Yaponiyanın iqlimi

Sahəsi və sərhədləri

[redaktə | mənbəni redaktə et]

«Yaponiya (Yaponca Nippon, Nihon) – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlətdir. Ərazisi şm.-ş.-dən c.q.-ə 3,5 min km. məsafədə uzanan təqribən 4 min adadan (ən böyükləri: Hokkaydo, Hönsü, Siköku və Küsü) ibarətdir. Sahəsi 372,2 min km²., əhalisi 115,8 mln. (1979).

Yaponiya inzibati cəhətdən 47 prefekturaya bölünür. Hokkaydo adası xüsusi inzibati vilayətdir. Paytaxtı Tokio şəhəridir.Dövlət dili, yapon dili, pul vahidi Yen-dir.Dövlət quruluşu konstitusiyalı monarxiyadır [1].

Yaponiyanın relyefi

[redaktə | mənbəni redaktə et]
Topoqrafik xəritə

Yapon adaları şərqi Asiya geosinklinal zonasında, Sakit okeanı əhatə edən vulkanik dairənin bir hissəsinin təşkil edir. 1042 adadan ibarət olan Yapon adalarının ən böyükləri: Xokkaydo, Xonsyu (Xondo). Şikoku və Küsü adalarıdır. Yapon adalarının şimalında adaların davamını Kuril adaları, cənubda isə 98 adadan ibarət olan Puku adaları təşkil edir. Sakit okean tərəfdə İdzusitito – Bonin adaları yerləşir.

Yapon adalarının yaranması haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, Yapon adaları alp orogeninə aid olub, üçüncü dövrün sonu və dördüncü dövrün əvvəllərində baş vermiş tektonik hərəkətlər nəticəsində Oxot, Yapon və Sarı dənizlərinin yaranması ilə əlaqədar olaraq Asiya qitəsindən ayrılmışdır. Başqa qrup tədqiqatçılar bu adaların materiklə heç bir əlaqəsi olmadan, müstəqil şəkildə yarandığını irəli sürürlər. Bu tədqiqatçılara görə yapon adaları 60 milyon il ərzində sakit okeanın qərbində, okean dibində baş vermiş qüvvətli orogenik hərəkətlər və vulkan fəaliyyəti nəticəsində əmələ gəlmişdir.

Yaponiya

Hazırda adaların şərq- Sakit okean tərəfində dərinliyi 5-7, bəzən də 10 km-ə çatan okean çökəklikləri yerləşir. Adaların materikə çevrilmiş qərb kənarında isə Yapon dənizini çıxmaq şərtilə əsasən 200m dərinliyindəki şelf sahələri geniş yer tutur. Yapon dənizinin mərkəzi hissəsindəki dərinlik 4200 m-ə çatır. Adaların mərkəzi hissəsində hündürlüyü 3000 m-dən çox olan dağlıq sahələrin yerləşdiyi nəzərə alınsa. Yapon adaları rayonunda relyef amplitudunun 6–7 km-lə 10–13 km arasında dəyişildiyini görərik. Yapon adalarının relyefi və geoloji quruluşu çox mürəkkəbdir. Adaların səthi əsasən dağlıq olub, qızıl, daş kömür, marqans, dəmir filizi, yanar qaz, neft və polimetal filizləri ilə zəngindir. Qırışıqlıqların yaranmaslna Koledondan başlamış Alp orogeninə qədər 4 dağəmələgəlmə fazası qeyd edilir. əsası Koledon və Hertsin qırışıqlığında qoyulmuş dağ massivləri Yanşan və Alp orogenezi ilə əlaqədar olan tektonik hərəkətlər nəticəsində daha çox parçalanmaya məruz qalmışdır. Bu dövrün tektonik hərəkətləri böyük qraben çökəkliklərinin və tektonik çatlar boyunca yerləşən vulkan püskürmələri zonasının yaranması ilə nəticələnmişdir. Bu növ hərəkətlər Yaponiya adası daxilində demək olar ki, hazırda da davam edir.

