metronom
metropoliya
OBASTAN VİKİ
Metropoliten
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Metropoliten-opera
Metropoliten-opera (ing. Metropolitan Opera) — Nyu Yorkda, Linkoln mərkəzində yerləşən musiqili teatr. Opera teatrı qısaca olaraq "Met" (ing. Met) adlandırırlar. "Met" görkəmli dünya opera sənələrindən sayılır. 1974 cü ildən teatrın bədii rəhbəri və baş dirijoru Ceyms Livayn olmuşdur. 2013 cü ildən səhətti ilə əlaqədar onu dirijor Fabio Luisi əvəz edir. Opera "Metropoliten opera haus kompani" səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyələnir. Teatr ilin yeddi ayını: sentyabrdan aprelə qədər öz qapılarını tamaşaçıların üzünə açır.
Metropoliten muzeyi
Metropoliten muzeyi (ing. The Metropolitan Museum of Art) — dünyanın ən böyük muzeylərindən biri, dünyada ən çox ziyarət olunan dördüncü muzey. Amerikanın Nyu-York şəhərində yerləşən Metropoliten muzeyi 1870-ci ildə yaranıb. İlk vaxtlar ayrı-ayrı adamların vəsaiti və zəngin iş adamlarının könüllü ianələri hesabına fəaliyyət göstərib. İş adamlarının arasında milyonçular Morqan, Con Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyer və başqaları var idi. Muzeyə yardım edən mesenatlardan birincisi Ceykob Rocers olub. 1901-ci ildə o muzeyə böyük məbləğ, 4,5 milyon dollar bağışlayıb. Bu pula nadir şəkillər və kitablar alınır. İkinci mesenat Ketrin Vulf adlı qadın olub. O, həm də muzeyi təsis edənlərdən idi.
Metropoliten xətti
Metropoliten xətti — London metropoliteninin xətti. Sxemlərdə bənövşəyi rənglə göstərilir. Dünyanın ilk metropoliteni ünvanını daşımaqdadır. 10 yanvar 1863-cü ildə açılmışdır. lakin Farrinqdon və Paddinqton stansiyaları arasındakı hissə artıq bu xəttə aid deyildir. Həmin sahə hal-hazırda Hammersmit and Siti, Distrikt və Dairəvi xətlərə xidmət edir. Əsas sahə London Sitisindəki Oldgeyt stansiyası ilə Amerşem stansiyası arasındadır. bu sahədə xətt həmçinin Aksbric, Vetford və Çeşemə qədər haçalanır. 34 stansiyadan yalnız 9-u yeraltında yerləşmişdir. Bu xətt Böyük Londonun xaricinə çıxan iki xəttdən biridir.
Metropoliten Layf Tauer
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Zaur Hüseynov (metropoliten)
Zaur Hüseynov (tam adı:Zaur Mir Tofiq oğlu Hüseynov; — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri. Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirmişdir. Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.
Göztəpə (İstanbul metropoliteni)
Göztəpə metrostansiyası (türk. Göztepe metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Mərdivənköy məhəlləsindəki Göztəpə qovşağının altında, Mərmərə Universitetinin Göztəpə şəhərciyinin ətrafında yerləşir. 17 avqust 2012-ci ildə fəaliyyətə açılmışdır.
Kabataş (İstanbul metropoliteni)
Kabataş metrostansiyası (türk. Kabataş metro istasyonu) — İstanbulda yerləşən tramvay-funikulyor-bərə ötürmə mərkəzidir. 20 aprel 1996-cı ildə istifadəyə verildi. M7 (Kabataş-Esenyurt) metro xəttinin tikintisi başa çatdıqdan sonra metro əlaqəsi də təmin ediləcəkdir. Stansiyaya 22, 25E, 26, 26A, 26B, 27E, 27SE, 28, 28T, 29C, 29D, 30D, 41E, 43R, 58A, 58N, 58S, 58UL, 62, 63, 70KE nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Kadıköy (İstanbul metropoliteni)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kazan metropoliteni
Kazan metropoliteni (rus. Каза́нское метро́; tatar. Казан метросы) — Kazan şəhərinə xidmət edən metro sistemi. Metro sistemi Rusiyada açılmış yeddinci, keçmiş Sovet İttifaqı regionunda on beşinci metropolitendir. 27 avqust 2005-ci ildə açılan bu metropoliten, Rusiyada ən yeni sistemdir. == Tarixi == === Planlaşdırma === Kazan, Orta Volqada tarixi və mədəniyyət mərkəzidir. Rusiya İmperiyasının dövründə sürətli nəqliyyat sisteminin ilk planları təklif olundu, lakin Oktyabr İnqilabından və Rusiyanın Mülki Müharibəsindən sonra dizaynı ləğv edildi. Buna baxmayaraq, 1930-cu illərdə, Kazan, ən görkəmli muxtar respublikalardan biri olan və bir sənaye mərkəzi kimi sürətlə inkişaf edən, Tatar ASSR-in paytaxtı olmağına baxmayaraq, gələcək üçün sürətli tranzit sistemi təklif etmək istəmişdi. Ancaq İkinci Dünya Müharibəsi belə cəhdlərə son qoydu və SSRİ-dəki respublikaların yalnız paytaxtlarında metro sistemi inşa edildi. 1983-cü ildə Tatarıstanda Sovet İttifaqının Ali Sovetinin bir metro sisteminin planlaşdırıldığı il idi.
