Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Martia
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Kodi Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Kris Martin
Christopher Anthony John", Chris" Martin (d. 2 Mart 1977, Exeter) — İngilis musiqiçi, Coldplay qrupunun solisti, eyni zamanda gitaristi və pianoçu. == Kariyerasının başlanğıcı == Chris Martin 2 mart 1977-ci ildə Exeter, Devon İngiltərə'də doğulmuşdur. Evin ən böyük övladıdır. Atası Anthony Martin təqaüdçü,anası Alisson Martin isə musiqi müəlliməsidir. Martin məktəb illərinə Hylton məktəbində başladı və sonra Exeter Katedral məktəbində davam etdi və bu məktəbdə oxuyarkən Nick Repton & Iwan Gronow ilə bir yerdə ilk qrupu olan The Rocking Honkies qrupunu yaratdı. İlk səhnəyə çıxdıqları zaman tamaşaçı tərəfindən bəyənilmədi. Exeter Katedral məktəbindən sonra Martin Sherborne məktəbinə getdi və orda gələcəkdə Coldplay'in meneceri olacaq Phil Harveynən tanış oldu. Martin təhsilinə University College London'da davam edib Ancient World Studies'i oxuduğu Ramsey Hall'da qalaraq yunan və latın dilindən ən yüksək dərəcədə məzun oldu. Burda Coldplay'də bir yerdə ifa edəcəyi dostları Jonny Buckland, Will Champion və Guy Berryman ilə tanış oldu.
Lockheed Martin
Lockheed Martin öz sahəsində lider, çoxmillətli, 1995-ci ildə Lockheed Corporation və Martin Marietta şirkətlərinin iştirakı ilə yaradılmış olan texnologiya və aviasiya şirkətidir. Hal-hazırda idarə heyətinin rəhbəri və şirkətin prezidenti Merlin Hevsondur.. Şirkət ABŞ Silahlı Qüvvələrinın onurğa sütunudur və son olaraq beşinci nəsil təyyarə olan F-35 hərbi təyyarəsi ilə diqqət mərkəzindədir. Lockheed Martin müdafiə sənayesinin dünya miqyasında gəlir nisbətində ən böyük payına sahibdir.. 2005-ci ilə olan məlumata görə, gəlirinin 95%-ini ABŞ Müdafiə Nazirliyi, ABŞ Federal Hökumət Büroları və xarici hərbi təşkilatlardan əldə edir. Əsas konstruktorlarının Lockheed Martin olduğu bir qrup 2006-cı ildə F-22 Raptor qırıcısı ilə aviasiya sahəsində mühüm mükafat hesab edilən Collier Trophy mükafatını əldə etmişdir. Lockheed Martin mərkəzi ABŞ-nin Vaşinqton bölgəsinə məxsus Merilend əyalətində olan aviasiya, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar əsaslı və beynəlxalq işçiləri olan ABŞ şirkətidir. Lockheed Martinin qurulması 1995-ci ildə iki uğurlu şirkətin birləşməsi ilə baş vermişdir. Bunlardan birincisi 1912-ci ildə yaradılmış və aviasiya sahəsində fəaliyyət göstərən Lockheed, ikincisi isə 1961-ci ildə yaradılmış olan elektronika, kimya, aviasiya sahələrində məhsul istehsal edən Martin Marietta şirkəti olmuşdur. 1994-cü ilin mart ayında Lockheed və Martin Marietta şirkətləri arasında birləşmə görüşləri ilə başlamışdır.
Lokhid Martin

Margit Bara
Margit Bara (21 İyun 1928 – 25 Oktyabr 2016) — Macarıstanlı film aktrisası. O, 1956-cı il ilə 1975-ci il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Martik Qaraxanyan
Martik Qaraxanyan (17 iyul 1949, Abadan, Xuzistan ostanı) — İran ermənilərindən olan və ABŞ-də yaşayan İran estrada müğənnisi və gitara ifaçısı. 17 iyuld 1949-cu ildə Abadanda dünyaya gəlmiş və hal-hazırda Los-Ancelesdə yaşayır.
