NEYROCƏRRAH
NEYROCƏRRAHLIQ
OBASTAN VİKİ
Neyrocərrahiyyə
Neyrocərrahiyyə (ing. Neurosurgery) — Neyrocərrahiyyə və ya nevroloji cərrahiyyə, ümumi dildə beyin cərrahiyyəsi kimi tanınan, beyin, onurğa beyni, mərkəzi və periferik sinir də daxil olmaqla sinir sisteminin hər hansı bir hissəsini təsir edən xəstəlilkərin qarşısının alınması, diaqnostikası, cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan tibbi ixtisasdır. Müxtəlif ölkələrdə fərdin qanuni olaraq neyrocərrahiyyə ilə məşğul olması üçün müxtəlif tələblər var . Əksər ölkələrdə neyrocərrah təhsili üçün tibb fakültəsini bitirdikdən sonra minimum yeddi il müddətinə ehtiyac duyur Ağrıları aradan qaldırmaq üçün baş üzərində əvvəlcədən düşünülmüş əməliyyatlar min illərdir mövcuddur, lakin neyrocərrahiyyədə nəzərəçarpacaq irəliləyişlər yalnız son yüz ildə baş verib. Görünür, İnkalar Avropanın müstəmləkəçiliyindən əvvəl trepanasiya kimi tanınan proseduru tətbiq ediblər. 936-cı ildən 1013-cü ilə qədər Əl-Əndəlusda orta əsrlərdə Əl-Zəhravi baş xəsarətləri, kəllə sınıqları, onurğa zədələri, hidrosefaliya, subdural efüzyonun cərrahi müalicəsini həyata keçirib. . Hua Tuo mafeisan adlı ilk ümumi anesteziya yaratdı. o bunu beyində cərrahi əməliyyatlarda istifadə etdi. Neyrocərrahlar aşağıdakı tibbi problemlərlə məşğul olur: Onurğa sütunu xəstəlikləri, Fəqərə arası disk yırtqları, degenerativ xəstəliklər, skalioz, fəqərələrin patoloji sınıqları, Baş beyin şişləri, İntraserebral və ekstraserebral şişlərin mikrocərrahiyyəsi, Hipofiz adenomaların endoskopik cərrahiyyəsi, Onurğa beyin şişləri, İntramedulyar və ekstramedulyar şişlərin mikrocərrahiyyəsi, Uşaq neyrocərrahiyyəsi, İnkişaf qüsurları, anadangəlmə baş və onurğa beyin yırtıqları, hidrosefaliyalar, kraniostenozlar, uşaqlarda rast gəlinən şişlər, Bas və onurğa sütunun travmaları, İntraserebral, Epidural, Subdural hematomalar, basılmiş sınıqlar, kəllə sümüyünün defektləri, Fəqərələrin sınıqları və s. Nevrologiyada həkim-nevropatoloqlar tərəfindən müalicəsi mümkün olmayan, cərrahi müdaxilələrlə sağaldılan bir sıra xəstəliklər Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə Kafedrasında Neyrocərrahiyyə üzrə müxtəlif dərəcəli elmi dissertasiyalar müdafiə etmiş professorlar, tibb elmləri namizədləri, tibb üzrə fəlsəfə doktorları həm kafedranın nəzdində, həm də müxtəlif klinikalarda fəaliyyət göstərirlər.
Pediatrik neyrocərrahiyyə
Pediatrik neyrocərrahiyyə sinir sistemi, beyin və onurğa beyni ilə əlaqəli cərrahi prosedurları özündə cəmləşdirən və operativ nevroloji xəstəlikləri olan uşaqları müalicə edən neyrocərrahiyyənin alt ixtisasıdır. 1929-cu ildə Harvi Kuşinq və Frank İnqreham tərəfindən əsası qoyulan Boston Uşaq Xəstəxanası ABŞ-də uşaqlar üçün ixtisaslaşdırılmış neyrocərrahiyyə xidməti göstərən ilk xəstəxana idi. 2009-cu il etibarı ilə ABŞ-də 200-dən az uşaq neyrocərrahı var idi. Onların təxminən 80%-ni kişilər təşkil edirdi. Son 25 ildə uşaq neyrocərrahiyyəsi proqramını 391 həkim bitirib. Onların yalnız 70%-i böyüklər üçün neyrocərrahiyyədən ilk növbədə uşaq neyrocərrahiyyəsinə yönəlib. Onların təxminən 70%-i isə akademik tibbdədir.
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası — Londonun Kraliça Meydanı ərazisində yerləşən nevroloji xəstəxana. UCLH (ing. University College London Hospitals NHS Foundation Trust) hissələrindən biridir. İngiltərədə sırf sinir sistemi xəstəliklərinin müalicəsinə həsr olunmuş ilk xəstəxanadır. O, London Universitet Kolleci (UCL) ilə sıx bağlıdır və eyni sahənin UCL Nevrologiya İnstitutu ilə müştərək nevrologiya tədqiqatları üçün əsas mərkəzdir. Xəstəxana 1859-cu ildə İohanna Çandler tərəfindən Kraliça Meydanında İflic və Epileptiklər üçün Milli Xəstəxana olaraq təsis edilmişdir. Xəstəxana 1880-ci illərin əvvəllərində tamamilə yenidən quruldu: Şərq Qanadı 1881-ci ildə Şahzadə Yelena tərəfindən, Qərb Qanadı isə 1885-ci ildə VII Eduard tərəfindən yenidən açıldı. 1904-cü ildə o, İflic və Epilepsiya Xəstələrinə Yardım və Müalicə Milli Xəstəxanası adlandırıldı. Xəstəxanada 244 stasionar çarpayı və doqquz əməliyyat otağı (iki angioqrafiya əməliyyat otağı daxil olmaqla) mövcuddur.

Digər lüğətlərdə