MARTİNE

Fransa kralı XIV Lüdovik dövrünün ən görkəmli hökmdarı idi. O, sərkərdə kimi də şöhrət qazanmaq istəyirdi. Bu səbədən ölkəni müharibələr silsiləsinə sürüklədi. Nəticədə Fransa Avropanın ən qüdrətli dövlətlərindən birinə çevrildi.

O zamanlar müharibələr xüsusi hazırlıq keçmiş peşəkar hərbçilərdən ibarət kiçik dəstələrlə aparılırdı. Məsələ orasındadır ki, keçmişdə atıcı silahlar o qədər də mükəmməl olmadığından təlim görməmiş əsgərlər bütün istək və bacarıqlarını ortaya qoysalar belə, hədəfi çox nadir hallarda düzgün nişan ala bilirdilər. Bu silahı səmərəli etməyin yeganə yolu əsgərlərə hamının eyni zamanda atəş açmasına imkan yarada biləcək nizami cərgə yaratmağı öyrətmək idi.

XIV Lüdovik, təbii ki, əsgərlərə vahid cərgədə hərəkət eləməyi, sıradakı yerini atəş altında tərk etməməyi, komandirin əmri ilə hamının eyni zamanda tətiyi çəkməyi öyrətməyin vacib olduğunu düşünürdü. Bu iş üçün Lüdovik uyğun bir adam tapdı – onun adı Jan Martine idi. 1660–70-ci illər arasında o, ardı-arası kəsilməyən qaba hərbi təlimlər nəticəsində istədiyi məqsədə çatdı. Buna görə, təbii ki, hamı ona nifrət edirdi.

O vaxtdan sərt hərbi nizam-intizam tərəfdarlarını Martine adlandırırlar. (Ayzek Azimov. Sözlərin tarixi)

