MƏCƏLLƏ

(ərəb; latın analoqu codex) qanun-qüvvəli akt; qanun külliyyatı; ictimai münasibətlərin müəyyən sahəsini (mülki, əmək, ailə, cinayət və, hətta cinayət-prosessual və s.) nizamlayan, hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktı. Təbiətinə görə M. də qanundur, lakin əgər qanun konkret ictimai münasibətləri nizamlayırsa, M.- geniş ictimai münasibətlər sahəsini nizamlayır.
MERİTOKRATİYA
MƏHDUD HAKİMİYYƏT
OBASTAN VİKİ
Məcəllə
Məcəllə (lat. codex — kitab) — bir və ya bir neçə sahənin sitemləşdirilmiş normalarını özündə birləşdirən hüquqi akt. Məcəllənin strukturu əsasən sahənin sitemini əks etdirir. Sahə haqqında qanunvericiliyin məcəllə ilə sistemləşdirilməsi sahə ilə bağlı müxtəlif normaların vahid normativ kompleksə salınma prosesidir. Кодексы морали. Профессиональная этика Arxivləşdirilib 2008-09-05 at the Wayback Machine (rus.) Кодексы Республики Беларусь. Новые редакции. Архив Кодексы Украины. Комментированные кодексы. Arxivləşdirilib 2014-09-19 at the Wayback Machine Земельный кодекс Украины, с изменениями и дополнениями по состоянию на 22 марта 2010).
Musiqi məcəlləsi
Musiqi məcəlləsi risaləsi (ərəbcə "Məcəllə fil musiqa", yəni "Mu­si­qi məc­muə­si, top­lu­su") — Azərbaycanın ХV əsr böyük ensiklopedik alimi Fətullah Şirvaninin musiqiyə aid yeganə əsəri. Əsə­rin yal­nız bir tam nüs­xə­si ta­pıl­mış­dır. Al­man ali­mi Ek­hard Nöy­bauer bu əsə­ri təd­qim et­miş, Fu­ad Sez­gin isə 1986-cı il­də, ali­min ölü­mün­dən düz 500 il son­ra Frank­turt-Mayn şə­hə­rin­də əsə­rin fak­si­mi­le­si­ni al­man şərq­şü­na­sın təd­qi­qa­tı ilə bir­lik­də nəşr et­miş­dir. Nəşr edil­miş mü­qəd­di­mə­də Ek­hard Nöy­bauer Şir­va­ni­nin adı­nın sax­lan­ma­sı­na, onun Şa­ma­xı­da ana­dan ol­du­ğu­nu gös­tər­mə­si­nə bax­ma­ya­raq, ali­min əs­lən iran­lı ol­du­ğu­nu id­dia edir­di. Əsə­rin cə­mi 29 və­rəq­dən iba­rət di­gər əl­yaz­ma nüs­xə­si Ram­pur ki­tab­xa­na­sın­da qey­də alın­mış­dır ki, Nöy­bauer onu qü­sur­lu sa­yır. Şir­va­ni­nin "Mə­cəl­lə" ri­sa­lə­si döv­rü­nün çox qiy­mət­li əsə­ri olub, Ek­hard Nöy­baue­rin de­di­yi ki­mi, bü­tün­lük­də mu­si­qi nə­zə­riy­yə­si­nə ət­raf­lı və is­ti­qa­mət­lən­miş bir ba­xış­dır. Fə­tul­lah Şir­va­ni­nin mu­si­qi təh­si­li al­dı­ğı vaxt onun han­sı­sa bir mu­si­qi alə­tin­də çal­dı­ğı haq­qın­da mə­lu­mat yox­dur. O döv­rün mü­kəm­məl mu­si­qi alə­ti olan udun araş­dı­rıl­ma­sı­na ali­min nə "Mə­cəl­lə"­sin­də, nə də di­gər əsər­lə­rin­də rast gə­li­rik. "Mə­cəl­lə" ri­sa­lə­si mü­qəd­di­mə, iki his­sə və ye­kun­dan iba­rət­dir. Hər his­sə beş fə­sil­dir.
Musiqi məcəlləsi (kitab)

NHN Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Nə? Harada? Nə zaman? Məcəlləsi

