MASTOMA
MAŞA
OBASTAN VİKİ
Ordubad üsulu maş şorbası
Maş Şorbası Ordubad rayonunun ən məşhur yeməkərindəndir. Ordubadda quru maş lobyadan və təzə maşdan (yaşıl lobya) çox istifadə olunur. Yayda bu yeməklər təzə qoyun əti ilə bişirilir, qışda isə qovurma ilə. Qovurma öz yağında bişən qoyun ətidir. Qızardılmış qoyun əti elə öz yağındaca qazan və ya verdələrə yığılır və sərin yerdə saxlanılır. Qovurma həm sulu, həm quru yeməklərə əlavə olunur. Onun dadı qeyri-adidir, çox ləzzətli olur. 4-6 porsiya üçün nəzərdə tutulub 1 stəkan (230qr) quru maş lobya, gecədən soyuq suya qoyulmuş 2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı 500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz) 1 ədəd doğranmış orta boy baş soğan 2 xörək qaşığı tomat 8 stəkan su zövqə görə duz zövqə görə istiot 4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof 4 quru gavalı 1 xörək qaşığı quru nanə 1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir.
Azərbaycan Respublikasının əməkdar maşınqayıranlarının siyahısı
Arif Mahmud oğlu Məmmədov — 23.10.1991
Azərbaycanda maşınqayırma sənayesi
Azərbaycanda maşınqayırma sənayesi Maşınqayırma ağır sənaye kompleksi olub xalq təsərrüfatı üçün əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Maşınqayırma ümumilikdə xalq təsərrüfatının texniki təminat bazası olaraq istehsalatda əmək məhsuldarlığını yüksəltməklə, insanların maddi rifahının yaxşılaşmasına və dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir. Maşınqayırmanın əsas sahələri - dəzgahqayırma, cihazqayırma, traktor və avtomobilqayırma, gəmiqayırma, təyyarəqayırma, kənd təsərrüfatı maşınqayırması, elektrotexnika, radiotexnika və avtomatika avadanlıqlarının hazırlanmasıdır. 1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatı başlandı. 1858-ci ildə Bakıda ilk metal emalı zavodu tikilmişdir. 1859-cu ildə dünyada ilk neftayırma zavodu Bakıda istifadəyə verildi. Sonrakı illərdə neft, kimya və gəmiçiliyin inkişafı ilə əlaqədar bu sahələrə xidmət göstərən maşınqayırma və metal emalı müəssisələri meydana gəlmişdir. 1911-13-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, birinci dünya müharibəsinin əvvəllərində isə Bakı və onun ətrafında 127 mexaniki, metal emalı müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə 8066 nəfər fəhlə işləyirdi. İkinci dünya müharibəsi illərində, yəni 1939-45-ci illərdə keçmiş SSRİ-nin bir çox sənaye şəhərlərindən Bakıya köçürülən maşınqayırma zavodlarında əsasən döyüş sursatı, silah və hərbi texnika üçün ehtiyat hissələri istehsal edilirdi.
Aşağı Maşkabad (Urmiya)
Aşağı Maşkabad (fars. مشك ابادسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (93 ailə).
Bokser (zirehli döyüş maşını)
Bokser, Almaniya və Hollandiyanın müştərək istehsal etdiyi zirehli döyüş maşınıdır. Maşın, zirehli maşınların növbəti nəslini istehsal etməyi hədəfləyən müştərək bir Avropa dizayn layihəsidir və mərkəzi Almaniyada yerləşən Krauss-Maffei Wegmann GmbH və Rheinmetall MAN Military Vehicles GmbH (RMMV) və mərkəzi Hollandiyada yerləşən Rheinmetall MAN Military Vehicles Nederland B.V. müştərəkliyindəki ARTEC GmbH şirkəti tərəfindən istehsal olunur. Əməliyyat mənzili 1100 km, maksimum sürəti 103 km-dir.
Bombalı maşın
Bombalı maşın və ya bomba yüklənmiş maşın bir maşına yerləşdirilən və partladılan partlayıcı maddələrdir. Adətən sui-qəsd, siyasi sui-qəsd, terror və ya partizan müharibələrində istifadə olunur.
