Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çadır
Tipi (çadır)
Tipi (ing. tipi, tepee, teepee) — Böyük Düzənliklərin köçəri hindularının ənənəvi portativ yaşayış yeri üçün hamı tərəfindən qəbul edilmiş ad. Lakin, Sioux dilində thípi [ˈtʰipi] hər hansı bir yaşayış mənasını verir və bu tip çadır üçün xüsusi sözü mövcüddur — wi-. Bu tip yaşayış məskəni, ov qərbində, Uzaq Qərbdəki dağ tayfaları, çöl kənarındakı oturaq qəbilələr tərəfindən də istifadə edilmişdir. Sonrakı dövrlərdə meşə bölgələrində də tez-tez istifadə olunurdu. Tipini tez-tez viqvam adlandırırlar. Hungry Wolf Adolf. Tipi life. — Fort Macleod, AB Canada: Good Medicine Books, 1972. — (A Good Medicine book, № 5).
Çadır-Lunqa
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir (14,294 Qaqauzlar, 1,552 rus, 1,510 bulqar, 734 moldovalı, 951 ukraynalı, 166 qaraçı, 8 polşalı, 7 yəhudi, 179 digər millətlər olmaq üzrə.).
Çadır (Maku)
Qalacıq (fars. شاطر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (13 ailə).
Çadır (şəhər)
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir (14,294 Qaqauzlar, 1,552 rus, 1,510 bulqar, 734 moldovalı, 951 ukraynalı, 166 qaraçı, 8 polşalı, 7 yəhudi, 179 digər millətlər olmaq üzrə.).
Çadır Lunga
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir (14,294 Qaqauzlar, 1,552 rus, 1,510 bulqar, 734 moldovalı, 951 ukraynalı, 166 qaraçı, 8 polşalı, 7 yəhudi, 179 digər millətlər olmaq üzrə.).
Çadır iyesi
Çadır seçdirmə
Çadır seçdirmə (ing. marquee select) — qrafik istifadəçi interfeysində (GUI): birdən çox obyektin bir dəfəyə seçdirilməsi üsulu. Termin öz adını qırıq-qırıq cizgilərdən (qarışqalardan) ibarət məhdudlaşdırıcı çərçivəni bildirən canlandırılmış effektdən götürüb; bu effektdən teatr çadırlarında istifadə olunurdu. Obyektləri çadır seçdirməsi üsulu ilə seçdirmək üçün öncə siçanın göstəricisini obyektlər qrupunun sol yuxarı küncünə aparmaq, sonra siçanın sol düyməsini basıb saxlamaqla göstəricini qrupun sağ aşağı küncünə doğru diaqonal boyunca hərəkət etdirmək, və nəhayət, "çadır" bütün obyektləri əhatə etdikdən sonra siçanın düyməsini buraxmaq lazımdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çadır iyəsi
Çadır yiyəsi – türk, altay və monqol xalq mədəniyyətində və inancında çadırın qoruyucu ruhu. Çadır (Şatır, Çatır, Çədir) yiyəsi də deyilir. Otaq yiyəsi ya da Çergə yiyəsi və Tirmə yiyəsi ifadələri də istifadə edilər. Monqollar Macan (Majqan, Mayxan, Mayqan) Ezen və ya Asar Ezen deyərlər. Alaçıq (Alaşıq) yiyəsi də yenə bənzər bir varlığı ifadə edir. Hər çadır üçün fərqli bir yiyə vardır. Türk mədəniyyətində otaq əhəmiyyətli bir yerə malikdir. Türk və monqol imperatorlarının heç bağlanılmayan və qırx öküz tərəfindən çəkilən otaqlarının olduğu tarixi qeydlərdə mövcuddur. Bu otaq məskun mədəniyyətdəki sarayın yerini tutmaqdadır. Macarca Sator olaraq keçər.