Kiyev metropoliteni
Kiyev metropoliteni (ukr. Київський метрополітен) — Ukraynanın paytaxtı Kiyev şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. 6 noyabr 1960-cı ildə fəaliyyətə başlaması ilə SSRİ-də Moskva və Leninqrad metropolitenlərindən sonra üçüncüdür. == Ədəbiyyat == === Kitablar === Наше метро / А. Хорунжий, очерк на укр. яз. — Киев, Госполитиздат, 1960. — 54 с. (ukr.) Київський метрополiтен / сборник на укр. яз. — Киев, Киевское областное книжно-газетное издательство, 1962.
Kopenhagen metropoliteni
Kopenhagen metropoliteni (dan. Københavns Metro) — Danimarkada ilk və yeganə metro. 2008-ci ildə Avropanın ən yaxşı dəmiryolu. Danimarkada metro sistemi 2002-ci ildə fəaliyyətə başlayıb və ictimai nəqliyyat şəbəkəsinə daxildir. Metro sistemi Kopenhagen bələdiyyəsi nəzdində olan Frederiksberq və Tornbyu kommunalarına xidmət edir. Kopenhagen metrosu dünyanın ən gənc metropolitenlərindən biri olub, XXI əsrin ilk onilliyində istismara verilmişdir. Bununla yanaşı 2008-ci il beynəlxalq metropoliten konfransında (ing. Metro Rail Conference) Danimarka yeraltı dəmiryolu Avropanın ən yaxşı dəmiryolu kimi tanınmışdır. 2010-cu il məlumatına görə Danimarka metropoliteninin 2 xətti və 22 stansiyası var və daim inkişaf etməkdədir. 2018-ci ildə daha iki yeni xətdən dairəvi marşrutun açılması planlaşdırılır.
Kozyatağı (İstanbul metropoliteni)
Pegasus Kozyatağı metrostansiyası (türk. Kozyatağı metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya D-100 şose yolunda Ataşəhər ilçəsində yerləşir. Stansiya 17 avqust 2012-ci ildə ictimai istifadəyə açılmışdır. Stansiyaya 14Ks, 14T, 15 KB, 16A, 16B, 16C, 16F, 16FK, 16KH, 16S, 16U, 16Y, 16Z, 17K, 17P, 19, 19B, 19FK, 19H, 19Z, 21B, 21C, 21G, 21K, 21U, 129L, 129T, 130, 130A, 130Ş, 251, 252, 319, 500T, E-10 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
London metropoliteni
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
M1 xətti (İstanbul metropoliteni)
M1 xətti (türk. M1 Yenikapı - Atatürk Airport, Kirazlı) – İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 1989-cu ildə istifadəyə verilmişdir. Bu gündə ortalama 220.000 sərnişin daşıyaraq, M2 xəttindən sonra İstanbul metropolitenində ən çox istifadə edilən üçüncü dəmiryol sistemidir. Xəttin uzunluğu 26,10 kilometrdir və 23 stansiya yer alır. Xətt Yeniqapı ilə Avtovağzal stansiyaları arasında 3 dəqiqə olmaqla, Avtovağzal və Atatürk Hava Limanları arasında həftə boyu 6:00-dan 00: 00-dək davam edir. Avtovağzal və Kirazlı arasındakı 24.000 sərnişinin ilə metro xəttinin rəsmi açılışı 14 iyun 2013 tarixində baş tutdu. Yeniqapı metrostansiyasından başlayan xətt Avtovağzal metrostansiyasına çatdıqda iki istiqamətə bölünür: ana xətt Atatürk hava limanına gedir, digər xətt Kirazlıya gedir. 2014-cü ildə xəttin sürücüsüz metro xəttinə çevriləcəyi və hətta doqquz yeni stansiyanın əlavə ediləcəyi açıqlandı. == Tarixçə == İstanbulun əhalisinin artması ilə şəhərin sərnişin nəqliyyatına ehtiyacı yarandı.
