MÜNSİF

sif. [ ər. ] Mübahisəli bir məsələni və ya işi həll etməkdə vasitəçi olan şəxs.
Bizim aramızda münsif tapılsın; And içmişəm, bu gün döyüş olmasın! Koroğlu”.
Münsif haqqa haqq, batilə batil söyləsəydi; Əlbəttə ki, nahaq söyləyən şəxs utanardı. M.Ə.Sabir.
Həmişəyev münsif rolunu dərhal götürdü. B.Bayramov.

□ Münsif olmaq – hər iki tərəfin mübahisəli məsələsini həll etmək üçün vasitəçi olmaq, miyançılıq etmək, araçılıq etmək.
[Atabala:] Ay adamlar, siz münsif olun, bu quyuya düşüb işləmək olarmı? A.Şaiq.

◊ Münsiflər heyəti – müsabiqələrdə, yarışlarda, sərgilərdə və s.-də mükafat təyin edən mütəxəssislər heyəti; jüri.
Münsiflər heyəti hazırlıq iclasında bu qərara gəlir ki, özfəaliyyət dərnəyi üzvləri işə pis girişməyiblər. Ə.Vəliyev.

Синонимы

  • MÜNSİF münsif bax hakim

Этимология

  • MÜNSİF “Ekspert komissiyası”dır, ərəbcə insaf sözü ilə kökdaşdır (komissiya üzvləri insaflı olmalıdır). (Bəşir Əhmədov
MÜNKİR
MÜNSİFLİK

Значение слова в других словарях

вы́печься отка́зный отъю́ливать офе́рта па́рами пепелови́дно ребри́сто славя́но- третьекла́ссный центрова́ние эксплуатацио́нный геранио́л подпи́хивание психоге́нный самоочище́ние за(с)корузлый fly cake Judea lunabase planetology refutable twice-laid zootomic малийский рудокоп