Çadır (dəqiqləşdirmə)
Çadır
Qırmızı çadır (film, 1969)
«Qırmızı çadır» (rus. Красная палатка) — rejissor Mixail Kalatozovun 1969-cu ildə çəkdiyi film. Film rejissorun kinoda son işidir.
Çadır-Lunqa Dimitri monastırı
Çadır-Lunqa Dimitri monastırı — Qaqauziyanın Çadır-Lunqa şəhərində yerləşən Rus Pravoslav Kilsəsinin Kahul və Komrat yeparxiyasının monastırı. 1972-ci ilin sentyabr ayında Sovet hakimiyyəti şəhərin mərkəzində yerləşən Müqəddəs Dimitri kilsəsini partlatmışdır. 14 yaşlı Dimitri Kirioqlo xarabalıqların altından sağ qalan iki ikona çıxarda bilmişdir. 1980-ci illərin sonlarında Dimitri Kirioqlo Moskva Ruhani Akademiyasını bitirib Çadır-Lunqaya geri qayıtdı. 1988-ci ildə əhalidən yüzlərlə imza toplayaraq məbəd tikmək üçün SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət etdi. Ərizə qəbul edildi, lakin torpaq mərkəzdə deyil, şəhərdən kənarda, qəbiristanlığın yaxınlığında verildi. Yeni tikilmiş məbədin divarlarını Dimitri qızı Kseniya ilə birlikdə boyadılar. Dimitri həmçinin 17-ci əsr Balkan oyma tərzində ikonostas eskizlərini hazırlamışdır, hansıları ki sonra ukraynalı ustalar düzəltmişdilər. 7 oktyabr 2000-ci ildə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Müqəddəs Dimitri kilsəsini monastıra çevirməyə qərar verdi. 27 iyul 2009-cu ildə rahibə Elisaveta (Popova) monastırın başçısı təyin edildi.
Tanrı Anasının Kazan İkonası Məbədi (Çadır-Lunqa)
Tanrı Anasının Kazan İkonası Məbədi (mold. Biserica Icoanei Maicii Domnului din Kazan) ― Moldovanın Qaqauziya muxtar bölgəsindəki Çadır-Lunqa şəhərində yerləşən ibadət binası. Moskva Patriarxlığının Moldaviya Mitropoliteninin Kahul və Komrat yeparxiyasına aiddir. Məbədin inşası 1998-ci ildə başlamışdır, 1972-ci ildə partladılan Müqəddəs Dimitrievski məbədindən çox da uzaq olmayan yerdə. Hazırkı Tanrı Anasının Kazan İkonası Məbədi dağıdılmış məbədin dəqiq memarlıq kopiyasıdır; eyni anda Müqəddəs Dimitrievski məbədi Odessa vilayətinin Vvedenka kəndində yerləşən məbədin kopiyası idi. Müqəddəs Dimitrievski və Vvedenkada olan məbədin hər ikisi 1913-cü ildə eyni şəxs tərəfindən tikilmişdir. Çadır-Lunqadaki dağıdılmış məbədin yerində hazırda mədəniyyət evi və Moldova keşişi və maarifçisi Mixayıl Çakırın büstü yerləşir. Kazan məbədi bir çox hadisələrin şərəfinə qurulmuşdu: Tanrı Anasının Kazan İkonasının siyahısının əldə olunmasına, Çadır-Lunqanın şəhər statusu alınmasının 40 illiyinə və 1972-ci ildə dağıdılan məbədin xatirəsinə. İnşaatın maliyyələşdirilməsi problemləri üzündən Kazan məbədindəki işlər yalnız 2008-ci ildə tamamlandı. Məbəd iki qübbəsi var, parlaq rənglərə boyanmıdaş və betondan tikilmişdir.
