MƏHLƏ

сущ.
1. двор (участок земли при доме, огороженный забором или стенами здания)
2. разг. квартал, см. məhəllə
MƏHKUMLUQ
MƏHLUL
OBASTAN VİKİ
Məhlə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Məhləabad
Məhləabad — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Məhləabad kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 69 nəfərdir. Oykonim məhlə (məhəllə, “kəndin bir hissəsi”) və abad (burada “kənd”) komponentlərindən düzəlib, “kəndin məhəlləsi, kəndin bir hissəsi” mənasındadır. Kənd Kojavu çayının yuxarı axarında, dağətəyi ərazidə yerləşir.
Tsxinvalinin yəhudi məhləsi
Tsxinvalinin yəhudi məhləsi — Gürcüstanın Tsxinvali şəhərində yəhudilərin XVII əsrdən məskunlaşması nəticəsində yaranan məhəllə. Məhəllə köhnə Tsxinvalinin ən mənzərəli yerlərindən biri olmuşdur. Məhəllə 1992-ci ildə Osetiya-Gürcüstan müharibəsi və 2008-ci ilin avqust döyüşləri zamanı ciddi şəkildə zərər görmüşdür. Orta əsrlərdə Gürcüstanda yaşayan yerli yəhudilər gürcü dilində ünsiyyət qurur və ticarətlə məşğul idilər. Onlar əsasən XVII əsrin sonunda pambıq məhsullarının satışı ilə məşğul olurdular. 1664-cü ildə Şahzadə Maria Svetitsxoveli Manastırına (Mtsxeta şəhəri) ticarətlə məşğul olan Tsxinvalidən olan altı təhkimli yəhudini hədiyyə etmışdi. XIX-cu əsrdə şəhərin yəhudi əhalisi əhəmiyyətli dərəcədə artdı. Tsxinvali gürcü yəhudiləri Rusiya imperiyasının Avropa hissəsindəki Aşkenazi yəhudiləri ilə əlaqələr qurdular və hətta onlardan ravvinlər dəvət edirdilər. 1870-ci illərdə şəhərin yəhudi məhəlləsində yeddi sinaqoq və dini məktəb fəaliyyət göstərirdi. 1864-1865-ci illərə qədər Tsxinval və ona bitişik bölgədəki yəhudilər sənətkarlıq və ticarətlə məşğul olan təhkimlilər idilər.