Məhləabad
Məhləabad — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Məhləabad kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Əhalisi 69 nəfərdir.
Oykonim məhlə (məhəllə, “kəndin bir hissəsi”) və abad (burada “kənd”) komponentlərindən düzəlib, “kəndin məhəlləsi, kəndin bir hissəsi” mənasındadır.
Kənd Kojavu çayının yuxarı axarında, dağətəyi ərazidə yerləşir.