Dördyarpaq çadırçiçəyi
Ensizçiçək çadırçiçəyi
Ensizçiçək çadırçiçəyi (lat. Adenophora stenanthina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin çadırçiçəyi cinsinə aid bitki növü. Campanula stenanthina Ledeb. Adenophora stenanthina subsp. stenanthina Adenophora stenanthina subsp.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Qarğaayağıyarpaq çadırçiçəyi
Tunberq çadırçiçəyi
Çadırgünbədi (Meşkinşəhr)
Çadırgünbədi (fars. شاطرگنبدي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (4 ailə).
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Çadırlıhacıyusuf
Çadırlıhacıyusuf — Kırşəhər ilinin Mərkəz ilçəsində kənd. Kənd Kırşəhərin mərkəzindən 28 km məsafədədir. Kaman ilçəsindən isə 28 km məsafədədir.
Çadırçiçəyi
Çadırçiçəyi (lat. Adenophora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Floerkea Spreng.
Çayır
Çayır (lat. Cynodon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Adır
Adır — Fərqanə vadisini əhatə edən təpəli-uvallı dağətəyi sahələr. Nisbi hündürlüyü 100–400 metrdir. Dik yamaclı və çoxşaxəli yarğanlarla kəsilmişdir. Efemer bitkili yarımsəhra və səhra landşaftı var. Adır // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Barmaqvari çayır
Barmaqvari çayır (lat. Cynodon dactylon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü.
Deniz Çakır
Deniz Çakır (31 dekabr 1981, Ankara)— Türkiyə aktrisası. Deniz Çakır 31 dekabr 1981-ci ildə Ankarada dünyaya gəlib. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr Hissəsinin məzunudur. Məzun olduqdan sonra İstanbula yerləşdi. Konservatoriyadan məzun olmadan əvvəl Ankara Radiosunda, radio teatrı etdi və radio reklamı səsləndirdi. İlk televiziya təcrübəsi olan "Qadın İstəsə" dəki Alov roluyla tanındı, amma əsl çıxışını Yarpaq Dökümü serialdakı Ferhunde xarakteriylə etmişdir.
Cüneyt Çakır
Cüneyt Çakır (23 noyabr 1976, İstanbul) — türkiyəli beynəlxalq dərəcəli futbol hakimi və sığortacı. Cüneyt Çakır köməkçiləri ilə birlikdə 6 sentyabr 2015-də Çempionlar Liqasının finalında Barselona- Yuventus matçını idarə edərək, bu turnirin finalında hakimlik edən ilk türk hakimi olmuşdur. İstanbul bölgəsi hakimi olan Cüneyt Çakır Kocaeli Universiteti işlətmə fakültəsinin məzunudur. Hazırda hakimliklə birlikdə sığortaçılıqla da məşğul olur. 1994 ildə hakimlik karyerasına başlayan Çakır, 1997 ildə C reytinqli və 1999 ildə isə B reytinqli hakim oldu. Türkiyə Futbol Federasiyasının qeydlərində olan ilk idarə etdiyi matç 18 Oktyabr 1996-cı il tarixli Beşiktaş A.Ş.-Samsunspor matçıdır, bu oyunda o, yardımcı hakim vəzifəsini görürdü. Yüksək reytinq hakimi kateqoriyasına 2001-ci ildə yüksələrkən, Türkiyə Super Liqasındakı ilk oyununa da eyni ildə çıxmışdı. Super Liqadakı ilk matçı Malatyaspor-Çaykur Rizespor matçıdır. 2006-cı ildə FİFA dərəcli hakim olan Cüneyt Çakır, göstərdiyi uğura görə 2007-ci ildə Avropanın istedadlı hakimlərinin dəvət edildiyi isveçli keçmiş hakim Karl-Erik Nilssonun rəhbərliyi altında keçirilən Mentör Proqramına dəvət edilmiş və buradakı üstün müvəffəqiyyətinə görə UEFA tərəfindən yüksək səviyyəli müsabiqələrdə tapşırıq verilmişdir. 2007-ci ildə Avstriyada təşkil edilən 19 yaşlılar arası Avropa Çempionatının final mərhələsinə dəvət olunan Cüneyt Çakır bu turnirdə Fransa-Serbiya və İspaniya-Portuqaliya arasında oynanan qrup oyunlarını idarə etmişdir.
