METRO
MEY
OBASTAN VİKİ
Metropoliten
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). == Metronun tarixi == İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib.XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı.Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır. 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500–700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
Metropoliten-opera
Metropoliten-opera (ing. Metropolitan Opera) — Nyu Yorkda , Linkoln mərkəzində yerləşən musiqili teatr. Opera teatrı qısaca olaraq "Met" (ing. Met) adlandırırlar. "Met" görkəmli dünya opera sənələrindən sayılır. 1974 cü ildən teatrın bədii rəhbəri və baş drijoru Ceyms Livayn olmuşdur. 2013 cü ildən səhətti ilə əlaqədar onu dirijor Fabio Luisi əvəz edir. Opera "Metropoliten opera haus kompani" səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyələnir. Teatr ilin yeddi ayını: sentyabrdan aprelə qədər öz qapılarını tamaşaçıların üzünə açır.
Metropoliten muzeyi
Metropoliten muzeyi (ing. The Metropolitan Museum of Art) — dünyanın ən böyük muzeylərindən biri, dünyada ən çox ziyarət olunan dördüncü muzey. Amerikanın Nyu-York şəhərində yerləşən Metropoliten muzeyi 1870-ci ildə yaranıb. İlk vaxtlar ayrı-ayrı adamların vəsaiti və zəngin iş adamlarının könüllü ianələri hesabına fəaliyyət göstərib. İş adamlarının arasında milyonçular Morqan, Con Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyer və başqaları var idi. == Tarixi == Muzeyə yardım edən mesenatlardan birincisi Ceykob Rocers olub. 1901-ci ildə o muzeyə böyük məbləğ, 4,5 milyon dollar bağışlayıb. Bu pula nadir şəkillər və kitablar alınır. İkinci mesenat Ketrin Vulf adlı qadın olub. O, həm də muzeyi təsis edənlərdən idi.
Metropoliten xətti
Metropoliten xətti — London metropoliteninin xətti. Sxemlərdə bənövşəyi rənglə göstərilir. Dünyanın ilk metropoliteni ünvanını daşımaqdadır. 10 yanvar 1863-cü ildə açılmışdır. lakin Farrinqdon və Paddinqton stansiyaları arasındakı hissə artıq bu xəttə aid deyildir. Həmin sahə hal-hazırda Hammersmit and Siti, Distrikt və Dairəvi xətlərə xidmət edir. Əsas sahə London Sitisindəki Oldgeyt stansiyası ilə Amerşem stansiyası arasındadır. bu sahədə xətt həmçinin Aksbric, Vetford və Çeşemə qədər haçalanır. 34 stansiyadan yalnız 9-u yeraltında yerləşmişdir. Bu xətt Böyük Londonun xaricinə çıxan iki xəttdən biridir.
Metropoliten Layf Tauer
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. == Müasir dövrdə == 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Zaur Hüseynov (metropoliten)
Zaur Hüseynov (tam adı:Zaur Mir Tofiq oğlu Hüseynov; — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri. == Həyatı == Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirmişdir. Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.
1-ci xətt (Bakı metropoliteni)
Bakı metrosunun 1-ci xətti 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. 1-ci xəttin ümumi uzunluğu 18,36 km və 13 stansiyadan ibarətdir.
1-ci xətt (Sankt-Peterburq metropoliteni)
Sankt-Peterburq metrosunun 1-ci xətti — Sankt-Peterburq metrosunun xətlərindən biridir. SSRİ dövründə, 15 noyabr 1955-ci ildə açılıb. Xəttin uzunluğu 29.57 km-dir və 19 stansiyadan ibarətdir.
1 (Nyu-York metropoliteni marşrutu)
== Marşrut == === Xidmət qrafiki === 1 hər dəfə dayanmaqla eyni qrafik ilə xidmət göstərərək aşağıdakı xətləri istifadə edir. === Stansiyalar === == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == MTA NYC Transit – 1 Broadway – Seventh Avenue Local MTA Subway Time – 1 Train "1 Subway Timetable, Effective June 25, 2017" (PDF). Metropolitan Transportation Authority. İstifadə tarixi: 25 iyun, 2017.
2-ci xətt (Bakı metropoliteni)
Bakı metrosunun 2-ci xətti 22 fevral 1968-ci ildən fəaliyyətdədir. 2-ci xəttin ümumi uzunluğu 16,3 km və 10 stansiyadan ibarətdir.