MARŞRUT
MARTİT
OBASTAN VİKİ
Martine Crefcoeur
Martine Crefcoeur (nid. Martine Crefcoeur; 23 may 1935 – 18 aprel 2020) — Hollandiya teatr və kino aktrisası.
Alfonso Martinez
Alfonso Martinez ( 13 noyabr 1982) — 58 kq-a qədər çəki dərəcəsində çıxış etmiş Belizli keçmiş taekvondoçu. 2008 Yay Olimpiya Oyunlarında Belizi təmsil etmişdir. Martinez, Olimpiya Oyunları tarixində Belizi təmsil edən ilk taekvondoçu kimi tarixə düşüb. 20 avqust tarixində keçirilən görüşdə ikiqat dünya və Avropa çempionu olan ispaniyalı Xuan Antonio Ramosa 1-2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Enzo Martinez
Enzo Martinez (d. 15 avqust 1994) — Uruqvaylı üzgüçü. Enzo Martinez Uruqvayı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Enzo Martinez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.39 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 63-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Estibaliz Martinez
Estibaliz Martinez (9 may 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Estibaliz Martinez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Karmen Martinez
Karmen Martinez (26 dekabr 1982) — Paraqvaylı marafonçu. Karmen Martinez Paraqvayı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karmen Martinez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 56 dəqiqə 43 saniyəyə qət edərək 157 marafonçu sırasında 115-ci yeri tutdu.
Kristofer Alberto Martinez Berroteran
Kristofer Alberto Martinez Berroteran — Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2019-cu ildən) == Diplomatik fəaliyyəti == Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunduqdan sonra Kristofer Alberto Martinez Berroteran etimadnaməsini 3 mart 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.
Lautaro Martinez
Lautaro Javier Martinez (22 avqust 1997) – İtaliya A Seriyasında çıxış edən İnterin argentinalı peşəkar futbolçusu. == Karyerası == === Racinq Klub === Racinq Klubda ilk matçına 1 noyabr 2015-ci ildə keçirilən Racinq Klub-Crucero del Norte FK matçının 80-ci dəqiqəsində çıxıb. Matç Racinq Klubun 3–0 hesablı qələbəsi ilə başa çatıb. Racinq Klubun heyətində ilk qolunu isə 30 yanvar 2016-cı ildə keçirilən İndependiente-Racinq Klub matçında vurub. Matçın 74-cü dəqiqəsində meydana çıxan Martinez 75-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç Racinq Klubun 1–3 hesablı qələbəsi ilə başa çatıb.4 iyul 2018-ci ildə Racinq Klubdan ayrıldı. === İnter === 4 iyul 2018-ci ildə İnter ilə müqavilə imzaladı.İnterdə ilk matçına 14 iyul 2018-ci ildə keçirilən Luqano-İnter matçında çıxıb. Matça start heyətdə başlayan Martinez 46-cı dəqiqədə əvəzlənib. Eyni zamanda Lautaro Martinez matçın 16-cı dəqiqəsində fərqlənib. Matç İnterin 0–3 hesablı qələbəsi ilə başa çatıb.
Marianna Martines
Marianna Martines (d. 4.5.1744, Vyana, Avstriya - ö. 13.12.1812, Vyana, Avstriya) — avstriyalı müğənni, pianoçu və klassik dövr bəstəkarı.
Melani Martines
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995, Astoriya, Kuins) — amerikalı müğənni-mahnı yazarı. O, 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records ilə müqaviə bağlamış və ilk sinqlı "Dollhouse", ardınca eyniadlı mini-albomunu yayımlamışdır. Melaninin 2014-cü ildə buraxdığı ilk studiya albomu "Cry Baby" Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görüldü. Onun "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby", "Pacify Her" və "Soap" mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse" və "Pity Party" mahnıları RIAA tərəfindən platin sertifikatı almışdır. Melani ikinci studiya albomu "K-12" ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu "After School" buraxıldı. Melaninin üçüncü studiya albomu "Portals" 31 mart 2023-cü ildə işıq üzü gördü. == Həyatı == Melani Adel Martines 28 aprel 1995-ci ildə Kuinsin Astoriya məhəlləsində Puerto-Riko və Dominikan kökənli Meri və Xose Martinesin ailəsində dünyaya gəlib.
Melani Martines tərəfindən yazılmış mahnıların siyahısı
Melani Martines amerikalı müğənni-mahnı yazarıdır. Martines 2012-ci ildə ABŞ televiziya şousu The Voice istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb. O, 2014-cü ildə "Dollhouse" mini-albomunu buraxıb. Mini-albomda yer alan "Carousel" treki "American Horror Story: Freak Show" serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə buraxdığı ilk albomu olan "Cry Baby" ilə daha çox uğur qazanmışdır.
Melani Martinesin diskoqrafiyası
Amerikalı müğənni-mahnı yazarı Melani Martines üç studiya albomu, dörd mini-albom, on bir sinql, iki tanıtım sinqlı və iyirmi yeddi musiqi videosu buraxmışdır. "The Voice" müsabiqəsindəki iştirakından sonra Martines 2014-cü ildə Atlantic Records şirkəti ilə müqavilə bağladı. Onun ilk mini-albomu olan "Dollhouse" eyniadlı sinql və "Carousel" ilə birlikdə buraxıldı. Onun ilk studiya albomu "Cry Baby" 2015-ci ildə işıq üzü gördü. Albom ABŞ Billboard 200 hit-paradında altıncı pilləyə yüksəldi və RIAA tərəfindən platin sertifikata layiq görüldü. Albomu tanıtmaq üçün üç sinql "Pity Party", "Soap" və "Sippy Cup" buraxıldı. Martinesin ikinci studiya albomu "K-12" 2019-cu ildə işıq üzü gördü. Albom Billboard 200 hit-paradında 3-cü yerə yüksəldi və Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkədə ilk onluğa daxil oldu. Martines 2020-ci ilin sentyabrında "The Bakery" sinqlının daxil olduğu "After School" mini-albomunu buraxdı. Martinesin üçüncü studiya albomu "Portals" 2023-cü ilin martında yayımlandı.
