MÜTƏHƏYYİR

sif. [ ər. ] Özünü itirmiş, nə edəcəyini bilməyən, heyrətə düşmüş, çaşmış, çaşıb qalmış. Mütəhəyyir adam.
// zərf Heyrət içində, çaşmış halda.
Şah Abbas mat və mütəhəyyir tamaşa edir. Ü.Hacıbəyov.
Gövhərtac özünü köməksiz görüb mat, mütəhəyyir divara yapışdı. Ə.Haqverdiyev.

□ Mütəhəyyir qalmaq – çaşıb qalmaq, heyrət içində qalmaq, təəccüblənmək, donub qalmaq, heyrətlənmək.
Bu sözlərdən Hatəmxan ağa bir az mütəhəyyir qalır. M.F.Axundzadə.
[Muzdur] saysız yüzlükləri kağız arasında gördükdə biixtiyar onları yerə buraxıb mütəhəyyir qaldı. S.M.Qənizadə.

MÜTƏHƏRRİKLİK
MÜTƏHƏYYİRANƏ

Digər lüğətlərdə