1. is. Əzab, əziyyət, sıxıntı, zəhmət, möhnət.
Gözlərindən və üzündən [dərvişin] yuxu və məşəqqət görünürdü.
Qurtarmışdı qışın sərt məşəqqəti; Açırdı ürəyi yazın ləzzəti.
□ Məşəqqət çəkmək – əzab çəkmək, əziyyət çəkmək, sıxıntı çəkmək, möhnət çəkmək.
Qıldın məni çünki sirrə məhrəm; Dur, çəkmə dəxi məşəqqətü qəm.
Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi.
2. Məşəqqətlə şəklində zərf – əziyyətlə, zəhmətlə, zorla.
Biçarə qolunun ağrısından bitab düşüb nəhayət məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi.