1. Bazar qiyməti, nırx, müəyyən olunmuş qiymət. Günün məzənnəsi.
– [Axund:] [Xoruzu] məzənnədən aşağı satmayasan.
□ Məzənnə qoymaq – nırx təyin etmək, qiymətini müəyyənləşdirmək.
Məzənnəsi düşmək – qiyməti aşağı düşmək; ucuzlaşmaq.
2. a) qiymətli kağızların, xüsusi dövlət normativ aktları ilə müəyyənləşdirilən qiyməti; b) birjada səhmlərin, istiqraz vərəqələrinin, veksellərin və s. alınıb-satıldığı qiymət; kurs. …Fransa müharibədən sonra öz valyutasının məzənnəsini dəfələrlə aşağı salmışdır.