Mehdiqulu xan Şamlı
Mehdiqulu xan Hüseynqulu sultan oğlu Kəramətli-Şamlı(?-?) — Şamlı elinin əmirlərindən, Gilan, Luristan və Xuzistanın valisi.
== Həyatı ==
Mehdiqulu bəy Hüseynqulu sultan oğlu Şamlı elinin Kəramətli oymağındandır. O, əvvəlcə II Şah İsmayıla, sonra Şah Sultan Xudabəndəyə, daha sonra I Şah Abbasa xidmət etmişdi.Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. 1592-1593-cü illərdə Gilan əyalətinin hakimi olmuşdu. İskəndər bəy Münşi yazır: "Şahın bütün səfər və yasaqları müddətində sübhdən axşama kimi qızılbaşlarla birlikdə olan və yaşadıqları yerləri tərk etmək halında olmayan başqa yığma adamlar (mötəcənde və ləyam) canbaşla öz rəiyyətçilik etmələrində qaldılar. Zəfər ayəli ordu bir neçə gün Lahicanda dayandı, [şah] gilanlıların mətləb və iddialarını onların istəklərinə uyğun şəkildə həll etdi, seyidlərin, üləmaların, zahidlərin, məzarıstan müttəvəllilərinin hərbi qulluqdan azad olma sənədlərini (məafiyyat) imzaladı, Lahican ülkasını və Gilan əmirülüməralığını Mehdiqulu xan Şamlıya, Gilan vəzarətini Xacə Məsih Gilaniyə, Ləştə Nişa ülkasını Mir Abbasa, Lahıcan sərkərdəliyini (sepahsalari) Talişə Kuliyə, bütün Gilanın ağsaqqallığını sadiq, doğru danışan və xeyirxah adam olan Kiya Fəriduna, Deyləman ülkasını Kiya Cəlaləddin Məhəmmədə, Vərankuhu isə Buli Sultan Sufiyə verdi".
I Şah Abbas onu hakimlikdən kənarlaşdırıb, Əhməd bəy Bəydili-Şamlını təyin etdi. Mehdiqulu xan Luristan hakimi təyin edildi.
İskəndər bəy Münşi yazır: "Dərviş Məhəmməd xan müzəffər qoşunda hazır vəziyyətdə olan bir dəstə müzəffər əsgərlə dövlət ordusuna gəlib çatdı və onlar Luristana yürüşə başladılar. Hümayun ordunun hücumu xəbəri Şahverdi xana çatdıqda, məskəni olan Xürrəmabaddan fərar etdi, Sədmərəyə tərəf getdi.