M2 xətti (İstanbul metropoliteni)
M2 xətti — İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir. == Tarixçə == Xəttin tikintisi 19 avqust 1992-ci ildə başlamışdır. Birinci hissə tamamilə yeraltı idi. Tunellərin inşası 1995-ci ildə, bütün xətt isə 1999-cu ildə başa çatdırılmışdır. 2000-ci ilin oktyabrında xətt sərnişinlər üçün açıldı.
Minsk metropoliteni
Minsk metropoliteni — Belarusda metropoliten 1984-cü ildə açılan Minsk metropoliteni ümumi uzunluğu 39 km olan 2 xətdən və 29 stansiyadan ibarətdir. Sərnişin sıxlığına görə Minsk metrosu MDB-də ikincidir. Metroda ilk böyük qəza 2009-cu ilin yayında baş verib. Leysan yağışlar zamanı metro stansiyalarına su dolması nəticəsində texniki problemlər yaranıb. Sərnişinlər təxliyə olunub və metro fəaliyyətini bir-neçə saat sonra bərpa edib. Xəsarət alan olmayıb. Metroda terror aktı 11 aprel 2011-ci ildə, axşam saatlarında metronun "Oktyabrskaya" stansiyasında baş verib. Bu terror aktı 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir. Belarus: Müstəqillik dövrünün terror aktları.
Moskva Metropoliteni
Moskva Metropoliteni — Rusiyanın Moskva şəhəri və Moskva vilayətində nəqliyyat vasitəsi 15 may 1935-ci ildən fəaliyyətdədir. Moskva metropolitenində 185 stansiya vardır. Moskva metrosunda ilk silahlı terror aksiyalarını ermənilər həyata keçirib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin uzun illər açıqlanmamış arxivindən əldə edilmiş məlumatlara görə, 1977-ci il yanvarın 8-də Stepan Zatikyan adlı erməninin İrəvandan idarə etdiyi millətçi qrup Dağlıq Qarabağ və Naxçıvanın Ermənistanın tərkibinə verilməsi iddiası ilə Moskva Metropoliteninin İzmaylovskaya və Pervomayskaya stansiyaları arasında partlayış törədib. Terror aksiyasında ölənlər barədə o vaxt ictimaiyyətə məlumatlar açıqlanmasa da, qəzetin yazdığına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə yaralanıb. Ölənlər arasında uşaqlar da olub. DTK-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində terroru törətmiş Stepan Zatikkyan, Akop Stepanyan və Zaven Baqdasaryan adlı şəxslər yaxalanaraq edam olunub. İrəvan Texniki Universitetinin tələbəsi olan bu şəxslərin Ermənistan Beynəlxalq Birlik Partiyası adlı təşkilat yaratdıqları, "Paros" adlı qəzet nəşr etdirdikləri bəlli olub. 2014-cü il iyulun 15-də Moskva metrosunda qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində qəza baş verib. Qəza nəticəsində 22 nəfər ölüb, 160 nəfər xəsarət alıb.
Məşhəd metropoliteni
Məşhəd şəhər metropoliteni (fars. متروی مشهد‎) — İran İslam Respublikasının ikinci böyük şəhəri və şiə-İslam dünyasının əsas ziyarətgahlarından birinin yerləşdiyi Məşhəd şəhərinin metropoliten sistemi. İlkin layihədə metorpolitenin sadə sistem üzrə qurulması nəzərdə tutulsa da, sonradan bir sıra parametrlərinə görə tamhüquqlu metropoliten kimi inşa edilmişdir. Bir xətdən və 24 stansiyadan ibarətdir. Hazırda daha iki xəttinin tikintisi davam etdirilməkdədir və bu xəttlərin inşasının 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırkı metropoliteninin inşasına 1999-cu ildə başlanılmışdır. 24 aprel 2011-ci ildə isə metro sərnişinlərin istifadəsinə verilmişdir. Səhər saat 6:30-dan axşam saat 21:30-a qədər fəaliyyət göstərir. Hazırkı metropolitenin tikintisinə 1999-cu ildə başlanılmışdır. Qatarların sınaq hərəkətinə 4 yanvar 2011-ci ildə icazə verilmişdir.
