MUSSON İQLİMİ

musson küləklərinin təsiri altında olan sahələrin iqliminə deyilir. M.i. olan sahələrə mülayim qurşaqda Uzaq Şərq, tropiklərdə isə Hindistan yarımadasını və Sudanı misal göstərmək olar. (frans. Mousson – mövsümi külək) – ildə iki dəfə bir-birinə qarşı öz istiqamətini dəyişən hava axını. M.-un dəyişməsi ilə əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, yağışlı hava ilə (və ya əksinə) əvəz olunur.
MUSSON CƏRƏYANLARI
MÜASİR İSTİLƏŞMƏ
OBASTAN VİKİ
Mülayim enliklərin musson iqlimi
Mülayim iqlimlərin musson tipi- Alisovun bölgüsünə əsasən bu iqlim tipi ayrılmış və Şərqi Asiyada yayılmışdır. Rusiya ərazisində Sakit okean sahili əraziləri, Kanadanın sahilləri və Argentina üçün xarakterikdir. Şərqi Asiyada bu iqlim tipi mussondur. Belə ki, mülayim enliklərin musson iqlim tipi subtropik və tropik mussonların davamı olub şimali Kamçatkaya qədər davam edir. Beləliklə, Primorsk əyalətində, Kamçatkanın və Yaponiyanın şimalında və Çinin şimal-şərqində yayılmışdır. Qışda materikin şərq qurtaracaqları Asiya antisiklonunun təsirinə məruz qalır, az buludlu və az yağışlı dövr müşahidə edilir. Yayda isə siklonların təsiri ilə ərazidə yağıntıların miqdarı xeyli artır. Xabarski əyalətində iyul ayının orta temperaturu +22 °C, yanvar ayının orta temperaturu isə −20 °C, orta illik yağıntıların miqdarı isə 684 mm olur. Yalnız oktyabr-mart aylarında 74 mm yağıntı düşür. Qış yaydan az yağıntılı olur.
Musson
Musson fransızcada (fr. mousson şəklini almışdır) — tropiklərdən ekvatora doğru hərəkət edən küləklər (yayda okeandan, qışda materikdən əsir). Belə külək tropik ərazilərə və mülayim qurşağın bir sıra dənizkənarı əraziləri (məsələn, Uzaq Şərq) üçün səciyyəvidir. Musson iqlimi yay dövründə yüksək nəmliklə xarakterizə edilir. Qış mussonu qurudan okeana doğru əsir. Musson iqlimi olan ərazilərdəki torpaqlarda qış quraq keçir. Mussonun dəyişməsi ilə əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, yağışlı hava ilə (və ya əksinə) əvəz olunur. Mussonlar troposferin, alt qatında baş verir və hava kütləsi atmosferin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru axır. Quru Musson Məhəllin əhalisi üzərində atmosfer təzyiqi yüksək olan dövrdə, rütubətli Musson isə təzyiq alçaq olan dövrdə müşahidə olunur. Tropik mussonları ekvator depressiyasının il ərzində ekvator dan gah Şimal Yarımkürəsinə, gah da Cənub Yarımkürəsinə keçməsindən əmələ gəlir.