Buxar maşını
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Dağ Maşanlı
Dağ Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi maşanlı (və ya maçanlı) tayfasının dağlıq ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dağlıq ərazidə yerləşən Maşanlı kəndi" mənasındadır. Kənd bu adla rayonun ərazisindəki Maşanlı və ya Araz Maşanlısı kəndindən fərqlənir. Cəbrayıl rayonunun digər kəndi - Maşanlı kəndini Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə belə adlandırılmışdır. Oykonim maşanlı nəslinin adını daşıyır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Dağ Tumas kənd Sovetindən Dağ Maşanlı kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Debeyki maşası
Debeyki maşası — Manipulyasiya zamanı toxuma zədələnməsinin qarşısını almaq üçün damar əməliyyatlarında istifadə olunan atravmatik toxuma maşası növü. Onlar adətən böyük olurlar (bəzi nümunələrinin uzunluğu 36 sm-ə qədər çata bilir) və bir çox digər toxuma maşalarındakı incə tutucu hissədən fərqli olaraq, bu maşalarda həmin hissə daha qabarıq olur. Maşa Beylor Tibb Kollecində işlədiyi müddətdə bir çox tibbi yeniliklər etmiş Dr. Maykl DeBeyki tərəfindən hazırlanmışdır.
Dördkürəli sürtünmə maşını
Dördkürəli sürtünmə maşını sənaye — transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. Dördkürəli sürtünmə maşını sənaye — transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. ЧМТ maşını 1933-cü ildə Berlaqe tərəfindən təklif edilmişdir və sürtkü yağlarının laboratoriya şəraitində siyrilmə və yeyilməyə qarşı xassələrini öyrənmək üçün geniş istifadə olunur. Standart 4-kürəli sürtünmə maşını bir kasaya yerləşdirilmiş üç tərpənməyən (sabit) və onların üstündə bir hərəkətli (çevik) polad kürəciklərdən ibarət olan test aparatıdır. Müəyyən sürətlə və verilmiş yüklə üst kürəcik qalan kürəciklərə görə qaynaq olana qədər fırlanır. Sürtunmə maşınlarının çoxunda diametri 12,7 mm olan polad kürəciklərdən istifadə olunur. Dördkürəli sürtünmə maşını bir neçə dəfə modikfikasiya olunmuşdur, lakin sürtünmə konstruksiyası (bir piramida şəklində 4 kürə) dəyişməmişdir. Dördkürəli sürtünmə maşını əslində maddələrin sürtünmə zamanı yaranan yüklənməyə qarşı qabiliyyətini qiymətləndirən triboloji analizatordur. Sürtkülərin yeyilməyə qarşı xassələri siyrilmə zamanı böhran yükü ilə və yeyilmə ləkələrinin ölçülməsi ilə qiymətləndirilir. Göstəricilər tətbiq olunan yükdən asılı olaraq dəyişir, buna görə sürtkü nümunələrinin düzgün qiymətləndirilməsi üçün müxtəlif yüklərdə, eyni vaxtda bir neçə sıra sınaq aparılır.
Dünyanın ən böyük maşını
. NET Framework — Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir "tətbiq" inkişaf etdirmə platformasıdır. Daha əvvəl Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir. Buradakı tətbiq anlayışının əhatəsi çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır. . Net arxitekturası, ortaq bir icra etmə mühiti (runtime environment), ortaq bir dəyişən növ sistemi, və portativ əlaqəli kitabxanalardan meydana gələr. . Net kitabxanası köhnə visual basic üçün hazırlanmış API (proqramçılar üçün bir çox funksiya) lərin təsnif edilmiş halıdır. Çünki API təsnif edilməmiş və bu səbəblər proqramçılar üçün bir kabus halını almaqda idi. . Net kitabxanası proqramın əməliyyat sistemi ilə asanca uyğunlaşma içində işini təmin etmişdir.
