Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pink
Alisya Bet Mur (ing. Alecia Beth Moore, və ya bilinən adıyla Pink və P!nk; 8 sentyabr 1979) ABŞ-lı bir pop musiqi müğənnisidir. Pink, 8 sentyabr 1979 tarixində ABŞ'ın Pensilvaniya əyalətinin Doylestown bölgəsində dünyaya gəldi. Müğənninin Pink adını almasının səbəbi, düşünüldüyü kimi musiqi dünyasına ilk addım atdığında saçlarının bənövşəyi rəngli olması deyildi. Dostları ona bu adı, Reservoir Dogs filmindəki Mr. Pink xarakterinə bənzədiyi üçün taxmışlar idi. Pinkin musiqiyə olan marağının başlıca səbəbi, atasının onu yatırtmaq üçün bəstələdiyi mahnılardı. Yaşı irəlilədikcə bu mahnılar duetlərə çevrildi və Pink lisey illərində atasıyla birlikdə ilk bəstələrini etməyə başladı. Yerli bir rep qrupuyla səhnəyə çıxdığında isə hələ 13 yaşında idi. Olduqca problemli bir gənclik dövrü keçirdikdən və anası ilə atası ayrıldıqdan sonra, anasıyla dalaşmaqdan pis vəziyyətə düşərək 14 yaşında evi tərk etdi və musiqi həyatına daha ciddi bir şəkildə davam etmək məcburiyyətində olduğunu anladı.
Pink Floyd
Pink Floyd 1965-ci ildə gitara və vokalda Sid Barrett, bateridə Nick Mason, basda və vokalda Roger Waters, elektronik piano və vokalda Riçard Rayt adlı universitet tələbələri tərəfindən yaradılmışdır. 1960-ların sonunda Londonun yeraltı musiqi dünyasında verdikləri konsertlərlə məşhurluq qazandılar və Barrett-in liderliyi ilə iki ədəd top listlərə girən single və müvəffəqiyyətli bir albom olan The Piper at the Gates of Dawn-ı yayınladılar. Gitarist və vokalist Devid Gilmor 1967-ci ilin dekabrında qrupa qatıldı. Psixoloji olaraq problemlər yaşayan Barrett, vəziyyətinin pisləşməsi ilə 1968-ci ilin aprelində qrupdan ayrıldı. Waters qrupun mahnı yazarı və lideri oldu, The Dark Side of the Moon(1973), Wish You Were Here(1975),Animals(1977),The Wall(1979) və The Final Cut(1983) kimi konsept albomlara öz imzasını atdı. The Dark Side of the Moon və The Wall bütün zamanların ən çox satan albomlarından oldu. Qrupun simvolu halına gəlmiş The Dark Side of the Moon, bütün zamanların ən çox zirvədə qalmış albomu olaraq Billboard 200 listində 741 həftə qalmışdır. Yaşanan bir sıra mübahisələrin ardından Wright, 1979-cu ildə qrupu tərk etdi. Bunun ardınca 1985-ci ildə Waters də qrupdan ayrıldı. Gilmour və Mason Pink Floyd olaraq musiqi həyatlarına davam etdilər, Wright isə öncə studiya musiqiçisi olaraq, sonra isə qrup üzvü kimi təkrar qrupa qayıtdı.
Pink gölü
Pink gölü (ing. Pink Lake; fr. Lac Pink) — Kanadanın Kvebek əyalətində, Qatino şəhərinin yaxınlığındakı Qatino Parkda yerləşən meromiktik tipli göl. Yay dövründə gölün səthi suda yaşayan yosunların sayına görə yaşıl görünür. İnsan fəaliyyətinə göl evtrofikasiyalaşmış və göl təhlükəli hala düşmüşdür. Qatino Park idarəsi göldə çimməyi, gölə daş atmağı, yanında ev heyvanları ilə gəzməyi qadağan edib. Göl adını 1826-cı ildə bu bölgədə yaşamış və ferma təsərrüfatı ilə məşğul olmuş irland ailədən almışdır. Meromiktik xüsusiyyətlərinə görə Pink gölündə qədim bakteriya formaları yaşayır. Bu bakteriya formaları fotosintez etmək üçün oksigendən deyil, kükürddən istifadə edir. Oksigenlə zəngin olmayan hissələrdə səthdən 7 metr qalınlığında bu bakteriya formalarından ibarət qat yaranmışdır.
