NAİB

[ər.] сущ. ист. наиб (1. векил, жанишин; padşahın naibi пачагьдин наиб; 2. гьаким, начальник, чӀехиди; 3. куьмекчи, гъилибан).
NAXÜNƏKÇİLİK
NAİBLİK
OBASTAN VİKİ
Naib Nametov
Naib Namətov
Naib Qasımov
Naib Yusifov
Naiq Yusifov (5 yanvar 1970, Ağdam, Tovuz rayonu – 24 mart 1992, Koxanəbi, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır. 24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxanəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır.
Naib Şirinov
Naib Şirin oğlu Şirinov (15 noyabr 1922, Malıbəyli – 2003, Bakı) — professor, Dövlət mükafatı laureatı. Naib Şirin oğlu Şirinov 1922-ci il noyabr ayının 15-də Qarabağda Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur. Xalqımızın bir sıra qeyrətli oğulları kimi Naib Şirinovun atası da represiyanın qurbanı olmuşdur. Atasına "xalq düşməni" adı verilməklə edam edilməsi onun gələcək həyatına ən böyük zərbə olmuşdur. 1939-cu ildə Ağdam Pedaqoji məktəbində təhsil alan gələcəyin görkəmli alimi Naib Şirinov 1941-ci ildə 19 yaşında Böyük Vətən müharibəsinə yollanır. 1942-ci ildə xəstəliklə əlaqədar olaraq ordudan tərxis olnan "xalq düşməninin" oğlu 1943-cü ildə yenidən könüllü olaraq cəbhəyə qayıdaraq Berlinin alınmasına qədər uzun bir döyüş yolu keçmişdir. Ordudan qayıtdıqdan sonra kəndlərində bir müddət pedaqoji fəaliyyətini davam etdirən Naib Şirinov təhsilini davam etdirmək üçün 1950-ci ildə Moskvaya yola düşür və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra o, vətənə qayıdaraq Azərbaycan EA Coğrafiya İnstitutunda işə düzəlir. 1960-cı ildən başlayaraq respublikamızda yeni sahə olan geomorfologiyanın inkişafında mühüm rol oynayan Naib Şirinov gərgin əməyi sayəsində coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. Onun Azərbaycanın müxtəlif sahələrinin geomorfoloji xəritələrinin iri miqyasda tərtib olunmasında kifayət qədər əməyi olmuşdur.
Naib Əminov
Əminov Naib Xalıq oğlu (20 fevral 1938, Salyan, Salyan rayonu) — biologiya elmləri doktoru, professor, Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsinin Arxivləşdirilib 2020-07-03 at the Wayback Machine müdiri (2000)., 1955ci il – Bakı şəhəri 7 saylı orta məktəb 1956cı il – ADU-nun Biologiya fakultəsinə qəbul 1961ci il – ADU-da Botanika ixtissını bitirmiş 1962ci il – Az. EA Genetika və Seleksiya institutunda kiçik elmi işçi 1962ci il – Ümum Rusiya Bitkiçilik İnstiutu ilə Genetika və Seleksiya institutunun taxillarin toplanılması məqsədilə birgə ekspedisiyası 1962 – 1963cü illər SSRİ EA Sitologiya institutunda “elekron mikroskopda tədqiqat işləri” metodikasını mənimsəmək üçün ezamiyyət (Leninqrad ş.) 1964 cü il – Ümum Rusiya Bitkiçilik İnstitutunun Sitologiya ixtisası üzrə aspirantura (Leninqrad ş.) 1967 ci il – Biologiya elmlər namizədliyi adı almaq üçün dissertasiya müdafiəsi (Leninqrad ş.) 1967 ci il – Genetika və Seleksiya İnstitutunun kiçik elmi işçisi 1969 cu il – Egilopslarin toplanması üzrə ekspedisiya 1969 cu il – Böyük elmi işçi 1969 – 1970 ci illər – SSRİ EA Molekulyar Biologiya İnstitutunda xromosomologiya sahəsində tədqiqatlar aparması 1972 ci il – N.İ. Vavilov adına URGS cəmiyyətinin simpoziumunun iştirakçısı (Moskva) 1972 ci il – SSR EA Sitologiya və embriologiya üzrə Problem Şurasının iclasında məruzə ilə çıxış “Vicia faba –nın endospermində politen xromosomlar” 1975 ci il – Beynəlxlq Botaniklər konqresinin iştirakçısı (Leninqrad ş.) 1978 ci il – XIV Beynəlxalq Genetiklər konqresinin iştirakçısı (Moskva) 1986 – 87 ci illər N.