Qorilla Musson
Robert James Marella (4 iyun 1937, Roçester[d], Nyu-York ştatı – 6 oktyabr 1999) — daha çox "Gorilla Monsoon" rinq adı ilə tanınan Amerikalı peşəkar güləşçi, play-by-play şərhçisi və buker idi. Musson 1980-ci və 1990-cı illərdə şücaətli super-ağır çəkili əsas yarışmaçı, daha sonra isə Dünya Güləş Federasiyasının (WWF) səsi, şərhçi və səhnə arxası meneceri kimi qaçışı ilə məşhurdur. O, həmçinin 1995–1997-ci illərdə WWF prezidentinin ekrandakı rolunu canlandırıb. Peşəkar güləşdə tədbirin giriş pərdəsinin arxasındakı səhnə sahəsi, Marellanın qurduğu və WWF zamanı tez-tez rast gəlindiyi mövqe karyerasının sonlarında onun şərəfinə "Qorilla Mövqeyi" adlandırılır. Marella Nyu-Yorkun Roçester şəhərindəki Cefferson Liseyində oxuyub, futbol, ​​həvəskar güləş və yüngül atletika üzrə görkəmli idmançıya çevrilib. O zaman onun çəkisi 301 funtdan (136,53 kq) çox idi və komanda yoldaşları onu mehribanlıqla "Kiçik" adlandırırdılar. Marella həm də Nyu-Yorkun İthaka şəhərindəki İthaka Kollecində orta məktəbi bitirdikdən sonra görkəmli idmançı idi. O, indi çəkisi 325 funtdan çox olan güləşi davam etdirdi və 1959-cu ildə NCAA Güləş Çempionatında ikinci yeri tutdu. O, həmçinin 18 saniyəlik güləş pinini və bir neçə atletika fərqlənmələri də daxil olmaqla bir neçə məktəb atletika rekorduna sahibdir. O, 1973-cü ildə İthaka Kollecinin Atletik Şöhrət Zalına daxil edilib.
Qorilla Musson (İdmançı)
Alabamanın iqlimi
Alabama ştatı Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik (Cfa) kimi təsnif edilir. Ştatın orta illik temperaturu 64 °F (18 °C) dərəcədir. Temperatur ştatın cənub hissəsində Meksika körfəzinə yaxınlığı ilə əlaqədar daha istiyə meyillidir, şimal hissələrində, xüsusən şimal-şərqdəki Appalaç dağlarında bir qədər soyuğa meyillidir. Ümumiyyətlə Alabamanın il boyu çoxlu yağıntıya malik çox isti yayları və mülayim qışları var. Ştata hər il orta hesabla 56 düym (1,400 mm) yağıntı düşür və cənub hissəsində 300 günə qədər uzun bir yetişmə mövsümü keçməkdədir. Burada yaz və yay dövründə ara sıra dolu fırtınaları meydana gəlir, lakin onlar nadir hallarda dağıdıcı olurlar. Sıx dumanlar nadirdir və onlar əsasən sahil boyunca yerləşirlər. Həmçinin il boyunca tufanlar meydana gəlir. Onlar əsasən yayda çox olurlar, lakin yazda (mart və may arasında) və payızın sonlarında (noyabrda) daha da şiddətlənirlər. Məhz bu vaxt dağıdıcı küləklər və leysan yağışları, xüsusən də şimal və mərkəzi hissələrdə tez-tez baş verir.
Anapanın iqlimi
Anapa ərazisində aralıq dənizi iqlimi hakimdir. Qara dənizin 44-cü paralelə qədər olan bütün bölgələri kimi, Anapanın iqlimi yayda rütubət çatışmazlığı ilə xarakterizə olunur. Orta illik yağıntının az olması (450 mm) səbəbindən quru subarid xüsusiyyətləri özünü göstərir. Ancaq yağıntılar il boyu demək olar ki bərabər paylaşılıb. Anapada maksimum yağıntı qışda düşür. Subtropiklərin şimal sərhədində yerləşdiyinə görə, təxminən on ildə bir dəfə Anapada şiddətli şaxtalar və qar yağışları baş verir. İl əslində iki iqlim fəslinə (isti — apreldən oktyabra qədər) və sərin (noyabrdan mart ayına qədər) bölünür. Dəniz kənarında yerləşdiyinə görə burada payız həmişə yazdan daha quru və isti olur. == Günəş radiasiyası == Anapa ildə aydın günəşli günlərin sayına görə Rusiyada rekord göstəriciyə malikdir. Aydın, günəşli havaların sayı burada 286-ya çatır.
