Mərkəzi Bank (“Banklar bankı”)

Central Bank (banker’s bank) Ölkənin bank kredit sistemində hakim mövqeyə malik, digər bankların fəaliyyətini tənzimləyən, onlara kreditlər təqdim edən, onların və saitlərini müvəqqəti cəlb edən mərkəzi bank. Mərkəzi bank ölkə iqtisadiyyatındakı yerinə və roluna görə bütün digər banklardan üstün mövqeyə malik olduğuna, eləcə də digər banklara mərkəzləşmiş qaydada bank xidmətləri göstərdiyinə görə banklar bankı adını almışdır.
Mənfi qudvil
Mərkəzi Bankın qısamüddətli notları
OBASTAN VİKİ
Mərkəzi banklar
Mərkəzi Bank — ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqan. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; yerli valyutanın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. Mərkəzi bankın institusional tərifi yoxdur, bütün təriflər funksionaldır, yəni mərkəzi bankı yerinə yetirdiyi funksiyalar vasitəsilə təsvir edirlər. Beynəlxalq Valyuta Fondu: mərkəzi bank maliyyə sisteminin əsas məqamlarına nəzarət edən daxili maliyyə qurumudur (rəsmi statistik məlumatların tərtib edildiyi zaman istifadə olunan tərif) Avropa Mərkəzi Bankı: bir ölkənin və ya bir qrup ölkənin valyutasını idarə edən və eyni zamanda pul kütləsini tənzimləyən bir dövlət qurumu . Beynəlxalq Hesablaşmalar Bankı: əsas hədəfləri pul sabitliyini qorumaq və maliyyə sabitliyini təşviq etmək olan dövlət siyasət qurumudur. Britannika Ensiklopediyası: milli pul kütləsinin həcmini, kreditin mövcudluğunu və dəyərini və valyutanın dəyərini tənzimləməkdən məsul qurum . Yeni Palqreyv:iqtisadiyyat lüğəti: pul siyasəti məqsədləri üçün pul təklifini, pul miqdarını və krediti idarə edən qurum; ölkənin beynəlxalq ehtiyatlarının meneceri. Bankçılıq və Maliyyə Lüğəti (London): Ölkədə əsas faiz dərəcələrini təyin etmək, pul buraxmaq, kommersiya banklarına nəzarət etmək və məzənnəyə nəzarət etmək istəyərək ölkənin maliyyə işlərini idarə edən əsas hökumət tərəfindən idarə olunan bank. «Financial Times» leksikonu: funksiyaları ölkənin valyutasını buraxmaq və idarə etmək, pul siyasətini həyata keçirmək və pul bazarında əməliyyatlara nəzarət etmək, qızıl və valyuta ehtiyatlarını idarə etmək, ticarət üçün son çarə verən kimi çıxış edən pul qurumları və ölkənin ən böyük tənzimləyici bankıdır. banklar və hökumətə bank xidmətləri göstərilməsi.
Mərkəzi Bank

Avropa Mərkəzi Banklar Sistemi
Avropa Mərkəzi Banklar Sistemi və ya qısaca AMBS — Avropa Birliyinin üzvü olan 27 ölkənin milli mərkəzi banklarını və Avropa Mərkəzi Bankını özündə birləşdirən və maliyyə tənzimlənməsi səlahiyyətini həyata keçirən üst qurum. Игорь Морозов. Forex. От простого к сложному, Альпина Паблишер, 2012, М.,cc. 324.
Avropa Mərkəzi Bankı
Avropa Mərkəzi Bankı (ECB) (ing. European Central Bank) — avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır. 1998-ci ildə Frankfurtda təməli qoyulmuşdur. AMB avronu qəbul edən üzv ölkələrin milli bankları ilə işləyir. AMB-nin idarəedici şurasının tərkibi altı üzvdən, idarəedici şura və Avropa PulKredit İttifaqının üzvləri olan milli bankların idarəedicilərindən ibarətdir. AMB avro banknotlarının buraxılmasında yeganə hüquq sahibidir. AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir: qiymət sabitliyini qorumaq; qiymət sabitliyinə tabe olmaq; ittifaqın ümumi iqtisadi siyasətinə dəstək vermək. Avropa Pul Birliyinin yaranmasından etibarən 1 iyun 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Avro da 1 yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır. Mərkəzi Frankfurtda yerləşən Avropa Pul İnstitutu 1994-cü ildən bəri bunun zəminini hazırlamışdır. Avronu qəbul edən Ölkələr "Avro sistemi" və ya "Avro sahəsi"ni yaradırlar.
Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — inzibati binası Bakı şəhərində yerləşir. "Azərbaycan Respublikasının Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Milli Bankı" "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Azərbaycanda mərkəzi bankçılığın tarixi bir neçə mərhələdən ibarətdir: Xalq Cumhuriyyəti dövrü (1918–1920); sovet sosialist quruluşu dövrü (1920–1991); 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən başlayan müasir mərkəzi bankçılıq dövrü. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş "Bakı bonları" ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi.
Braziliya Mərkəzi Bankı
Braziliya Mərkəzi Bankı (Portuqalca: Banco Central do Brasil) - 31 dekabr 1964 tarixində əsası qoyulan Braziliya Federativ Respublikasının mərkəzi bankıdır. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Digər mərkəzi banklar kimi Braziliya Mərkəzi Bankı da ölkənin əsas monetar orqanıdır. Yaradılmasında əsasən 3 böyük maliyyə orqanı iştirak etmişdir: Valyuta və Kredit Bürosu, Braziliya Bankı və Milli Xəzinə.
Estoniya Mərkəzi Bankı
Estoniya Mərkəzi Bankı (est. Eesti Pank, ing. Bank of Estonia) — Estoniyanın mərkəzi bankıdır, ölkənin iki pilləli bank sisteminin üst qatı, Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Estoniya Bankı Müvəqqəti Hökumətin bankın nizamnaməsini təsdiqlədiyi və xəzinədən 10 milyon marka bank hesabına köçürdüyü 1919-cu ildən bəri il dönümünü sayır. İlk əskinaslar 1921-ci ildə buraxılmışdır. 1940-cı ildə bank SSRİ Dövlət Bankının respublika idarəsinə çevrilir. Kronlardakı əmanətlər 1 kron = 8.10 rubl həqiqi alıcılıq qabiliyyəti ilə 1 kron = 1.25 rubl nisbətində Sovet rubluna dəyişdirilir. 1941-1944-cü illərdə bank Almaniya işğal orqanlarının nəzarəti altında olur. 1944-1990-cı illərdə SSRİ Dövlət Bankının respublika bankı kimi fəaliyyət göstərir. 1989 il: 15 dekabrda Estoniya Respublikasının Ali Şurası, 1919-cu ildə qurulan Estoniya Bankının hüquqi varisi olaraq 1 yanvar 1990-cı ildən Estoniya Bankının yenidən qurulmasını elan edir.
Fransa Mərkəzi Bankı
Fransa Mərkəzi Bankı (fr. Banque de France) — Fransa Respublikasının mərkəzi bankı.
Mərkəzi Qan Bankı
B.Ə Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 1944-cü ildən fəaliyyətdədir. Hal-hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Respublikada qan xidməti üzrə baş müəssisə rolunu oynayan mürəkkəb tibbi istehsalat kompleksindən ibarətdir. İnstitut respublika əhalisinə yüksək səviyyəli ixtisaslaşdırılmış hematoloji yardımın göstərilməsi,qan və onun komponentlərinin hazırlanması və onların tibb müəssisələri arasında tələbata uyğun bölüşdürülməsi, transfuzion mühitlərin düzgün istifadə olunmasına nəzarət edir, eyni zamanda hematologiya və transfuzilogiya elminin inkişaf etdirilməsi və kadr hazırlanması işinə rəhbərlik edir. Hazırda ETHTİ-nin strukturu “Elm”, “Klinika” hissələrindən və “Mərkəzi Qan Bankı”ndan ibarətdir. İnstitutun “Elm” hissəsində hematologiya və transfuziologiya sahəsinin aktual problemlərinə həsr olunmuş elmi tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri Azərbaycanda və xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda nəşr edilir və institutun əməkdaşları müxtəlif ölkələrdə keçirilən möhəşəm elmi forumlarda iştirak edirlər. İnstitutda monoqrafiyalar,metodik vəsaitlər,klinik protokollar hazırlanır və dərc edilir. İnstitutun Mərkəzi Qan Bankı donor qanının tədarükü,işlənilməsi,yoxlanılması və paylanması məşqul olur. Mərkəzi Qan Bankının respublikada 8 bölgə bölməsi var (Şəki , Quba , Lənkəran , Şirvan, Mingəçevir, Sumqayıt, Bərdə, Gəncə). Hematoloji xəstələrə tibbi yardım aşağıdakı Dövlət proqramı çərçivəsində həyata keçirilir: “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci iilər üçün Dövlət Proqramı” “2016 -2020–ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” “2017-2021 –ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramının”.