Pink Armenia
Çəhrayı Ermənistan (erm. Փինք Հայաստան; ing. Pink Armenia) – Ermənistanda LGBTQIA+ hüquqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı. "Çəhrayı Ermənistan" 2007-ci ildə yaradılmış və qərargahı İrəvanda yerləşir. Təşkilatın məqsədi Ermənistandakı lezbiyan, gey, biseksual, transgender fərdlərə dəstək olmaq, onların hüquqlarını müdafiə etmək, ölkədə LGBT məsələləri ilə bağlı ictimai fikri dəyişməkdir. "Çəhrayı Ermənistan" LGBT icmasının üzvləri üçün müxtəlif proqramlar və kampaniyalar təşkil edir. Təşkilatın xidmətlərinə təcili hüquqi yardım, sosial yardım, ailə dəstəyi, təcili vəziyyətlərdə kömək, psixoloji dəstək daxildir. Təşkilat cinsi sağlamlıq, insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə, bərabərlik və müxtəlifliyi müdafiə etmə, gender məsələlərini təbliğ etmə üzrə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. "Çəhrayı Ermənistan"ın hazırkı direktoru Mamikon Hovsepyandır. Təşkilatın trans məsələri üzrə ixtisaslaşmış "Sağ tərəf" təşkilatı ilə yaxın əlaqələri var.
Pink Tape
Pink Tape — ABŞ repçi-müğənnisi Lil Uzi Vert-in üçüncü studiya albomu. 30 iyun 2023-cü ildə Generation Now və Atlantic Records tərəfindən buraxılıb.
Alan Pinkerton
Alan Pinkerton (ing. Allan Pinkerton; 25 avqust 1819, Qlazqo, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 1 iyul 1884, Çikaqo, İllinoys) — şotland əsilli Amerika detektivi və kəşfiyyatçısı. Daha çox Pinkerton Milli Detektiv Agentliyinin (ing. Pinkerton National Detective Agency) qurucusu kimi tanınır. Amerika Vətəndaş müharibəsi dövründə İttifaq kəşfiyyatı üçün çalışmışdır. == Pinkerton agentliyinin quruluş tarixi == Alan Pinkerton Şotlandiyanın Qlazqo şəhərində polis çavuşu ailəsində anadan olub. Çəllək ustası peşəsinə yiyələnib. Çartist işçi hərəkatında fəal idi. 1842-ci ildə ABŞ-yə mühacirət etdi. Çikaqo yaxınlığındakı Dandi qəsəbəsində yerləşdi.
Erigeron pinkavii
Erigeron pinkavii (lat. Erigeron pinkavii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Pinkel
Pinkel (нем. Pinkel)-Almaniyanın şimal-qərb zonasının milli yeməyidir. Oldenburq, Bremen, Frislandiya da geniş yayılıb. Qarniyeri kələm olur. Cənubi Almaniyada isə demək olar heç məşhur deyil. Pinkeldə istifadə edilən kolbasa, donuz ətindən, mal ətinin piyindən, yulafdan, soğandan, duz, istiotdan ibarətdir. Pinkelin əsas resepti demək olar ki, gizli saxlanılır. Buna görə də müxtəlif bölgələrdə müxtəlif cür hazırlanır. Əgər pinkelin əti çoxdursa o ətli pinkel və ya oldenburq pinkeli adlanır. Kələmli-pinkellər qış aylarında Almaniyanın şimal regionlarındakı kəndlər üçün hazırlanırdı.Oldenburq əyalətinin ətraflarında bu adət ənənə geniş yayılıb.