Antarktika iqlimi
Antarktika iqlimi — Cənub qütbünün Antarktida və ətraf okean sahələri üçün səciyəvi olan iqlimtipi. Bu yer kürəsinin ən sərt, soyuq və quru iqlimidir. Antarktika iqlimini formalaşdıran əsas amillər günəş radiasiyasının azlığı, materikin qar örtüyü, dəniz səviyyəsindən yüksəkliyi (orta yüksəkliyi 2350 m) və Antarktika antiklonunun hakim olmasıdır. Qar örtüyü hətta yay ayları belə günəş enerjisini effektivsizləşdirir. Günəş radiasiyasının 90% qar örtüyü tərəfindən əks olunur. Cəmi 10% bölgənin qızdırılmasına sərf olunur. "Vostok" stansiyasında orta illik radiasiyanın miqdarı 120 kkal, yayda isə 30 kkal olur. Orta illik temperatur Cənub Qütb dairəsində -10 °C, daxili hissələrdə isə -50 °C təşkil edir. Antarktika iqlimi öz növbəsində Daxili plato iqlimi, buzlaq yamacı iqlimi, dəniz antarktika iqlimi və sahil iqlimi. == Daxili plato iqlimi == Daxili rayonlarda yerləşən "Amundsen-Skott" və "Vostok" stansiyalarınada daim meteoloji müşahidələr aparılır.
Dəniz iqlimi
Dəniz iqlimi — okeanın atmosferə təsiri çox olan şəraitdə yaranan iqlim. Dəniz iqlimi kontinental iqlimdən fərqli olaraq havanın gündəlik və illik temperatur fərqlərinin azlığı, yayda nisbi rütubətliyin çoxluğu, çox yağıntılı və buludlu olması ilə fərqlənr. Dəniz iqlimində dəniz tərəfindən əsən küləklər üstünlük təşkil edir Dəniz iqliminin quruya təsiri, əsasən, atmosferin yer səthi boyu dövr etməsi nəticəsində yaranır. Dəniz iqlimi materiklərin içərilərinə doğru hərəkət etdikcə tədricən kontinental iqlimə keçir. Eyni coğrfi enlikdə yerləşən quruya nisbətən okean üzərində havanın rütubətliyi və illik yağıntının miqdarı daha çoxdur.
Estoniyanın iqlimi
Estoniyada mülayim-dəniz iqlimindən mülayim-kontinentala keçid tipi hakimdir. Ölkə ərazisində qış mülayim, yay isə sərin keçir. == Ümumi məlumat == Ölkə ümumən mülayim qurşaqda yerləşir. Şimaldan və qərbdən Baltik dənizinin suları ilə əhatə olunusada, ərazidə iqlimin formalaşmasında atlantik okeanından gələn siklonlar əsas rol oynayır. Dənizə yaxınlığı rütubətlənmə əmsalını yüksək edir. Estoniyada qiş Qolfstrim cərəyanının hesabına daha mülayim keçir, nəyin ki, Avrasiya materikinin daxili rayonlarında. İlin ən isti ayı - iyul, soyuq ay isə - fevraldır. Buludlu və və dumanlı günlər üstünlük təşkil edir. === Havanın temperaturu === 1961-1990-cı illər ərzində aparılmış müşahidələrə əsasən Estoniya ərazisində havanın orta illik temperaturu +4,1 °C-dən +6,3 °C, 1981—2010-cu illər ərzində isə +4,9 °C-dən +7,1 °C olmuşdur. Ən yüksək orta illik temperatura Saaremaa və Hiyumaa (+6...+7), ən aşağı göstərici isə - Lyaene-Virumaa və Yıgevamaa (+4,9...+5,3 °C) rayonları ərazisində qeydə alınmış.
