MEHRALI

Əli mehri, Alı sevgisi.
MEHRAC
MEHRAN
OBASTAN VİKİ
Mehralı Qasımov
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahadur Mehralıoğlu

Fatma Mehralıyeva
Fatma Mehrəliyeva Yusif qızı (4 iyun 1926, Quba – 4 yanvar 2000, Bakı) — xanəndə (lirik soprano), Azərbaycan SSR Əməkdar artisti (1956). == Həyatı == Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olmuşdur. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya getmiş və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa etmişdir. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb etmişdir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdır. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlmişdir. == Fəaliyyəti == Fatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş və geniş konsert proqramları ilə çıxış etmişdir. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa etmişdir.
Sarvan Mehralıyev
Fərid Mehralızadə
Fərid Mehralızadə (22 noyabr 1994, Bakı) — azərbaycanlı iqtisadi ekspert, vətəndaş cəmiyyəti nümayəndəsi və siyasi məhbus. Onun təhlilləri iqtisadiyyat, rifah, təhsil və iqlim siyasəti məsələlərinə yönəlib. O, Bakı Araşdırmalar İnstitutu və "Əkinçi" də daxil olmaqla bir çox platformalara töhfə verib. Mehralızadə 2024-cü il mayın 30-da Azərbaycanda müstəqil media və QHT-lərə qarşı davam edən təzyiqlər fonunda həbs edilib. == Erkən həyatı və təhsili == Mehralızadə 1994-cü il noyabrın 22-də Bakıda anadan olub. 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr dərəcəsi alıb. Mehralızadə 2017-ci ildə hərbi xidmətdə olub. 2019-cu ildə İstanbul Universitetində İqtisadiyyat Siyasəti üzrə magistratura pilləsini bitirib. O, 2024-cü ilin aprelində ABŞ-də Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramının (IVLP) iştirakçısı olub. == Fəaliyyəti == Fərid Mehralızadə özəl sektorda maliyyə analitiki kimi karyerası ilə yanaşı, 2019-cu ildən Azərbaycanın vətəndaş sferasında nüfuzlu iqtisadiyyat eksperti kimi çıxış edib.