Qırğızıstan–Malayziya münasibətləri
Qırğızıstan–Malayziya münasibətləri — Qırğızıstan və Malayziya arasında ikitərəfli beynəlxalq diplomatik, hərbi, ticari, mədəni və tarixi və həqiqi münasibətlər. Qırğızıstanın Kuala-Lumpurda bir səfirliyi vardır. Malayziyanın Daşkənddəki səfirliyi həm də Qırğızıstanda akkreditə olunmuşdur. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Qaçqınlar üzrə Ali Komissarlıq və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.
İki ölkə arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə diplomatik əlaqələrin qurulmasına dair sənədə uyğun olaraq qurulur. Kuala-Lumpurdakı Qırğızıstan səfirliyi 1997-ci ildə açılmışdır. 1995-ci ildə Qırğızıstan prezidenti Əsgər Akayev ilk rəsmi səfərini Malayziyaya edir. Sonra 1996-cı ildə Malayziyanın Baş naziri Mahathir Məhəmməd Qırğızıstana rəsmi səfərə gəlir. O vaxtdan bəri ikitərəfli əlaqələr ticarət, iqtisadi, investisiya, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə xeyli yaxşılaşır.