mədəni-maarif

mədəni-maarif
mədəni-quruculuq
mədəni-məişət
OBASTAN VİKİ
Bakı Mədəni-Maarif Texnikumu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur. 11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Şamaxı Mədəni-Maarif Texnikumu
Şamaxı Humanitar Kolleci (əvvəlki adı: Şamaxı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə; Hüquq mühafizə fəaliyyəti; Kitabxana-informasiya təminatı; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Humanitar Kolleci Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır.
Şuşa Mədəni-Maarif Texnikumu
Şuşa Humanitar Kolleci (əvvəlki adı: Şuşa Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Bu gün Şuşa Humanitar kolleci kimi fəaliyyət göstərən məktəbin tarixi XIX əsrin ortalarına Şuşa musiqi məktəbinin yaradılmasına söykənir. Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada ilk dəfə musiqi məktəbini açır. bu məktəbdə o, özünün düzəltdiyi tütək, davul, dümbək və s. alətlərlə uşaqlara musiqinin sirlərini öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinifində oxuyan Sadıqcan (1846-1902) novator tarzən kimi tanınmışdır. XIX əsrin 80-cı ilərində musiqi və muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırdı. XIX əsrin 90-cı illərində görkəmli alim, rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi.
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Maarif (Gədəbəy)
Maarif — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Slavyanka kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1930-cu ildə həmin r-nun Söyüdlü kəndindən köçüb gəlmiş ailələr salmışdır. Kənd savadsızlığın ləğvi, maarif və mədəniyyətin yüksəlişi şərəfinə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 910 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Maarif (ad)
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Maarif (qəzet)
“Maarif” qəzeti — "hüquqi, elmi-metodik maarifləndirmə mərkəzi" ittifaqının azərbaycandilli milli məktəblərin müəllimlərinin aylıq jurnalı-qəzeti. == Haqqında == “Maarif” qəzeti 2001-ci ilin yanvar ayından Gürcüstanın paytaxtı Tiflisdə çap olunur. İlk əvvəllər dörd səhifəlik olub. Bu gün ayda bir dəfə olmaqla, 60 səhifə çap olunur. 14 bölmədən ibarətdir. Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, gürcü ziyalıları haqqında, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqları mövzularına üstünlük verilir.
Maarif (təhsil)
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Maarif Cəfərov
Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1989 — f.r.e.n. „Cd1-xZnx S nazik təbəqələrinin və n və p-tip SdS:Cu monokristallarının fotoelektrik xassələri" 2007 — f.r.e.d.
Maarif Həsənov
Maarif Məmmədov
Məmmədov Maarif Adil oğlu (28 sentyabr 1960, Mərdəkan – 26 may 2015) — Azərbaycanlı yazıçısı, ssenarist, dramaturq. == Həyat == Maarif Məmmədov 28 sentyabr 1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. Orta təhsilini H. Z. Tağıyev adına 123 nömrəli tam orta məktəbdə alıb. 1978–1980-ci illərdə hərbi qulluqda olub. Hərbi xidməti bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə qəbul olunub. Maarif Məmmədovun Universitetdə müəllimi Aydın Talıbzadə, teatrı sevdirən və həyat müəllimi isə Rəhman Əlizadə olub. 8 yaşından Nizami adına Mədəniyyət Mərkəzində "Mərdəkan" xalq teatrının tamaşalarında rol alan Maarif Məmmədov, sonradan Nizami adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor və rejissor vəzifələrində işləyib. Bir çox kiçik sujetlər və Tammetrajlı filmlər çəkib son illərdə Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda 3 filmi yer alıb. Maarif Məmmədovun müəllifi olduğu filmlərə nümunə olaraq "Nə bilək vallah", "Qara pişik", "Sovqat", "Qaz", "Qeyri Adi Müştərilər", "Əsas Adam" və digərlərini, tamaşalara isə "Matəm marşı", "Sovqat", "Əcnəbi atası", "Yolunu azmış sərnişinlər", "Zorən dəli", Əziz Nesinin hekayəsi əsasında yazılmış "Ölmüş eşşəyin məktubları", "Adamı zorla dəli edərlər" və başqalarını göstərmək olar.
Maarif Soltan
Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan; 10 aprel 1956, Burovdal, İsmayıllı rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1987). == Həyatı == Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986). Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir.
Maarif Səfərov
Maarif TV
“Maarif” Televiziyası – Azərbaycanda yayımlanan televiziya kanalı.
Maarif Teymur
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən). İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s.
Maarif Teymurov
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən). İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s.
Maarif qəzeti
“Maarif” qəzeti — "hüquqi, elmi-metodik maarifləndirmə mərkəzi" ittifaqının azərbaycandilli milli məktəblərin müəllimlərinin aylıq jurnalı-qəzeti. == Haqqında == “Maarif” qəzeti 2001-ci ilin yanvar ayından Gürcüstanın paytaxtı Tiflisdə çap olunur. İlk əvvəllər dörd səhifəlik olub. Bu gün ayda bir dəfə olmaqla, 60 səhifə çap olunur. 14 bölmədən ibarətdir. Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, gürcü ziyalıları haqqında, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqları mövzularına üstünlük verilir.
