Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birlad
BIRLÁD — (rum. Bârlad [bɨrˈlad])Ruminiyanınnın ş.-ində, Vasluy judetində şəhər. Əh. 67,3 min (2006). Moldova yüksəkliyinin c.-unda, Bırladçayının (Siret çayının qolu) sahilindədir. Nəql. qovşağı (o cümlədən Buxarest–Kişinyov avtomobil yolu). Arxeoloji məlumatlara görə, təqr. 13 əsrin 2-ci yarısında yaranmışdır, yazılı mənbələrdə 15 əsrdən qeyd olunur. 1401 ildən Moldova knyazlığının tərkibində olmuşdur; Krım tatarlarının, osmanlıların, kazakların və polyakların yürüşləri zamanı dəfələrlə dağıdılmışdır (1440, 1659, 1711).
Bizlan
Bizlan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Bizlan kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim qədim İran dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, "divarla əhatə olunmuş ev, hasarlı ev" mənasındadır. Əslində Bizlan "dağla əhatə olunmuş" kimi izah edilməlidir. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin cənub-şərq ətəyində, Bakı-Muğanlı-İsmayıllı magistral yolu üstündə yerləşir. == Əhalisi == Bizlan kəndində 92 ev, 115 təsərrüfat var. Kənd əhalisinin ümumi sayı 466 nəfərdir. ki onunda 239 nəfəri kişi, 227 nəfəri qadındır. == Təhsil == Bizlan kənd orta məktəbinin açılışında H.Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iştirak etmişdir. Kənd məktəbində 70 şagird təhsil alır.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Məmmədov — Azərbaycan Bayrağı Ordeni (1994), Vətən uğrunda (25.06.2008) medallı Qarabağ müharibəsi iştirakçısı. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Biyac
Biyac (fars. بیاج‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 104 nəfər yaşayır (31 ailə).
Bəluc
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Birlad (çay)
Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur,yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.
Birlan (Urmiya)
Birlan (fars. بيرلان‎‎) və ya Bilan - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhərindən 8,5 km. cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (35 ailə).
Aşıq Bilal
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair. == Həyatı == 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur.
Bilal (Baymak)
Bilal (başq. Билал, rus. Билялово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km.Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Bilal Bilalov
Bilal Telman oğlu Bilalov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü. "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədridir. Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur (2009–2011). == Həyatı == Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986–1989-cu illərdə MDU-nun əyani aspirantı. 1989-cu ildə akademik Y. İ. Moiseyevin rəhbərliyi altında "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi" mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır.
Bilal Dadaşov
Bilal Ataş oğlu Dadaşov (30 dekabr 1915, Şamaxı – 13 fevral 2007) — azərbaycanlı alim, Azərbaycan SSR EA‐nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Dadaşov Bilal Ataş oğlu 1915‐ci il dekabrın 30‐da Şamaxı qəzasında (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur. 1931-ci il — Rəncbər kəndində məktəbi bitirmişdir. 1931–1934-cü illər — Xalq Təsərrüfatı İnstitutunun fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1934–1939-cu illər — Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi,eyni zamanda üzvi kimya kafedrasının laborantı işləmişdir.Dövlət imtahan komissiyasının qərarı ilə fakültəni əla qiymətlərlə bitirdikdən sonra fiziki kimya kafedrasında assistent kimi saxlanılmışdır. 1939-cu ildə BDU-nun fiziki-kimya kafedrasının aspirantı olmuşdur. 1940–1945-ci illər BDU-nun kimya fakültəsində Y.H.Məmmədəliyev ilə birgə işləmişdir. 1944-cü il — Kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün ''Azərbaycanın vulkanik küllərinin təsirindən piroqazın propilen fraksiyasının katalitik oksidləşməsi''mövzusunda dissertasiya müdafiə etmişdir. Onun elmi rəhbəri D.İ.Mendeleyevin tələbəsi V.İ.Tixomirov olmuşdur. 1944–1945-ci illər — SSRİ XKŞ yanında AAK -ın qərarı ilə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır və eyni zamanda Fiziki kimya ixtisası üzrə baş elmi işçi və BDU-nun fiziki kimya kafedrasının dosenti elmi adları təsdiq olunmuşdur.
