MÜTTƏFİQ

I. i. ally; ~ olmaq to enter into alliance (with)

II. s. allied, union; ~ dövlətlər allied powers; ~ respublikalar union republics

MÜTRÜB
MÜTTƏFİQLİK
OBASTAN VİKİ
Müttəfiq
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Müttəfiq dövlətlər
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Atlantika Müttəfiq Ali Komandanlığı
Atlantik Müttəfiq Ali Komandanlığı (ing: Supreme Allied Commander Atlantic (SACLANT)) - Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı ilə birlikdə NATO-nun iki yüksək komandanlığından biridir. Komandanlığın missiya sahəsi Arktikadan Xərçəng Tropikinə qədər ərazini əhatə etmişdir.
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı — Avstriya ərazisinin Müttəfiqlər dövlətlərin silahlı qüvvələri tərəfindən müvəqqəti işğalı. İşğal 1945-ci ilin aprelində Müttəfiqlərin nəzarəti altında olan Avstriyanın Vyana əməliyyatının nəticəsi olaraq Almaniyadan müstəqilliyini elan etməsi ilə başlamış və 27 iyul 1955-ci ildə Avstriya ilə dövlət müqaviləsi nəticəsində sona çatmışdır. 1938-ci ildə baş tutmuş Anşlussdan sonra Avstriya ümumiyyətlə Nasist Almaniyasının bir hissəsi kimi tanınmışdır. Bununla belə, 1943-cü ildə Müttəfiqlər Moskva Bəyannaməsində Avstriyanın nasist cinayətlərindəki rolu inkar edilməmək şərtilə ölkənin nasist təcavüzünün ilk qurbanı kimi qəbul ediləcəyi, müharibədən sonra azad edilmiş və müstəqil ölkə kimi rəftar ediləcəyi barədə razılığa gəlmişdilər. İkinci Dünya müharibəsindən dərhal sonra Avstriya dörd zonaya bölünmüş, Britaniya, Sovet İttifaqı, ABŞ və Fransa tərəfindən birgə işğal edilmişdir. Vyana da eyni şəkildə bölünmüşdür, lakin mərkəzi rayon Müttəfiq Nəzarət Şurası tərəfindən kollektiv şəkildə idarə olunmuşdur. Almaniya 1949-cu ildə Şərqi və Qərbi olmaqla iki hissəyə bölündüyü halda, Avstriya 1955-ci ilə qədər Qərb Müttəfiqləri və Sovet İttifaqının birgə işğalı altında qalmışdır. Onun statusu Soyuq müharibədə Xruşşov mülayimləşməsi dövrünə qədər mübahisəli mövzuya çevrilmişdir. Avstriyanın əbədi neytrallıq vədlərindən sonra 15 may 1955-ci ildə Avstriyaya tam müstəqillik verilmişdir və sonuncu işğal qoşunları həmin il 25 oktyabr tarixində ölkədən ayrılmışdır. == Zəmin == 1943-cü il Moskva konfransında Sovet İttifaqı, ABŞ və Britaniya Almaniyanın Avstriyanın ilhaqını "boş və etibarsız" hesab etmək qərarına gəlmişdilər.
Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı
ABŞ Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı (SHAPE - Supreme Headquarters Allied Powers Europe) — Şimali Atlantika Müqaviləsi Təşkilatının Müttəfiq Əməliyyat Komandanlığının (ACO) qərargahıdır. 1967-ci ildən Belçikanın Mons şəhərinin şimalında yerləşən Kastau şəhərində yerləşir. Bununla birlikdə, əvvəllər 1953-cü ildən Fransadakı Versalın yanında Rocquencourtda yerləşirdi. 1951-ci ildən 2003-cü ilə qədər SHAPE Müttəfiq Avropa Komandanlığının (ACE) qərargahı idi. 2003-cü ildən bu yana Müttəfiq Əməliyyatlar Hərəkatının mərkəzi olub və dünyadakı bütün NATO əməliyyatlarına nəzarət edir 2003-cü ildə fəaliyyətinin coğrafi əhatəsi genişlənsə də, SHAPE hüquqi səbəblərə görə Avropaya istinad edərək ənənəvi adını qorumuşdur. O dövrdə Atlantik Müttəfiq Komandanlığının tarixən bir hissəsi olan NATO-nun Lissabondakı ACO (Müttəfiq Əməliyyat Komandanlığı) komandanlığı yenidən birləşdirildi. Müttəfiq Əməliyyatlar Hərəkatının Komandiri, eyni zamanda “Avropa Müttəfiq Ali Komandiri” (SACEUR) titulunu qorumuşdur və eyni zamanda ABŞ Avropa Komandanlığı Komandanı kimi vəzifə icra edən ABŞ dörd ulduzlu generalı və ya bayraq komandiri kimi qalmağa da davam edir.