3-cü xətt (Bakı metropoliteni)
Bakı metrosunun 3-cü xətti 19 aprel 2016-cı ildən fəaliyyətdədir. 3-cü xəttin ümumi uzunluğu 6,1 km və hazırda 4 stansiyadan ibarətdir.
Adana metropoliteni
Adana metropoliteni Adana şəhərində yerləşən, 13 metrostansiyanı özündə birləşdirən və 13.5 kilometr uzunluğa sahib dəmiryolu sürətli yol sistemidir. Saatda 21 min 600 sərnişinin istifadəsinə yararlıdır. Dayanmalar nəzərə alınmaqla başdan sona bütün metrostansiyalar arasındakı məsafə müddəti 21 dəqiqədir. Metropolitenin proyektinin əsası 1988-ci ildə qoyulmuşdur. Metro xidməti səhər 6:00-dan başlayaraq axşam 23:30-a qədər davam edir. Həftəiçi qrafika 10 dəqiqə aralıqla, həftsəonu isə 15 dəqiqə aralıqla fəaliyyət göstərir. == Adana metropoliteninin xranologiyası == 1988-ci ildə Adana metropoliteninin proyekti qurulmuşdur 1996-cı ildə Adana metropoliteninin tikintisinə başlanmışdır 2000-ci ildə ödəniş olmadığından Adana metropoliteninin tikintisi dayandırılmışdır 2006-cı ildə Adana metropoliteninin tikintisinə təzədən başlanmışdır 2009-cu ilin Aprel ayında seçkilər səbəbilə Adana metropoliteninin 8,5 km-lik hissəsi istifadəyə verilmiş ancaq seçkilərdən bir neçə ay sonra istifadəsi dayandırılmışdır 2010-cu ilin May ayında Adana metropoliteninin istifadəyə verilmişdir == Stansiyalar == == Adana metropoliteninin texniki parametrləri == Xətt uzunluğu(gediş-gəliş): 13.5 km Stansiyalarının sayı: 13 Nəqliyyat vasitələrinin sayı sayı: üçlü qatarlar şəklində 350 nəfərlik 36 nəqliyyat vasitəsi Tutumu : 660.000 nəfər/gün (2.tur tamamlananda) Enerji təminatı : 750 V DC Maksimal sürət : 80 km/saat Bilet sistemi : Kentkart Nəqliyyat vasitələrinin maksimal sürəti saatda 80 km, sərnişin tutumu 311 nəfər, uzunluğu 27 metr, eni 2,65 m, kütləsi 41 tondur. Hər üç nəqliyyat vasitəsi bir qatar olmaqla cəmi 12 qatardan ibarətdir.
Almatı Metropoliteni
Almatı metropoliteni — Qazaxıstannın Almatı şəhəri və Almatı vilayətində nəqliyyat vasitəsi == Tarixi == Almatı metropoliteninin 1 dekabr 2011-ci ildə təntənəli açılışı olub. .
Altunizadə (İstanbul metropoliteni)
Altunizadə metrostansiyası (türk. Altunizade metro istasyonu) — İstanbul metropoliteninin M5 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya Üsküdarın Altunizadə məhəlləsində Altunizadə qovşağında yerləşir. Stansiya 15 dekabr 2017-ci ildə açıldı. Stansiya hissəsi və piyada tunelləri qazma tunel sistemi və turniket zonası və açma sistemi ilə metrobus bağlantısı zonası ilə qurulur.Altunizadə stansiyasında 7 çıxış var. Platforma və turniket döşəməsi arasında 2, küçə ilə turniket döşəməsi arasında 7 olmaqla 9 lift, 27 eskalator yer alır. Metrobus Altunizade stansiyası ilə əlaqəli 2 çıxışı var.Stansiyaya 9, 9A, 9Ç, 9Ş, 9T, 9Ü, 9ÜD, 11, 11A, 11BE, 11C, 11D, 11E, 11EK, 11G, 11K, 11L, 11M, 11N, 11P, 11SA, 11ST, 11ÜS, 11V, 11Y, 12ÜS, 13, 13B, 13TD, 14, 14D, 14F, 14FD, 14K, 14M, 14R, 14Y, 14YK, 15F, 125, 129T, 139, 139A, 320, D1, MR9 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür. Bununla yanaşı, Üsküdar-Aləmdağ, Üsküdar-Tavukçuyolu pr.-Aləmdağ, Üsküdar-Əsədpaşa mikroavtobusları ilə də buraya gəlmək mümkündür.