Tayho məcəlləsi
Tayho məcəlləsi — 701-ci ildə qəbul edilən məcəllə. Yaponiyada erkən feodal dövlətin aqrar islahatlarını hüquqi cəhətdən başa çatdıran sənəd. Məcəllənin mətni dövrümüzə qədər gəlib çatmamışdır. Yanlız VIII əsrdə məcəlləyə edilmiş qeydlər və "Syoku Nihonqi" ("Yaponiya salnaməsinin davamı") salnaməsi əsasında məcəllənin məzmununu müəyyənləşdirmək mümkün olmuşdur. 718-ci ildə nazir Fucivara Fuxitonun təşəbbüsü ilə məcəllənin yenilənməsinə təşəbbüs göstərilmişdir. Yenilənmiş və düzəlişlər edilmiş məcəllə "Yoro" adlandırılmış və 720-ci ildə Fucivara Fuxitonun ölümündən sonra onun kitabxanasında saxlanılmışdı. 757-ci ildə aşkar edilən "Yoro" "Tayho"nun əvəzinə tətbiq edilməyə başlanıb. "Yoro"nun ilkin mətninin bir hissəsi orta əsr müharibələrinin və qiyamlarının gedişində məhv olmuş, yanlız inzibati-idarəçilik və mülki hüquqa (ryo) və cinayət hüququna (ritsu) dair bəzi maddələr dövrümüzə qədər gəlib çatmışdır. Məcəllənin qalan maddələri XVIII əsrdə bərpa edilmişdir. "Tayho" və "Yoro"nun bərpa edilmiş mətnləri arasında fərqlər bir o qədər də böyük deyildir.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Azərbaycan Cinayət Məcəlləsi
Azərbaycanın cinayət hüququ — Azərbaycanda cinayət və cinayət məsuliyyətinin əsaslarını, cinayət hüququ sistemini, eyni zamanda cinayət məsuliyyətindən azad olunmanın qayda və şərtlərini müəyyən edən hüquq normalarının məcmusunu əks etdirir. Onun əsas vəzifəsi ictimai münasibətlərin müdafiəsi və cinayətlərin qarşısının alınmasıdır. Lakin Azərbaycanın cinayət qanunvericiliyi eyni zamanda bəzi spesifik xüsusiyyətlərə malik idi. Hələ Sovet dövründə mövcud olan bir sıra cinayət tərkibləri patriarxal və feodal adətlərin qalığı idi. Məsələn, 1927-ci ildə erkən yaşda nikaha daxil olmağa; qadınların məktəbə, kluba və digər mədəni-maarif müəssələrinə getmələrinə mane olmağa görə cinayət məsuliyyəti müəyyən olunmuşdu. 1929-cu ildə gəlinə görə başlıq pulunun alınıb–verilməsinə və boşanmış ər-arvadın yenidən nikaha daxil olmalarına mane olmağa görə məsuliyyət müəyyən olunmuşdu. Digər ittifaq respublikalarında olduğu kimi, 60-cı illərdə Azərbaycanın da hüquq sistemində ikinci məcəllələşdirmə aparılır. Bu islahat nəticəsində RSFSR-in müvafiq məcəllələrindən fərqlənməyən yeni CM, CPM, MM, MPM və bəzi digər məcəllələr qəbul olundu. Bu məcəllələr demək olar ki, bir sıra əlavə və dəyişikliklərlə müstəqil Azərbaycanda yeni məcəllələşmiş aktlar qəbul olunana qədər qüvvədə idi. 1960-cı il Azərbaycan SSR-nin CM-də cinayət –cinayət qanunu ilə nəzərdə tutulan, həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməl kimi nəzərdə tutulurdu.
Napoleon məcəlləsi
Napoleon məcəlləsi (fr. Code Napoléon), həmçinin Mülki məcəllə (fr. Code civil) — mülki hüququn genişmiqyaslı sistemə salınmasını təmsil edən və dünyanın bir çox ölkələrində sonrakı kodifikasiya prosesinə güclü təkan verən Fransanın fundamental qanunvericilik aktı. XIX əsrin əvvəllərində Fransa Respublikasının ilk konsulu Napoleon Bonapartın təşəbbüsü ilə işlənib hazırlanmış və qəbul edilmişdir. Bu günə qədər də dəyişikliklər və əlavələrlə qüvvədədir. Məcəllənin hazırlanmasında məqsəd Fransada qüvvədə olan, həm hüquqi adətləri, həm də müxtəlif tənzimləmələri özündə birləşdirən xaotik və müxtəlif mülki hüquq mənbələrini əvəzləmək idi. Yeni məcəllə fiziki şəxslərin statusu, nikah və ailə münasibətləri, mülkiyyət hüquqları, vərəsəlik və öhdəliklər haqqında institusional sistemə uyğun qurulmuş hüquq normalarını özündə əks etdirən üç (hazırda beş) kitabdan ibarət idi. Böyük Fransa inqilabından dərhal sonra qəbul edilmiş Napoleon kodeksi Fransa hüququnun müxtəlif mənbələri - Roma hüququ, adət-ənənələr, kral fərmanları, habelə inqilabi qanunvericilik arasında bir növ kompromis idi; əlavə olaraq onun tərtibində hüquq elminin nailiyyətlərindən geniş istifadə edilmişdir. Məcəllə mövcud sinfi fərqləri və imtiyazları rədd edərək, yeni burjua cəmiyyətinin formalaşmasının əsaslarından biri kimi öz normalarında ailə münasibətlərinin dünyəviləşdirilməsini, mülki əməliyyatlarda iştirakçıların bərabərliyini, xüsusi mülkiyyətin toxunulmazlığını, mülki müqavilələr bağlamaq azadlığı və eyni zamanda nikah və ailə haqqında XVIII-XIX əsrlərin başlanğıcı üçün xarakterik olan patriarxal baxışları təsbit etdi. Hüquq texnologiyası nöqteyi-nəzərindən məcəllə özünün ahəngdar təqdimatı, çevikliyi, tərtibat və təriflərin aydınlığı ilə seçilir ki, bu da mütərəqqi normalarla yanaşı, Avropa, Amerika və dünyanın digər ərazilərində onlarla ölkənin hüquq sistemləri tərəfindən mənimsənilməsinin əsas səbəblərindən biri olmuşdur.

Значение слова в других словарях