Quercus martinezii
Quercus martinezii (lat. Quercus martinezii) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Raul Martinez Krovetto
Raul Nereo Martinez Krovetto (isp. Raúl Nereo Martínez Crovetto; 1921, Buenos-Ayres – 1988) — Argentina botaniki. == Elmi fəaliyyəti == Raul Nereo Martinez Krovetto toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Raúl Martínez Crovetto. 1996. Zoonimia y etnozoología de los Pilagá, Toba, Mocoví, Mataco y Vilela. Ed. J. Pedro Viegas Barros. BAires: Instituto de Lingüística, Facultad de Filosofía y Letras de la UBA Raúl Martínez Crovetto. 1981.
Senecio martinensis
Senecio martinensis (lat. Senecio martinensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Xasinto Benavente-i-Martines
Xasinto Benavente-i-Martines (isp. Jacinto Benavente Martínez; 12 avqust 1866[…], Mursiya, Mursiya – 14 iyul 1954[…], Malaqa, Əndəlüs) — "98 Nəsli" ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1922). == Həyatı == İspan dramaturqu Xasinto Benavente-i-Martines Madriddə, tanınmış və imkanlı həkim ailəsində doğulmuşdu. Kiçik yaşlarından teatr mühitində böyümüşdü. Madrid universitetinin hüquq fakültəsində oxusa da, atasının ölümündən sonra (1885) təhsilini yarımçıq buraxıb ədəbi yaradıcılıqla məşğul olmuşdu. Daha sonra isə özünü aktyorluqda sınamaq qərarına gəlmişdi. Onun yeni sənəti ilə səsləşən ilk kitabı "Fantastik teatr" (1892) adlanırdı və qısa dramatik dialoqlardan ibarət idi. "Özgə yuvası" (1894) adlı ilk pyesi uğur qazanmasa da, növbəti səhnə əsəri — "Məşhur adamlar" (1896) Benavente-i-Martinesi Madridin sənət aləminin populyar simalarından birinə çevirmişdi. İspan yazıçıları ölkələrinin ispan-amerikan savaşında itirdiyi nüfuzu qaytarmaq üçün "1898-ci il hərəkatı"nı yaradanda Benavente onun liderlərindən biri olmuşdu. 1899-cu ildən etibarən "Ədəbi həyat" jurnalına rəhbərlik etməsi yaradıcı dairələrdəki rolunu və nüfuzunu daha da artırmışdı.
Xuan David Martinez
Xuan David Martinez (3 may 2001-ci ildə Limpioda anadan olub) — Kolumbiya Premyera A təmsilçilərindən olan Kortulua klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiyalı futbolçudur. == Klub karyerası == === Kortulua === Martinez Kortulua akademiyası vasitəsilə inkişaf etmişdir. Martinez öz peşəkar karyerasında debütünü 2 aprel 2017-ci ildə Cunyor klubuna qarşı oyunda etmişdir. O, 58-ci dəqiqədə Rodolfo Reyesi əvəz etmişdir. Həmin görüşdə Kortulua liqa görüşündə rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Kolumbiya Superkuboku görüşləri daxildir.
İsabel Martines de Peron
İsabel Martines de Peron (isp. isaˈβel maɾˈtinez de peˈɾon), İsabel Martinez de Peron və ya İsabel Peron; (4 fevral 1931[…]) — 1974-1976-cı illərdə Argentinanın prezidenti. Xuan Peronun həyat yoldaşı (1961-1974). Ərinin 1973-1974-cü illərdəki prezidentliyi dövründə İsabel həm vitse-prezident kimi çalışmış, həm də ölkənin birinci xanımı olmuşdur. Xuan Peronun 1974-cü ildə vəfat etməsindən sonra, 1 iyul 1974-cü ildən 24 mart 1976-cı ilədək Argentinanın prezidenti olmuşdur. Kraliça və ya baş nazirdən fərqli olaraq, tarixdə "prezident" tituluna sahib olan ilk qadındır. 1981-ci ildə İspaniyaya sürgün edilmişdir. 1976-cı ilin fevralında itkin düşmüş şəxsin Argentina silahlı qüvvələrinin "təxribatçılara" qarşı əməliyyat keçirməsinə icazə verən fərmanları imzalaması səbəbi ilə 2007-ci ildə Argentina məhkəməsinin hökmü ilə həbs edilməsinə qərar verildi. O, 12 yanvar 2007-ci ildə İspaniyadakı evinin yaxınlığında həbs edildi. Bundan sonra İspaniya məhkəmələri onun Argentinaya verilməsini rədd etdi.
Manuel Martines (qılıncoynadan)
Manuel Martines Lyanesa (isp. Manuel Martínez Llaneza; 6 aprel 1939, Valensiya) — İspaniya qılıncoynadanı. O, 1960 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. == Həyatı == Manuel Martines 6 aprel 1939-cu ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1959-cu ildə Beyrutda keçirilən Aralıq dənizi Oyunlarında şpaqa üzrə komanda turnirində bürünc medal qazanmışdır.
Portals (Melani Martines albomu)
Portals — amerikalı müğənni-bəstəkar Melani Martinesin üçüncü studiya albomu. 31 mart 2023-cü ildə Atlantic tərəfindən buraxılıb. Albom buraxılmazdan əvvəl iki sinql, "Death" 17 mart, "Void" 29 mart buraxılıb. Əlavə üç trekin yer aldığı delüks versiyası 5 aprel 2023-cü ildə yayımlanıb. == Fon == Martines 2019-cu ildə ikinci albomunu və onun adını daşıyan musiqili filmin buraxılmasından sonra, 2020-ci ildə dördüncü mini-albomu "After School"-u yayımladı. Bunun ardınca mini-albomdakı treklərin yer aldığı K-12-nin delüks versiyası yayımlandı. Bunu da qeyd etmək lazımdır ki, mini-albom K-12-nin hekayəsi ilə əlaqəli deyildi. Martines iki illik fasilədən sonra bütün Instagram paylaşımlarını arxivləşdirməyə başladı və 18 fevral 2023-cü ildə buraxılacaq üçüncü albomunu elan etdi. Müğənni həmçinin Spotify-da yeni mahnıdan on iki saniyəlik snippet yerləşdirdi. == Tanıtım == Tizer videosunda dumanlı pəri meşəsindəki göbələyin gövdəsində “RIP Crybaby” yazısının əks olunduğu göstərilib.