Yaponiyada fəaliyyətdə olan 150 aktiv vulkandan 40-ı hazırda fəaliyyətdədir. Xokkaydə və Xonsyu adalarının orta hissəsində yerləşən bütün dağ silsilələri vulkanik mənşəlidir. Xonsyu adasını enlik istiqamətdə 2 hissəyə bölən Böyük qraben və ya Fudzi qrabeni Yaponiyada vulkanizmin ən çox yayıldığı sahədir. Fudzi qrabeni və vulkanik zonanın cənub şərq davamını İndzusitito- Bonni- Volkano adaları qrupu təşkil edir. Vulkan fəaliyyətiylə yanaşı Yapon adalarına seysmik hadisələr də səciyyəvidir. Vulkan fəaliyyəti adaların Yapon dənizinə çevrilmiş daxili zonasında, seysmik proseslər isə Sakit okean sahilləri zonasında daha çox baş verir.

Yaponiyanın böyük şəhərləri

Demək olar ki adalarda hər gün iki dəfə hiss edilən zəlzələlər müşahidə olunur. Güclü zəlzələlər ildə 1-2 dəfə, dağıdıcı zəlzələlər 10ildən bir baş verir. 1923-cü ildə Tokioda baş verən zəlzələ nəticəsondə 100mindən çox insan tələf olmuşdur. Adaların sahilində yaşayan əhali quruda müşahidə olunan zəlzələlərdən başqa, dəniz zəlzələlərindən də əziyyət çəkirlər. Axırıncı dəfə Yaponiyada mart ayının 11-i Xonsyu adası yaxınlığında 9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkəyə ziyan vura bilməsə də, zəlzələnin yaratdığı sunami Yaponiyaya böyük zərbə vurdu. Sunami dalğalarının yerlə yeksan etdiyi şəhərlər və infrastruktur obyektləri ümumilikdə ölkəyə bu günədək olan hesablamalara görə, 120 milyard dollardan çox ziyan vurdu, minlərlə insanın həyatına son qoydu. 21000 dən çox insan tələf oldu. Bundan əvvəl ən güclü dəniz zəlzələsi 1946-cı ildə müşahidə olunub.

Yaponiya adalarının geoloji quruluşu da çox mürəkkəbdir. Burada Arxeydən başlamış müasir dövrə qədər olan müxtəlif süxurlar geniş yayılmışdır. Qneys və kristallik şistlərdən ibarət olan qədim Arxey çöküntüləri ərazinin 4%-ini örtür. Bunlara : Xonsyu adasında Kanto düzənliyinin şiamlında Abukuma dağlarında və Sikoku adasında rast gəlinir. Poleozoy və Mezozoy dövrlərinin çöküntü süxurları adaların ümumi sahəsinin 21%-ni əhatə edir. Bu növ süxurlar Xokkaydo, Xonsyu, Sikoku, Küsü adalarındakı və eləcə də Kiya yarımadasındakı parçalanmış sahələri təşkil edir. Adalarda müxtəlif dövrlərin vulkanpgen çöküntüləri yayılmışdır. Cavan vulkanik çöküntülər vulkan külü və lavalardan ibarət yaylaları əmələ gətirmişdir. Üçüncü dövrün. Qumdaşı, şist və konqlomeratdan ibarət, nisbətən yumşaq və erroziyaya az davamlı çöküntülərinə alçaq dağlıq və təpəlik ərazilərində daha çox rast gəlinir. Allüvial çöküntülər ərazinin 18%-ini təşkil etməklə, daha çox sahil zolaqlarında və bəzən də dağarası çökəkliklərdə yerləşən ensiz düzənliklərdə yayılmışdır.

Xokkaydo adasınakı dağ silsilələri, Şimal Şərq-Cənub Qərb və Şimal Qərb və Cunub Şərq istiqamətində uzanmışdır. Adanın orta hissəsində bu dağ silsilələri birləşərək mərkəzi massivi əmələ gətirir. Massivin hündürlüyü Asaxi dağından 2290 m yə çatır. Adanın ən böyük düzənliyi İsikaridir. O Osima yarımadasını mərkəzi massivdən ayırır. Ossima yarımadasının sahillərində fəaliyyətdə olan Tarumae və Komaqatake vulkanları yerləşir. Xonsyu adasının şimalında yerləşən və bir birinə paralel uzanmış, Deva, Rikuoko və Kitakami dağları Xokkaydo adasındakı mərkəzi massivin cənub davamını təşkil edir. Dağ sıralarının hündürlüyü Rikuoku silsiləsində 2040 m ya çatdığı halda, Cənuba doğru tədricən yüksəlir . Hər Üç Dağ sırası, Tokio şəhəri enliyində birləşir. Bu sahədə silsilə də onlara enlik istiqamətində uzanmış, tektonik çatlar və çökəkliklər vasitəsilə çox parçalanmışdır. Yaponiyanın ən böyük çökəkliyi olan, Fudzi qrabenində tektonik çatlar boyunca Yaponiyanın fəaliyyətdə olan Vulkan Konusları ucalır. Yapon adalarının ən hündür dağı, məşhur Fudziyama vulkanı da burada yerləşmişdir. Çox füsünkar təbiətə malik olan bu rayon öz mineral bulaqları ilə də məşhurdur.

