbərlik etmişdir. Azərbaycan Respublikasının ilk və son qadın dövlət katibi Heydər Əliyevin ilk hökumətində bu vəzifənu tutmuş Lalə Şövkət olmuşdur. O, 7 iyul 1993-cü ildən 11 dekabr 1994-cü illərdə bu vəzifəni tutmuşdur.
Azərbaycan siyasətində qadının mövqeyi
Azərbaycan siyasətində qadın == Tarixi == == Şəxslər == === Dövlət və hökumət başçıları === ==== Azərbaycan SSR ==== Azərbaycan Sovet Sosialist Respublikasının dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk və tək qadın 9 sentyabr — 20 noyabr 1920-ci illərdə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri olmuş Yelena Stasova olmuşdur. Azərbaycan Sovet Sosialist Respublikasının hökumət başçısı funksiyalarını yerinə yetirmiş qadın olmamışdır. ==== Azərbaycan ==== İndiyədək Azərbaycan Respublikasının qadın dövlət və hökumət başçısı olmamışdır. === Hökumətlərdə === ==== Azərbaycan SSR ==== ==== Azərbaycan ==== Müstəqil Azərbaycan Respublikasının ilk qadın naziri Mütəllibov hökumətində 5 fevral 1991 – 10 dekabr 1992-ci illərdə sosial təminat naziri vəzifəsini tutmuş Lidiya Rəsulova olmuşdur. O, 2 sentyabr 1993 – 13 sentyabr 1997-ci illərdə təhsil naziri vəzifəsini tutmuş və bu vəzifəni tutan ilk qadın olmuşdur. Azərbaycan Respublikasının ilk qadın ədliyyə naziri 10 yanvar 1998-ci il tarixindən 18 aprel 2000-ci ilədək bu vəzifəni tutmuş Südabə Həsənova olmuşdur. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən bütün rəhbərləri qadınlar olmuşdur. Quruma 1998–2006-cı illərdə Zəhra Quliyeva, 2006–2020-ci illərdə Hicran Hüseynova, 2020-ci ildən isə Bahar Muradova rəhbərlik etmişdir. Azərbaycan Respublikasının ilk və son qadın dövlət katibi Heydər Əliyevin ilk hökumətində bu vəzifənu tutmuş Lalə Şövkət olmuşdur. O, 7 iyul 1993-cü ildən 11 dekabr 1994-cü illərdə bu vəzifəni tutmuşdur.
Beynəlxalq investisiya mövqeyi
Beynəlxalq investisiya mövqeyi (BİM) — ölkənin qeyri-rezidentlər qarşısında maliyyə aktivləri və öhdəliklərinin ümumi həcmini və strukturunu ifadə edən makroiqtisadi konsepsiya. Beynəlxalq investisiya mövqeyi kapital hesabının elementlərindən biridir və səhmlər, istiqrazlar, daşınmaz əmlak və s. kimi aktiv növlərini təmsil edir. Xalis beynəlxalq investisiya mövqeyi ölkənin aktivləri və öhdəlikləri arasındakı fərqdir. Həm tədiyə balansı, həm də beynəlxalq investisiya mövqeyi (BİM) ölkənin digər ölkələrlə iqtisadi əlaqələrini qiymətləndirmək üçün faydalı məlumat verir. Ölkənin xarici aktivləri və öhdəlikləri haqqında hesabat vermək üçün ümumi qəbul edilmiş çərçivə olan Beynəlxalq investisiya mövqeyi (BİM) rəsmi olaraq 1993-cü ildə BVF-nin Ödəniş Balans Təlimatının beşinci nəşrində təqdim edilmişdir. BİM müəyyən bir anda iqtisadiyyatın xarici maliyyə aktivlərinin və öhdəliklərinin həcmini göstərən statistik hesabatdır. Müəyyən bir vaxtda bu həcmlər cari bazar dəyəri ilə (cari bazar qiymətləri və valyuta məzənnələri ilə) qiymətləndirilən xarici əməliyyatlar və digər amillərin (məsələn, silinmə və təsnifatdakı dəyişikliklər) təsiri nəticəsində formalaşır.
Ödəniş balansı və beynəlxalq investisiya mövqeyi təlimatı
Ödəniş balansı və Beynəlxalq İnvestisiya Mövqeyi Təlimatı (ing. Balance of Payments and International Investment Position Manual) — Beynəlxalq Valyuta Fondu tərəfindən nəşr olunan və tədiyə balansının hesabatı və təhlili üçün mühasibat standartlarını təmin edən təlimatdır. Bu təlimatdan BVF üzvü olan ölkələrin dövlət qurumları, o cümlədən ABŞ İqtisadi Təhlil Bürosu, Rusiya Mərkəzi Bankı və başqaları istifadə edir. Təlimatın dördüncü nəşri 1977-ci ildə nəşr edilmişdir. 1993-cü ildə buraxılmış beşinci nəşr 1993-cü il Milli Hesablar Sistemi ilə uyğunlaşdırılmışdır. Beşinci nəşrdə ilk dəfə olaraq beynəlxalq investisiya mövqeyinin statistik əks etdirilməsi məsələlərinə baxılmışdır. Təlimatın 2008-ci il milli hesablar sisteminə uyğunlaşdırılmış altıncı nəşri ilkin versiyada 2008-ci ilin dekabrında, son variantı isə 2009-cu ildə buraxılmışdır. Onun adı “Ödənişlər balansı və Beynəlxalq İnvestisiya Mövqeyi Təlimatı” olaraq dəyişdirilib ki, o, təkcə əməliyyatları deyil, həm də müvafiq maliyyə aktivləri və öhdəliklərinin səhmlərini əhatə edir. Rəhbərliklə birlikdə BVF təlimatın mövzuları üzrə praktiki məsləhətlər verən “Ödəniş Balansının Tərtib edilməsi və Beynəlxalq İnvestisiya Mövqeyi üçün Təlimat” adlı əlavə sənəd nəşr etdi.

Значение слова в других словарях