Dəqiqlik sinfi (maşınqayırma)
Dəqilik sinifi - maşınqayırmada hissələrin (hissə, düyüm, maşın, cihaz) hazırlanma dəqiqliyininin standartlarda verilən müsaidələrin qiyməti ilə müəəəyn olunan səciyyəsidir. Dəqiqlik sinifi məhsulun ayrı-ayrı həndəsi parametrlərinə (məsələn, dişli çarxların parametrləri, xətti və bucaq ölçüləri və .s.) və ya məhsulun bütövlükdə özünə (məsələn dəzgahlar, yastıqlar və s.) aid edilə bilər. Həndəsi parametrlərin dəqiqlik sinifləri maşınqayırmada tipik birləşmələr üçün verilən müsaidə və oturtma standartlarının tərkib hissəsidirlər, məsələn hamar, yivli, konik, şlisli və s. birləşmələrə aid olan dəqilik sinifləri istənilən məhsulda tətbiq olunan bu həndəsi parametrlər üçün eynidir. Müsaidələrin verilən standart sistemdəki istənilən dəqiqliyi müasidə vadidi nominal ölçüdən asılı olaraq i ilə müəyyn olunur. Məsələn, hamar silindrik birləşmələr üçün müasidə vahidi (mkm) 1-500 mm arasında: i=0,45 d 3 {\displaystyle {\sqrt[{3\,}]{d}}} +0,001 (İSO-ya əsasən) olur. Burada, d- daxilində müasidə sabit götürülən verilmiş interval üçün nominal ölçünün orta qiymətidir (mm). Hər bir dəqiqlik sinifi üçün, əsasə 1,6, bəzi hallarda 1,25 və ya 2 olan həndəsi silsilə üzrə tərtib edilmiş müəyyən sayda müsaidə vahidi götürülür. Hər bir müasidə sistemində bir neçə dəqiqlik sinifi mövcud olur. Onlar ardıclıl oaraq nömrələnirlər.
Elektron Hesablayıcı Maşınlar zavodu
Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə. Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır. 1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı. Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır: Elektron aparatların və qurğuların istehsalı Elektromexaniki və mexaniki qurğuların istehsalı Elektrik avadanlıqlarının istehsalı Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı Lokomotivlərin avtomatik bloklarının istehsalı Sənaye və məişət cihazlarının istehsalı Ağac emalı Texnoloji tərtibatların və alətlərin hazırlanması Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: Mexaniki yığma sahəsi: müxtəlif materiallardan olan detalların mexaniki emalı dairəvi şlifləmə qaz mühitində yarımavtomat qaynaqlama Karkas ştamplama və qaynaqlama: pressləmə soyuq ştamplama arqon-qövs qaynağı qövs qaynağı qaz qaynağı Metalların, alətlərin və tərtibatların termiki emalı Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı Ağac emalı Qalvanik emal: misləmə kimyəvi oksidləmə sinkləmə xromlama anodlama passivləşdirmə Lak-boya ilə örtükləmə. Alət istehsalı: ştampların və pres qəliblərinin istehsalı alət və tərtibatların hazırlanması Qeyri-standart avadanlıqların hazırlanması Metroloji nəzarət: zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi elektrik və radioelektrik ölçmələri kütlə, qüvvə və təzyiq ölçmələri sürət, təcil və zaman ölçmələri iqlim və metroloji sınaqlar.
Elektron Hesablayıcı Maşınları İstehsalatı İdarə edir (1982)
Elektron hesablama maşınları
Kompüter (əvvəlki yazılışı: kompüter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (film, 1982)
Eniqma maşını
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.
Gürzə patrul maşını
Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.