Nikaraqua Mərkəzi Bankı
Nikaraqua Mərkəzi Bankı (isp. Banco Central de Nicaragua) — Nikaraquanın mərkəzi bankı. Bank 1960-ci il tarixində qurulmuş və 1 yanvar 1961-ci il tarixində fəaliyyətə başlamışdır.
Portuqaliya Mərkəzi Bankı
Banco de Portugal Portuqaliyanın mərkəzi bankıdır. Bank 1846-cı ildə Portuqaliya kraliçası II Maria dövründə Portuqaliyada yaradılmış ilk bank olan Banco de Lisboa və Companhia Confiança Nacionalın birləşməsi ilə kral nizamnaməsi ilə formalaşmışdır. O, dünyanın ən qədim müntəzəm işləyən banklarından biridir və 100% dövlət nəzarətindədir. Avrosistem və Avropa Mərkəzi Bankının üzvüdür. Bankın sədri Karlos Kostadır.
Qazaxıstan Mərkəzi Bankı
Qazaxıstan Respublikasının Milli Bankı (qaz. Qazaqstan Respwblïkasınıñ Ulttıq Banki, translit. Kazakstan Respublikasının Ulttık Banki) — Qazaxıstan Respublikasının mərkəzi bankı və ali səviyyəli bank sistemi. Xüsusi qanuni statusa malik Qazaxıstan İnkişaf Bankı istisna olmaqla, Qazaxıstanda yerləşən digər bütün banklar aşağı səviyyəli bank sisteminə daxildirlər. Qazaxıstan Milli Bankı 1925-ci il 29 iyun tarixində təsis edilmişdir. Qazaxıstan Milli Bankı SSRİ Dövlət Bankının Qazaxıstan Respublika Bankının (1990-cı ildən Qazax SSR Dövlət Bankı, 1991-ci ildən Qazax SSR Milli Dövlət Bankı) təməlində təsis edilmişdir. 1990-cı ilin oktyabr ayında Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət suverenliyinin bəyan edilməsi barədə qanun qəbul etmişdir və bu qanun həmin ay qüvvəyə minmişdir. 1990-cı il 7 dekabr tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Soveti "Qazaxıstan SSR-də banklar və bank fəaliyyəti haqqında" qanun qəbul etmişdir. 20 iyun 1991-ci il tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Sovetinin "Qazaxıstan SSR Milli Bankının Nizamnaməsi haqqında" qətnamə qəbul etmişdir. Bu qətnamənin qüvvəyə minməsi nəticəsində Qazaxıstan Sovet Sosialist Respublikası Milli Dövlət Bankı respublikasının mülkü və mərkəzi bankına çevrilmişdir.
Rusiya Mərkəzi Bankı
Rusiya Mərkəzi Bankı (rus. Центральный банк Российской Федерации) və ya qısaca Rusiya Bankı (rus. Банк России) — Rusiya Federasiyasının mərkəzi bankı. Əsas mərkəzi Moskva şəhərində yerləşir. Rəhbəri Elvira Nabiullinadır. Rusiya rublunun banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Rusiyadakı bütün banklardan üstündür. Rusiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Rusiya Federasiyasını beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir. Rusiya Mərkəzi Bankının əsası 1860-cı ildə qoyulmuşdur.
İslandiya Mərkəzi Bankı
İslandiya Mərkəzi Bankı (isl. Seðlabanki Íslands) — İslandiyanın mərkəzi bankı. İslandiyada pul kütləsinin tənzimləyicisi ölkənin pul siyasətini koordinasiya edən İslandiya Mərkəzi Bankıdır. İslandiya Mərkəzi Bankının əsas vəzifələri qiymətlərin sabitləşdirilməsi, inflyasiyanın və ölkənin milli valyutasının məzənnəsinin idarə olunmasıdır. İslandiyanın mərkəzi bankı hər il ölkənin pul kütləsi ilə bağlı məlumatları dərc etməli, həmçinin makroiqtisadi göstəricilərin dinamikasının tədqiqi əsasında üç il öncədən milli valyutanı qiymətləndirməli və inflyasiyanı proqnozlaşdırmalıdır. 18 sentyabr 1885-ci il qanunu Danimarka kronu ilə dəyişdirilən İslandiya kronlarında əskinas buraxmaq hüququnu alan İslandiya Dövlət Milli Bankını (Landsbanki Íslands) yaratdı. 1904-cü ildə ikinci İslandiya bankı — qızılla qorunan əskinasları buraxmaq hüququnu alan özəl İslandiya Bankı (Íslandsbanki) yaradıldı. 1927-ci ildə İslandiya Milli Bankı əskinas buraxmaq üçün müstəsna hüquq əldə etdi. Parlamentin 1961-ci il aprel tarixli aktına uyğun olaraq, İslandiya Dövlət Mərkəzi Bankı yaradıldı ki, onun emissiya etmək müstəsna hüququ vardır. Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб.