Kosovonun iqlimi
Qismən müstəqilliyi tanınmış Kosovo Respublikası elə də böyük bir sahəyə malik deyildir. Bununla belə qəliz relyef strukturu Kosovonun iqlim rəngarəngliyinə səbəb olur. Kosovo şimal yarımkürrəsinin mərkəzi hissəsinin cənubunda yerləşir. Onun iqliminə Aralıq dənizi iqlimi və kontinemtal iqliminin təsiri böyükdür. İqliminə təsir göstərən digər təsirlər isə onun Avrasiya, Afrika və Atlantik okeana onan məsafənin eyni olmasıdır. Azda olsa relyef, hiqrologiya, düzənliklər və bitki örtüyü onun iqliminə təsir göstərir. == İqlim vilayətləri == İbar çayı regionu kontinental iqlimin təsirinə məruz qalır. Bu səbəbdən burada qışı olduqca sərt keçir. Burada qışın orta aylıq temperatu −10 °C, bəzən isə −26 °C olur. Yayda isə orta aylıq temperatur 20 °C, bəzən isə 37 °C olur.
Macarıstan iqlimi
Macarıstan iqlimi ölkənin yerləşdiyi coğrafi mövqeyi ilə əlaqədərdır. Macarıstan Mərkəzi Avropanın qərbində yerləşir. Yerləşdiyi mövqeyi ilə istər qütbdən istərsə eyni məsafədə yerləşir. Üstəlik Atlantik okeandan 1000 km uzaqlıqda yerləşir. Macarıstan sərhədindən ən yaxın dənizə olan məsafə 500 kilometrdir. İqlimi qolosen dövründə formalaşmışdır. Macarıstan iqlimi kontinental, okean və aralıqdəniz iqliminin qarışığından formalaşmışdır. Nəticədə burada iqlim olduqca dəyişkəndir. == Təsir göstərici faktorlar == Macarıstan iqliminə təsir göstərən iki faktor vardır. Bunlardan biri ölkənin Aralıq dənizindən olan məsafə və qərb küləklərinin gətirdiyi yağıntılardır.
Maltanın iqlimi
Malta Köppen iqlim sinifləndirməsinə görə olduqca mülayim qışı və isti yayı ilə Aralıq dənizi iqliminə malikdir. Yağınıt əsasən qışda olur, yay isə ümumiyyətlə quru olur. Troll-Paffen iqlim təsnifatına və Sieqmund/ Frankenberq iqlim təsnifatına görə, Malta 35º şimal enliyində olan subtropik zonada yerləşir. == Temperatur == Orta illik temperatur gündüz 23 °C (73 °F) , gecə isə 16 °C (61 °F) ətrafındadır (Avropadakı ən isti temperatur ortalamalarından biridir). Ən soyuq ayda -Yanvarda gündüz maksimum temperatur 12–20 °C (54–68 °F), gecə minimum temperatur isə 6–12 °C (43–54 °F) təşkil edir. Aprel ayı gündüz 17–22 °C (63–72 °F), gecə isə 10–14 °C (50–57 °F) arasında temperatur ilə başlayır. Noyabrda temperatur gündüzlər 17–23 °C (63–73 °F) , gecələr isə 11–18 °C (52–64 °F) olur. Lakin ilin qış aylarında (dekabr, yanvar, fevral) temperatur bəzən 20 °C (68 °F)-ə çatır. Mart ayı keçidlidir, isti isti ilə, gündəlik maksimumlar tez-tez 20 ° C-dən (68 ° F) çox olur. Mart isti temperatur ilə keçid ayıdır və gündəlik tez-tez 20 °C (68 °F)-i keçir.