Bilal Dündar
Bilal Dündar (15 oktyabr 1946, Qars, Qars ili) — Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycan Konqresinin vitse-prezidenti. == Həyatı == 1946-cı il oktyabrın 15-də Qars şəhərində anadan olmuşdur. 1970-ci ildə Ankara Ticarət və Turizm Yüksek Oğretmen Okulunu bitirmişdir.1970-1973-cu illərdə Çorum Ticarət liseyində, 1973-1978-ci illərdə İzmit Axşam və Gunduz liseyində, 1979-cu ildə isə Kocaelidə məslək yuxarı siniflərdə muəllim, Ədliyyə Nazirliyində ekspert, Anadolu Dərnəklər Birliyində sədr vəzifəsində calışmışdır. 1995-ci ildən "Kocaeli" qəzetinin muxbiridir. 2002-ci ildə "Yazdıqlarım", 2004-cu ildə "Sezdiklərim", 2008-ci ildə "Bildiklərim", 2009-cu ildə "Duşunduklərim", 2011-ci ildə "Gördüklərim" adlı kitabları nəşr olunmuşdur. 2004-cu ildən Kocaeli Azərbaycan Evi Dərnəyinin sədridir. 2006-cı ildən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, 2010-cu ildən isə Avropa Azərbaycan Konqresinin vitse-prezidentidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Bilal Hassani
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Bilal Rzayev
Bilal Novruz oğlu Rzayev (15 yanvar 1997; Alar, Cəlilabad, Azərbaycan — 24 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bilal Rzayev 1997-ci ildə Cəlilabadın Alar kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Bilal Rzayev Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Cəlilabadda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bilal Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bilal Rzayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bilal Rzayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bilal Rzayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Bilal Sezər
Bilal Səidov
Bilal Səidoviç Səidov (10 iyun 1914 – 15 noyabr 1994, Qroznı) — SSRİ, çeçen aktyoru, teatr rejissoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, jurnalisti və Çeçen-İnquş Dram Teatrının direktoru, Çeçen-İnquş kukla teatrının direktoru, Çeçen-İnquşetiya Yazıçılar Birliyinin və SSRİ Yazıçılar İttifaqının üzvü (1939), SSRİ Jurnalistlər İttifaqının üzvü (1958). == Həyatı == Bilal Səidov 1914-cü ildə Çeçenistanın Makheti kəndində kəndli ailəsində anadan olub. Doğma kəndində orta məktəbdə, sonra Qroznıda teatr studiyasında təhsil almışdır. 1933–1936-cı illərdə Şota Rustaveli adına Tbilisi Teatr Studiyasında oxumuşdur. Orada rejissor ixtisasına yiyələnmişdir. Evə qayıtdıqdan sonra Çeçen-İnquş Dram Teatrında aktyor və rejissor köməkçisi olaraq çalışmağa başlamışdır.1941–1942-ci illərdə Qırmızı Orduda xidmət etmişdir. Sonra "Qırmızı Bayraq" qəzetinin məsul katibi işləmişdir. Sürgün edildiyi illərdə ticarətlə məşğul olub. 1957–1959-cu illərdə vətənə qayıtdıqdan sonra "Leninsky Put" respublika qəzetinin xüsusi müxbiri idi. 1960–1961-ci illərdə respublika kukla teatrının direktoru, X. Nuradilov adına Çeçen-İnquş Dram Teatrının ədəbi bölməsinin rəhbəri olub.
Bilal İnci
Bilal İnci — Türkiyənin keçmiş tanınmış aktyorlarından biri. Onlarla kino və televiziya filmində, teleserialda və teatr tamaşasında rol almışdır. Kinofilmlərdə daha çox mənfi obrazları canlandırmışdır.