İ. Vavilov adına ümumi Genetika İnstitutunda yeni metodların mənimsənilməsi üzrə ezamiyyət (Moskva) 2000 ci il – Genetika və Seleksiya İnstitutunda elmi işlər üzrə direktor müavini 2000 ci il – Təkamülün sitogenetikası laboratoriyasının müdiri 2003 cü il – Genetik Ehtiyatlar İnstitutunun elmi işləri üzrə direktor müavini 2007 ci il – Doktorluq dissertasiyasının müdafiəsi və elmlər doktoru adı alması 2010 cu il – Professor rütbəsi alması Buğdanın təkamülü və filogenezinə dair 80-dən çox əsərin müəllifidir. 1982-ci ildə buğdanın ikinci genomunun donorunun Aegilops speltoides olması haqda irəli sürdüyü fikir indi molekulyar səviyyədə öz təsdiqini tapmışdır. Bir kitabın və iki monoqrafiyanın, o cümlədən “Buğda genomlarının təkamülü” monoqrafiyasının müəllifidir. Dənli-taxıl bitkilərinin mədəni və yabanı növlərinin toplanması üzrə 1962, 1968 və 1970-ci illərdə Ümum-Rusiya Bitkiçilik İnstitutu ilə Genetika və Seleksiya institutunun birgə təşkil olunmuş ekspedisiyalarının, 2008-ci ildə isə Beynəlxalq ekspedisiyanın fəal iştirakçısı olmuşdur. Genetik tədqiqatlarda formaəmələgəlmə mənbəyi kimi istifadə olunan yeni genom strukturuna malik sintetik buğda amfidiploidləri (AABDRR, AADDSS, AABBSS) yaradılmışdır. Yeni sintetik şaxəlisünbüllü tetraploid buğda növünün (T. abscheronicum Aliyeva et Aminov) və biri bərk, digəri yumşaq olmaqla, iki buğda sortunun müəllifidir. İran mənşəli Ae. speltoides Tausch –in tetra- və heksaploid buğdaların B genomunun donoru və habelə Ph-geninin zəif supressoru olduğu eksperimental olaraq sübuta yetirilmişdir. Genom strukturlarının eyniliyinə baxmayaraq, meyozu tənzimləyən genlər sisteminin hər bir növ üçün avtonomluğu müəyyən edilmişdir.
Naib Sofu Mehmed Paşa
Naib Sofu Mehmed Paşa (ö. 1625) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Razqradda dünyaya gəldi. Əndərundakı təhsilinin ardından silahdar oldu və 1611-ci ildə Misir bəylərbəyliyinə gətirildi. 1615-ci ilin fevralında İstanbula çağırıldı və divan vəziri oldu. Daha sonra Budin bəylərbəyi təyin edilsə də, yolda ikən geri çağrıldı və sədarət naibi oldu. Sultan Mustafanın taxta çıxmasının ardından üçüncü vəzir olaraq xidmətinə davam etdi. Ardından Rumeli və Sivas bəylərbəyliyinə gətirildi. 1619-cu ildə ikinci dəfə sədarət naibi, 1624-cü ildə ikinci dəfə Budin bəylərbəyi oldu.
Firdovsi Naibov
Firdovsi Qiyas oğlu Naibov (22 aprel 1935 – 29 noyabr 2009) — aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti (1978), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejissorluğu" kafedrasının müdiri, professor. == Həyatı == Firdovsi Naibov 1935-ci ildə Ağdam şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Teatr və Kino aktyoru" şöbəsini bitirib. Azərbaycan Dövlət Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Bu teatrda aparıcı səhnə ustası kimi 80-a qədər müxtəlif xarakterli rollar oynayıb. Bunların içində Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında Fərhad, İ. Coşqunun "Komsomol poeması"nda Cəlal, Vilyam Şekspirin "Romeo və Culyetta"sında Romeo, Ə. Abbasovun "Məlik Məmməd"ində Məlik Məmməd, C. Məmmədovun "Zəncirlənmiş Promotey"ində Zevs, Ş. Xurşudun "Məhəbbət novellası"nda Vasif, A. Babayevin "Yarımçıq şəkil"ində Bəhruz Kəngərli obrazları xüsusi qeyd edilməlidir. F. Naibov 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi pedaqoji fəalliyətə başlayıb, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlmişdir. 10 ilə yaxın "Teatr rejissorluğu" kafedrasına rəhbərlik etmişdir. Hazırladığı tələbələrin əksəriyyəti Respublikanın müxtəlif mədəniyyət ocaqlarında, teatr və televiziya kanallarında uğurlu fəaliyyət göstərirlər. Bir çoxları yüksək mükafatlara, fəxri adlara layiq görülmüşlər.