Naxçıvanın iqlimi
Naxçıvan Muxtar Respublikanın iqliminin tədqiqində İ. V. Fiqurovski, Ə. M. Şıxlınski, Ə. A. Mədətzadə, P. Mirzəyev və başqalarının xidmətləri olmuşdur. Naxçıvan MR-in özünəməxsus iqlim şəraiti vardır. Bu iqlim özünün kəskin kontinentallığı ilə Azərbaycanın digər ərazilərinin iqlim xüsusiyyətlərindən fərqlənir. Ə. M. Şıxlınski Naxçıvan MR-in iqlimini tədqiq edərək, burada üç iqlim tipi ayırmışdır ki, onun da yalnız biri Arazboyu maili düzənliyə aid edilmişdir. Naxçıvan MR özünün kəskin kontinental iqlimi ilə Azərbaycanın digər fiziki-coğrafi vilayətlərindən fərqlənir. Ərazidə iqlimi yaradan əsas amillər — günəş radiasiyasının bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefin isə xeyli müxtəlif olması ilə səciyyələnir. Qeyd etmək lazımdır ki, tipik dağlıq ölkə olan Naxçıvan MR-in müasir iqliminin yaranmasında relyef əsas rollardan birini oynayır. Şərqdən, şimal-şərqdən və şimaldan Zəngəzur və Dərələyəz dağları ilə əhatə edilməsi, Ermənistan və İran yaylaları ilə qonşu olması, həmçinin geniş su hövzələrindən xeyli uzaqlığı Muxtar respublikada xüsusi iqlim şəraitinin yaranmasına səbəb olmuşdur. Relyef amili öz növbəsində meteoroloji ünsürlərin — havanın temperaturunun, rütubətin, yağıntıların, küləklərin xüsusi rejimini yaradır. Muxtar respublikanın ərazisində demək olar ki, bütün fiziki coğrafi ünsürlərin şaquli zonallığı müşahidə edilir.
Rusiya iqlimi
Rusiyanın iqlimi bir neçə həlledici amillərin təsiri altında formalaşmışdı. Torpaq iqliminin dominantlığı, ölkənin çox böyük olması və dənizin təsirindən uzaq olması ilə tundra bölgələri və ən cənub-şərqi istisna olmaqla, Avropa və Asiya Rusiyasında geniş yayılmışdır. Hind okeanından isti havanın axımına mane olan cənubdakı dağlar, qərb və şimaldakı düzənliklər ölkəni Arktika və Atlantik təsirlərindən həssas edir. Atlantik və ya Sakit okean bölgəsinin mülayim təsiri səbəbindən, nəmli kontinental iqlim Avropa Rusiyasının əksər bölgələrində, Qərbi Sibirin cənubunda və Uzaq Şərq Rusiyasının cənubunda, o cümlədən Moskva və Sankt Peterburq şəhərlərində təsirli olur. (Köppen'in Dfb, Dfa, Dwb, Dwa tipleri). Skandinaviya yarımadası ilə Sakit okean və Sibir arasındakı şimal Avropa Rusiyasının əksəriyyəti yarı arktik iqlimə malikdir, Şimal-Şərqi Sibirin daxili bölgələrində son dərəcə şiddətli qışlar (əsasən Yakutiya, Şimal Soyuq Qütbdə ən aşağı temperatur −68 ° C və ya −90.4 ° F) yerləşdikləri yerə görə daha yumşaqdır. Atlantik okeanının sahilindəki zolaq, eləcə də Arktika adaları qütblü bir iqlimə malikdir (bəzi adalarda həddindən artıq qütb iqlimi (EF) və bəzi yerlərdə tundra iqlimi (ET)). Qara dəniz sahillərinin kiçik bir hissəsi, xüsusilə Soçi, qışda qeyri-adi rütubətli nəmli subtropik iqlimə malikdir (Köppenin Cfa növü). Şərqi Sibir və Uzaq Şərqin bir çox hissəsi yayla müqayisədə qış quru olsa da (Dwa, Dwb, Dwc, Dwd növləri), ölkənin digər bölgələrində mövsüm boyu daha bərabər yağışlar müşahidə olunur. Ölkənin əksər hissəsində qış yağışları ümumiyyətlə qar kimi yağır.
Rusiyanın iqlimi

Savanna iqlimi
Savanna iqlimi- Subekvatrorial iqlim qurşağının daxilində savanna təbii zonası daxilində formalaşır. Ekvatordan bir neçə dərəcə şimal və cənubda yerləşən bölgələrdə iqlim ümumiyyətlə qurudur. Ancaq müəyyən aylarda orada çox isti olur və tez-tez yağışlar yağır. Dünyada yerləşən bu cür yerlərə savanna zonaları deyilir. Bu ad Afrikada geniş ərazini tutan savanna regionundan gəlir. Savanna iqlim qurşağı ekvatordan hər iki tərəfində olub, tropik xətlərin arasında yerləşir. Hansı ki, tropik xətlərdə günəş ildə iki dəfə zenitdə olur. Bu zaman həmin ərazilərdə hava çox isti olur. Bu istilər zamanı yüksək miqdarda su buxarlanır ki, bu yenidən leysan yağışları formasında geri qayıdır. Savanna iqlim qurşağı ekvatorial zonayada uyğun gəldiyi üçün mart və sentyabr aylarında da günəş zenitdə olur.