Martin (Slovakiya)
Martin (slovak. Martin, alm. Turz-Sankt Martin‎, mac. Turócszentmárton) — Slovakiyanın şimalında, Jilina bölgəsində şəhər. Əhalisi 659 449 nəfərdir (2004-cü il). Şəhər Mala və Velka Fatra dağ yamaclarının, Turyets və Vaq çaylarının qovuşduğu yerdə yerləşir. == Tarix == Martin ilk dəfə 1284-cü ildə Sklabinya panlığının qəsəbəsi kimi qeyd edilir. 1340-cı ildə Martin şəhər hüquqları alır. Şəhər ilk növbədə Slovak Milli dirçəliş mərkəzi kimi tanınırdı. 1861-ci ildə burada Slovak millətinin yığıncağı keçirilmişdi.
Martin (dəqiqləşdirmə)
Martin-Bell sindromu — irsi xəstəlik. Martin (Slovakiya) — Slovakiyada şəhər.
Martin (tüfəng)
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Martin Amis
Martin Lues Emis (ing. Martin Louis Amis, 25 avqust 1949[…], Oksford – 19 may 2023) — britaniyalı roman yazarı, esseist, memuarist və ssenarist. Money(1984) və London Fields(1989) onun ən məşhur romanlarıdır. O, şah əsəri olan Experience-a görə James Tait Black Memorial mükafatına layiq görülmüşdür və indiyə qədər iki dəfə Booker mükafatı ilə təltif olunmuşdur (1991-ci ildə Time's Arrow və 2003-cü ildə Yellow Dog əsərlərinə görə). Amis 2011-ci ilə qədər Mançester Universitetinin Yeni Yazı Mərkəzində Yaradıcı Yazının Professoru kimi xidmət edir. 2008-ci ildə The Times qəzeti onu 1945-ci ildən bəri yaşayan 50 ən yaxşı britaniyalı yazıçılardan biri adlandırıb. Emis cəfəngiyyat və anlamsızlıqları qəbul etmiş sonuncu kapitalist olan Qərb Cəmiyyəti üzərində işlər apararaq, tez-tez qəribə və gülünc karikaturaları tənqid edir. Sol Bellou, Vladimir Nabokov, Ceyms Coys, həmçinin atası Kinqsli Amis tərəfindən ruhlandırılaraq, özünün 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində Vil Selv və Zadi Smit kimi bir çox uğurlu yazıçılara təsiri olmuşdur. == Erkən həyatı == Emis Uelsdə Suonsi şəhərində anadan olmuşdur. Onun atası, ingilis roman yazarı Kinqsli Amis Londondan olan xardal fabrikantının katibinin oğlu; anası Hilari "Hilli" Bardvel dövlət qulluqçusu Kənd Təsərrüfatı Nazirinin qızı idi.
Martin Atanasov
Martin Atanasov ( bolq. Мартин Атанасов : Мартин Атанасов ) (27 sentyabr 1996-cı ildə anadan olub) - bolqar voleybolçu . O, Bolqarıstan millisinin üzvüdür . Peşəkar klub səviyyəsində "Ankara Ziraat Bankası"nda oynayır.
Martin Bau
Martin Bau (8 oktyabr 1994) — Sloveniyalı üzgüçü. Martin Bau Sloveniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Martin Bau birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:29.95 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Martin Beyerink
Martin Villem Beyerink (niderland dilində:Willem Beijerinck; 16 mart 1851[…], Amsterdam – 1 yanvar 1931[…]) - holland mikrobioloqu və botaniki, Rusiya Elmlər Akademiyasının əcnəbi müxbir üzvü (1924), SSRİ Elmlər Akademiyasının əcnəbi fəxri üzvü (1929) == Qısa tərcümeyi-halı == Martin Beyerlink 1851-ci ildə Amsterdamda anadan olmuşdur. Leyden universitetində təhsilini başa vuran Martin Beyerlink əvvəlcə Vaqeninqendə aqrar məktəbdə (indiki Vaqeninqen universiteti), sonralar isə Delftdə ali politexnik məktəbdə (indiki Delft Texniki Universiteti) çalışmış, Delft mikrobioloqları məktəbinin banisi olmuşdur. Beyerink rus alimi Dmitri Ivanovla birlikdə virusologiyanın banilərindən biri olmuşdur.
