MÜDİR

is. [ ər. ] Bir idarəni, müəssisəni idarə edən adam, idarə başçısı; direktor. Klub müdiri.
– Qeyz ilə durmuş ortalıqda müdir; İmtahan yazısın edir təqdir. A.Səhhət.
Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin yanına getdi. Ə.Haqverdiyev.
Nərgiz özü isə kənd kitabxanasının müdiri olduğundan işə bir saatdan sonra gedəcəkdi. M.Hüseyn.

// Bir idarənin, müəssisənin və s. müəyyən sahəsinə, hissəsinə rəhbərlik edən adam. Təsərrüfat hissə müdiri. Şöbə müdiri.

Синонимы

  • MÜDİR MÜDİR, BAŞÇI, DİREKTOR, RƏİS, NAÇALNİK
MÜDHİŞLİK
MÜDİRƏ
OBASTAN VİKİ
Müdir xoşbəxt sonluq istəyir
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həm də İsfəndiyar rolunu oynamışdır.
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr. MTK, türk. Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr. MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr. MTİ, türk. Maden Tetkik ve Arama Enstitüsü, abr. MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir. MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur. Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir.
Ruslan Əliyev (kafedra müdiri)
Azərbaycan Prezidentinin İşlər müdirlərinin siyahısı
Azərbaycan Respublikasın Prezidentinin İşlər müdirlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi. Bu vaxtdan başlayaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin rəhbərləri bu siyahıda göstərilib. Bu məqalədə Prezidentin İşlər müdirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
Azərbaycan Respublikasın Prezidentinin İşlər müdirlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi. Bu vaxtdan başlayaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin rəhbərləri bu siyahıda göstərilib. Bu məqalədə Prezidentin İşlər müdirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.

Значение слова в других словарях