Subarktika iqlimi
Subarktika — Mülayim iqlim zonasını Arktika iqlim zonasından ayıran iqlim zonasıdır. Hava kütlələrinin fəsillərə görə dəyişilməsi yayda mülayim qurşaq havasının, qışda isə Arktika havasının üstün olması Subarktika üçün xüsusiyyət təşkil edir. Subarktika təqribən tundra landşaft zonası ilə uyğun gəlir.
Türkiyənin iqlimi
Türkiyənin Egey və Aralıq dənizi ilə yuyulan sahil ərazilərində isti, quru yayları və mülayim-soyuq, rütubətli qışları olan Aralıq dənizi iqlimi hökm sürür. Ölkənin Qara dəniz suları ilə yuyulan sahil ərazilərində mülayim, rütubətli yayları və soyuq, rütubətli qışları olan dəniz iqlimi hökm sürür. Türkiyənin Qara dəniz sahili ən yüksək yağıntını qəbul edir və bu region ilboyu yüksək yağıntı alan yeganə regiondur. Bu sahilin şərq hissəsində illik ortalama 2500 mm yağıntı müşahidə edilir ki, bu da ölkə üzrə ən yüksək yağıntıdır. Türkiyənin Mərmərə dənizi ilə yuyulan və Egey və Qara dənizi birləşdirən sahil ərazilərində (İstanbul daxil olmaqla) mülayim Aralıq dənizi iqlimi və mülayim dəniz iqlimi arasında mülayim-isti, quru yayları və soyuq, rütubətli qışları olan keçid iqlim tipi hökm sürür. Mərmərə və Qara dəniz sahillərində, demək olar ki, hər il qar yağır, ancaq qar bir neçə gündən daha artıq qalmır. Digər tərəfdən, Egey dənizi sahil ərazilərində qar nadir, Aralıq dənizi sahil ərazilərində çox nadir müşahidə edilir. Şərtlər daxili quru hissədə daha kəskin ola bilir. Sahilə yaxın olan dağlar dəniz təsirlərinin daxili ərazilərə yayılmasının qarşısını alır və Türkiyənin daxili Anadolu yaylasına kəskin ziddiyyətli fəsillərlə rütubətli kontinental iqlim verir. Platoda qışlar xüsusi olaraq kəskindir.
Yaponiyanın iqlimi
«Yaponiya (Yaponca Nippon, Nihon) – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlətdir. Ərazisi şm.-ş.-dən c.q.-ə 3,5 min km. məsafədə uzanan təqribən 4 min adadan (ən böyükləri: Hokkaydo, Hönsü, Siköku və Küsü) ibarətdir. Sahəsi 372,2 min km²., əhalisi 115,8 mln. (1979). Yaponiya inzibati cəhətdən 47 prefekturaya bölünür. Hokkaydo adası xüsusi inzibati vilayətdir. Paytaxtı Tokio şəhəridir.Dövlət dili, yapon dili, pul vahidi Yen-dir.Dövlət quruluşu konstitusiyalı monarxiyadır . Yapon adaları şərqi Asiya geosinklinal zonasında, Sakit okeanı əhatə edən vulkanik dairənin bir hissəsinin təşkil edir. 1042 adadan ibarət olan Yapon adalarının ən böyükləri: Xokkaydo, Xonsyu (Xondo).
