MİSR

ə. 1) böyük şəhər; 2) ölkə, məmləkət.

MİSMƏ
MİSRA
OBASTAN VİKİ
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Misrabad (Xudabəndə)
Misrabad (fars. مصراباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 499 nəfər yaşayır (100 ailə).
Misradaxili bölgü
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Misrata
Misurat (ərəb. مصراته‎) — Liviyada şəhər. Enyi adlı vilayətin paytaxtıdır. Tripoli və Benqazi sonra Liviyanın üçüncü böyük şəhərdir.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Misrəddin Sadıqov
Sadıqov Müsrəddin (tam adı: Sadıqov Misrəddin Allahverdi oğlu; 10 yanvar 1952 və ya 10 dekabr 1954, Krasnoselsk rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. Misrəddin Sadıqov 1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub. 1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, üç övladı var. 20 Yanvar şəhidi Yusif Sadıqovun qardaşıdır. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın qardaşıdır. 1972-1977,tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU 1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1984, f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi» 1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi» 2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu 1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə. 94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.
Zu-n-Nun Misri
Zu-n-Nun Əbu Faid Savban ibn İbrahim Misri (ərəb. ذو النون المصري‎; 796, Ahmim[d], Misir, Abbasilər xilafəti – 859, Qahirə, Misir, Abbasilər xilafəti və ya Cizə) — Misir sufi alimi. Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zu-n-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbə onun əslən Misirdən olduğunu bildirir. Zu-n-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir. Dho'l-Nun al-Mesri. Muslim Saints and Mystics. London: Routledge & Kegan Paul.
Əl-Misri
"Əl-Misri" (ərəb. المصري‎; mənası – misirli) — 1936–1954-cü illərdə Misirin Qahirə şəhərində nəşr olunan ərəbdilli qəzet. Qəzet mövcud olduğu dövrdə ən çox oxunan qəzetlərdən biri olmuşdur. "Əl-Misri" 4 may 1954-cü ildə Misir hakimiyyəti tərəfindən bağlanmışdır. "Əl-Misri" 1936-cı ildə Kərim Sabit, Məhəmməd Əl Taba və Mahmud Əbu Əl-Fəth tərəfindən yaradılmışdır. Qəzetin yaradılmasında aparıcı yəhudi iş adamı Eli Politi də köməklik etmişdir. "Əl-Misri" fəaliyyətə başladıqdan bir müddət sonra Mahmud Əbu Əl-Fəth qəzeti bir neçə min dollara satın almış və onu "Vəfd" partiyasının rəsmi media orqanına çevirmişdir. Mahmud Əbu Əl-Fəthin kiçik bacıları qəzetdə işləyirdilər: Hüseyn Əbu Əl-Fəth idarəedici redaktor, Əhməd Əbu Əl-Fəth "Əl-Misri" jurnalının redaktoru idi. 1954-cü ilin mayında "Əl-Misri"də Camal Əbdül Nasirdən Nasserdən "Vəfd" partiyasının siyasətinə əməl etməsini tələb edən bir neçə məqalə dərc edildikdən sonra Fəth qardaşları milli maraqlara sədaqətsizlikdə ittiham edilmişdir. Qəzet 4 may 1954-cü ildə qadağan edilmişdir.
Ələvi Misri duası
Misrətdin İsgəndərov
Misrətdin İsgəndərov (14 yanvar 1995, Sumqayıt) — Azərbaycan şahmatçısı, şahmat qrosmeysteri. 2021-ci ilin dekabrında son raundda Məsud Mosadeqpuru məğlub edərək "Beynəlxalq Bicapawn Open" yarışının qalibi oldu. 2022-ci ilin mayında üçüncü turdan sonra "Şarja Masters" turnirini lider kimi bitirdi. 2023-cü ilin may ayında "Dubay Açıq Şahmat Turniri"nin dördüncü raundunda Hans Nimanna məğlub oldu. Misrətdin İsgəndərov 2023-cü ildə keçirilən Şahmat üzrə Dünya Kubokunun birinci raundunda daha yüksək reytinqli Bobbi Çenqi məğlub etsə də, ikinci turda Qukeş D-yə məğlub olub. Azərbaycanlı şahmatçı Nərmin Kazımova ilə ailə həyatı qurub.