MƏLİKASLAN

«məlik» (hökmdar) və «aslan» (şir) sözlərindən düzəlmiş, qüdrətli hökmdar deməkdir.
MƏLİKABBAS
MƏLİKCÜMŞÜD
OBASTAN VİKİ
Abdulla bəy Məlikaslanov
Firudin bəy Məlikaslanov
Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov(az. Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1811, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı – 8 iyun 1857, Tuğ, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti, mülkədar. == Həyatı == Firudin bəy 15 iyun 1811-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir. Mədrəsə təhsili almışdı. Rus və şərq dillərini bilirdi. Çar ordusunda qulluq edirdi.Kapitan rütbəsi vardı. == Hərbi karyerası == Firudin bəy Rusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı Qarabağ əyalətinin sakinlərindən yaradılmış 1-ci müsəlman (azərbaycanlı) süvari alayında xidmət etməyə başladı. Tərkibində azərbaycanlı əsgərləri olan briqadada Firudin bəy mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirib və 1828-ci ildə Soğanlıq döyüşü zamanı Xertvis qalasının alınmasında birbaşa iştirak edib. 1834-ci ildə Polşada çar ordusunun tərkibində olarkən Firudin bəy atasının dostu feldmarşal Paskeviçlə rastlaşır.
Fərhad bəy Məlikaslanov
Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov (az. Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1805, Tuğ, Qarabağ xanlığı – 1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti, mülkədar, Hacı == Həyatı == Fərhad bəy 15 iyun 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib. Qarabağ atlı alayında xidmət edib. Poruçik rütbəsində olub. Fərhad bəy Məkkəyə ziyarət edib, Hacı ünvanını daşıyıb. Dövrünün şairləri ilə Hacı Fərhad bəyin yazışmaları var. Aşıq Pəri ilə dostluq edirdi.
Lütfəli Məlikaslanov
Məlikaslanovlar
Məlik-Aslanov nəsli — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hələlik, bu gün etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir. == Soyun yaranması == 1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq — albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. == Soyun nümayəndələri == Fərhad bəy Məlik-Aslanov Firudin bəy Məlik-Aslanov Xudadat bəy Məlik-Aslanov Lütfəli Məlik-Aslanov Məlik Aslan bəy Muxtar Aslanov (Məlik-Aslanov) Püstə xanım Məlik-Aslanova Ramiz Məlik-Aslanov Sadıx bəy Məlik-Aslanov == Həmçinin bax == Məlik-Aslanovlar [+] == Mənbələr == Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi.
Püstə Məlikaslanova
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (02.11.2000) == Həyatı == Püstə xanım 2 fevral 1926-cı ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. 1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1951–1953-ci illərdə Onkologiya İnstitutunun aspiranturasında oxuyub. == Fəaliyyəti == 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1957– 2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Püstə xanım Azərbaycanda yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir. 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.
Ramiz Məlikaslanov
Ramiz Lütfəli oğlu Məlik-Aslanov (14 mart 1942, Bakı) — Azərbaycan dirijoru, professor (1993), Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Beynəlxalq müsabiqələr laureatı. == Həyatı == Ramiz Məlik-Aslanov 14 mart 1942-ci ildə Bakıda anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlamış, altı yaşından İsaak Mixayloviç Turiçin sinfində təhsil almışdır. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alaraq 1959-cu ildə buranı bitirmiş. 1959–1965-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfi üzrə, 1966-cı ildən isə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında (indiki N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) opera-simfonik dirijorluq ixtisası üzrə aspiranturada təhsilini davam etdirmişdir. Musiqi məktəbində oxuduğu illər ərzində SSRİ xalq artisti Müslüm Maqomayevla parta yoldaşı olmuş, musiqi məktəbini bitirdikdən sonra dost qalmışlar. == Fəaliyyəti == Ramiz Məlik-Aslanov aspiranturanın 5-ci kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dirijor assistenti vəzifəsində çalışmağa başlamış, həmin il "Qırmızı papaq" uşaq operasını tamaşaya hazırlamışdır. Leninqradda təhsilimi başa vurduqdan sonra isə Azərbaycan SSR Dövlət Televiziya və Radiosunun Simfonik Orkestrinin baş dirijoru təyin edilmişdir. Həmin orkestrlə bir çox ölkədə qastrol səfərində olmuşdur.
Xudadad bəy Məlikaslanov
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az.-əski. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف‎; aprel 1879, Taynaq, Şuşa qəzası – 23 iyul 1935, Bakı) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. Azərbaycan Xalq Cümhuriyyətinin poçt-teleqraf naziri (may 1918 – mart 1920), poçt və teleqraf naziri (may–oktyabr 1918) və ticarət, sənaye və ərzaq naziri (dekabr 1919 — fevral 1920). == Həyatı == Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. == Fəaliyyəti == Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.