Pinkern
Pinkern (q.yun. πιγκέρνης, translit. pinkernēs) və ya epinkern (q.yun. ἐπιγκέρνης, translit. epinkernēs) — Bizans imperiyasında yüksək dərəcəli saray titulu. Titul əvvəlcə saray xədimlərinə, daha sonra isə adi insanlara verilirdi. Pinkern XIV əsrdə vacib insanlara verilən yüksək bir titula çevrilir. İmperatorluq pinkernlərinə əlavə olaraq patriarx və böyük feodolların saraylarında da pinkernlərin olduğu qeyd edilmişdir. Kajdan, Aleksandr. Pinkernes // The Oxford Dictionary of Byzantium (ingilis).
İoann Kantakuzin (pinkern)
İoann Kantakuzin (yun. Ἱωάννης Καντακουζηνός, translit. Ioánnis Kantakouzinós; 1190 – 1257) — Frakesiya femasının qubernatoru (hak. 1244–1249), duka və pinkern. O, 1249-cu ildə Nikeya imperatoru III Duka İoann Vatas tərəfindən Rodos hakimi İoann Qavalasın orada olmadığı dövrdə adanı işğal edən və nəzarəti ələ keçirən genuyalılara qarşı göndərilən yürüşə rəhbərlik etmişdir. İoann Kantakuzin ömrünün son illərində İoanniki adını özünə götürərək rahib olmuş, 1257-ci ildən bir müddət əvvəl vəfat etmişdir. Nicol. The Byzantine Family of Kantakouzenos (Cantacuzenus), ca. 1100–1460: A Genealogical and Prosopographical Study. Dumbarton Oaks studies 11.
Cessi Pinkman
Cessi Pinkman (ing. Jesse Pinkman) — "Breaking Bad" serialının əsas personajlarından biri. Aaron Pol tərəfindən canlandırılıb. Cessi keçmiş kimya müəllimi Volter Vayt (Brayan Krenston) ilə birlikdə kristal met hazırlayıb satır. Cessi teleserialın bütün seriyalarında görünən yeganə personajdır. Pol 2019-cu ildə buraxılan "El Kamino" spin-off filmində rolunu yenidən ifa etdi, həmçinin o 2022-ci ildə "Ən yaxşısı Sola zəng et" teleserialının final mövsümündə də rol aldı. Vins Qilliqan Cessini serialın ilk mövsümünün sonunda öldürməyi planlaşdırırdı, lakin Aaronun performansını və personajın tamaşaçılar tərəfindən sevildiyini gördükdən sonra fikrini dəyişdi. Tənqidçilər Cessinin dəyişməsindən xüsusilə təsirləndilər, o, xoşagəlməz bir narkotik satıcısından teleserialın sevilən qəhrəmanına çevrildi. Pol ifasına görə 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. == Bioqrafiya == Cessi Brüs Pinkman Nyu-Meksiko ştatının Albukerke şəhərində orta təbəqəli bir ailədə anadan olub.
PinkPantheress
PinkPantheress (əsl adı: Viktoriya Beverli Volker; 18 aprel 2001, Bat, Cənub-Qərbi İngiltərə[d]) — İngiltərə müğənnisi, musiqi prodüseri. Onun mahnıları çox vaxt qısa olur, yığcam və cəlbedici melodiyaları ilə dinləyicilərin diqqətini çəkir. O, 1990 və 2000-ci illərin musiqisindən ilham alaraq, bu dövrlərə aid olan semplləri öz bəstələrinə daxil edir. PinkPantheress 2021-ci ildə Londonda universitetdə tələbə olarkən öz mahnılarını məşhur sosial media platforması olan TikTok-a yerləşdirməyə başlayıb. Onun paylaşdığı bəzi mahnılar, o cümlədən "Break It Off" mahnısı bu tətbiqdə viral olmuşdur. Mahnının uğuru Parlophone və Elektra Records şirkətlərinin diqqətini çəkib. PinkPantheress hər iki şirkətlə müqavilə bağlamağa razı olub. O, 2021-ci ildə debüt miksteypi olan "To Hell with It"-i çıxarıb. Miksteypdən olan sinqllar "Just for Me" və "Pain" UK Singles Chart cərgəsində ilk 40-lığa daxil olmuş və sonralar Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən gümüş sertifikat almışdır. Müğənni 2022-ci ildə BBC-nin tərtib etdiyi "2022-ci ilin səsi" sorğusunda qalib gəlmişdir.