Müttəfiqlər
Müttəfiq — şəxslər, qurumlar və ölkələr arasında bir məqsədə çatmaq üçün ortaqlıqlar və ittifaqlar qurma, həmfikir olma, bərabər hərəkət etmə.
Rusiya vətəndaş müharibəsinə müttəfiqlərin müdaxiləsi
Rus vətəndaş müharibəsinə müttəfiqlərin müdaxiləsi — 1918-ci ildə Rusiya vətəndaş müharibəsi dövründə başlanan çoxmillətli hərbi əməliyyat idi. Əsas məqsədlər Çexoslovakiya legionuna kömək etmək, Rusiya limanlarında silah-sursatı təmin etmək və Şərq cəbhəsini yenidən qurmaq idi. Bolşevik hökuməti Birinci Dünya müharibəsindən çıxdıqdan sonra Müttəfiq Dövlətlər Rusiyadakı anti-kommunist Ağ qüvvələri açıq şəkildə dəstəklədilər. Müttəfiq səylər bölünmüş məqsədlər, ümumi qlobal münaqişədən müharibə hazırlığı və daxili dəstəyin olmaması ilə mane oldu. Bu amillər Çexoslovakiya legionunun boşaldılması ilə birlikdə, Müttəfiq dövlətləri 1920-ci ildə Şimali Rusiya və Sibirdən çəkilməyə məcbur etdi, baxmayaraq ki, Yaponiya qüvvələri Sibirin hissələrini 1922-ci ilə qədər və Saxalinin şimal hissəsini 1925-ci ilə qədər işğal etdilər. 1917-ci ildə Rusiya imperiyası siyasi çəkişmə vəziyyətində idi və I Dünya müharibəsinin gedişində çar II Nikolaya xalqın dəstəyi azalırdı. Ölkə inqilab ərəfəsində idi. Fevral inqilabı müharibənin gedişatını dəyişdirdi. Gərgin siyasi təzyiq altında çar II Nikolay istefaya göndərildi və əvvəlcə Corc Lvov, daha sonra isə Aleksandr Kerenski tərəfindən idarə olunan Rusiya müvəqqəti hökuməti quruldu. Və, müvəqqəti hökumət Şərq cəbhəsində almanlarla mübarizəni davam etdirəcəyinə söz verdi.
