NAŞI

sif. [ ər. ]
1. Nabələd, xam, təcrübəsiz, bir işdən yaxşı xəbərdar olmayan. Naşı usta. Naşı adam. Naşı işçi.
– Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani.
Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur. M.S.Ordubadi.

// məc. Bişməmiş, püxtələşməmiş, təcrübəsiz, qeyri-kamil.
[Yazı] elə naşı, kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz. C.Məmmədquluzadə.
Şüşənin altında naşı, lakin həyəcanlı bir xətlə … yazılan bir kağız görürəm… Mir Cəlal.

2. Nabələd.
Şamo naşı adam dolaşan kimi dolaşır, sonra çox çətinliklə bir nöqtəni tapır və başqa birisinə keçirdi. S.Rəhimov.

// İs. mənasında.
Burada bir naşı ağlar; Əlində kaşı ağlar… (Bayatı).
Qabağa salma naşını; Vurdurar öz yoldaşını. Koroğlu”.

Синонимы

  • NAŞI xam — təcrübəsiz
  • NAŞI NAŞI Səhnəyə ilk dəfə çıxan naşı artist kimi zal onu tutmuşdu (H.Abbaszadə); BİTƏCRÜBƏ [Mirzə Tağı:] Padşahım, siz cavan və bitəcrübəsiniz, ona görə d

Антонимы

  • NAŞI NAŞI – TƏCRÜBƏLİ Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur (M
NAŞATIR
NAŞILIQ

Значение слова в других словарях