Pinkerton
Pinkerton — amerikan rok qrupu Weezer-in ikinci studiya albomu. 24 sentyabr 1994-cü ildə DGC Records tərəfindən buraxılıb. Bütün mahnılar Rivers Cuomo tərəfindən yazılmış və bəstələnmişdir.
Link
Link və ya hiperlink yaxud keçid ya da bağlantı — hipermətn sənədinin bu sənəddəki elementə (əmr, mətn, şəkil, qeyd) və ya başqa obyektə (fayl (sənəd), kataloq, proqram) aid olan hissəsi yerli diskdə və ya kompüter şəbəkəsində ya da bu obyektin elementlərində yerləşir . HTML sənədinin istənilən elementinə hiperlink əlavə edilə bilər. Mətnin əlavə edilmiş keçidi olan hissəsi əvvəlki cümlədə olduğu kimi, standart olaraq mavi rənglə vurğulanır. Siz keçidi olan mətnin üzərinə siçan kursorunu sürdükdə mətn ya rəngini dəyişir, ya da altdan xətt çizilir.Klaviaturadan istifadə edərək brauzerdə naviqasiya edərkən, keçidləri olan mətn və qrafik elementlər düzbucaqlı nöqtəli çərçivə ilə vurğulanır. Əvvəllər ziyarət edilmiş link, adətən, ziyarət edilməmiş linkdən fərqli rəngdə vurğulanır. “Yarasa” keçidi, məsələn, sənəd və ya fayl yerləşdiyi resursun inzibatçısı tərəfindən silinib və ya köçürülübsə ya da resursun özü mövcud deyilsə çatışmayan obyektə istinad edən hiperlinkdir. Adətən bu vəziyyətdə səhifədə səhv kodu olan bir mesaj görünür, lakin bu həmişə baş vermir. Tam adı ilə hiperlink hissələri http://www.example.com/test-papka/index.html == HTML səhifə hiperlinkləri == Hiperlink HTML sənədinin və onun əsas elementinin fraqmentidir: İnternetdə yerləşə bilən başqa bir fayla işarə etmək; bu faylın tam yolunu (URL) ehtiva edir. İstifadəçi üçün hiperlink veb-saytda, e-poçtda və ya hər hansı elektron sənəddə link yaradan və İnternetdəki digər obyektlərə keçməyə imkan verən qrafik təsvir, video və ya mətndir. === Başqa HTML səhifəsinə hiper keçid === HTML-də bir keçid müəyyən etmək üçün <a> etiketi istifadə olunur, strukturu <a href="filename">Bağlantı mətni</a>, burada fayl adı keçid ediləcək fayl adı və ya İnternet ünvanıdır və LinkText HTML sənədində birbaşa göstəriləcək hipermətn keçid mətnidir.