Bilal İsmayılov
Bilal İsmayılov — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin Həmkarlar təşkilatının rəhbəri (1992-2001). Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir. == Həyatı == Bilal Bayram oğlu İsmatılov 1940-cı il 31 dekabrda Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1947-ci ildə İkinci Şıxlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş 1957-ci ildə həmin məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutuna qəbul edilmiş və 1962-ci ildə həmin institutun Avropa dilləri fakültəsinin fransız dili və Azərbaycan dili bölməsini “yüksək” qiymətlərlə bitirmişdir. == Elmi fəaliyyəti == Ali təhsili başa vurduqdan sonra Qasım İsmayılov (indiki Goranboy rayonu) rayonuna işləməyə göndərilmuşdir və 1962-ci ilədək həmin rayonda müəllim kimi çalışmışdır. Hələ institutda təhsil aldığı dövrdə B.B.İsmayılov elmi işə maraq göstərmiş və tələbə elmi dərnəklərində iştirak etmişdir. Orta məktəbdə müəllimlik etdiyi dövrdə də onun elmə olan marağı sönməmişdir. Həmin dövrdə B.B.İsmayılov o vaxt ilk dəfə nəşr edilən X sinif üçün “Fransız dili” dərsliyinə geniş tənqidi rəy yazmış və həmin rəyi “Azərbaycan müəllimi” qəzetində dərc etdirmişdir. B.B.İsmayılovun elmə olan marağı və müəllimlik dövründə ciddi olaraq elmi hazırlığını davam etdirməsi ona M.F.Axundov adına APXDİ-nın aspiranturasında təhsilini davam etdirməsi üçün əsas yarətmışdır. O, 1965-ci ildə yuxarıda adı çəkilən ali məktəbin aspiranturasına daxil olmuş və qısa müddətdən sonra 1965-ci ilin dekabrında Leninqrad (hazırkı Peterburq) Universitetinin məqsədli aspiranturasına göndərilmişdir.
Bilal Əhməd
Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor. == Həyatı == Bilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rus və alman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir. Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar.
Bilal Əliyev
Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının xalq artisti (2009). == Həyatı == Bilal Şahşirin oğlu Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub. Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə A. Zeynallı adına Musiqi Texnikumunun "Xanəndə" fakültəsinə daxil olmuş, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə həmin ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir. O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Məd Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Almaniyada, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsinin I ildönümü münasibəti ilə Fransanın Strassburq şəhərində keçirilən tədbirlərdə öz məlahətli səsi ilə Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır. Son illərdə B. Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş, Azərbaycan musiqisini tərənnüm etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür.
Bilal Həbəşi
Bilal ibn Rubah əl-Həbəşi (ərəb. بلال بن رباح‎ Bilal ibn Rabah al-Habaşi) — Məhəmməd peyğəmbərin səhabəsi. İlk müəzzin. == Həyatı == Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur. Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı.
Bilal Həsəni
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Bilal Kiçibəyov
Kiçibəyov Bilal Səlim oğlu — tibb elmləri doktoru, professor. == Həyatı == Bilal Kiçibəyov 1932-ci ildə Xaçmaz rayonunun Yasaboba kəndində anadan olub. Kənd yeddiillik və Xudat şəhər Çkalov adına orta məktəbi bitirdikdən sonra, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1955-ci ildə həmin institutda təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1955-1961-ci illərdə Azərbaycanın Cəbrayıl və Xudat rayonlarında sanitariya-epidemioloji stansiyanın baş həkimi vəzifələrində işləyib. 1962-1965-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun aspirantı kimi Leninqrad Elmi-Tədqiqat Radiasiya Gigiyenası İnstitutuna ezam olunub və 1965-ci ildə aspiranturanı "Mingəçevir və Ceyranbatan su hövzələrinin radiasion-gigiyenik səciyyələndirilməsi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi ilə bitirib. 1975-ci ildə "Azərbaycan SSR əhalisinə radiasiya təsirini göstərən əsas amillərin gigiyenik səciyyələndirilməsi" mövzusunda doktorluq disseratasiyasını müdafiə edib. SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, general-polkovnik F.Q. Krotkov məktəbinin yetişdirməsi və davamçısıdır. 1965-1995-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universitetinin) "Ümumi gigiyena" kafedrasının assistenti, dosenti, professoru, "Kommunal gigiyena" kafedrasının müdiri vəzifəsində işləyib. 1995-ci ildə Rusiya Federasiyasının "Yujdağ" institutuna tibb fakültəsinin təşkili üçün dəvət olunub, orada "Gigiyena, sosial təbabətin, səhiyyənin təşkili və iqtisadiyyatı" kafedrasını təşkil edərək ona rəhbərlik edib. 2001-ci ildə Azərbaycana qayıdaraq "Odlar Yurdu" Universiteti tibb fakültəsinin professoru, 2002-ci ildən isə Azərbaycan Beynəlxalq Universitetinin "Profilaktik təbabət" kafedrasının müdiri vəzifəsində işləyib.
Bilal Mahmudov
Bilal Mahmudov (5 may 1929 – 14 mart 2018) — Azərbaycan Kommunist Partiyası Balakən Rayon və Kürdəmir Rayon Komitəsinin birinci katibi. == Haqqında == 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuşdur. Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bilal Mahmudov 89 yaşında vəfat edib.
Bilal Məmmədov
Bilal Əhliman oğlu Məmmədov (1963, Sırxavənd, DQMV) — Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərmiş, «Azərbaycan Bayrağı Ordeni» (1994), «Vətən uğrunda» (25.06.2008) medallı Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Bilal Əhliman oğlu Məmmədov 1963-cü ildə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. 1980-ci ildə kənd orta məktəbini bitirib Bakı Yeyinti Sənaye Texnikumuna daxil olmuşdur. 1982-ci ildə Texnikumu bitirən B.Məmmədov Sovet ordusu sıralarına çağrılır. Hərbi xidmətini Vladivostok vilayətində başa vurmuşdur. 1991-ci ildə Bilal Məmmədov radiodan eşidir ki, erməni quldurları öz avtomobillərində ot biçininə gedən dayısı Novruz İmanovu, dayısı oğlu Mahal İmanovu, əmisi Qəzənfər Həsənovu və əmisi oğlu Vaqif Həsənovu güllələyərək, maşına od vurub yandırıblar. Bu hadisədən sonra Bilal Sırxavənd kəndində Bəhmən Məmmədovun rəhbərlik etdiyi özünümüdafiə batalyonunda vuruşur. Ağır döyüşlərdə özünümüdafiə batalyonunun komandiri Bəhmən Məmmədov qəhrəmanlıqla həlak olandan sonra batalyonun döyüşçüləri bütünlükə Ağdama gəlib Şirin Mirzəyevin batalyonuna qoşuldular, beləliklə, irimiqyaslı döyüşlər başladı. Bilal həmişə ön cərgədə olurdu. Onun qarşısıalınmaz döyüşmək ehtirası, düşməndən qisas almaq çağırışları, od-alovun içinə atılmaq cəsarəti döyüş yoldaşlarını da ruhlandırır, onlara inam gətirirdi.
Bihaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Bixaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Yovan Biyeliç
Yovan Biyeliç (30 iyun 1884, Kolunic[d] – 12 mart 1964, Belqrad) — Rəssam və akademik. XX əsrin ən məşhur Yuqoslaviya rəssamlarından biri, Yuqoslaviya və Serbiyanın koloristik ekspressionizminin görkəmli nümayəndəsi. 5 dekabr 1963-cü ildə Serbiya Elmlər Akademiyasının Belqraddakı Təsviri İncəsənət və Musiqi Bölməsinin həqiqi üzvu seçilib.Biyeliç, 100 ən görkəmli serb siyahısına daxildir. == Həyatı == Yovan Biyeliç əvvəlcə Sarayevoda Yan Karel Yanievskidən rəssamlıq təhsili alıb, sonra 1909–1913-cü illərdə Krakov Rəssamlıq Akademiyasında Teodor Aksentoviç, Leon Vychulkovski, Yozef Pankyeviçin tələbəsi olub. Daha sonra, 1913–1914-cü illərdə Parisdə "Academy de Grande"də dərslərdə iştirak edib. 1915-ci ildə Praqada təhsilini davam etdirib. 1919-cu ildən Belqradda yaşayayaraq əvvəlcə rəsm müəllimi, sonra Belqrad Milli Teatrında səhnə tərtibatçısı və rəssam kimi çalışıb. Sonra, müxtəlif vaxtlarda Danica Antic, Pavle Vasiç, Duşan Vlajic, Nikola Graovac, Miomir Denic, Peja Milosavlevich, Cordje Popovic, Yuritsa Ribar, Alexa Celebonovic və başqalarının iştirak etdiyi rəssamlıq məktəbi təşkil edir. Yovan Biyeliç Yuqoslaviya incəsənət qruplarının ("Rəssamlar qrupu", "Forma", "Azad və Müstəqil") yaradıcılarından biri və üzvüdür. 1912-ci ildən Yuqoslaviya rəssamlarının 200-ə yaxın qrup sərgisində iştirak etmiş, 1919-cu ildən ölkədə və xaricdə fərdi sərgiləri təşkil etmişdir.
Beluc dili
Bəluc dili - İran, Əfqanıstan, Pakistan və Türkmənistan ərazilərində yayılmış dildir. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində bəluc dilində danışanların ümumi sayını 2.753.850 nəfər təxmin etmişdir. Hazırda bu dildə danışanların ümumi sayı 4,5 milyondan yuxarıdır. İki əsas dialektə bölünür: qərbi və şərqi. Pakistan və Əfqanıstandakı bəlucların yazısı ərəb qrafikası əsasında tərtib olunub.