Müttəfiqlər (İkinci Dünya müharibəsi)
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
ABŞ və müttəfiqlərinin İraqa müdaxiləsi (2003)
ABŞ və onun müttəfiqləri tərəfindən İraqa müdaxilə, rəsmi olaraq "İraqın azadlığı" əməliyyatı” — ABŞ və müttəfiqlərinin Səddam Hüseyn rejimini devirmək üçün 2003-cü ildə İraqa qarşı həyata keçirdikləri hərbi əməliyyat. İraq ordusuna qarşı "şok və titrəyiş" doktrinasına əsaslanan hərbi əməliyyatlar martın 20-də başladı və aprelin 9-da Amerika qoşunlarının İraqın paytaxtı Bağdadı tutması ilə başa çatdı. Mayın 1-də ABŞ prezidenti Corc Buş (kiçik) aktiv hərbi əməliyyatların başa çatdığını elan etdi. Hərbi əməliyyatların başlanmasının rəsmi səbəbi kimi Birləşmiş Ştatlar rejimin beynəlxalq terrorizmlə, xüsusən də "Əl-Qaidə" hərəkatı ilə əlaqəsi, eləcə də kütləvi qırğın silahlarının axtarışı və məhv edilməsi olduğunu bildirmişdi. 2004-cü ilin oktyabrında aparılan yoxlamalar İraqda kütləvi qırğın silahlarının mövcudluğunu aşkar etməmişdir. Səddam Hüseyn ABŞ-yə qarşı terror hücumları planlaşdırmışdı. Belə ki, 1991-ci ildən əvvəl istehsal edilmiş kimyəvi silah mərmiləri və onların istehsalı üçün zavodlar müharibədən sonra tapılmışdı, hansı ki Səddam Hüseyn onları 1991-ci ildən sonra ləğv etməli idi. İşğalın məqsədlərindən birinin İraq neftinə nəzarəti ələ keçirmək olduğu da irəli sürülür . Əməliyyat BMT tərəfindən bəyənilməyib və beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub . == Zəmin == İşğal ərəfəsində ABŞ-nin rəsmi mövqeyi belə idi ki, İraq kütləvi qırğın silahları hazırlayır (xüsusən, İraqın alüminium borular alması uranın zənginləşdirilməsi və atom silahı üçün sentrifuqların hazırlanmasına sübut kimi təqdim olunurdu) və İraqı güc yolu ilə tərksilah etmək lazımdır.
Müttəfiqlik
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Müttəfiqlər (rəsm əsəri)
Müttəfiqlər — 1914-cü ildə rəssam Raul Dafi tərəfindən yaradılmış mənzərəli rəsm əsəridir. Bu rəsm əsərində müttəfiq ölkələrə uyğun olaraq altı müttəfiq əsgər və onların atları təsvir edilmişdir. Hadisə buludlu, ancaq günəşli, gül dəstələri ilə bəzədilmiş və altı müttəfiq millətlər təşkilatının bayraqları əhatəsində baş tutur. Müttəfiq ölkələr isə bunlardır: Yaponiya, Böyük Britaniya, Belçika, Rusiya, Serbiya və Fransa. Parlaq rəngləri, ornamentləri, stilizə obrazları populyar olan əsər insanı özünə cəlb edir. Bu sənət əsərinin nümayişi Centre national d'art et de culture Georges-Pompidouda həyata keçirilir.
Müttəfiqlər (film)
Müttəfiqlər (ing. Allied) — Robert Zemekisin rejissorluğu və Stiven Naytın yazdığı süjet xətti ilə çəkilmiş və İkinci Dünya müharibəsindən bəhs edən romantik triller filmidir. Filmdə baş rolları Bred Pitt və Marion Kotiyar ifa etmişdirlər. Film 23 noyabr 2016-cı ildə Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilmişdir. Filmin əsas çəkilişləri 2016-cı ilin fevral ayında Londonda başlanmış və 2016-cı ilin may ayında Mərakeşdə çəkilən səhnələr növbəti aylarda Kanar adalarında davam etdirilmişdir. Coanna Conston bu film üçün geyim dizayneri olmuş və geyimlərin dizaynlarını filmin personajlarının düşüncə tərzinə və situasiyaya görə müəyyənləşdirmişdir. Filmin premyerası 9 noyabr 2016-cı ildə Los-Ancelesdə baş tutmuş və 23 noyabr 2016-cı ildə Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilmişdir. Film tənqidçilərdən kostyum dizaynı, operator işi (kinomatoqrafiya) və musiqi partiturasına görə təriflərlə bərabər qarışıq rəylər almış, lakin ssenarisinə və aktyorlar arasında sintezin olmamasına görə də tənqid edilmişdir. Film təxmini olaraq büdcəsi 85-113 milyon dollar arasında olmuşdur. Filmin gəlirləri isə yerli bazardan 40,1 milyon dollar, xarici bazarlardan isə 119 milyon dollar təşkil etmişdir.

Значение слова в других словарях