Pinsk
Pinsk (belar. Пінск) — Belarusda şəhər. Brest vilayətində yerləşən bu şəhər Pinsk rayonunun inzibati mərkəzidir. 1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən şəhər əhalisinin sayı 138,045 nəfərdir. Pinsk Polesiya ərazisinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Ping
ping İnternet Protokolu (IP) şəbəkəsində hostun əlçatanlığını yoxlamaq üçün istifadə edilən kompüter şəbəkəsinin idarəedici proqram təminatıdır. O, şəbəkəyə qoşulma qabiliyyətinə malik olan faktiki olaraq bütün əməliyyat sistemləri, o cümlədən ən çox quraşdırılmış şəbəkə idarəetmə proqramları üçün mövcuddur. Ping, mənbəyə əks-səda (echo) verən mənbə hostundan təyinat kompüterinə göndərilən mesajlar üçün gediş-gəliş vaxtını ölçür. Adı səs nəbzini göndərən və su altında obyektləri aşkar etmək üçün əks-sədaya qulaq asan aktiv sonar terminologiyasından gəlir. Ping yardım proqramı Mike Muuss tərəfindən 1983-cü ilin dekabrında Balistik Tədqiqatlar Laboratoriyasında, indiki ABŞ Ordusunun Tədqiqat Laboratoriyasında işlədiyi müddətdə yazılmışdır. David Millsin IP şəbəkə diaqnostikası və ölçmələri üçün ICMP əks-səda (echo) paketlərindən istifadə ilə bağlı qeydi Muussu şəbəkə problemlərini həll etmək üçün yardım proqramı yaratmağa sövq etdi. Müəllif onu sonarın çıxardığı səsə görə adlandırmışdır, çünki onun metodologiyası sonarın əks-sədalanmasına bənzəyir. PING üçün Packet InterNet Groper backronimi 30 ildən artıqdır ki, istifadə olunur, və Muuss, onun nöqteyi-nəzərindən PING-in qısaltma kimi nəzərdə tutulmadığını söyləsə də, Millsin adının genişlənməsini etiraf etdi. İlk buraxılmış versiya ictimai domen proqramı idi; bütün sonrakı versiyalar BSD lisenziyası altında lisenziyalaşdırılmışdır. Ping ilk dəfə 4.3 BSD-ə daxil edilmişdir.
Piank
Piank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Arsak vilayətinin mərkəzində yerləşən Piank havarı əsasən dağlıq relyefə malik idi. Havar, şimal-qərbdə Arsak bilayətinin Mets-İrank havarı, şimal-şərqdə Utik vilayətinin Aranrot havarı, cənub-şərqdə Arsak vilayətinin Muxank havarı, cənub-qərbdə isə Arsak vilayətinin Harçlank havarı ilə sərhədlənirdi. Piank havarının cənub-şərq sərhəddi boyunca Qarqarçay axırdı.
Wink
Pik
Pik - İtiuclu dağ zirvəsidir
İnk
İnk imperiyası — Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperatorluq olmuşdur. İnklərin imperatorluğu və sivilizasiyası 1438-ci ildən 1533-ci ilədək indiki Peru, Ekvador, Boliviya, Cənubi Kolumbiya, Çilinin şimal ilə orta bölümləri, və şimal-qərbi Argentina da yerləşib. Paytaxtı Kusko adlanıb. İnklərin əhalisi 1438-dən 1533-ci ilə qədər 12.000.000 nəfərdən 20.000.000 nəfərə və ərazisi 800.000 km²-dən 2.000.000 km²-ə qədər olmuşdur. İnklərin bir çox həyat aspektləri sirr olaraq qalır, buna səbəb isə onlar haqqında bütün məlumatların ispan fatehləri tərəfindən bildirilməsindədir. İspanlar məhz onların sonunun gəlməsinə səbəb olmuşlar. Konkistador Fransisko Pissaro 1532-ci ildə cəmi bir neçə adamın köməkliyi ilə ink ordusunu məğlub etdi. Lakin İnk imperiyasına əsl zərbəni bundan 10 il əvvəl avropalı qəsbkarlar vurmuşlar. Onlar heç fərqində olmadan burada çiçək epidemiyasını yaymışlar və bu xəstəlik səbəbindən inklərin 90%-i həlak olmuşdu. Bir çoxları İnk imperiyasını avtoritar monarxiya adlandırdığı halda, bəzi tədqiqatçılar buranı ideal sosioloji dövlət hesab edirdilər.
