1. Öz adət və ənənələrini saxlamaqda ifratçılıq göstərən.
…Qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər, bu ondan ötrü deyil ki, onlar bu barədə bizdən mütəəssib və qeyrətlidirlər.
// məc. Bir şeyə dərin sədaqət bəsləyib onu ehtirasla müdafiə edən adam.
Səhnədə Elxanla Aqşin qarşı-qarşıya durub öz məslək və dininin üstünlüyünü ən mütəəssib bir şəxs kimi müdafiə edirdi.
2. Qatı dindar olub, kor-koranə yeniliyə, mədəniyyətə, tərəqqiyə düşmən olan.
Ümum camaatın da qaliba mütəəssib və avamlığını da mülahizə edəndə tamam məyusluq və naümidlik üz verirdi.