MEHDİQULU

Mehdinin (XII imam Mehdi Sahibzamanın) qulu.
MEHDİXAN
MEHLUD
OBASTAN VİKİ
Mehdiqulu xan
Mehdiqulu xan Cavanşir — Qarabağın sonuncu xanı. Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri Mehdiqulu xan Vəfa — azərbaycanlı hərbçi, çar ordusunun podpolkovniki. Mehdiqulu xan Tacbəxş — İran jandarmasının komandanı.
Qaçaq Mehdiqulu
Mehdiqulu bəy Cığatay
Mehdiqulu bəy Cığatay (v. iyul 1618) — Xorasanda fəaliyyət göstərən Cığatay hakimi və Şah I Abbasın saray əyanı. O, əmir-e axur rütbəsi almış və Müqəddəs Roma İmperiyası ilə Rusiya imperiyasına diplomatik missiya üçün göndərilmişdir. == Diplomatik missiyaları == 1599-cu ildə Şah I Abbas Entoni Şirlinin məsləhəti ilə Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə ittifaq qura bilmə ümidilər Avropaya diplomatik nümayəndə heyətləri göndərdi. Elçilər Müqəddəs Roma imperatoru II Rudolfla görüşdü. O da, bu ziyarətə cavab olaraq Stefan Kakaşın rəhbərliyində İsfahana nümayəndələr göndərmişdir. Kakaş yolda ikən vəfat etmiş və rəhbərliyi onun katibi Georg Tektander fon der Yabel öz üzərinə götürmüşdür. Şah I Abbas fon der Jabeli qəbul etmiş və Mehdiqulu bəyi onunla birlikdə Rusiya çarlığına göndərmişdir. Bunun səbəbi I Abbasın rus çarı Boris Qodunovu qızılbaş ordusunun Osmanlı üzərində qələbə qazanması barədə məlumatlandırmaq istəyi idi. Çar bu xəbəri eşitməkdən məmnun oldu və 5 min nəfər döyüşçü ilə bir neçə topu ona Dərbəndi geri qaytarmağa yardım etməsi üçün göndərdi.
Mehdiqulu xan Cavanşir
Mehdiqulu xan Cavanşir (1763, Şuşa rayonu – 1845, Şuşa rayonu) — 1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı. Məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın atasıdır. == Həyatının erkən illəri == 1763-cü ildə İbrahimxəlil xanın ailəsində doğulmuşdur. Anası Xurşid Bəyim Gəncə xanı Cavad xanın qızı, Şahverdi xan Ziyadoğlunun nəvəsidir. Bəzi mənbələrdə 1763-cü ildə anadan olması qeyd olunsa da, 1805-ci ilin noyabrında Sisisanovun verdiyi hesabata görə, Mehdiqulu xan o zaman 33 yaşında olmuşdur. Bu isə onun doğum tarixinin 1772-ci il olmasını göstərir. Mehdiqulu xan gəncliyində burnunun yarısını Qacarlara qarşı savaşda itirmişdir. == İbrahimxəlil xanın hakimiyyəti dövrü == O, ögəy qardaşı Məhəmmədhəsən ağa Cavanşirlə birlikdə əmisioğlu Məhəmməd bəyi (Mehrəli bəyin oğlu) təqib etməyə göndərilmişdi. Məhəmməd bəy 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsindən sonra çıxan xaosdan istifadə edərək Qarabağdakı, hakimiyyəti ələ almışdı. 1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi imzalandıqdan sonra Mehdiqulu xana Rusiya imperiyasının generalı rütbəsi verilmişdir.
Mehdiqulu xan Hidayət
Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri, mürtəce ruhlu, Şeyx Məhəmməd Xiyabani hərakatının yatırılmasında iştirak edib. Cənubi Azərbaycanın valisi == Həyatı == Böyük Britaniyanın Xarici İşlər naziri Lord Kerzonla razılaşdırılmış Müxbirüssəltənə Mehdiqulu xan Hidayət sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi. Müxbirüssəltənə baş nazirin məktubunu Xiyabaniya çatdırıb, onunla "danışığa" başladı. Danışıqlar davam etdiyi müddətdə isə o, Təbrizin kənarında düşərgə salmış və MH tərəfindən tərk silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkdi. Təbrizə başqa yerlərdən də süvari dəstələri çağırıldı. MH-nin silahlı qüvvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstələrinin rəhbəri Mir Hüseyn Haşimi ələ alındı. Haşimi ətrafdakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsi ilə MH-nin razılığını almadan silahlı qüvvələri şəhərdən çıxardı.