Fudzi Qrabeninin qərbində Yaponiyanın IV dövr buzlaşmasına məruz qalmış, yeganə ərazisi olan Yaponiya Alpları yerləşir. Akaisi, Kiso və Hida silsilələrindən ibarət olan, bu dağlarda, buzlaqla əlaqədər relyef formaları yaxşı saxlanılmışdır. Yapon adalarının cənub-qərb hissəsində, onun orta və şimal hissələrindən fərqli olaraq, dağ sıraları təxminən enlik istiqamətində uzanmışdır. Digər tərəfdən bu dağlar nisbətən alçaq olub, eroziya və tektonik hərəkətlər nəticəsində parçalanmışdır. Bunlara Tuqoku, Kii, Sikoku, Küsü və Sukusi dağları aiddir. Onların zirvələrinin hündürlüyü 2000m dən çox deyildir. Yaponiyada düzənliklər kiçikdir. Xonsyu adasında, Tokio körfəzi sahilində Kanto düzənliyi yerləşdir. Bunun sahilə yaxın hissəsi dəniz səviyyəsindən bir neçə metr yüksəkdə yerləşdiyi halda, daxilə doğru hündürlük 150-200m yə qədər artır. Yapon dənizi sahilləri az parçalanmışdır. Burada Etiko düzənliyi vardır. Sakit okean sahilləri çox parçalanmaqla rias tiplidir. Əlverişli buxta və körfəzlər əsasən cənub qərb sahilindədir.

Yaponiyada yerləşən, hündürluyü 3777 metr olan sönmüş vulkanlardan biri Fudzidir. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707-1708 illərə təsadüf etmişdir. Fudzi dağı yaponların ən çox ziyarət etdiyi məkandır.[2]

Təbii ehtiyatları

[redaktə | mənbəni redaktə et]

İqlimi və hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]

Yapon adaları mülayim və subtropik qurşaqlarda yerləşir. Adaların iqliminə onun coğrafi mövqeyindən başqa ,Asiya qitəsinə yaxın olması, hər tərəfdən dənizlərlə əhatə olunması, relyef xüsusiyyəti, dəniz cərəyanları və s. böyük təsir göstərir.

Qış aylarında Yapon adaları Şimal Qərdbdən hərəkət edən Sibir Antisiklonu ilə əlaqədar Olan hava kütlələrinin (kontinental mussonların ) təsiri altında qalır. Bu növ hava kütlələri dənizin üzərindən keçərkən bir qədər mülayimləşir və rütübətlə təmin olunduğu üçün, öz xüsusiyyətini dəyişir. Yapon adaları ilə eyni en dairəsində yerləşən Mancuriya və Primorye ölkəsinə nisbətən Yaponiyanin qışı mülayim və rütubətli keçir. Şimal qərb küləkləri adaların daxili hissələrində öz rütubətini ayırdığı üçün, Şərq sahillərə təsir göstərə bilmir. Xonsyu və Küsü adalarının Yapon dənizi sahillərinə yağıntılar ən çox qış aylarında düşür. Daha Şimalda Yerləşən və soyuq və Oya-sivo cərəyanının təsiri altında qalan Xokkaydo adasında Şimal Qərb küləkləri Mülayimləşdirici təsir göstərə bilmir. Bunun səbəbi Şimal-Qərb küləklərinin soyuq cərəyanının yayıldığı sahələrdən keçərkən rütübətlə yaxşı təmin oluna bilməməsidir.

İsti Kuro- Sivo (yapon dilində “göy duzlu su” deməkdir.) cərəyanın təsiri qış aylarında 40º şimal enliklərinə qədər aydın hiss olunur. Yuxarıda göstərilən səbəblər nəticəsində Yapon adalarında qış aylarında havanın temperaturunun şimaldan cənuba doğru kəskin dəyişilməsi aydın surətdə nəzərə çarpır. Yanvar ayının orta temperaturu -10º,-15 °C, Kanto düzənliyində +2º,+4 °C, Küsü adasında +5º,+10 °C, Rükü adalarında isə +15 °C-dir.

