NƏRMƏ-NAZİK

sif.
1. İncə, zərif, nazik.
Ağ biləklərində qızıl bilərzik; Zərif, lətif, sevimli, nərmə-nazik. A.Səhhət.
[Zeynal:] Mənim belə nərmə-nazik dövlətli xanımlarından xoşum gəlmir… Ə.Əbülhəsən.
Teymurun qardaşı nərmə-nazik, ağbəniz və qəşəng olduğu üçün Şəmsi ona “qız Seymur” deyirdi. H.Seyidbəyli.

// məc. Ruh oxşayan, ürəyəyatan; incə, zərif.
Külli-Qarabağın abi-həyatı; Nərmə-nazik bayatıdır, bayatı. M.V.Vidadi.

2. Ağır, çətin, fiziki işlərə adət etməmiş, ümumiyyətlə, fiziki işdən qaçan adam haqqında (yalnız mənfi mənada işlənir).
NƏRİLTİLİ
NƏRMƏ-NAZİKLİK
OBASTAN VİKİ
Nazik Amiryan
Nazik Amiryan (tam adı: Nazik Hovanessi Amiryan, erm. Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır. Nazir Hovanessi Amiryan 14 mart 1967-ci ildə SSRİ-nin Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ermənistan Dövlət İqtisad Universitetindən məzun olmuşdur. Amiryan 1988–1989-cu illərdə ticarətçilik üçün nəzərdə tutulmuş Oğuz təlim kollecində müəllim kimi işləmişdir. O, 1999–2000-ci illərdə Təbiət Mühafizə Nazirliyinin Respublika Dövlət Ekoloji Ekspertizasının sədri olmuşdur. 1990–1994-cü illərdə Hadrut, Ağdərə və Füzuli cəbhələrində 5-ci Üçkilsə könüllü briqadasının Üçkilsə könüllü batalyonununda hərbi həkim olaraq fəaliyyət göstərmişdir. Hadturdakı döyüşlərdə əsir götürülən Amiryan bir neçə döyüşçü ilə Şuşadakı həbsxanaya göndərilmişdir. Onlar Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsindən sonra sərbəst buraxılmışdılar.
Nazik bağırsaq
Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenue; yun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür: Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA) Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA) Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA) Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s.
Nazik dağnanəsi
Nazik dağnanəsi (lat. Ziziphora tenuior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü.
Nazik pazdimdik
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Nazik qovaq
Aşağı Nazik (Puldəşt)
Aşağı Nazik (fars. نازك عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (117 ailə).
Nazik barmaq gekkonlar
Nazik barmaq gekkonlar (lat. Cyrtopodion) — Gekkonlar fəsiləsinə aid cins. Bədəninin uzunluğu 8 sm-dir. Uzun barmaqlara sahibdirlər. Bu cinsə 35 növ daxildir: Cyrtopodion agamuroides — Kələzəbənzər nazik barmaq gekkon Pakistan və İranın cənub-şərqində yayılıb. Cyrtopodion baigii; Pakistanın endemik canlısı, (2008) Cyrtopodion battalense; Pakistanın endemik canlısı, (1993) Cyrtopodion baturense; Pakistanın endemik canlısı, (1992) Cyrtopodion brachykolon; Pakistanın endemik canlısı, (2007) Cyrtopodion brevipes — Qısaayaq nazik barmaq gekkon; İranın endemik canlısı Cyrtopodion caspium — Xəzər gekkonu İranın şimalı, şimal-qərbi Əfqanıstan, Azərbaycan, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan. Cyrtopodion dattanense; Pakistanın endemik canlısı Cyrtopodion elongatum — Qobi gekkonu Cyrtopodion fedtschenkoi; Özbəkistan, Takikistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İranda. Cyrtopodion