Mehdiqulu xan Tacbəxş
Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş (1886–1951)—İran jandarmasının komandanı, general-mayor. == Həyatı == Hacı Əliqulu xanın ikinci oğlu Mehdiqulu xan 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Jandarm məktəbini bitirmişdi. Bir müddət İsfahanda xidmət etmişdi. Birinci Dünya müharibəsi dönəmində Kirmanşahda Nizaməssəltənin hökumətində iştirak etmişdi. Müharibə bitəndən sonra yenidən jandarm qüvvələrinə dönmüşdü. 1920-ci ildə mayor rütbəsi ilə Ərak və Məlayir jandarm dəstəsinə başçılıq etmişdi. 1924-cü ildə polkovnik rütbəsinə yüksəlmişdi. Mehdiqulu xan Tacbəxş 1930-cu illərdə general-mayor rütbəsinə layiq görülmüşdü. O, Loristan, Kirmanşah döyüşlərində iştirak etmişdi.
Mehdiqulu xan Vəfa
Mehdiqulu xan Vəfa və ya Mehdiqulu xan Usmiyev (d. 1855, Şuşa, Rusiya İmperiyası - ö. 1900, Tiflis, Rusiya İmperiyası) — ata tərəfdən qumuq əsilli azərbaycanlı hərbçi və şair. Ana tərəfdən Cavanşirlər və Qarabağ xanları nəslindən olan Xurşidbanu Natəvanın oğludur. Çar ordusunun podpolkovniki olmuş və Vəfa təxəllüsü ilə şerlər yazmışdır. == Həyatının erkən dönəmi == 1855-ci ildə Şuşa şəhərində qumuq əsilli general-mayor Xasay xan Usmiyevlə (1808-1866) şairə və Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın ailəsində dünyaya gəlmişdir. Ona ana babası Mehdiqulu xanın adı verilmişdir. 1859-cu ildə Şuşanı ziyarət etmiş Aleksandr Düma onun barədə bu sözləri demişdir: Bir fotoşəkli məlumdur. 1999-cu ildə Gürcüstan Dövlət Arxivindən əldə edilmiş foto şəklinin altında "1877-ci il, Dunay" yazılmışdır. == Hərbi karyerası == 1871-ci ildə hərbi xidmətə başlamış və elə həmin ildə də "Zati-aliləri İmperatoru 1871-ci ildə Tiflisdə qarşılamaya görə" medalı ilə mükafatlandırılmışdır.
Mehdiqulu xan Şamlı
Mehdiqulu xan Hüseynqulu sultan oğlu Kəramətli-Şamlı(?-?) — Şamlı elinin əmirlərindən, Gilan, Luristan və Xuzistanın valisi. == Həyatı == Mehdiqulu bəy Hüseynqulu sultan oğlu Şamlı elinin Kəramətli oymağındandır. O, əvvəlcə II Şah İsmayıla, sonra Şah Sultan Xudabəndəyə, daha sonra I Şah Abbasa xidmət etmişdi.Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. 1592-1593-cü illərdə Gilan əyalətinin hakimi olmuşdu. İskəndər bəy Münşi yazır: "Şahın bütün səfər və yasaqları müddətində sübhdən axşama kimi qızılbaşlarla birlikdə olan və yaşadıqları yerləri tərk etmək halında olmayan başqa yığma adamlar (mötəcənde və ləyam) canbaşla öz rəiyyətçilik etmələrində qaldılar. Zəfər ayəli ordu bir neçə gün Lahicanda dayandı, [şah] gilanlıların mətləb və iddialarını onların istəklərinə uyğun şəkildə həll etdi, seyidlərin, üləmaların, zahidlərin, məzarıstan müttəvəllilərinin hərbi qulluqdan azad olma sənədlərini (məafiyyat) imzaladı, Lahican ülkasını və Gilan əmirülüməralığını Mehdiqulu xan Şamlıya, Gilan vəzarətini Xacə Məsih Gilaniyə, Ləştə Nişa ülkasını Mir Abbasa, Lahıcan sərkərdəliyini (sepahsalari) Talişə Kuliyə, bütün Gilanın ağsaqqallığını sadiq, doğru danışan və xeyirxah adam olan Kiya Fəriduna, Deyləman ülkasını Kiya Cəlaləddin Məhəmmədə, Vərankuhu isə Buli Sultan Sufiyə verdi". I Şah Abbas onu hakimlikdən kənarlaşdırıb, Əhməd bəy Bəydili-Şamlını təyin etdi. Mehdiqulu xan Luristan hakimi təyin edildi. İskəndər bəy Münşi yazır: "Dərviş Məhəmməd xan müzəffər qoşunda hazır vəziyyətdə olan bir dəstə müzəffər əsgərlə dövlət ordusuna gəlib çatdı və onlar Luristana yürüşə başladılar. Hümayun ordunun hücumu xəbəri Şahverdi xana çatdıqda, məskəni olan Xürrəmabaddan fərar etdi, Sədmərəyə tərəf getdi.
Hacı Mehdiqulu xan Əmirsüleymani
Əmirsüleymani Hacı Mehdiqulu xan İsa xan oğlu (18 noyabr 1850, Tehran – 6 may 1937) — Nasirəddin şahın yaxını, vali, Qacar elinin elxanı. == Həyatı == İsa xan Qovanlı-Qacarın dördüncü oğlu Mehdiqulu xan 1850-ci ildə Tehran şəhərində dünyaya göz açmışdı. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Məcdəddövlə ləqəbini daşıyırdı. Mehdiqulu xan Nasirəddin şahın məiyyətində üç dəfə Avropada olmuşdu. Şahın yaxınlarından sayılırdı. Xas xidmətçilərdən idi. Biyutat rəisi vəzifəsində çalışmışdı. Bir müddət əmiraxur olmuşdu. 1897-ci ildə Xəmsə, 1901-ci ildə Kirmanşah əyalətlərinə vali təyin olunmuşdu.