Gövdəsiz çaşır
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.
Mixayıl Çakır
Mixayıl Çakır (27 aprel 1861, Çadır-Lunqa, Qaqauziya – 8 sentyabr 1938, Kişinyov) — Qaqauz əsilli tarixçi, etnoqraf. Mixayıl Çakır 1861-ci il aprelin 27-də anadan olub. Onun valideynləri Rusiyanın 1812-ci ildə Çadıra qəsəbəsinə köçürdüyü qaqauzlardandır. Mixayıl ilk təhsilini Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhərindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda müəllim işləməyə göndərirlər. Qısa bir zamanda din xadimi və müəllim kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yanaşı, keşiş vəzifəsini də yerinə yetirir. 1884-cü ildə onu məhəllə müvəkkili rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər.
Sadır Japarov
Sadır Nurqojoyeviç Japarov (qırğızca: Садыр Нургожоевич Жапаров; 6 dekabr 1968, Ken-Suu[d], Tup rayonu[d]) — Qırğızıstanlı siyasətçi və dövlət xadimi. Sooronbay Jeenbekovun istefasından sonra müvəqqəti hökumətdə Qırğızıstan Respublikasının Prezidenti Səlahiyyətlərini İcra Edən kimi (15 oktyabr 2020 – 14 noyabr 2020); Qırğızıstan Respublikasının Baş Naziri (10 oktyabr 2020 – 14 noyabr 2020). Qırğızıstan Respublikasının 6-ci Prezidenti (28 yanvar 2021–hal-hazırda). Japarov İssık-Göl bölgəsinin Tüb rayonuna bağlı Keng-Su kəndində anadan olmuşdur. Orta təhsilini 1986-cı ildə tamamladıqdan sonra Qırğız Milli Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldu. 1987-ci ildə Japarov Novosibirskdə iki il Sovet ordusunda xidmət etdi. 1989–1991-ci illərdə isə akademiyada təhsilnə davam etdi. 2006-cı ildə Japarov Qırğız-Rus Slavyan Universitetindən hüquq ixtisası üzrə məzun oldu. Japarov siyasi fəaliyyətinə 2005-ci il Lalə inqilabından sonra başladı. 2005-ci ilin martında Tyub seçki bölgəsindən Ali Şura üzvlüyünə seçildi.
Sadır Pəlvan
Sadır Pəlvan (uyğ. سادىر پالۋان) — xalq qəhrəman, 1864-cü il uyğurların İli bölgəsindəki üsyanının liderlərindən biri. Sadır Palvan 1798-ci ildə Külçə rayonunun Mollatoxtiyuzi kəndində anadan olmuşdur. Əsl adı Sadır Xoşəhməddir. Palvan (Pəhləvan, İgid) adı ona xalq tərəfindən inanılmaz fiziki gücünə, iri cüssəli bədən quruluşuna malik olması və uyğurların azadlıq hərəkatındakı iştirakına və qəhrəmanlığı səbəbilə verilmişdir. Əslən Xotandan olan atası Xoşəhmət 1766-cı ildə İliyə köçmüşdür. Sadır Pəlvanın özü çox cəsur adam sayılırdı və hələ də onun haqqında uyğur və qazaxlar arasında əfsanələr dolaşır. O, gənc yaşlarından bölgədəki Çin hakimiyyətinə qarşı müxtəlif silahlı hərəkatlarda fəal iştirak etmişdir. Çin hökuməti hər dəfə bölgədə çıxışlar başlayanda birimci Sadır Pəlvanın üstünə hərbi qüvvələr göndərirdi. Sadır Pəlvan 1864-cü ildə uyğurlar və dunqanların İli bölgəsində Tzin hakimiyyətinə qarşı üsyanının fəal iştirakçısı olmuşdur.