Nijni Novqorod metropoliteni
Nijni Novqorod Metropoliteni — Rusiyanın Nijni Novqorod nəqliyyat vasitəsi. 20 noyabr 1985-ci ildə açıldı. Moskva və Sankt-Peterburq metrosundan sonra 3-cü yeri tutur. Metro iki xətdən ibarətdir: Avtozavodskaya və Sormovskaya. 15 stansiyası var. "Moskovskaya" stansiyası köçürmə stansiyasıdır. Bir anda 2 cərgə və 4 cığır var. Keçmiş Sovet İttifaqının ən böyük stansiyasıdır. Bu stansiyadan dəmir yolu stansiyasına və ya şəhər qatarına keçə bilərsiniz. Son açıq metro stansiyası "Strelka".
Nyu-York metropoliteni
Nyu-York metropoliteni — Nyu-York şəhərinə məxsus metrodur və ştat idarəsində olan Metropolitan Transportation Authority (MTA) şirkətinin törəmə idarəsi olan New York City Transit Authority-ə icarəyə verilmişdir. 1904-cü ildə açılan Nyu-York metropoliteni dünyanın ən qədim ictimai nəqliyyat sistemlərindən və ən çox istifadə olunan metro sistemlərindən biridir və ən çox stansiyaya malik olan metro sistemidir. İlin hər günü 24 saat xidmət göstərir. Nyu-York metropoliteni fəaliyyətdə olan 472 stansiyası ilə dünyanın ən geniş metrosudur (keçid stansiyaları bir stansiya kimi hesablanarsa 425 stansiya). Stansiyalar Manhetten, Kuins, Bruklin və Bronks borolarının ərazisində yerləşir. Staten-Aylend dəmiryolları rəsmən metronun bir hissəsi sayılmır, belə ki, bu, metro sistemi ilə dəmir yolu əlaqəsi yoxdur, ona görə də digər borolara gedən sərnişinlər Staten-Aylend Ferri və ya MTA Regional Bus Operations istifadə edirlər, bununla belə Nyu-York metrosundan və MTA avtobuslarından ödənişsiz istifadə edə bilirlər. Müvafiq olaraq Manhetten və Kuinsdə yerləşən PATH və AirTrain JFK metronun MetroCard-ını qəbul edir, lakin MTA tərəfindən idarə edilmir və ödənişsiz transferə icazə vermir. MTA tərəfindən idarə edilməyən digər kütləvi nəqliyyat xidməti olan Rusvelt adası kanat yolu MTA və avtobus xidmətinə ödənişsiz transferə icazə verir. Sistem həmçinin dünyanın ən uzun sistemlərindən biridir. Ümumiyyətlə, sistem 236 mil (380 km) marşruta, 665 mil (1,070 km) gəlirli relsə və qeyri-gəlirli rels ilə birlikdə ümumi 850 mil (1,370 km) relsə sahibdir.
Nyu-York metropoliteninin texnologiyası
2012-ci ilin yanvar ayında MTA təmir işlərini sürətləndirmək üçün yeni istismar proqramını - FASTTRACK-ı təqdim etdi. Bu proqram əvvəlki tikintidən daha qəti yanaşma tələb edir və gecə işləri üçün ardıcıl dörd iş günü saat 22:00-dan 06:00-a qədər xəttin xəttin əsas hissəsini bağlayır. MTA-nın məlumatına görə, bu yeni proqramın xüsusən gecə və daha əvvəl meydana gələn tranzit tıxacların ən çox olduğu həftəsonlarından kənar günlərdə həyata keçirildiyi üçün mütəmadi xidmət dəyişikliklərindən daha səmərəli və daha sürətli olduğunu göstərir. 2012-ci ildə proqram sadəcə Midtaun və Aşağı Manhettendəki xətləri əhatə edirdi, 2013-cü ildə marşrut avtobuslarını minimal tələb edən digər dəhlizlər və 2014-cü ildə daha çox yer genişləndirib. 2014-cü ilin 24 həftəsi, 2015-ci ilin 22 həftəsində 12 dəhliz və 2016-cı ilin 21 həftəsində 13 dəhliz nəzərdə tutulmuşdu. 2003-cü ildə MTA 158 IRT stansiyasında növbəti qatarın gəlməsinə qalan dəqiqələri göstərən rəqəmsal real-vaxt bildiriş lövhələrinin (rəsmi olaraq İctimai Ünvan Müştəri Məlumat Ekranları (ing. Public Address Customer Information Screens) və ya PA/CIS) quraşdırılması üçün Siemens Transportation Systems ilə 160 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. 2006-cı ilin may ayında bir çox texniki problemlər və gecikmələrdən sonra şirkətə ödənişlər dayandırılıb və MTA alternativ təchizatçılar və texnologiyalar axtarmağa başlayıb. 2007-ci ilin yanvar ayında Siemens məsələlərin həll olunduğunu və ilin sonuna qədər bu ekranların 158 stansiyada mövcud olacağını elan etdi. 2008-ci ildə MTA texniki problemləri əsas gətirərək sistemin tətbiqini 2011-ci ilə qədər təkrar təxirə salmışdı.