Amsterdam metropoliteni
Amsterdam metropoliteni — Niderlandın Amsterdam şəhəri və ətraf əraziləri əhatə edən nəqliyyat sistemi. Metropoliten 4 xətt, 52 stansiyadan ibarətdir. Xətlərin ümumi uzunluğu 42.5 km-dir.
Atatürk Hava Limanı (İstanbul metropoliteni)
Atatürk Hava Limanı metrostansiyası (türk. Atatürk Havalimanı metro istasyonu) — İstanbul metropoliteninin M1 xəttində yerləşən metrostansiya. 20 dekabr 2002-ci ildə ictimai istifadəyə açılmışdır. Bu ad Atatürk Hava Limanına yaxın olduğu üçün verilmişdir. M1 metro xəttinin M1A qolunda yerləşir, tək terminalı mövcuddur.29 oktyabr 2018-ci ildə Atatürk Beynəlxalq Hava Limanı kommersiya sərnişin axını üçün bağlanmış və şəhərin şimal-qərbində yeni bir hava limanı ilə əvəz olunduğundan stansiya artıq sərnişin axını qəbul etmir. Hava limanı kommersiya uçuşları, yük və ümumi aviasiya daxil olmaqla qalan vəzifələrini yerinə yetirməyə davam edir. Yeni hava limanını metro sisteminə birləşdiriləcək M11 xətti, ən tez 2021-ci ilə qədər işə düşəcəyi planlaşdırılır.
Bakı Metropoliteni
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti — Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında yaradılmış səhmləri tamamilə dövlətə məxsus olan qapalı səhmdar cəmiyyət. 27 fevral 2014-cü il tarixindən quruma Zaur Hüseynov edir. == Tarixi == Bakı metrosuna nəzarət edən ilk qurum Bakı Metropoliteni İdarəsi olmuşdur. Bakı Metropoliteni İdarəsi 1966-cı il tarixində təsis olunmuşdur. 27 fevral 2014-cü il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təşkil edilmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olan və Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisi olan şirkətdir.2022-ci ildə Xocasən ikinci yerüstü stansiyasının açılışı elan edildi.2023-cü ilin fevral ayında Bakı Metropoliteni metro xətlərində hərəkət edən yeni nəsil qatarların sayının 23-ə, vaqonların sayının isə 115-ə çatdırıldığını açıqlayıb. == Rəhbərlik == 27 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Zaur Hüseynov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunmuşdur. == Loqosu == 2014-cü ilin iyul ayından etibarən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yeni loqosunu istifadə etməyə başlamışdır. 29 sentyabr 2014-cü il tarixində loqonu ictimaiyyətə təqdim edən qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev loqonun Bakı Metropolitenindəki beş hərəkət xəttinin rənglərindən ibarət, yəni sarı, mavi, bənövşəyi, qırmızı və yaşıl rəngli, "metro" sözünün birinci hərfi — "M" hərfi formasında olduğunu bildirmişdir. Bu loqoya qədər isə yaşıl rəngdə tunel formasında və ortasında qırmızı rəngdə kiril əlifbasının "M" hərfi yazılmış loqodan istifadə olunmuşdur.
Bakı Metropoliteni QSC

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti

Bakı metropoliteni stansiyalarının siyahısı
Bakı metropoliteni stansiyalarının siyahısı Bakı şəhərinin metropoliten xətləri sistemini ehtiva edir. == Xətlər və stansiyalar == Bakı Metropoliteni 3 xət və 27 stansiyadan ibarətdir.
Barselona metropoliteni
Barselona metropoliteni (isp. Metro de Barcelona) — Kataloniyanın mərkəzi Barselonada şəhərin və şəhər ətrafının sürətli ictimai nəqliyyatının əsasını təşkil edən metropoliten. 1924-cü ildə fəaliyyətə başlayan metro hal-hazırda ümumi uzunluğu 146 km olan 12 xətt üzrə 180 stansiyanı birləşdirir. Barselona metropoliteni 2 operator üzrə xidmət göstərir: TMB (kat. Transports Metropolitans de Barcelona) və FGC (kat. Ferrocarrils de la Generalitat de Catalunya — Kataloniyanın dövlət dəmiryolları) dəmiryolu şirkəti. Gediş haqqı 2,15 yevrodur (birdəfəlik bilet - komposterləndikdən sonra 1 saat 15 dəqiqə müddətində şəhərin bütün növ nəqliyyatında - avtobus, tramvay, funikluyor və d. istifadə edilə bilər. Bir neçə gediş üçün biletlərin alınmasında güzəştlər mövcuddur). 3 yaşından yuxarı uşaqlar üçün də böyüklər kimi biletə pul ödənilməlidir.