Süleyman Çakır
Süleyman Çakır — Qurdlar Vadisi serialında Oqtay Qaynarca tərəfindən canlandırılmış obraz. Kiçik yaşda məscid həyətində gözü qarşısında atasının öldürüldüyünü görüb və bundan sonra dünyaya həmişə nifrətlə baxmışdır. Atası öldükdən sonra anasının evdə bişirdiyi plov və noxudu sataraq həm bacısı Dəryaya həm də anası Əminəyə baxmışdır. Bir gün polis gəlib qadağan olunmuş yerdə satış etdiyi üçün həm onu, həm də onun bacısını çox pis döymüşdür. Bu zaman gözü dönmüş və polisi bir-birinin ardınca bıçaqlayıb öldürmüşdür. Sonra cinayət işlədiyinə görə məhkum olunub, türməyə düşmüşdür. Türməyə düşəndə anası və bacısı çöldə qalmışdır. Bunun üçün ona Duran Əmmini bıçaqlamağı təklif etmişdilər və o da anası və bacısı pis vəziyyətdə olduğu üçün razı olmuşdur. Duran Əmmi dəstəmaz alarkən əlində bıçaqla onu öldürməyə getmiş ancaq atasının da dəstəmaz alarkən öldüyü gözünə gələndə etməmişdir. Duran Əmmi sayəsində mafiyaya girmiş və əhəmiyyətli bir mafiya başçısı olmuşdur.
Uğurcan Çakır
Uğurcan Çakır (5 aprel 1996, Antalya) — Türk futbolçu. "Trabzonspor" klubunun qapıçısıdır. Futbolçu 16 yaşında Trabzonspor ilə peşəkar müqavilə imzalayıb. 2015-16 sezonunun əvvəlində "Rabotniçki"yə qarşı ilk peşəkar oyununa çıxan qapıçı, 2017-18 sezonunun 6-cı həftəsində Super Liqada debüt edib. Onur Kıvrağın heyətdən kənarlaşdırılmasından sonra Trabzonsporun 1 nömrəli qapıçısı olmuşdur. 16 yanvar 2016 tarixində "1461 Trabzon" klubuna icarəyə verilib. Orada 9 oyuna çıxıb.
Çandır qalası
Çandır qalası — (türk. Çandır Kalesi) Mersin elində böyük qaladır. Qala, Mersinin mərkəzi bölgələrindən biri olan Toroslar kəndində və 37 ° 01′K 34 ° 37′E-də yerləşir. Mersinə 40 kilometr məsafədədir və Ayvagediyi qəsəbəsinin şərqindəki bir dağın üstündədir. Eyni adlı kənd qəsrin cənubundadır. 474-491-ci illər arasında hökm sürən və müxtəlif münaqişələrlə üzləşməli olan Şərqi Roma imperatoru Zeno, 475-ci ildə paytaxtdan qaçaraq müvəqqəti olaraq adlı bir qalada gizləndi. Bu qalanın Çandır qalası olduğu düşünülür. Çox strateji bir nöqtədə qurulan qala sonrakı əsrlərdə istifadə edilmiş və XII-XIV əsrlər arasında Kilikiya Erməni Krallığının ən əhəmiyyətli qalalarından birinə çevrilmişdir. Qalanın əhəmiyyəti, şərqdə Orta Anadolu və Namruna gedən yolları idarə edən mövqeyindən irəli gəlirdi. Qala daha sonra müvafiq olaraq Karamanidlər, Məmlüklər və Osmanlılar tərəfindən fəth edildi.
Çaxır turşusu
Çaxır turşusu — ikiəsaslı dördatomlu turşudur. Çaxır turşusunda iki asimmetrik karbon atomu olduğu üçün onun altı stereoizomeri (4 fəal izomeri və iki rasemik forması) olacağını gözləmək olardı. Ancaq çaxır turşusu molekulunda (eritritdə olduğu kimi) müəyyən dərəcədə simmetriklik (quruluşlu bərabər iki asimmetrtrik sistem) olduğu üçün onun dörd stereoizomer forması vardır. Bunlardan ikisi optik-fəal (sağ və sol çaxır turşuları), üçüncüsü üzüm turşusu adlanan rasemin r-forma və dördüncü mezoçaxır turşusu adlanan inaktiv l formasıdır. Üzüm turşusu üzüm şirəsində rast gəlinir. Sağ və sol çaxır turşularını qarışdırmaqla üzüm turşusu alınır. Bu zaman istilik əmələ gəlir və alınan üzüm turşusu xassələrinə görə çaxır turşularından xeyli fərqlənir. Bundan başqa üzüm turşusu trans-etendikarbon turşusunu (fumar turşusu) permanqanat ilə oksidləşdirdikdə də alınır. Siseten-dikarbon turşusu oksidləşdirildikdə isə mezoçaxırturşusu alınır. Paster, rasemik birləşmələrin xassələrinin və onların parçalanmasına aid əsas işlərini üüm turşusu üzərində aparmışdır.
Əlvari çayır
Cıdır
Cıdır - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən yeniyetmələr və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Cıdır oyunu Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biri. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud" boylarından Nizami Gəncəvinin "Xosrov və Şirin" pomasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini – onun başlanmasını və qurtarmasını zurnaçılar dəstəsi müşayət edir. Cıdır özünə- məxsus musiqi nömrəsi olur.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Cabir
Cabir — Azərbaycanlı adı. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cabir Tarverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cabir İmanov — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü Sabah əl-Əhməd əl-Cabir əs-Sabah — Küveyt Dövlətinin Əmiri. Cabir Abdullayev — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir ibn Həyyan — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı. Cabir ibn Əflah — ərəb riyaziyyatçısı və astronumu.
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Cabir Abdullayev
Cabir Əli oğlu Abdullayev (10 dekabr 1966, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir Abdullayev Ağdamda anadan olmuşdur . C. Abdullayev 2001-ci ildə Bakı Musiqi Akademiyasının muğam fakültəsini bitirmişdir. Bakı "Azərneftyağ" zavodunun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının solisti olmuşdur. Azərbaycanda keçirilən bir çox mədəniyyət tədbirlərində, habelə 2004-cü ildə Avstriyada keçirilən Mədəniyyət Günlərində Azərbaycan incəsənət ustaları ilə birgə uğurla çıxış etmişdir. Hazırda Azərbaycan Dövlət "Muğam" Teatrının solistidir. Teatrda hazırlanan bir sıra tamaşalarında iştirak edir.
Cabir Novruz
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cabir Novruzov
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cabir Tarverdiyev
Cabir Səmid oğlu Tarverdiyev (8 fevral 1987, Füzuli – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Cabir Tarverdiyev 1987-ci il fevralın 8-də Füzuli şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Cabir Tarverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cabir Tarverdiyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cabir Tarverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Tarverdiyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cabir İmanov
Cabir İmanov (tam adı:İmanov Cabir Qorxmaz oğlu; 22 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Təqaüddə olan polis polkovnik-leytenantıdır. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.
Cadik Sultan
Cadik (XV əsr - 1520 ) – Qazax sultanı, Qazax xanlığının banisi Xan Zhanibekin doqquzuncu oğlu. Məhəmməd Haydar Dulati Cadiqi ən nüfuzlu hökmdarlardan biri hesab edirdi. Jadikin qohumu Qasım xan diplomatik və siyasi işlərdə ona arxalanırdı. Mənbələrdə Jadik haqqında çox az məlumat var. Cadik Şıqayın oğlu Qazax xanlığının xanı idi. Cadik Cılandı Tobe traktında Şıqım Mirzənin başçılıq etdiyi noqaylarla döyüşdə öldü. Kadırqali Kosimulinin sözlərinə görə, Cadikin məzarı Urgançda, Bakırqan Ata ərazisində yerləşir.