Maarif Əkbərov
Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.[mənbə göstərin] == Həyatı == Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək "1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, "Elementar riyaziyyat" kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır.
Maarif Əliyev
Maarif Əsgərov
Nəşri-maarif
"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər. "Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular.
Sədaqət Maarif
Sədaqət Maarif — aktrisa. Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Havuş mədəni
Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Hаvuş mədən istismаr yеri. Еyniаdlı kəndin içərisində dərin dərədədir. Hаvuşçаyın sоl sаhilində Dərələyəz sırа dаğlаrının ətəklərində yеrləşmişdir. Yеrаltı filizçıхаrmа məntəqəsində təmizləmə işləri аpаrılmış, Оrtа əsrlərə аid kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Filizin аnаlizi göstərmişdir ki, Hаvuş mədən istismаr yеrindən əsаsən qurğuşun çıхаrılmışdır. Lаkin filizin tərkibində digər qаrışıqlаr dа оlmuşdur . == İstinadlar == == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 154.
Mədəni Bərk
Mədəni Bərk (1913, Mədinə, Hicaz vilayəti – 1994, İstanbul), Türk siyasətçidir. Mehmet Mədəni Bərk 1913-cü ildə atasının Osmanlı zabiti kimi vəzifə yerinə yetirdiyi Ərəbistanda anadan olub. Əslən Aksaray Topakkaya (Çimeli) kəndindən olan Həmzə bəy və Safiyə xanımın dörd övladından biri olaraq atası müqəddəs Mədinə şəhərində doğulmasından ilham alaraq ona "Mədəni" adını verdi. Daha sonra ordu üzvü olduğu üçün vəzifəsini tez-tez dəyişdirən Həmzə bəy ailəsi ilə birlikdə İzmirə gəldi. İlk və orta təhsilini bu şəhərdə bitirən Mədəni Bərk, orta məktəb təhsilini İstanbulda tamamladı. Ali təhsilini 1936-cı ildə Marmara Universitetinin təməlini qoyacaq olan İstanbul İqtisadiyyat və Ticarət Ali Məktəbində bitirmişdir. 1937-ci ildə Təkəl İdarəsində mühasibat işçisi olaraq iş həyatına başladı. Bərk ardıcıllıqla Ziraat Bankında müfəttiş köməkçisi, müfəttiş və menecer olaraq çalışdıqdan sonra, 1950-ci ildə TARİŞ-in, sonra 1951-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəldiyi zaman Türkiyə Əmlak Kredit Bankının baş direktoru oldu. Bu vəzifə, şübhəsiz ki, rayonlaşdırma, mənzil və tikinti sahəsində ixtisaslaşmasına imkan verdi. Vəqflər Bankı və Çimento Sənayesi TAŞ-ın qurucularından biridir.
Mədəni antropologiya
Mədəni antropologiya — Antropologiyanın ən böyük sahələrindən biridir və mədəniyyətin və ondakı dəyişikliklərin öyrənilməsinə yönəlmişdir. Antropologiya, etnoqrafiya, etnologiya, linqvistika, folklor və dünya xalqlarının fərqli mədəniyyətlərini təsvir etməyə və təhlil etməyə imkan verən digər elmlər vasitəsilə əldə edilən məlumatlardan istifadə edir. Antropologiyanın bu qolu daxilində insan zamanla cəmiyyətin üzvü və tarixin və mədəniyyətin yaradıcı elementi kimi tədqiq olunur. Bu elm, insanların həyat tərzini geniş bir şəkildə öyrənir və onları mövcud insan qrupları arasında müqayisə etmək üçün geniş bir perspektivdə yerləşdirir. Mədəniyyət, bir tərəfdən, bir insanın həyat tərzinin cəmiyyət içərisində necə inkişaf etdiyini təyin edən amildir, bir tərəfdən də insanın öz sosial həyatı daxilində şəxsi həyatını necə yaşaması barədə sahib olduğu bilikdir. Mədəni antropologiya, insanı həm indiki, həm də keçmişdə mövcud olmuş fərqli cəmiyyətlər və mədəniyyətlər daxilində yerləşdirir və insanın mənası nədir sualını tədqiq etməyə çalışır. Mədəni antropologiya dünyada mövcud ola biləcək fərqli mədəniyyətləri tədqiq etməyi hədəfləyir. Hər birinin özünəməxsus anlayışı sayəsində onları fərqləndirmək və mənşəyini, işləmə yollarını və müxtəlif regionlarda sosial həyatın necə inkişaf etdiyini anlamaq mümkündür. Öyrənilən mədəniyyət elementləri arasında sənət, din, iqtisadiyyat, siyasət, dil, ənənələr, ekosistemlər, irqlər arasındakı münasibətlər, yaşayış şərtləri və müharibələr, müstəmləkəçilik, dövlət strukturları, tarixi amillər və bunun kimi bir çox xüsusiyyətlər nəzərə alınır. Antropologiyanın başlanğıcı XVIII əsrlə XIX əsrin ortaları arasındadır.

Значение слова в других словарях