Mehdiqulu mirzə Qovanlı-Qacar
Mehdiqulu mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (?-1854)— Qacar şahzadəsi, vali. == Həyatı == Abbas mirzənin iyirminci оğlu Mеhdiqulu mirzə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. 1835-ci ildə Ərdəbilin hakimi оlmuşdu. 1848-ci ildə Mazandaran əyalətinə başçılıq еtmişdi. == Fəaliyyəti == Mеhdiqulu mirzə Bab hərakatının yatırılmasında iştirak еtmişdi. 1848-ci ilin оktyabrında Tehrandan 2 min nəfər sərbazla babilərin qiyamını yatırmağa gеtmişdi. Tarixçi Nabil Zərəndi yazır: «Şahzadə Mehdiqulu mirzə qalaya hücum üçün hər cəhətdən hazırlıq görmüşdü. O, qaladakı əshabələri məhv etməkdən ötrü öz qoşununu o vaxtadək misli görünməmiş bir tərzdə düzmüşdü. Şahzadənin ixtiyarında üç piyada alayı və çoxsaylı süvari alayları vardı.
Mehdiqulu xan Dəvəli-Qacar
Mehdiqulu xan Qacar — 1805-ci il iyununda İrəvana hakim təyin edildi. Yeni İrəvan hakimi Qacar soyundan olmaqla bərabər Fətəli şah Qacarın qohumu və sevimli sərkərdələrindən biri idi. Onun dövründə müharibə nəticəsində xanlığın kənd təsərrüfatı dağıldığından yerli əhali xanın bu ağır tələblərini yerinə yetirmək iqtidarında deyildi. Mehdiqulu xanın əlavə vergi yığması və ərzaq tələb etməsi İrəvan əhalisinin narazılığına gətirib çıxardı. Mehdiqulu xanın İrəvanda apardığı siyasətdən şah özü də narazı idi. Çünki o, öz siyasəti ilə xalqın rus qoşununa rəğbət bəsləməsinə səbəb olmuşdu. Digər tərəfdən, rus qoşunlarına qarşı müvəffəqiyyətsiz mübarizə Mehdiqulu xanı tamamilə nüfuzdan salmışdı. 1806-cı il iyulun 23-də Şörəyeldə rus qoşununa qarşıd öyüşdə Mehdiqulu xanın qoşununun məğlubiyyətə uğramasından hiddətlənən Fətəli şah qəti tədbirlər görməyə məcbur oldu. Avqustun əvvəllərində Mehdiqulu xan İrəvandan geri çağırıldı. Beləliklə, İrəvanada 1 il 1 ay hakimiyyətdə olmuş Mehdiqulu xan Tehrana qayıtdı.
Mehdiqulu xan Sarıcalı-Cavanşir
Mehdiqulu xan Cavanşir — Qarabağın sonuncu xanı. Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri Mehdiqulu xan Vəfa — azərbaycanlı hərbçi, çar ordusunun podpolkovniki. Mehdiqulu xan Tacbəxş — İran jandarmasının komandanı.
Mehdiqulu xan Qovanlı-Qacar
Mehdiquluxan Erivanski
Mehdi Məhəmməd oğlu İrəvanski və ya Mehdiquluxan Məhəmməd oğlu Erivanski (1898, İrəvan – 1965, Bakı) — Azərbaycan tarixçisi, professor. == Həyatı == 1898-ci ildə anadan olmuşdur. 1918-ci ildə İrəvan klassik gimnaziyasını bitirərək həmin ildə erməni-daşnak rejiminin yerli Azərbaycan türklərinə qarşı soyqırım siyasəti ilə əlaqədar ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. 1922-ci ildə Moskva Şərqşünaslıq İnstitutunun yaxın Şərq fakültəsinin Türk bölməsinə qəbul olmuşdur. 1925-ci ildə iqtisadiyyat və diplomatiya ixtisasları üzrə təhsilini başa vurmuş, yüksək təhsil göstəriciləri və elmi-tədqiqat qabiliyyətinə görə Diplomatik münasibətlər kafedrasında saxlanılmışdır. 1933-cü ilə qədər Arxiv idarəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda Bakı Dövlət Universitetində prof. E.İ.Baybakovun rəhbərlik etdiyi Ümumi tarix kafedrasında elmi işlə məşğul olmuşdur. 1933-cü ildən pedaqoji fəaliyyətə başlayaraq bir müddət Azərbaycan Pedaqoji İnstitutunda işləmiş, 1934-cü ildən ömrünün sonuna qədər həyatını BDU ilə bağlamışdır. 1938-ci ildə namizədlik, 1958-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.