Bağdad metropoliteni
Bağdad metropoliteni (ərəb. مترو بغداد‎‎‎) — İraqın paytaxtı Bağdad şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. == Tarixi == === İlk layihə === Ərəb dünyasında Bağdad metropoliteni planı ilk dəfə hələ 1970-ci illərin sonu-1980-ci illərin əvvəllərində Səddam Hüseyn tərəfindən işlənib. Ambisiyalı layihənin 1975-ci ildə layihələşdirilməsinə, daha sonra isə tikintisinə başlanıb. Layihəyə görə 2 yeraltı xəttin tikintisi planlaşdırılırdı: 1-ci xətt şimaldan cənuba, 2-ci xətt isə qərbdən şərqə. Bəyan edilirdi ki, metro tərkibinə misirli mühəndislər tərəfindən tikiləcək, heyətlər isə Çin şirkətlərindən biri tərəfindən təqdim ediləcəkdir. Bağdad şəhərinin altı ilə metroploiten üçün də nəzərdə tutulan tunellər şəbəkəsi müxtəlif qiymətlərlə bir neçə kilometrdən 10-la km-ə qədər serb, Çin və alman şirkətləri tərəfindən tikildi. Lakin 1983-cü ildə aparılan işlər İran-İraq müharibəsinin başlanması ilə dayandırıldı. İrəli sürülən iddialara görə tərk edilmiş tunellərdə Səddam Hüseyn silah saxlayır və qoşunlarını gizlədirdi. === Layihənin bərpası === XXI əsrin əvvəllərində şəhər hakimiyyəti yeraltı metronun yaradılması haqqında layihəni yenidən dirçəltməyə çalışırlar.
Berlin metropoliteni
Berlin metropoliteni (alm. U-Bahn Berlin‎) — Almaniyanın paytaxtı Berlinin ictimai nəqliyyat sisteminin əsas hissələrindən biridir. Metropoliten 1902-ci ildə istifadəyə verilib və hazırda 173 stansiyadan ibarətdir. Ümumi uzunluğu 146 km olan Berlin metropoliteni on xətdən ibarətdir və Berlin Nəqliyyat Şirkəti (Berliner Verkehrsbetriebe) tərəfindən istismar olunur. Metronun istismarı üçün 750 volt gərginlikli sabit cərəyan istifadə olunur. 2016-cı ilin məlumatına əsasən 500 milyondan çox insan metrodan istifadə edib. Həmin ildə metro qatarları 21,6 milyon km məsafə qət ediblər. Berlin metrosu almandilli ölkələr içərisində ən böyük metropoliten hesab olunur. == Tarixi == Berlində ilk yeraltı dəmiryolu xətti 1895-ci ildə AEG şirkətinin iki fabriki arasında çəkilib. 1902-ci ildə isə Berlində ilk yeraltı dəmiryolu xətti sərnişinlərin istifadəsinə verildi.
Bostançı (İstanbul metropoliteni)
Bostançı metrostansiyası (türk. Bostancı metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Bostançı səmtində D-100 şosesi üzərində yerləşir. Stansiya 17 avqust 2012 tarixində ictimai istifadəyə açılmışdır. Digərlərindən fərqli olaraq, bu stansiyada 2 platforma və 3 paralel rels yerləşir.Stansiyanın asma mərtəbə səviyyəsi Bostancı qovşağının hər iki tərəfində cəmi beş çıxışa sahibdir.
Davudpaşa—YTÜ (İstanbul metropoliteni)
Davudpaşa—YTÜ metrostansiyası (türk. Davutpaşa—YTÜ metro istasyonu) — İstanbul metropoliteninin M1 xəttində yerləşən yerüstü stansiya. 31 yanvar 1994-cü ildə istifadəyə açılmışdır. Metrostansiyaya 41AT, 85C, 92C nörməli avtobuslarla gəlmək mümkündür.Həmçinin, metrostansiya əsasən Ulduz Texniki Universitetinə nəqliyyat üçün geniş istifadə olunur.