Fərhad Naibov
== Həyatı == Azərbaycan televiziyasında 40 ildən artıqdır ki çalışır. Fərhad Naibov rejissor kimi irimiqyaslı dövlət tədbirlərinin, ölkə prezidentinin iştirak etdiyi səfərlərin, keçirdiyi müşavirələrin efirə hazırlanması üzrə misilsiz təcrübəyə malikdir. Hazırda Azərbaycan televiziyasının "İnformasiya proqramları studiyası"nın bədii rəhbəridir. == Filmoqrafiya == Azərbaycan bayrağı (film) Mənə inanın!
Museyib bəy Naibov
Museyib bəy Həsən bəy oğlu Naibov (1868-?) - katib, mirzə Museyib bəy Həsən bəy oğlu 1868-ci ildə Şuşa qəzasının Ağdam kəndində anadan olmuşdu. 9 iyun 1910-cu ildə Ağdam kənd məktəbini bitirmişdi. 1910-cu ildə qəza idarəsində katib köməkçisi kimi işə başlamışdı. 1913-cü ildə qəza idarəsinə dəftərxana xidmətçisi, sonra mirzə təyin olunmuşdu. Sonra Tiflis şəhərinə dəyişilmişdi. Canişinlikdə və Qafqaz ruhani idarəsində çalışmışdı. Ənvər Çingizoğlu, Naibovlar, "Soy" dərgisi, 9 (29), 2009.
Naibli
Naibli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Naibə
Naibə — Azərbaycanlı adı. Naibə Allahverdiyeva — Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti (2018). Naibə Rəcəbova — Azərbaycan teatr aktrisası və rejissoru. Naibə Musayeva — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Naibə Allahverdiyeva
Naibə Səyavuş qızı Allahverdiyeva (28 may 1963, Tbilisi) — Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti (2018). Naibə Allahverdiyeva 28 may 1963-cü ildə Tbilisi şəhərində doğulub. Atası Səyavuş Allahverdiyev ilə anası Bilqeyis Məhərrəmqızı ayrılıblar. Dörd qardaşı, iki bacısı var. Rejissor Cahid Hilaloğlu Naibə Allahverdiyevanın ögey atasıdır. Naibə Allahverdiyeva M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Orada ona aktyor sənətindən və səhnə danışığında dörd il müddətində Fuad və Zəminə Hacıyevlər, Ələmdər Quluzadə, Mikayıl Mirzə kimi tanınmış teatr xadimləri dərs deyib. Ali təhsilli aktrisa təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib. Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin "Astana" tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra "Apardı sellər Saranı" tamaşasında Saranı, "Gülən adam"da Hersoginanı oynayıb.
Naibə Məmmədova
Naibə Məmmədova — Azərbaycan kimyaçı alimi, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi. Naibə Məmmədova 1959-cu il iyulun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Nax. DU) kimya ixtisası üzrə təbiyyat-coğrafiya fakultəsinə qəbul olunmuşdur. İlk elmi işlərini kimyaçı alim Y. Babayevin rəhbərliyi altında T. E. C.- xətti ilə həyata keçirmiş və fəxri fərmanlarla təltif edilmişdir. Naibə Məmmədova akademik Y. Məmmədəli-yev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu 1981-ci ildə bitirmişdir. 2004–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin "Kimya" kafedrasının dissertantı olmuşdur. O, qalay (IV) sulfid əsasında üçlü birləşmələrin alınması sahəsində tədqiqat işləri aparmışdır. 29 aprel 2011-ci il tarixində AMEA-nın akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda fəaliyyət göstərən D 01.021 Dissertasiya Şurasının iclasında "Qeyri-üzvi kimya" ixtisası üzrə "Metal (Ag+, Tl+, Cu+, Pb2+, Cu2+, Cd2+, Fe2+, Co2+, Ni2+) – SnS2-H2O sistemlərindən tiostannatların alınması və fiziki-kimyəvi xassələri" mövzusunda dissertasiya müdafiə etmiş, 2012-ci il 15 fevral tarixində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə dosent elmi adını almışdır.
Əkrəm Naibov
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980). "Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.
Naibə Əlibəyova
Naibə Əlibəyova (15 noyabr 1963, Bakı – 6 mart 2024) — azərbaycanlı aktrisa. 1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olub. 9 nömrəli məktəbi bitirib 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni - maarif işi" fakültəsinin "Kütləvi tamaşalar rejissoru" ixtisasına qəbul olunub. Universiteti bitirdikdən sonra Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri vəzifəsinə təyin olunub. Üç il təyinat müddətini başa vurandan sonra Bakıya qayıdıb və 1992-ci ilə qədər Musiqili Komediya Teatrında çalışıb. N. Əlibəyova daha çox "Bəyin oğurlanması" filmindəki Gülbadam rolu ilə tanınıb. Xərçəng xəstəliyindən əziyyət çəkirdi. 6 mart 2024-cü ildə vəfat edib. Bir qızı və Rüqayyə adlı bir nəvəsi var.

Digər lüğətlərdə