Səlahiyyətli banklar
Səlahiyyətli banklar — maliyyə bazarlarındakı natamam (tənzimlənən) rəqabət sistemində - mərkəzi bankın və ya müvafiq səlahiyyətləri verilmiş başqa bir qurumun müəyyən bank əməliyyatları aparmasına icazə verdiyi banklar və bank qurumları. Bu cür icazə verilməsi lisenziya şəklində verilə bilər, habelə müəyyən səlahiyyətlər verilən bankların siyahısını ehtiva edən bir hökumət və ya digər bir fərman şəklində verilə bilər. Liberal məhdudiyyətsiz rəqabət sistemlərində “səlahiyyətli banklar” anlayışı yoxdur. Orta əsrlərdə və kapitalizmin başlanğıcında bir ölkənin özəl banklarının bir-biri ilə daxili bazarda, eləcə də xarici banklarla qarşılıqlı rəqabəti nəzəri olaraq yalnız bu və ya digər proteksionist tədbirlər çərçivəsində məhdudlaşdırıla bilər. Bununla birlikdə, 1806-1814-cü illərdə İngiltərənin Napoleon tərəfindən mallara, nəqliyyata və anbarlara qədər uzanan "Kontinental mühasirəsi" də beynəlxalq ödəmələr sistemini təsir etməmişdir. Sisteminin müvəkkil bank kateqoriyasının ortaya çıxması üçün ilkin şərtlər yaradan institusional əsas iki pilləli bank sistemidir. Üst səviyyə, dövlət adından “qanunverici” və tənzimləyici funksiyalarını yerinə yetirən, o cümlədən ikinci, aşağı səviyyədə fəaliyyət göstərən ticarət və digər banklara və maliyyə təşkilatlarına lisenziyalar verməklə həyata keçirən mərkəzi (emissiya) bankla təmsil olunur. qanuna görə bank işi kimi təsnif edilir (və buna görə lisenziyalaşdırma hüququ yalnız üst səviyyəli banka aiddir). Tamamilə bütün bank əməliyyatları bu cür lisenziyalaşdırmaya tabedir. Bu səbəbdən bir lisenziya alınması faktı onu alan bankı “səlahiyyətli bank” hesab etməyə əsas vermir.
Azərbaycan Respublikası Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya qısaca AMB — inzibati binası Bakı şəhərində yerləşir. "Azərbaycan Respublikasının Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Milli Bankı" "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Azərbaycanda mərkəzi bankçılığın tarixi bir neçə mərhələdən ibarətdir: Xalq Cumhuriyyəti dövrü (1918–1920); sovet sosialist quruluşu dövrü (1920–1991); 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən başlayan müasir mərkəzi bankçılıq dövrü. 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş "Bakı bonları" ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi.
Azərbaycan Respublikasının Mərkəzi Bankı

Ermənistan Respublikası Mərkəzi Bankı
Ermənistan Respublikasının Mərkəzi Bankı (erm. Հայաստանի Հանրապետության Կենտրոնական Բանկ) — Ermənistannın mərkəzi bank funkiysaını yerinə yetirən qurum. Ermənistan Respublikasında yeganə təsisçisi olan, hüquqi şəxs, bank tənzimlənməsi və bank nəzarəti orqanıdır. Mərkəzi bankiın əsasən hədəfi ölkədə qiymətlərin stabil qalmasını təmin etməkdir. Əsas vəzifələri Ermənistan Respublikasının bank sisteminin sabitliyinə, likvidliyinə, ödəmə qabiliyyətinə və normal fəaliyyətinə zəruri şəraitin yaradılması və səmərəli ödəniş-hesablaşma sisteminin təşkili və inkişafıdır. Mərkəzi Bank öz səlahiyyətlərini həyata keçirərkən icra hakimiyyətindən asılı deyildir. Mərkəzi Bankın sədri Mərkəzi Bankın ən yüksək vəzifəli şəxsidir. O, Ermənistan Respublikasının Prezidentiinin təklifi ilə altı il müddətinə Ermənistan parlamenti tərəfindən təyin edilir. Ermənistan Respublikasının Prezidenti tərəfindən Mərkəzi Bankın sədr müavinləri 6 il müddətinə, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə beş il müddətinə təyin edilir. Ermənistan Respublikasının Mərkəzi Bankının sədri 2008-ci ilin iyun ayından — Artur Cavadyan.