Martin Borman
Martin Borman (alm. Martin Bormann‎, 17 iyun 1900[…] və ya 17 iyul 1900, Halberştadt[d], Saksoniya-Anhalt – 2 may 1945[…], Berlin) — Almaniyanın siyasi və dövlət xadimi. == Həyatı == Martin Borman 1900-cü ildə kiçik poçt xidmətçisi Teodor Bormanın ailəsində anadan olub. O, hələ uşaq ikən atası vəfat edir və anası bank direktoru Albert Vollborna ərə gedir. Bundan bir müddət sonra Borman məktəbi yarımçıq buraxaraq Meklenburqdakı fermalardan birində işləməyə başlayır. 1918-ci ilin yayında ordu sıralarına çağırılır və I Dünya müharibəsində iştirak edir. Ordudan tərxis olunduqdan sonra kənd təsərrüfatı üzrə xüsusi kursda təhsil alır. Kursda təhsil aldığı illərdə Almaniya gənclərini özündə birləşdirən Almaniya Milli Xalq Partiyasına üzv olur. Bir müddət kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Həmin dövrdə o, leytenant Q. Rossbaxın rəhbərlik etdiyi könüllülər korpusunun fəaliyyətində iştirak edir.
Martin Bormann

Martin Bretueyt
Martin Kristensen Bretueyt (ing. Martin Christensen Braithwaite 5 iyun 1991[…], Esbyerq) — Danimarka milli komandasının və İspaniyanın Espanyol klubunun hücumçusu. 5 iyun 1991-ci ildə Danimarkada anadan olub.
Martin Buber
Martin Mardoxay Buber (8 fevral 1878[…], Vyana, Avstriya-Macarıstan – 13 iyun 1965[…], Qüds) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri. == Həyatı == 1896–99-cu illərdə Vyana, Leypsiq, Sürix və Berlində fəlsəfəni öyrənmiş, həmçinin Avropa və Asiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur. == Fəaliyyəti == İkinci dünya müharibəsindən sonra ABŞ və AFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: "Mən və Sən" ("Ich und Du", 1923), "İlahi Çarlığı" ("Königtum Gottes", 1932), "İnsanın problemi" ("Das Prob lem des Menschen", 1948) "Etiqadın iki obrazı", ("Zwei Glaubensweisen", 1950), "Xeyir və Şərin obrazları" ("Bilder von Gut und Böse", 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında "dialoq" kimidir. Yunan monologizminə qarşı duran "dialoq" ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.
Martin Egeberq
Martin Egeberq (norv. Martin Johan Egeberg; 7 dekabr 1896, Oslo – 8 fevral 1977) — norveçli yunan-roma güləşçisi, Dünya və Avropa çempionatlarının mükafatçısı. == Həyatı == 1896-cı ildə Oslo şəhərində anadan olmuşdur. 1922-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı oldu. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 8-ci yeri tuta bildi. 1927-ci ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 14-cü yeri tutdu.
