NAÇAQ sif. [ fars. ] bax nasaz 1-ci mənada. Neçə ildir naçağam. – Qarınqulu yeməkdə qoçaq olar, köməkdə naçaq. (Məsəl). [Tarverdi:] …Mən iki aydır azarlıyam, üç ildir naçağam! M.F.Axundzadə. Bir gün sağ olursan, yeddi gün naçaq; Övrətlər bağrını üzər, ağlarsan. M.V.Vidadi.