Türkiyə Respublikası Mərkəzi Bankı
Türkiyə Respublikası Mərkəzi Bankı (türk. Türkiye Cumhuriyet Merkez Bankası) — Türkiyə Respublikasının mərkəzi bankıdır. Onun vəzifələri arasında pul və məzənnə siyasətinin yürüdülməsi, Türkiyənin beynəlxalq rezervlərinin idarə edilməsi, eləcə də banknotların çapı və buraxılması, ölkədə ödəmə sistemlərinin yaradılması, saxlanılması və tənzimlənməsi yer alır. Türkiyə Respublikası Mərkəzi Bankı Türkiyədə qiymət və maliyyə sabitliyinə nail olmaq və qorumaq üçün qanunla tapşırılıb və bu məqsədlərə çatmaq üçün sərəncamında olan hər hansı bir siyasət alətini öz mülahizəsinə əsasən istifadə etmək səlahiyyətinə malikdir. Türkiyə Respublikası Mərkəzi Bankı 2006-cı ildən bəri tam inflyasiya hədəfləmə rejimini izləyir. Türkiyə ərazisində ilk sikkə 1326-cı ildə Osmanlı bəyliyi dövründə dövriyyəyə buraxılır. O dövrdə yalnız qiymətli metal kimi zərb olunmağa başlayan valyutanın digər ölkələrdə olduğu qədər geniş bir istifadə sahəsi yox idi. Yalnız ödəniş məqsədləri üçün istifadə olunan pullar dövlət tərəfindən çap olunurdu. 19-cu əsrdə, pulun funksional dəyişikliyinə və Osmanlı İmperiyasının artan borclarına paralel olaraq maliyyə agentlərinə ehtiyac getdikcə artır. 1840-cı ildə ilk türk əskinasları olan xəzinədarlıq banknotlarının buraxılışı başlayır.
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Bosniya və Herseqovina Mərkəzi Bankı
Bosniya və Herseqovina Mərkəzi Bankı (bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине) — Bosniya və Herseqovinanın mərkəzi bankı. Əsas mərkəzi Sarayevo şəhərində yerləşir. Rəhbəri Senad Softiçdir. Bosniya və Herseqovina konvertasiya olunan markasının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Bosniya və Herseqovinada olan bütün banklardan üstündür. Bosniya və Herseqovina hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, ölkəsini beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.
Azərbaycan Banklar Assosiasiyası
Azərbaycan Banklar Assosiasiyası (ABA) — Azərbaycanda bank işi üzrə assosiasiya. Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə Azərbaycanın 10 özəl bankı tərəfindən yaradılmışdır. İlk öncə "Azərbaycan Kommersiya və Kooperativ Banklar Assosiasiyası" kimi qeydiyyatdan keçmiş, 1999-cu ildən "Azərbaycan Banklar Assosiasiyası" adı altında fəaliyyət göstərir. 2000-ci illərin sonlarında ABA-ya 100-dən çox yeni üzv qoşulmuşdur. Müxtəlif illərdə bəzi bankların birləşməsi, digərlərinin isə bağlanması nəticəsində 2012-ci ildə assosiasiyaya 46 bank və 4 qeyri-bank təşkilatı daxil idi. Azərbaycan Banklar Assosiasiyası yaradılarkən onun məqsədləri qanunvericilik, icra və məhkəmə hakimiyyətlərində, ictimai və beynəlxalq təşkilatlarda üzvlərinin maraqlarının fəal müdafiəsi, onların biznes xidmətlərinə və yardıma ehtiyaclarının ödənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi olmuşdur. Azərbaycan Banklar Assosiasiyası fəaliyyət göstərdiyi müddətdə bu qurumlarla sıx əməkdaşlıq əlaqələri qurmuş, bank qanunvericiliyinin təkmilləşdirilməsi, banklar arasında beynəlxalq əlaqələrin qurulması, bank infrastrukturunun müxtəlif elementlərinin yaradılması, hökumət və Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan bank islahatlarının dəstəklənməsi istiqamətində mühüm işlər görmüşdür. ABA Azərbaycan Mərkəzi Bankı, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarla birlikdə bank sektorunun inkişafı ilə bağlı bir sıra konfranslar, seminarlar və dəyirmi masalar təşkil etmişdir.
Depozit bankı
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.