Nürnberq metropoliteni
Nürnberq metrosu 1972-ci ilin martın 1-də açılıb və 2008-ci ilin martın 15-dən Almaniyada ilk və yeganə sürücüsüz metro xəttinə malikdir. Metropoliten ümumi uzunluğu 38,2 km olan 3 xəttdən ibarətdir. Bunun 32,7 km hissəsi tunel, 4,5 km yer səviyyəsindəki xətt və 1 km isə yer səviyyəsindən yuxarı xəttdən ibarətdir. Metropolitenin xəttlərinin adı müvfiq olaraq U1, U2 və U3 adlanır. U almanca U-Bahn (azərbaycanca metro deməkdir) sözündən götürülüb.2015-ci ildə metropoliten bir ilə 128,85 milyon sərnişin, bir günə isə ortalama 410 000 sərnişin daşımışdır. 2011-ci ildə 3-cü metro xəttinin açılması ilə Nürnberq əhalisinin 66 %-nin metro xəttinə çıxışı təmin edilmişdir.
Paris metropoliteni
Paris Metrosu — Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən köhnə və böyük metrolarından biridir. İlk dəfə 1900-cü ildə inşa edilən Paris metrosunda 16 xətt mövcuddur və cəmi 214 km uzunluğa malikdir. Paris şəhərinin simvolu olaraq göstərilən Paris metrosunun arxitektura şəkli Art Nouveau-dan təsirlənmişdir. Paris metropoliteni 14 nömrələnmiş "böyük" xəttə və 2 qısa keçid (3-cü və 7-ci) xəttinə malikdir. Yolların uzunluğu 214 km olan metroda 301 (həmçinin 62 transplantasiya) stansiya var. Bir halda ki, transplantasiya stansiyaları birdən çox xəttə aiddir və metronun bütün xətlərində dayanacaqların ümumi miqdarı 384 ədəd təşkil edir. Stansiyalar arasındakı orta məsafə 620 m olan metroda yeraltı və yerüstü xətlərin sayı 21-dir. Paris metrosuna minmək üçün xüsusi kartonu xatırladan gündəlik, aylıq və illik biletlərdən istifadə edilir. Hətta bir həftəlik biletlər də mövcuddur. Bir biletin qiyməti 1,50 avrodur.
Qlazqo metropoliteni
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
Riqa metropoliteni
Riqa Metrosu (lat. Rīgas metropolitēns) Sovet İttifaqı dövründə Latviya SSRİ-in paytaxtı Riqa şəhərində (1970-80-ci illər) həyata keçirilməmiş metro sistemidir. İlk başlanğıc hissəsinin tikintisi 1990-cı ildə başlanması, 2000-2002-ci illərdə istismara verilməsi nəzərdə tutulmuşdu. Tikinti ictimai aksiyalar və SSRİ dağıldığı üçün ləğv edildi. Sovet dövründən sonra Riqa şəhərində metro qurulması nəzərdə tutulmayıb, Avropa Birliyi və Qərb şirkətlərindən investisiya alınarkən yalnız tramvay və yerli tunellərin variantları nəzərdən keçirilir (ADtranz, Siemens və s. təkliflər). 1960-cı ildən başlayaraq ənənəvi metro qurmaq üçün Dövlət Planlaşdırma Komissiyası tərəfindən tələb olunan bir milyon əhalisi olmayan bir şəhərdə (və yaxın gələcəkdə kiçik bir demoqrafik artım nəticəsində əldə etmək perspektivi olmayan) yüksək sürətli tramvay metrotram sisteminin qurulması planlaşdırılırdı. 1965-ci ildən V. Qritsovskinin rəhbərliyi altında bir qrup Leninqrad şəhər planlaşdırma qrupunun layihəsinə əsasən, kütləvi və az miqdarda məskunlaşmış yaşayış məntəqələrində 10 yanvar 1966-cı ildə ʻʻRiqas Balssʼʼ qəzetində ictimaiyyətə təqdim edilən yüngül dəmir yolu xətləri küçələrə çıxan yolun tünellərində, təxminən 6 metr dərinlikdə inşa edilməli idi. Gələcəkdə xətlərin sistemi 82 kilometrə bərabər olmalı idi ki, bunun 20 kilometri yeraltı hissəni təşkil edirdi. Artıq ilk başlanğıc sahəsindəki 5 kilometr tuneli inşa etmək lazım idi.

Значение слова в других словарях