Hrant Dink
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954, Malatya – 19 yanvar 2007, İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir. Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur.
Klaus Zink
Klaus Zink (20 yanvar 1936 – 9 fevral 2024) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. Zinkin gənclik komandası onun doğulduğu şəhəri təmsil edən "Qlühlampenverk Plauen" idi. 1955-ci ilin avqust ayında o, "Vizmut Karl-Marks Ştadt" klubuna keçdi. Ancaq ilk oyununu 12 may 1957-ci ildə "Motor Cena" klubuna qarşı keçirtdi. 1957-ci ildən 1971-ci ilə qədər o, "Ertsgebirge"nin heyətində 279 liqa oyunu ərzində 82 qol vura bilmişdir. Onun sonuncu liqa oyunu 1971-ci il 30 oktyabr tarixinə təsadüf etdi, oyun "Maqdeburq" qarşı keçirilirdi. O, Çemnits şəhərində yaşayır. == Xarici keçidlər == Klaus Zink's league games and goals season after season in the RSSSF archive. Accessed on January 7, 2013.
Link (botanik)
Henrix Fridrix Link (alm. Heinrich Friedrich Link‎; 2 fevral 1767, Hildeshaym[d], Aşağı Saksoniya – 1 yanvar 1851, Berlin) — Alman təbiətçisi və botaniki. == Əsərləri == "Elementa philosophiae botanicae", Berlin, 1824. "Handbuch zur Erkennung der nutzbarsten und am häufigsten vorkommenden Gewächse" 3 т., Берлин, 1829—33. "Jahresbericht über die Arbeiten für physiologische Botanik im Jahre 1840", 1842. "Vorlesungen über die Kräuterkunde", Berlin, 1843—45. "Flore portugaise", Берлин, 1809—40. "Icones plantarum selectarum horti regii botanici Berolinensis" Kristof Fridrix Otto ilə birlikdə, Berlin, 1820—28. "Enumeratio plantarum horti regii botanici Berolinensis" 2 c., Berlin, 1821—22. "Ueber die Gattungen Melocactus und Echinocactus", Berlin, 1827.
Liu Pinq
Liu Pinq (1 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == Liu Pinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Liu Pinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Mark Link
Mark Link (27 fevral 1995) — Niderlandlı peşəkar kişi BMX velosipedçisi. Mark Link Niderlandı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Mark Link 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.823 saniyəlik nəticəsi ilə 48-ci yeri tutdu.
Metaseiulus pini
Metaseiulus pini (lat. Metaseiulus pini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Mihay Pank
Mihay Pank — Rumıniya futbolçusu Sol cinah müdafiəçisi mövqeyində oynayan Pank zəngin təcrübəyə və hündür boya malikdir. 30 yaşlı futbolçu karyerası ərzində vətənində Qloriya Reşitsa, Ekstensiv Krayova, Styaua Buxarest, Proqresul Buxarest klublarının şərəfini qoruyub. Boyu 187 sm olan Mihay Rumıniyanın güclülər dəstəsində 119 matça 3, birinci dəstədə keçirdiyi 84 oyuna 8 qol vurub.