Çin iqlimi
Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasının sahəsi 9,6 mln. km² (Rusiya və Kanadadan sonra dünyada 3-cü yer). Çin şimaldan cənuba və şərqdən qərbə doğru təxminən 5000 km uzanır. Böyük bir ərazini əhatə etməsi, fərqli relyefə malik olması, eləcədə böyük məsafədə (14 500 km) Sakit okean boyu uzanması ölkədə fərqli iqlim tiplərinin meydana gəlməsinə səbəb olmuş. Çinin ərazisi üç iqlim qurşağı (mülayim, subtropik və tropik) hüdudlarında yerləşir. Ölkənin qış iqlimini müəyyən dərəcədə Asiya qış antisiklonu formalaşdırır. Mülayim və subtropik qurşaqlarda anomal soyuq qış səciyyəvidir. Mülayim qurşaq hüdudlarında kontitnental (Şimali Çin və Şimal Qərbi Çinin plato və dağları) və musson (Şimal Şərq dağlıq ölkəsi, Böyük Çin düzənliyinin şimal hissəsi) iqlim vilayətləri ayrılır; orta illik temperatur –5 °C-dən (Urumçi) 14 °C-dək (Şandunya) dəyişir. Temperaturun illik amplitudu 70 °C-dək çatır (Turfan çökəkliyi). Qışı soyuq və uzunmüddətlidir, çox vaxt güclü şaxtalar və küləklər olur, qar az düşür; yanvarın orta tempru şimal-şərqdə –16-dan –25 °C-dək (bəzən 40 °C-yə çatır), Şərqi Çində –6 - 4 °C-dəkdir.
Çinin iqlimi

Çöl iqlimi
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Şəhər iqlimi
Şəhər iqlimi - şəhərin təbii mühitinin tikinti, sənaye, nəqliyyat, şəhər əhalisinin təsiri nəticəsində dəyişərək formalaşan iqlim. İri şəhərlərdə temperaturun yüksək olması (şəhərətrafı əraziyə nisbətən 3-5 dərəcə yüksək); yay mövsümündə buxarlanmanın, nisbi rütubətin az olması; konveksiyanın yüksəlməsi nəticəsində leysan yağışlarının tez-tez və çox olması; günəş işıqlanması saatının azalması; dumanın çox olması və havanın sənaye və şəhər tozları, karbon qazı, kükürd, azot, qurğuşun, benzopirin və s. ilə yüksək dərəcədə çirklənməsi ilə səciyyələnir. Şəhər daxilində müxtəlif mikroiqlim tipləri yaranır. Şəhər iqlimi spesifik fauna və floranın əmələ gəlməsinə səbəb olur.
Özbəkistan iqlimi
Özbəkistan Respublikası Avrasiya materikində 37 və 45 ° C şimal eni, 56 və 73 dərəcə şərq müstəvisi arasında yerləşir. Özbəkistan Respublikasının sahəsi 447,7 min km²-dir və onun 78,8%-i düzənliklər, 21,2%-i dağlıq və yarımdağlıq ərazilərdir. Ərazisinin demək olar ki, 5/4 hissəsi yarımsəhra və səhralardan, qalan hissəsi isə cənub-şərq və şərq bölgələrində yüksək dağlardan ibarətdir . Özbəkistanda kontinental iqlim coğrafi mövqeyi, günəş radiasiyası və [[atmosfer sirkulyasiyası] ilə əlaqədardır. Əsasən uzun quraqlıq, isti yay, yağışlı yaz və soyuq qış ilə xarakterizə olunur. Şimal, şimal-qərb və qərbdən Atlantik və Arktika hava axınları daxil olur. Respublikada iyulun orta temperaturu şimalda 26°C-dən cənubda 30°C-dək dəyişir. Yanvarda havanın orta temperaturu şimalda −8 °C, cənubda 0 °C-ə çatır. Ən aşağı hava temperaturu −38 °C-dir (Ustyurt düzənliklərində). Ölkənin şimal hissəsində yayda (22 iyun tarixinə) günəş 71–72° bucaq altında parlayır, cənubda isə bu göstərici 76°-yə bərabərdir.
Özbəkistanın iqlimi