MİRƏZİZ

Mir Əziz; seyid Əziz; sevimli rəis, istəkli rəhbər.
MİRƏLİ
MİRFƏRƏC
OBASTAN VİKİ
Mirəziz Rəfiyev
Mirəziz Rəfiyev (tam adı: Mirəziz Ziyad oğlu Rəfiyev; 15 fevral 1922; Yolocaq, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ – 29 iyul 2001) — "Əməkdar mədəniyyət işçisi", Yardımlı tarix-diyarşünaslıq muzeyinin yaradıcısı və keçmiş direktoru. == Həyatı == Mirəziz Ziyad oğlu Rəfiyev 15 fevral 1922-ci ildə Yardımlı rayonunun qədim kəndlərindən sayılan Yolocaq kəndində kəndli ailəsində dünyaya göz açmışdı. Keçən əsrin 30-cu illərində rayona Sovetlərin gətirdiyi "Mədəni inqilab"ın ən aktiv "kultəsgəri"ndən biri olaraq başdan-başa savadsız diyarın adamlarının biliyə, dünyəvi təhsilə yiyələnməsinə o da ilk təhsillilərdən biri kimi böyük töhfələr vermişdir. İkinci dünya müharibəsinin başlanması ilə cəbhəyə könüllü olaraq yollanan Mirəziz Rəfiyev müharibənin ilk illərində Baltik cəbhəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşmuş, iki dəfə ağır yaralanmasına baxmayaraq yenidən Litva cəbhəsində döyüşlərini davam etdirmişdir. Lakin 1943-cü ildə sağ qolundan və çiynindən ağır yaralanaraq çoxlu orden və medallarla arxa cəbhəyə qayıtmışdır. Arxa cəbhədə də o özünü fədakar müəllim və sonra isə bacarıqlı məmur kimi təsdiq etmişdir. 40-cı illərin sonundan Rayon Xalq Maarif müdiri vəzifəsindən Rayon Partiya Komitəsinin II katibi vəzifəsinədək böyük bir məmur yolu qət etmiş və işlədiyi bütün yüksək vəzifələrdə təmiz vicdanla yalnız halalıq müstəvisində çalışmışdır. 40 ilə yaxın bu cığırda ləyaqətlə çalışan Mirəziz müəllim rayonun ən təmiz mənəviyyatlı məmuru şöhrətini qazanmış, el-oba içərisində böyük hörmət sahibi olmuşdur. Sovet dövründə Yardımlıda ilk ali təhsilli dörd nəfərdən biri, müharibə və dövlət qulluğu veteranı, uzun illər rayonda yüksək vəzifə postlarında təmiz vicdan və ləyaqətlə işləyib el ağsaqqalı rütbəsini fəth edən Mirəziz Ziyad oğlu Rəfiyevin adı rayonun son yüzillik tarixinə qızıl hərflərlə yazılmışdır. Mirəziz Rəfiyevin Yardımlıya ən böyük xidməti 1981-ci ilin noyabr ayında açılışı olan Yardımlı tarix-diyarşünaslıq muzeyinin yaradılması olmuşdur.
Mirəziz Seyidzadə
Mirəziz Seyidzadə (Hacı Mirəziz Seyidzadə) — İlahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, idarənin fətva şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü == Həyatı == Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu ildə Masallı rayonunun Türkoba kəndində ziyalı ailəsində doğulub. 1968-1974-cü illərdə Özbəkistanın Buxara şəhərində Mir-Ərəb mədrəsəsində oxuyub. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda qiyabi təhsil alıb. 1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şöbəsini əla qiymətlə başa vurub. 1992-1997-ci illərdə Bakı İslam Universitetində təhsil alıb.2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. 12 sentyabr 2004-cü ildə "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 20 oktyabr 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb.Astarada Cümə məscidində axund, Bakı İslam Universitetində müəllim, Qafqaz Müsəlmanları İdarəsinin elm və təhsil şöbəsinin müdiri işləyib, fətva şöbəsinin müdiri olub. 1996-cı ildə Bakı İslam Məktəbini təsis edib. Ədəbi-publisistik fəaliyyətlə məşğul olub, ərəb və fars dillərindən tərcümələr edib. Hekayə və şerlərini M.Mirəsgəroğlu, Əziz Pünhan təxəllüsləri altında çap etdirib.
Məhərrəm Seyidov (Mirəziz oğlu)
Məhərrəm Mirəziz oğlu Seyidov (7 sentyabr 1952, Alışar, Noraşen rayonu – 19 yanvar 1990, Kərki, Sədərək rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N. Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi. 1969-cu ildə buradakı N. Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.