// zərf Heyrət içində, çaşmış halda.
Şah Abbas mat və mütəhəyyir tamaşa edir.
Gövhərtac özünü köməksiz görüb mat, mütəhəyyir divara yapışdı.
□ Mütəhəyyir qalmaq – çaşıb qalmaq, heyrət içində qalmaq, təəccüblənmək, donub qalmaq, heyrətlənmək.
Bu sözlərdən Hatəmxan ağa bir az mütəhəyyir qalır.
[Muzdur] saysız yüzlükləri kağız arasında gördükdə biixtiyar onları yerə buraxıb mütəhəyyir qaldı.