Daşkənd metropoliteni
Daşkənd metropoliteni (özb. Toshkent metropoliteni) — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir. Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış və hər gün 189.200 sərnişini qəbul etməkdədir. Hər stansiyada 1 silahlı polis durur və metro ilə stansiyanın şəkillərinin qanunsuz çəkilməsinin qarşısını alır. == Tarixi == Daşkənd metrosunun yaradılması haqqında planların hazırlanması 1966-cı ilə düşünülməyə başlansa da, həmin ildəki Daşkənd zəlzələsindən sonra işlər 1968-ci ilə təxirə salındı. İlk xəttin inşasına 1972-ci ildə başlandı və bu xətt 6 avqust 1977-ci ildə istifadəyə verildi.
Göztəpə (İstanbul metropoliteni)
Göztəpə metrostansiyası (türk. Göztepe metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Mərdivənköy məhəlləsindəki Göztəpə qovşağının altında, Mərmərə Universitetinin Göztəpə şəhərciyinin ətrafında yerləşir. 17 avqust 2012-ci ildə fəaliyyətə açılmışdır.
Kabataş (İstanbul metropoliteni)
Kabataş metrostansiyası (türk. Kabataş metro istasyonu) — İstanbulda yerləşən tramvay-funikulyor-bərə ötürmə mərkəzidir. 20 aprel 1996-cı ildə istifadəyə verildi.M7 (Kabataş-Esenyurt) metro xəttinin tikintisi başa çatdıqdan sonra metro əlaqəsi də təmin ediləcəkdir.Stansiyaya 22, 25E, 26, 26A, 26B, 27E, 27SE, 28, 28T, 29C, 29D, 30D, 41E, 43R, 58A, 58N, 58S, 58UL, 62, 63, 70KE nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Kadıköy (İstanbul metropoliteni)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 Avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kazan metropoliteni
Kazan metropoliteni (rus. Каза́нское метро́; tatar. Казан метросы) — Kazan şəhərinə xidmət edən metro sistemi. Metro sistemi Rusiyada açılmış yeddinci, keçmiş Sovet İttifaqı regionunda on beşinci metropolitendir. 27 avqust 2005-ci ildə açılan bu metropoliten, Rusiyada ən yeni sistemdir. == Tarixi == === Planlaşdırma === Kazan, Orta Volqada tarixi və mədəniyyət mərkəzidir. Rusiya İmperiyasının dövründə sürətli nəqliyyat sisteminin ilk planları təklif olundu, lakin Oktyabr İnqilabından və Rusiyanın Mülki Müharibəsindən sonra dizaynı ləğv edildi. Buna baxmayaraq, 1930-cu illərdə, Kazan, ən görkəmli muxtar respublikalardan biri olan və bir sənaye mərkəzi kimi sürətlə inkişaf edən, Tatar ASSR-in paytaxtı olmağına baxmayaraq, gələcək üçün sürətli tranzit sistemi təklif etmək istəmişdi. Ancaq İkinci Dünya Müharibəsi belə cəhdlərə son qoydu və SSRİ-dəki respublikaların yalnız paytaxtlarında metro sistemi inşa edildi. 1983-cü ildə Tatarıstanda Sovet İttifaqının Ali Sovetinin bir metro sisteminin planlaşdırıldığı il idi.
Kiyev metropoliteni
Kiyev metropoliteni (ukr. Київський метрополітен) — Ukraynanın paytaxtı Kiyev şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. 6 noyabr 1960-cı ildə fəaliyyətə başlaması ilə SSRİ-də Moskva və Leninqrad metropolitenlərindən sonra üçüncüdür. == Ədəbiyyat == === Kitablar === Наше метро / А. Хорунжий, очерк на укр. яз. — Киев, Госполитиздат, 1960. — 54 с. (ukr.) Київський метрополiтен / сборник на укр. яз. — Киев, Киевское областное книжно-газетное издательство, 1962.

Значение слова в других словарях

дохлеба́ть мысо́к обтюра́торный планкто́н пла́чивать погоре́лец подзо́рный понести́сь своенра́вность смире́нный удово́льствие шизо́ ора́нье перетренирова́ться переу́лочный радиопира́т сап козытать enfant terrible plasmatron rancor scallywag нарзан пиния разубедить