MƏMMƏDARİF
MƏMMƏDCAN
OBASTAN VİKİ
Məmmədbağır Bağırov
Məmmədbağır Bağırzadə (21 iyul 1950, Nardaran – 30 oktyabr 2005, Bakı) — müğənni, bəstəkar. Azərbaycanın xalq artisti (2002). == Həyat və yaradıcılığı == Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir. Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi. 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Məmmədbağır Bağırzadə

Məmmədbağır Qazızadə
Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə (? – 27 iyun 1910) — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq. == Həyatı == Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə İrəvan şəhərində anadan olmuşdu.İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Mehdi Qazızadədən, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Molla Məhəmmədbağır Qazızadə ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı. Molla Məhəmmədbağır Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı. Molla Məhəmmədbağır Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləri, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi.
Məmmədbağır Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
Məmmədbağır İbrahimov
Məmmədbağır İbrahim Əli oğlu — 12 dekabr 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. == Həyatı == İbrahimov Məmmədbağır Əli oğıu 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1964-cü ildə tibb elmləri doktoru, 1965-ci ildə professor, 1967-ci ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi adını almışdır. 1930-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinii stomatologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == Azərbaycanda işlədikdən sonra Qazaxıstana ezam olunmuş, Cənubi Qazaxıstan vilayət apteklər idarəsinin rəisi, Alma Ata vilayət səhiyyə şöbəsi müdirinin müavini, Cambul vilayət səhiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1941-ci ildə Monqolustanda işləmişdir. Monqolustan Xalq Respublikası Səhiyyə Nazirinin müşaviri olmuşdur. 1946-cı ildən Mockvada aspiranturada oxumuş, görkəmli səhiyyə təşkilatçısı N.A.Semaşkonun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Bakıya qayıtmış, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda sosial gigiyena və səhiyyənin təşkili kafedrasının müdiri vəzifəsində çalışmışdır.Tədqiqatları Azərbaycanda və Monqolustanda səhiyyənin tarixi və inkişafına həsr olunmuşdur. == Əsərləri == Здравоохранение Монголской Народной Республики, М., 1963; Здравоохранение Советского Азербайджана, М.. 1967.
Məmmədbağır Şeyxzamanlı
Məmmədbağır Şeyxzamanlı (1880, Yelizavetpol — 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi. == Həyatı == Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi təyin olunmuşdur. M.Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində Müsavat fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. M.Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M.Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir. Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli( Aran) ilə evlənmişdir.
Məmmədbağır Əliyev
Əliyev Məmmədbağır Cavad oğlu — həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası dövlət mükafatı laureatı. Ümumrusiya Azərbaycanlılar Konqresinin ilk prezidenti. == Həyatı == Məmmədbağır Cavad oğlu Əliyev 1955-ci ildə Kurqan-Tübə (http://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D1%80%D0%B3%D0%B0%D0%BD-%D0%A2%D1%8E%D0%B1%D0%B5) şəhərində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. == Fəaliyyəti == Məmmədbağır Əliyev 1979-1991-ci illərdə M.Əliyev xəstəxana və onkoloji mərkəzlərdə həkim işləmişdir. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək burada hərəkət dayaq aparatının şişləri şöbəsində aparıcı mütəxəssis kimi işləməyə başlamışdır. Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məmmədbağır Cavad oğlu Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalamışdır. == Elmi əsərləri == 150-dən artıq elmi işin, iki monoqrafiyanın bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Məmmədbağırlı
Məmmədbağırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Məmmədbağırlı kəndi

Məmmədbağırlı qəsəbəsi