Məhərrəm Seyidov (Mirəziz oğlu)

Məhərrəm Mirəziz oğlu Seyidov (7 sentyabr 1952, Alışar, Noraşen rayonu19 yanvar 1990, Kərki, Sədərək rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.[1][2]

Məhərrəm Seyidov
Məhərrəm Mirəziz oğlu Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Kərki, Sədərək rayonu, Naxçıvan MR, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
  • Şərur Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Xidmət illəri 1970-1990
Rütbəsi
Kapitan
Vəzifəsi Baş İnspektor
Təltifləri "Qızıl Ulduz" medalı — 1992
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı "Qırmızı ulduz" ordeni — 1990

Həyatı[redaktə | mənbəni redaktə et]

7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N. Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi. 1969-cu ildə buradakı N. Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Ailəli idi, dörd övladı qalıb.

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına şəhid oldu. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]

İrsi və xatirəsi[redaktə | mənbəni redaktə et]

  • Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub.
  • Şərur şəhər 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır.
  • Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində adına küçə var.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Məhərrəm Seyidov Mirəziz oğlu". www.ens.az (az.)). 16.09.2018. 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.09.2018.
  2. "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2019.
  3. "Azərbaycan Respublikası daxili işlər orqanlarının bir qrup əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 6 iyun 1992-ci il tarixli 831 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 06.06.1992. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.06.1992.