MƏLİKASLAN

«məlik» (hökmdar) və «aslan» (şir) sözlərindən düzəlmiş, qüdrətli hökmdar deməkdir.
MƏLİKABBAS
MƏLİKCÜMŞÜD
OBASTAN VİKİ
Abdulla bəy Məlikaslanov
Firudin bəy Məlikaslanov
Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov(az. Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1811, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı – 8 iyun 1857, Tuğ, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti, mülkədar. == Həyatı == Firudin bəy 15 iyun 1811-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir. Mədrəsə təhsili almışdı. Rus və şərq dillərini bilirdi. Çar ordusunda qulluq edirdi.Kapitan rütbəsi vardı. == Hərbi karyerası == Firudin bəy Rusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı Qarabağ əyalətinin sakinlərindən yaradılmış 1-ci müsəlman (azərbaycanlı) süvari alayında xidmət etməyə başladı. Tərkibində azərbaycanlı əsgərləri olan briqadada Firudin bəy mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirib və 1828-ci ildə Soğanlıq döyüşü zamanı Xertvis qalasının alınmasında birbaşa iştirak edib. 1834-ci ildə Polşada çar ordusunun tərkibində olarkən Firudin bəy atasının dostu feldmarşal Paskeviçlə rastlaşır.
Fərhad bəy Məlikaslanov
Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov (az. Fərhad bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov; 15 iyun 1805, Tuğ, Qarabağ xanlığı – 1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — Qarabağ atlı alayının zabiti, mülkədar, Hacı == Həyatı == Fərhad bəy 15 iyun 1805-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini öyrənib. Qarabağ atlı alayında xidmət edib. Poruçik rütbəsində olub. Fərhad bəy Məkkəyə ziyarət edib, Hacı ünvanını daşıyıb. Dövrünün şairləri ilə Hacı Fərhad bəyin yazışmaları var. Aşıq Pəri ilə dostluq edirdi.
Lütfəli Məlikaslanov
Məlikaslanovlar
Məlik-Aslanov nəsli — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hələlik, bu gün etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir. 1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq — albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. ● Fərhad bəy Məlik-Aslanov ● Firudin bəy Məlik-Aslanov ● Xudadat bəy Məlik-Aslanov ● Lütfəli Məlik-Aslanov ● Məlik Aslan bəy ● Muxtar Aslanov (Məlik-Aslanov) ● Püstə xanım Məlik-Aslanova ● Ramiz Məlik-Aslanov ● Sadıx bəy Məlik-Aslanov ● Məlik-Aslanovlar [+] ● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. ● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi.
Püstə Məlikaslanova
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (02.11.2000) Püstə xanım 1926-cı ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. 1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu(indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1951–1953-ci illərdə Onkologiya İnstitutunun aspiranturasında oxuyub. ● 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. ● 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. ● 1957– 2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir. ● 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.
Ramiz Məlikaslanov
Ramiz Lütfəli oğlu Məlik-Aslanov (az. Ramiz Lütfəli oğlu Məlik-Aslanov; 14 mart 1942, Bakı, Azərbaycan SSR, SSRİ) — dirijor, professor (1993), Azərbaycan Respublikasının xalq artisti (1991),Azərbaycan SSR Əməkdar incəsənət xadimi(1981), Beynəlxalq müsabiqələrin laureatı. Ramiz Lütfəli oğlu Məlik-Aslanov — 14 mart, 1942-ci il, Bakı Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanov ailəsindəndir. Erkən uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayıb. 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi (indiki Bülbül adına Xüsusi Musiqi Məktəbi) bitirib. 1959–1965-ci ilərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfi üzrə oxuyub bitirmişdi. 1966-cı ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası) opera-simfonik dirijorluq ixtisası üzrə aspiranturada təhsilini davam etdirmişdir. Musiqi məktəbində oxuduğu illər ərzində SSRİ xalq artisti Müslüm Maqomayevla eyni partada oturub, musiqi məktəbini bitirdikdən sonra dost olaraq qalıblar. ● 1971-ci ildə Leninqradda(indiki Sankt-Peterburq) dirijorluq debütünü etdi və bu ona şöhrət gətirdi. ● 1971-ci ildən Azərbaycan SSR Dövlət Televiziya və Radiosunun Simfonik Orkestrinə rəhbərlik etmişdir.
Xudadad bəy Məlikaslanov
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az-əbcəd. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف‎; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri. Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.