Yay aylarında şimal- qərb küləklərini Sakit okeandan hərəkət edən isti, rütubətli tropik hava kütlələri( Sakit okean mussonu) əvəz edir. Sakit okean mussonları adaların şərq, cənub- şərq sahillərini və dağların şərq yamaclarını əhatə edir, yayda burada yağıntı gətirir. Adaların 36 °C şimal en dairəsindən cənubda qalan hissələri Sakit okean mussonlarının təsirinə daha çox məruz qalır. Xokkaydo adasının sahillərində yay dumanlı və çiskin yağışlı keçir. Iyul ayının temperaturu Xokkaydo adasında 15º-18 °C, Xonsyu adasının orta hissələrində 24º-25 °C, Küsü adasında

26º-27 °C, Rükü adalarında 28 °C olur. Yaponiya adaları iqlimi üçün səciyyəvi cəhətlərdən biri də qış və yay aylarında siklonların, tayfun və qüvvətli küləklərin müşahidə edilməsidir. Qış aylarında qütb və tropik hava kütlələrinin cəbhələrinin görüşməsi nəticəsində siklonlar yaranır. Yapon adaları cənub- qərbdən şimal- şərqə doğru hərəkət edən tropik siklonların- tayfunların yolu üzərində yerləşmişdir. Güclü fırtına və leysan yağışları ilə müşayiət olunan tayfunlar aədtən payız fəsli üçün səciyyəvidir.

Yapon adalarında yağıntıların paylanması da müxtəlifdir. Xonsyu adasının orta hissələrinə( Yaponiya Alplarına) ildə 3000mm. Sikoku və Küsü adalarına 2000-2500mm, Xokkaydo adası və Xonsyu adasının şimal hissəsinə 1000mm yağıntı düşür. Ümumiyyətlə Yapon adalarının daxili hissələrinə onun şərq- sakit okean sahillərinə nisbətən az yağıntı düşür. Yağıntıların fəsillər üzrə paylanması xüsusiyyəti də hiss olunur. Adətən Yapon dənizi sahillərinə yağıntı qış aylarında və adətən yağıntı halında düşür. Bütün qərb sahili zonasında və şərq sahilin 36º şimal enliyinə qədər olan hissəsi qışda qarla örtülür. Qar örtüyünün qalınlığı 1-2m arasında dəyişir. Sakit okean sahillərinə yağıntı daha çox yay aylarında düşür. Bu xüsusiyyət Yapon adalarında musson küləklərinin istiqaməti ilə izah olunur.

Yapon adaları inkşaf etmiş sıx çay şəbəkəsinə malikdir. Çayların uzunluğu 150–200 km-dən çox deyildir. Buna baxmayaraq Yapon adalarının çayları çox sulu olub, böyük sürətlə axdığından hidroenerji ehtiyatına malikdir. Onların üzərində su elektrik stansiyaları tikilmişdir. Yaponiyanın çayları “ağ kömür” rolunu görür. Onlar ölkənin yanacağa olan ehtiyacını tamamilə ödəyirlər. ən böyük çayları olan: Sinano, Tone, Kisonun uzunluğu 300 km-dən çox deyildir. Tektonik, vulkanik və laqun mənşəli gölləri çoxdur.

Adaların şimaldan cənuba böyük məsafədə uzanması və səthinin dağlıq olması burada üfüqi və şaquli landşaft zonallığına şərait yaradır. Meşə örtüyünün 25%-ni təşkil edən iynəyarpaqlı meşələr Xokkaydo adasında yayılıb. Adanın podzol torpaqları, torf və bataqlıqları olan şimal hissəsi Saxalin şamı, Xokkaydo küknarı, qara şam, qaraçöhrə, toz, ağcaqayın və bambuk pöhrəliklərinin geniş yayıldığı tayqa tipli keçilməz meşələrlə örtülüdür. Xonsyu adasının boz meşə torpaqlarından ibarət olan şimal hissəsində, iynəyarpaqlı meşələri enliyarpaqlı meşələrin üstün olduğu meşələr əvəz edir. Burada palıd, fıstıq, ağcaqayın, qızılağac, göyrüş və.s ağaclarla maqnoliya, vəhşi albalı və vəhşi üzüm kolları da qarışmışdır. 500m-dən yüksəkdə yerləşən sahələrdə enliyarpaq ağacları iynəyarpaqlı meşələr əvəz edir. Dağların yüksək hissələri subalp çəmənlikləri ilə əhatə olunur.