Pank rok
Pank rok (yada pank; ing. punk rock) — 1970-ci illərin ortalarında ABŞ, Böyük Britaniya və Avstraliyada yaranmış rok musiqisinin janrı. Janrın kökləri 1960 cı illərin qaraj rokina və indi protopank adlandırırlan musiqiyə gəlir çıxır. Janr yaranandan onu təmsil edən musiqiçilər, 1970-ci illərdə məşhur olan, meynstrim roka qarşı çıxırdılar və özlərini onun əksi kimi göstərməyə çalışırdılar. Adət olaraq pank qruplar qısa,səsli gitarlarla və kobud vokalla enerji dolu, siyasi və sosial mövzulara aid mətnlərlə mahnılar yazırlar. Pankın əsas xüsusiyyəti DIY üsulu idi. Qruplar özləri, ya da müstəqil leynlların köməkliyi ilə öz mahnılarını yazıb yayırdılar. «Pank» ilk olaraq 1970-ci illərin əvvəllərində musiqi termini kimi işlənib. Bəzi qaraj qruplarının və onların pərəstişkarlarını təsvir etmək üçün bu termini amerikalı kritiklər düşünüb. 1976-cı ilin axırlarına — Nyu Yorkdan olan New York Dolls, Television, Ramones və Londondan olan Sex Pistols, The Clash və The Damned — yeni janrın bayraqdarları oldu.
Petsi Mink
Petsi Matsu Takemoto Mink (ing. Patsy Matsu Takemoto Mink; 6 dekabr 1927, Paia[d] – 28 sentyabr 2002, Honolulu) – ABŞ-nin Havay ştatını təmsil etmiş yaponəsilli siyasətçi. O, ABŞ Nümayəndələr Palatasına seçilmiş (1964) və ABŞ prezidentliyinə namizəd olmuş (1972) ilk asiyalı amerikalı qadın olmuşdur. Mink Demokrat Partiyanın nümayəndəsi kimi 1965–76, daha sonra isə 1991–2002-ci illərdə vəzifədə olmuşdur. O, Cimmi Karter administrasiyasında ABŞ dövlət katibinin köməkçisi və Demokratik Hərəkat üçün Amerikalılar qrupunun prezidenti vəzifələrini yerinə yetirmişdir. Petsi Mink 6 dekabr 1927-ci ildə Havay adalarının Maui adasında yerləşən Paia yaşayış məntəqəsində doğulmuşdur. O, ikinci nəsildən olan yaponəsilli amerikalı ailəyə mənsub idi. 1944-cü ildə Maui liseyindən valediktor kimi məzun olmuş, daha sonra Havay adaları və kontinental ABŞ-də yerləşən kolleclərdə təhsil almışdır. Nebraska Universitetində təhsil alarkən universitetin seqreqasiyaçı yataqxana siyasətinə qarşı kampaniya başlatmışdır. Daha sonra Havay Universitetinə transfer olmuş, 1948-ci ildə zoologiya və kimya sahələri üzrə bakalavr dərəcəsi əldə etmişdir.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Post punk
Postpank (ing. Post-punk) — 1970-ci illərin ortalarından pank rokun məşhurlaşmasından sonra yaranmış rok musiqi hərəkatı. Hər nə qədər bu janrın kökü punk roka çıxsa da post pank daha içə dönük və eksperemental janrdır. Post pank indie musiqi və pankı məşhurlaşdırmış,alternativ rokun yaranması üçün zəmin yaratmışdır. Post pank həm də Yamayka dub musiqisindən (əsasən bas gitara istifadəsində) və Amerikan fankından təsirlənmiş, studiya işlərində eksperementallığı ön plana çıxarmışdır.
Sadi Sink
Sadie Anne Sink (ing. Sadie Sink; 16 aprel 2002) — amerikalı aktrisa və model. Sink 16 aprel 2002-ci ildə Texas ştatında anadan olmuşdur. Üç qardaşı və bir bacısı var. Sink Şüşə qəsr filmində Vudi Harrelson rolunu canlandırmışdır. 2017-ci ildə Qəribə şeylər serialında Maksin "Maks" Meyfild rolunu canlandırmışdır. Sink ilk dəfə 2018-ci ildə Parid Dəb həftəsində podiuma çıxmışdır. Yaş limitinin 16 olmasına baxmayaraq, Sink 15 yaşında idi. Həmçinin Kate Spade, Vogue, L'Officiel Paris, Chanel və Givenchy Beauty üçün model çəkilişləri etmişdir.