Martin Emis
Martin Lues Emis (ing. Martin Louis Amis, 25 avqust 1949[…], Oksford – 19 may 2023) — britaniyalı roman yazarı, esseist, memuarist və ssenarist. Money(1984) və London Fields(1989) onun ən məşhur romanlarıdır. O, şah əsəri olan Experience-a görə James Tait Black Memorial mükafatına layiq görülmüşdür və indiyə qədər iki dəfə Booker mükafatı ilə təltif olunmuşdur (1991-ci ildə Time's Arrow və 2003-cü ildə Yellow Dog əsərlərinə görə). Amis 2011-ci ilə qədər Mançester Universitetinin Yeni Yazı Mərkəzində Yaradıcı Yazının Professoru kimi xidmət edir. 2008-ci ildə The Times qəzeti onu 1945-ci ildən bəri yaşayan 50 ən yaxşı britaniyalı yazıçılardan biri adlandırıb. Emis cəfəngiyyat və anlamsızlıqları qəbul etmiş sonuncu kapitalist olan Qərb Cəmiyyəti üzərində işlər apararaq, tez-tez qəribə və gülünc karikaturaları tənqid edir. Sol Bellou, Vladimir Nabokov, Ceyms Coys, həmçinin atası Kinqsli Amis tərəfindən ruhlandırılaraq, özünün 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində Vil Selv və Zadi Smit kimi bir çox uğurlu yazıçılara təsiri olmuşdur. == Erkən həyatı == Emis Uelsdə Suonsi şəhərində anadan olmuşdur. Onun atası, ingilis roman yazarı Kinqsli Amis Londondan olan xardal fabrikantının katibinin oğlu; anası Hilari "Hilli" Bardvel dövlət qulluqçusu Kənd Təsərrüfatı Nazirinin qızı idi.
Martin Frobişer
Martin Frobişer (1535[…] – 15 noyabr 1594, Plimut, Devon qraflığı) — İngilis səyyahı, tədqiqatçısı == Həyatı == == Fəaliyyəti == 1576-cı il iyun ayının 7-də Tеmza çayının mənsəbindən "Qavriil" və "Mixail" gəmilərində səyahətə çıxan Frobişer iyunun 26-da Şotland adalarının yaxınlığından keçdilər. 1576-cı il iyulun 11-də isə Qrenlandiya sahillərindən keçməklə buzla örtülü olduğundan ancaq adanı müşahidə etdilər. 1577-ci il may ayının 26-da və 1578-ci ildə daha iki ekspedisiya təşkil edən Martin Frobişerin şimal-qərb istiqamətdə Çin və Hindistana dəniz yolu açma arzusu beləcə həyata keçirilməmiş qalır.
Martin Hamor
Martin Haydeqqer
Martin Haydegger (alm. Martin Heidegger‎; 26 sentyabr 1889[…], Messkirx[d], Baden knyazlığı[d], Almaniya imperiyası – 26 may 1976[…], Frayburq-im-Braysqau, Qərbi Almaniya) — alman filosofu, ekzistensializm düşüncə tərzinin əhəmiyyətli nümayəndələrindən biri.
Martin Hinton
Martin Hinton (1883–1961) — könüllü zooloq, piltdaun artefaktlarının tapıldığı vaxt Smit Vudvordla birlikdə Britaniya muzeyində çalışmışdır. Muzeydə həmişə belə bir fərziyyə var idi ki, bu saxtakarlığı Vudmanın şəxsi işçilərindən kimsə edə bilər. Hintonun Smit Vudvordla gördüyü işə görə pul mükafatını ala bilməməsi barədə mübahisəsi vardı. Zooloqun üzərinə şübhələr tapıntıdan sonra 1978-ci ildə düşmüşdür. 1936-cı ildən 1945-ci ilə qədər Hintonun zoologiya muzeyinin qoruyucusu kimi çalışdığı müddətdə onun evinin çardağından köhnə sandıq tapılmışdır. Bu sandıqda piltdaun insanında olduğu kimi köhnəlmiş və rənglənmiş sümüklər və dişlər aşkar olunmuşdur. Bunlardan bəzilərinin üzərində həmin üsulla cızıqlar çəkilmişdir. Daha bir neçə köhnəlmiş dişlər tütün qabında tapılmışdır.. Bununla əlaqədar indiki dövrdə Martin Hintona münasibətdə bir neçə versiya mövcuddur. - iki mistifikator – ayrı-ayrılıqda çalışan Douson və Hinton olmuşdur.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.