Şimaldan cənuba doğru 2000 kilometrdən çox uzanan Yaponiya arxepelaqı 4 əsas adadan: Hokkaydo, Sikoko, Hönsü, Küsü və Asiya mussonlar zonası adlandırılan kiçik adalardan ibarətdir [3].. Buna görə də Yaponiyanın iqlimi əsasən mülayim və kifayət qədər rütubətlidir. Soyuq qarlı qış və isti yay subarktik iqlimə malik olan Hokkaydo isə istisnalıq təşkil edir. Bütün Yaponiya arxepelaqı üçün uyğun olan iqlim , fəsillərə görə xarakterizə olunur.

Qış: Sakit okean sahilləri boyu ərazilərdə temperatur nadir hallarda 0 °C dərəcədən aşağı olur. Şimal zonada güclü soyuqlar olmasa da, qar yağır və temperatur 0 °C aşağı olur. Mərkəzi Yaponiya mülayim günəşli qışı ilə fərqlənir. Qar yağarsa tez bir zamanda əriyir. Yaponiyanın cənub hissəsində demək olar ki, qış havası müşahidə olunmur, qar yağmır, iqlimi mülayim keçir.

Yaz: Yaponiyanı səyahət etmək üçün ən gözəl vaxtdır. Temperatur 10 °C –dən yüksək olur. Günəş parlaq şəfəq saçır.Mart ayında yapon albalısı –sakura, onun ardınca isə, ərik ağacı çiçəkləməyə başlayır. Aprel ayında isə artıq bütün ağaclar çiçək açmış olur [3].

Yay: Yaponiyada yay iyun ayında, 3 həftədən-4 həftəyə qədər uzanan , yağışlı mövsumlə başlayır. Bu zaman Yaponiyada qasırğalar baş verir. Çox yüksək rütubətlik və 30 °C-dən yuxarı olan havanın temperaturu bu dövrdə buraya səyahət etmək istəyənlər üçün məsləhət görülmür. İyul ayında rütubətlik kifayət qədər yüksək olaraq qalsa da , qısa müddətli yağıntılarla müşahidə olunan isti hava şəraiti üstünlük təşkil edir. Artıq çimərlik mövsümü başlayır. İyul və avqust aylarında Yaponiyada Matsuri (17-24 iyul,Kioto), O-Bon ( avqustun ortaları), Tokioda yerləşən Sumida-qava çayı yaxınlığında baş verən atəşfəşanlıq kimi ənənəvi festivallar keçirilir.

Payız: Yaponiya daxil olmaqla, bütün Asiya üçün yüksək turizm mövsümü hesab olunur. Beləki, səyahətçilər üçün əlverişli olan quru isti hava üstünlük təşkil edir. Sentyabr ayında temperatur gündüz 30 °C, gecə isə 10 °C-ə düşür. Noyabr ayında dağlar sarı-qırmızı rəngə boyanmış ağcaqayın yarpaqlarıyla örtülür.

Yaponiyanın İCM-nin əlverişli cəhətləri: ada mövqeyi, Sakit okean hövzəsi ölkələri ilə sərbəst əlaqə imkanlar, zəngin təbii sərvətlərə malik Asiya ölkələrinə, Rusiya və Avstriyaya yaxınlıq. Təbii şərait kənd təsərrüfatı üçün nisbətən əlverişlidir.Dağlıq reliyefi əkinçiliyi məhdudlaşdırır. Cənubda subtropik və tropik iqlim ildə iki dəfə məhsul yığımına imkan verir.[4]

Əhali coğrafiyası

[redaktə | mənbəni redaktə et]

Hazırda Yaponiyada əhalinin sayı 130 mln-a yaxındır. Şərqi və Mərkəzi Asiya ölkələri içərisində Yaponiya şəhər əhalisinin sıxlığına görə I yerdə durur. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99 %-ini yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynlar hesab olunurlar. 20 min nəfərdirlər. Bundan başqa Yaponiyada 700 min koreyalı, 80 min çinli, 23 min amerikan, 6 min filippinli, 5 min ingilis, 2 min hindli və 2 min nəfər kanadalı yaşayır [5].