fortmunroi (Indogekko fortmunroi); Pakistanın endemik canlısı, (1993) Cyrtopodion gastrophole; İranın endemik canlısı Cyrtopodion golubevi; Pakistanın endemik canlısı, (2010) Cyrtopodion himalayanum — Himalay gekkonu; Hindistan və Nepal Cyrtopodion indusoani; Pakistanın endemik canlısı, (1988) Cyrtopodion kachhense — Sindx cılpaqəl gekkonu İran, Pakistan, Hindistan. Cyrtopodion kirmanense — Kirman gekkonu İranın endemik canlısı Cyrtopodion kohsulaimanai; Pakistanın endemik canlısı, (1991) Cyrtopodion lawderanum; Hindistanın endemik canlısı Cyrtopodion longipes — Uzunayaq gekkonu; İran, Əfqanıstan, Özbəkistan və Türkmənistan. Cyrtopodion medogense; Çinin endemik canlısı Cyrtopodion mintoni — Minton gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion montiumsalsorum — Punyab nazil barmaq gekkonu; Pakistanın endemik canlısı Cyrtopodion persepolense; İranın endemik canlısı, (2010) Cyrtopodion potoharense; Pakistanın endemik canlısı, (2001) Cyrtopodion rhodocaudum; Pakistanın endemik canlısı (Bəlucıstan), (1990) Cyrtopodion rohtasfortai; Pakistanın endemik canlısı, (1990) Cyrtopodion scabrum — Misir çılpaqəl gekkonu Türkiyə, Misir, İsrail, Oman, Səudiyyə Ərəbistanı, Efiopiya, İraq, İran, Əfqanıstan, Pakistan, Küveyt (ABŞ Texas ştatına aparılmışdır).
Yuxarı Nazik (Puldəşt)
Yuxarı Nazik (fars. نازك عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il məlumatına görə şəhərdə 2,466 nəfər yaşayır (613 ailə).
Nazik bağırsaq xərçəngi
Nazik bağırsaq xərçəngi — Nazik bağırsağın şişləri. Leyomioma nazik bağırsağın mezenximal hüceyrələrindən inkişaf edən və differensasiya olunmuş saya əzələlərindən ibarət törəmələrdir. Törəmələr ekstraluminal istiqamətdə inkişafa meyilli olduqları üçün klinik əlamətlər törətmədən böyük ölçülərə çata bilirlər. Lipoma OBB və qalça bağırsaqda çox rast gəlir. Selikaltı əsas və ya seroz qişanın yağ toxumasından inkişaf edir. Malignizasiya ehtimalı yox dərəcəsindədir. Çoxsaylı hamartomalar Peutz-Jegher sindromunda rast gəlir (dəri və selikli qişalarda piqmentasiyalar və mədə-bağırsaq sistemində çoxsaylı poliplər). Hamartomaların malignizasiya ehtimalı çox aşağıdır. Lakin qanaxma və BK kimi ağırlaşmalar törədirlər. Adenokarsinomalar nazik bağırsağın ən çox rast gələn bədxassəli törəmələridir (25–40%).
Nazik bağırsaq keçməzliyi sindromu
Nazik bağırsaq keçməzliyi sindromu — Kəskin bağırsaq keçməzliyi möhtəviyyatın bağırsaqdan keçişinin kəskin dayanması nəticəsində meydana çıxan təcili cərrahi vəziyyətdir, bağırsağın kəskin genişlənməsi, hipovolemiya və sepsis ilə xarakterizə olunur. Bu patoloji vəziyyət erkən müddətlərdə aradan qaldırılmadıqda ölüm ehtimalı yüksək olur.
Nazik bağırsağın qaz sistləri
Nazik bağırsağın qaz sistləri — Bu xəstəlik nadir rast gəlir və nazik bağırsağın divarında qazla dolu sistlərin formalaşması ilə xarakterizə olunur. Sistlər tək və çoxsaylı olur, diametri bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişir. Qaz sistləri həm yoğun, həm də nazik bağırsaqda rast gəlir.

Значение слова в других словарях