MƏLİKASLAN

«məlik» (hökmdar) və «aslan» (şir) sözlərindən düzəlmiş, qüdrətli hökmdar deməkdir.
MƏLİKABBAS
MƏLİKCÜMŞÜD
OBASTAN VİKİ
Abdulla bəy Məlikaslanov
Firudin bəy Məlikaslanov
Firudin bəy Məlik Aslan oğlu Məlik-Aslanov (15 iyun 1811, Tuğ, Qarabağ xanlığı – 27 may (8 iyun) 1857, Tuğ, Şuşa qəzası) — Qarabağ atlı alayının zabiti, mülkədar. == Həyatı == ● Məlik Aslanın dördüncü oğlu Firudin bəy 1811-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. ● Mədrəsə təhsili almışdı. ● Rus və şərq dillərinin əksəriyyətini bilirdi. ● Çar ordusunda qulluq edirdi. Kapitan rütbəsi vardı. == Fəaliyyəti == ● Firudin bəy çar ordusunun tərkibində Polşada olarkən atasının dostu feldmarşal Paskeviçlə rastlaşır. Paskeviç ona xeyli kömək edir. ● Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Bir növ ilə sərdar feldmarşal Varşavada olanda dəxi onu razılıqla yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər eləmişdi". ● Firudin bəy 3-cü və 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə ödüllənmişdi.
Fərhad bəy Məlikaslanov
Haci Fərhad bəy Məlik Aslan oğlu Məlik-Aslanov (1805, Tuğ – 1889, Tuğ, Şuşa qəzası) — Qarabağ atlı alayının zabiti, mülkədar. == Həyatı == ● Haci Fərhad bəy Məlik Aslan oğlu 15 iyun 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib. ● Qarabağ atlı alayında xidmət edib. Praporşik rütbəsi vardı. ● Haci Fərhad bəy igidliyinə görə 1830-cu ildə mayın 11-də praporşik rütbəsi və 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni alıb. Fərhad bəy rus şairi Puşkinlə görüşmüşdü. ● Haci Fərhad bəy Məkkə-müəzzəmi ziyarət edib, şərəfli hacı ünvanını daşıyıb. ● Hacı Fərhad bəy şair idi.
Lütfəli Məlikaslanov
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (1913, Tuğ, Şuşa qəzası – 1996) — texnika elmləri doktoru, professor. == Həyatı == ● Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyasının Tuğ kəndində qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsində anadan olmuşdur. ● 1938-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. "Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. ● 1945-ci ildən - VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur. ● 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış. ● 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir. ● 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik. ● 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Məlikaslanovlar
Məlik-Aslanov nəsli — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hələlik, bu gün etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir. == Soyun yaranması == 1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq — albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. == Soyun nümayəndələri == Fərhad bəy Məlik-Aslanov Xudadad bəy Məlik-Aslanov — ADR-in Dəmir yol və Rabitə naziri, ictimai-siyasi xadim. Firudin bəy Məlik-Aslanov — Qarabağ atlı alayının zabiti, mülkədar. Püstə xanım Məlik-Aslanova — Tibb elmləri doktoru, professor. Ramiz Məlik-Aslanov — dirijor. Azərb.
Püstə Məlikaslanova
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (2 fevral 1926, Qaryagin, Qaryagin qəzası – 2001, Bakı) — Tibb elmləri doktoru, professor == Həyatı == Püstə xanım Süleyman qızı Məlik-Aslanova 1926-cı ildə Qaryagin (indiki Füzuli) şəhərində anadan olmuşdu. 1949-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib. == Fəaliyyəti == 1956-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını, 1971-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1957-2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir və 1984-cü ildə professor elmi adına layiq görülmüşdür. Prof. Məlik-Aslanovanın fəal iştirakı ilə təşkil olunmuş traxomanın laborator diaqnostikanın xidməti bu ağır göz xəstəliyinin respublikada tam ləğv olunmasını mümkün etmişdir. P.S.Məlik-Aslanovanın səyləri nəticəsində institutda tətbiq edilmiş histokimyəvi üsullar, elektron, lyuminessent və polyarizasiyon mikroskoplarla aparılan müayinələr görmə üzvünün xəstəliklərinin morfoloji diaqnostika prinsiplərinin işləməsinə qiymətli əmanət olmuşdur. Məlik-Aslanova görmə üzvünün yenitörəmələrinin morfoloji diaqnostikası işində də böyük xidmətlərə malikdir. Prof.
Ramiz Məlikaslanov
Ramiz Lütfəli oğlu Məlik-Aslanov (14 mart 1942, Bakı) — dirijor, Azərbaycan Respublikasının xalq artisti (1991)., professor (1993), Əməkdar incəsənət xadimi, Beynəlxalq müsabiqələrin laureatı. == Həyatı == Ramiz Lütfəli oğlu Məlik-Aslanov — 14 mart, 1942-ci il, Bakı Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanov ailəsindəndir. Erkən uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayıb. 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi (indiki Bülbül adına Xüsusi Musiqi Məktəbi) bitirib. 1959-1965 - Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfi üzrə bitirib. 1966 - N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında(indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası) opera-simfonik dirijorluq ixtisası üzrə aspiranturada təhsilini davam etdirmişdir. Musiqi məktəbində oxuduğu illər ərzində SSRİ xalq artisti Müslüm Maqomayevla eyni partada oturub, musiqi məktəbini bitirdikdən sonra dost olaraq qalıblar. == Fəaliyyəti == ● 1971-ci ildə Leninqradda(indiki Sankt-Peterburq) dirijorluq debütünü etdi və bu ona şöhrət gətirdi. ● 1971-ci ildən Azərbaycan SSR Dövlət Televiziya və Radiosunun Simfonik Orkestrinə rəhbərlik etmişdir. Həmin orkestrlə bir çox ölkədə qastrol səfərində olub.
Xudadad bəy Məlikaslanov
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az-əbcəd. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف‎; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri. == Həyatı == Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. == Fəaliyyəti == Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.