MİŞK

f. bax müşk. Mişki-Xəta(y) Çin müşkü (yaxşı keyfiyyətli müşk).

MİŞİN
MİŞKALUD
OBASTAN VİKİ
Mişkinaz Cavid
Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan – 16 noyabr 1976, Bakı) — məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı. Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir. Şair Hüseyn Cavidin həyat yoldaşıdır. Turan Cavidin anasıdır. Ərtoğrol Cavidin anasıdır.
Mişkinski rayonu
Mişkinski rayonu (başq. Мишкә районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mişkino kəndidir. Ufa şəhərindən şimalda yerləşir. Rayonun ərazisi 1689,11 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. İsti və bir az quraq oln aqro iqlim regionunda yerləşir. Ərazisindən Bir çayı axır. Ərazisində əsasən boz və tünd boz meşə torpaqları yayılmışdır. Qarışıq, enliyarpaq və iynəyarpaq meşələr ərazisinin 33,1 % tutur.
Mişkireyn
Mişkireyn — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bəzi tədqiqatçıların fikrincə, Mişkireyn ərəb dilindəki "mişk" -ətir mənasında və "yeri" sözlərindən ibarət olub "Ətirli yer" mənasındadır. Xalq etimologiyasına görə isə kəndin adı guya mülki-Reyin (yəni, "Rey mülkü") sözlərindən ibarətdir. M.Həsənov oykonimin Ərdəbil yaxınlığındakı Mişkin qəsəbəsinin adı ilə yaxından səsləşdiyini və bu toponimlərin eyni kökdən olduğunu ehtimal edir.(səh.52) Fikrimizcə, "yeri" komponentinin –eyn şəklinə düşməsi inandırıcı görünmür. Onu da qeyd edək ki, Masallıda bu adla yaxın səsləşən Mişkəmi adında kənd vardır. Xaçmaz rayonu ərazisində Müşkür yaşayış məntəqəsi vardır. Kənd öz adını Müşkür mahalının adından almışdır.Göyçay rayonundakı Müskürlü kəndi də Göyçay qəzasında yaşamış müskürlü tayfasının adıyla bağlıdır. Kənd Molla Qədim adıyla da tanınır. Mənbələrə görə, Müskürlü etnonimi Vəlvələçayla Samur çayı arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur.
Mişkolts
Mişkolts (mac. Miskolc) — Macarıstanın şimalında yerləşən ağır sənaye şəhəri. Əhalinin sayına görə Budapeşt, Debreçen və Seqed şəhərlərindən sonra 4-cü ən böyük şəhərdir. Bundan başqa şimali Macarıstanın Borşod-Abauy-Zemplen əyalətinin mərkəzi hesab olunur. Mişkolç şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Mişko adı Mikayl sözünün slavyan forması olan Mixael adından yaranmışdır. Ehtimal olunur ki, şəhərin adı bu ərazidə yerləşən Mişkolç qəbiləsinin adı ilə bağlıdır. Arxeoloji qazıntılar nəticəsində bu ərazidə Paleolit dövrünə aid nümunələr aşkarlanmışdır. Tarixçilər güman edir ki, hələ 70 min il əvvəl burada insanlar məskunlaşmışdı. Mişkoçun ilk sakinləri Kelt mənşəli kotinlər olmuşdur.
Mişkolç
Mişkolts (mac. Miskolc) — Macarıstanın şimalında yerləşən ağır sənaye şəhəri. Əhalinin sayına görə Budapeşt, Debreçen və Seqed şəhərlərindən sonra 4-cü ən böyük şəhərdir. Bundan başqa şimali Macarıstanın Borşod-Abauy-Zemplen əyalətinin mərkəzi hesab olunur. Mişkolç şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Mişko adı Mikayl sözünün slavyan forması olan Mixael adından yaranmışdır. Ehtimal olunur ki, şəhərin adı bu ərazidə yerləşən Mişkolç qəbiləsinin adı ilə bağlıdır. Arxeoloji qazıntılar nəticəsində bu ərazidə Paleolit dövrünə aid nümunələr aşkarlanmışdır. Tarixçilər güman edir ki, hələ 70 min il əvvəl burada insanlar məskunlaşmışdı. Mişkoçun ilk sakinləri Kelt mənşəli kotinlər olmuşdur.
Mişkolç Universiteti
Mişkolç Universiteti (ing. University of Miskolc, mac. Miskolci Egyetem) — Şimali Macarıstanda yerləşən ən böyük universitetdir, Macarıstanın əhalisinə görə 4-cü ən böyük şəhəri olan Mişkolç şəhərindədir. 1990-cı ilədək adı Ağır Sənaye Texniki Universitet olub. “Quacquarelli Symonds” regional reytinqə görə Şərqi Avropa və Mərkəzi Asiya universitetləri arasında 82-ci yeri tutur. 1735 – indiki universitetin sələfi Mədənçilik və Metallurgiya məktəbinin - Bergschule - Şelmeçbanyada III-cü Karl tərəfindən əsası qoyuldu. Bununla da bu təhsil ocağı bu sahələr üzrə tədris edən ilk ali təhsil institutut oldu (Fraybuqrda 1765-ci ildə, Berlində 1770-ci ildə, Sankt Peterburqda 1773-cü ildə). 1762 – Mariya Tereza məktəbə Bergakademie adı ilə Akademiya statusu verdi. 1846 – meşəçilər institutda təhsil almağa başlayırlar. Daha sonralar bu mətkəb Avropa texniki kollecələrinin yaranmasında bir model rolunu oynadı.
Mişkə (Baltas)
Mişkə (rus. Мишкино, başq. Мишкә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 326 nəfərdir. Kənd, rayon mərkəzindən 31 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 100 kilometr uzaqlıqdadır.
Mişkə (Uçalı)
Mişkə (başq. Мишкә, rus. Мишкино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 65 km, kənd sovetliyindən (Naurız): 5 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Mişkəmi
Mişkəmi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Hisgədərə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Mişkəmi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi 574 nəfərdir. Əvvəlki adı Vərsəhmonoba olmuşdur. Vərsəhmənoba talış, “önü-qabağı sahmanlı yer” deməkdir. Mişkəmi fars dilində işlənən rnişk (bahalı ətir) sözündən yaranmışdır. Yaşlı nəslin fikrincə, İranda bir əttar (ətir hazırlayan) tez-tez bu yerlərə gələr, burada ətriyyat, müşkənbər satmaqla məşğul olarmış. Bu şəxs Miişkəmi adı ilə tanınaraq əhalinin hörmətini qazanır, onun pənah gətirdiyi Vərsehmanoba isə tədricən Mişkəmi adlanmağa başlamışdır. Digər bir məlumata görə Mişkəmi kəndinin adının mənası "mıj" muncuqluq sahə və "kəmi" kənarı kimi komponentlərindən ibarətdir və talış dilindən tərcümədə muncuqlu sahənin kənarı və ya böyrü mənasını verir. Mıj kəmi sözlükləri tədricən bitişik tələffüz olunmuş və müəyyən (j-ş əvəzləməsi) dəyişikliyə uğrayaraq Mışkəmi və Mişkəmi formasında işlənir.