Gəncə Maşınqayırma Zavodu
"Gəncə" Maşınqayırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Gəncə Maşınqayırma zavodu Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 11 avqust 1977-ci il tarixli 44 nömrəli Qərarı ilə SSRİ radiosənayesi nazirinin 21 oktyabr 1977-ci il tarixli 442 nömrəli əmri əsasında 1984-cü ildən inşa olunmağa başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 160 nömrəli Fərmanına əsasən Gəncə Maşınqayırma zavodu “Azəriqaz” Dövlət şirkətinin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 462 nömrəli Fərmanına əsasən zavod Аzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
Hesab maşını
Hesab maşını (ing. accounting machine) verilənləri avtomatik emal edən ilk maşınlardan biri; XX əsrin 40–50’ci illərində IBM, Burroughs və NCR kimi şirkətlər tərəfindən kommersiya hesablaşmaları aparmaq üçün yaradılıb. İlk hesab maşınları elektron maşınlar deyildi və perfokartlarla işləyirdi; daha sonrakı modellərdə perfokartlar yoxa çıxdı və elektronika tətbiq edilməyə başladı. İndi hesab maşını dedikdə, adətən, hər dəfə işə salınarkən uçot proqramının avtomatik başladıldığı kompüter nəzərdə tutulur; bu halda kompüter, yeganə vəzifəsi uçotun aparılması olan ayrıca maşına çevrilir. Qeyd etmək maraqlı olardı ki, ilk displeylərdə videogörüntünün eninin 80 sütun olmasının səbəbi hesab maşınlarında istifadə olunan perfokartların 80-sütunlu olması ilə bağlıdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Знакомьтесь: компьютер = Understanding computers : Computer basics : Input/Output / Пер. с англ. К. Г. Батаева; Под ред. и с пред.
Hesablama Maşınlarının Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Hesablama maşınları
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Hesablama maşını
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Hidravlik maşınlar
Hidravlik maşınlar (və ya hidromaşın) daxilindən keçən mayeyə mexaniki enerji verir (nasos), ya da mayenin enerjisinin bir hissəsini götürərək faydalı iş üçün işçi maşının hidromühəriklər valının fırlanma hərəkətinə çevirirlər. Hidravlik maşınlara həcmi və pərli nasoslar, həcmi və pərli hidromühərriklər, hidroötürmələr aiddirlər. Həcmi maşınlar tsiklik olaraq maye nəql edən boru ilə əlaqədə olan işçi kameraların dəyişməsi ilə işləyir. Buna misal olaraq porşenli nasosu və hidromühərriki göstərmək olar. Pərli hidromaşınların işçi üzvləri üzərində pərlər bərkidilmiş fırlanan çarxdan ibarətdir. Enerjinin mayedən işçi çarxa və ya əksinə keçməsi çarxın pərlərinin axan maye ilə dinamik qarşılıqlı təsiri nəticəsində baş verir. Pərli hidravlik maşınlara mərkəzdənqaçma və vintli nasoslar, hidroturbinlər aiddirlər.Bunlar da hidravlik maşınların daha da təkminləşməsinə imkan yaradır.Bunlardan daha çox fizikada istifadə edlir. Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Jakkard maşını
Jakkard maşını toxuma dəzgahında parçaların iri naxışlarla emalı üçün əlavə tərtibatdır. Qurğu fransız ixtiraçısı Yozef-Marie Jakkardın adı ilə bağlıdır. Bu maşın toxuma dəzgahında ilmənin yaradılması zamanı hər bir sapın və saplar qrupunun hərəkətini idarə etməyə və bununla naxış elementini vurmağa imkan verir. Jakkard maşının köməyi ilə naxışlı parçaların, xalçaların, süfrələrin və s. hazırlanması mümkündür. Jakkard maşını bıçaq, qarmaq, iynə, çərçivə lövhəsi, çərçivə ipləri və naxışa uyğun perfo prizmadan ibarətdir. Əsas saplar, dəzgahın eni böyunca bərabər paylanması üçün aşağı hissəsədə yerləşmiş bölgü lövhəsinin deşiklərindən keçərək maşınla arkad ipləri ilə birləşdirilir. Bıçaq çərçivəsində bərkidilmiş bıçaqlar irəli-geri hərəkəti icra edirlər. Bıçaqların iş sahəsində yerləşən qarmaqlar bıçaqlar tərəfindən tutularaq yuxarı qaldırılır. Bu zaman çərçivə və arkad ipləri boyunca əsas sap yuxarıya qalxır və ilməyin yuxarı hissəsini əmələ gətirir.

Digər lüğətlərdə