Yaponiya adalarının ilkin məskunlaşması cənub-şərqi Asiyadan başlamışdır. Bu miqrasiya e.ə. VIII-VII minilliklərdə baş vermişdir. Onlar əvvəlcə Ryukku adalarına gəlmiş, sonralar isə şimal adalarına keçmişlər. Belə hesab edirlər ki, aynların əcdadları bu gəlmələrlə şimaldan gəlmiş avstroloid antropoloji tipinə malik olan paleoasiyalarla birləşmə əsasında təşəkkül tapmışlar. E.ə. II minillikdə Kyusyu, Sikoku və Xonsyu adalarına cənub-şərqi Asiyadan II miqrasiya dalğası olmuşdur. E.ə. I minilliyin əvvəllərində yapon adalarının ən qədim etnik qatını aynlar təşkil edirlər. Xokkaydoda onlarla yanaşı az miqdarda paleoasiyalılar da yaşayırlar. IV əsrdə mərkəzi və cənubi Yaponiyada ilk yamato çarlığı təşəkkül tapmışdır. VI-VII əsrlərdə formalaşmaqda olan yapon xalqının tərkibinə Koreya və Çindən gəlmiş çoxlu miqrantlar daxil olmuşdur. VIII əsrdə avstroneziya tayfaları tamam assimilyasiya olunduqdan sonra yaponların formalaşması prosesi artıq başa çatmış oldu. Ryukyu adasının sakinləri-1 mln.- hazırda yaponların xüsusi etnoqrafik qrupu kimi bəzi xüsusiyyətlərini bu günə qədər də saxlamışlar. Yaponiyada 3 mln-a yaxın olan keçmiş dini kastanın qalıqları kimi – burakuminlər də yaşayırlar. Onlar ayrıseçkiliyə məruz qalır və yalnız öz icmaları daxlində evlənmək hüququna malikdirlər. Onlar ölkənin cənub-qərbində onlar üçün xüsusi ayrılmış məntəqələrdə məskunlaşmışlar.

Hazırda aynlar əsasən Xokkaydo adalarında yaşayırlar. Daima yaponlar tərəfindən ölkənin mərkəzi rayonlarından sıxışdırılan aynlar Xokkaydo, Kuril, Kamçatka yarımadası, Saxalin adalarına yayılmışlar. Kuril və Saxalin yarımadasının nəzarəti altına düşdükdən sonra aynlar assimilyasiya məruz qalmışlar. Onlar öz dillərini, mədəniyyətlərini itirsələr də antropoloji əlamətlərini saxlayırlar. İlk baxımda onlar yaponlardan kəskin surətdə fərqlənirlər. Yapon dili təcrid dillər sırasına daxildir. Öz fonetik və leksik xüsusiyyətlərinə görə yapon dili polineziya dillərinə bənzəyir. 3 dialektləri var. V-VI əsrlərdə yaponlar Çin heroqlifləri əsasında yazı nümunələri yaranmışdır. IX əsrdə isə onlar əlifba tərtib etmişdilər.

Torpaq, bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Xonsyu adasının 36-37º şimal enliyindən cənubda yerləşən hissəsində həmişəyaşıl subtropik meşələr yayılmışdır. Palıd, kamfora, sərv, qarağac və.s ağaclardan ibarət olan subtropik meşələri 500-800m yüksəklikdə yarpağını tökən enliyarpaqlı, daha yuxarıda isə enliyarpaqlı meşələr əvəz edir. Küsü adasında dağ ətəklərinə tropik meşələr yayıldığı üçün subtropik meşələrin yuxarı sərhəddi 1000m yüksəklikdən keçir. Rükü adasında tropik meşələr dəniz səviyyəsindən 300-500m yüksəkliyə qədər yayılmlşdır. Yaponiyada mədəni bitkilər içərisində çəltik və tütün əkini sahələri, şəkər qamışı, şəkər çuğunduru, çay plantasiyaları, tut ağacları və sitrus bitkiləri geniş yer tutur. Adaların sahillərini yuyan sular müxtəlif balıq növləi ilə zəngindir. Burada Yaponiyanın məşhur balıq vətəgələri yerləşir.

  1. Dünya ölkələrinin siyasi və iqtisadi coğrafiyası, Bakı-2008.s.32-34
  2. "geography sayti, [[asiya]] bölməsi". 2008-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  3. Dünya ölkələrinin siyasi və iqtisadi coğrafiyası, Bakı-2008.s.54-55
  4. . www.nihon.ru/info/climate.asp
  5. . http://kayzen.az/blog/%C3%B6lk%C9%99l%C9%99r/ Arxivləşdirilib 2021-07-26 at the Wayback Machine