NİDA

I. i. 1. exclamation; 2. qram. interjection

II. s. exclamatory; ~ işarəsi exclamatory mark; mark of exclamation, note of exclamation; ~ cümləsi exclamatory sentence

NİCATVERİCİ
NİFAQ
OBASTAN VİKİ
Nida
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir Nidaların müxtəlif məna növləri var: Sevinc, heyranlıq, təəccüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey,Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz. Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey.
Nida (Nerinqa)
Nida (lit. Nida, alm. Nidden‎) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə. Kazimir Buqa qəsəbənin adını XV əsrdə Nyda (Neyde) kimi adı çəkilən Prussiya çayının adına oxşadırdı. Çünki Kelt dillərinin arealında su hovuzlarının oxşar adları (Mayna Nidda axını, Saara Niyed axını və s.) qalmışdı. K. Buqa güman edirdi ki, ola bilsin, Nida adı sanskrit mənşəlidir, burada nedati “axır, keçir” deməkdir. XIV-cü əsrin əhl-səliblərin hərbi yollarının təsvirində adı çəkilən qədim Nida, müasirindən 2 km cənubda, Baltik dənizinə yaxın yerləşirdi. XVII-ci əsrin sonunda küləklər onu qumla örtmüşdü. Bugünkü Nida üç kiçik kənd: Nida, Skruzdine və Purvinenin birləşməsi nəticəsində əmələ gəlib. XIX-cu əsrin sonunda Nidanı burada yayı keçirən alman ekspressionistləri şöhrətləndirməyə başladı və Nida rəssamlar koloniyasını (Makc Pexşteyn, Lovis Korinf, Karl Şmidt-Rotluf, Ernst Molenxauer və s.) yaratdı.
Nida (dəqiqləşdirmə)
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsi. Nida işarəsi — durğu işarəsi. Nida cümləsi Nida (Nerinqa) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə.
Nida cümləsi
Nida cümləsi söylənilən fikrə emosional münasibət bildirən cümlələrə deyilir. Nəqli cümlə, sual və əmr cümlələri adi tonla tələffüz edildiyi kimi, yüksək tonla tələffüz edilərək, hiss-həyəcanla dolğunlaşdırıla bilir və bu zaman nida cümlələri yaranır; məs.: Zaman bizə bir anadır! Biz zamanın övladıyıq! Mən həyatın bu hökmünü ömrüm boyu alqışladım! (S.Vurğun) Bir ayaqları gorda olan bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?! (İ.Hüseynov) Qoy göyün ulduzu göyə nur saçsın, Yerin də arzusu yerdə gül açsın! (S.Vurğun) S.Vurğundan verdiyimiz ilk cümlələr nəqli, ikinci misal sual, sonuncusu əmr cümləsi əsasında yaranmış nida cümlələridir. Nida cümlələrinin formalaşmasında intonasiyanın rolu əsasdır. İntonasiya vasitəsilə adi nəqli cümlələrdə şadlıq, sevinc, qəzəb, nifrət, təəccüb, heyrət, istehza, təəssüf və s. kimi hisslər ifadə olunur, emosional münasibət cümlənin yüksək tonla tələffüzünə, nida cümləsi kimi formalaşmasına səbəb olur; məs.: Bəsdi!
Nida işarəsi
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
NİDA Vətəndaş Hərəkatı
NİDA Vətəndaş Hərəkatı (N!DA kimi üslublaşdırılmışdır) — Bakıda bir qrup gənc tərəfindən 2011-ci ilin fevral ayında qurulmuş vətəndaş hərəkatı. N!DA — Azərbaycan vətəndaşlarının Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında birliyidir. Hərəkat 5 nəfərdən ibarət idarə heyəti tərəfindən idarə olunur. Hərəkatın məqsədi Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin demokratikləşdirilməsi; İctimai-siyasi proseslərə vətəndaşların, xüsusilə gənclərin ve tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılmasıdır. Hərəkat yarandığı 2011-ci ilin 17 aprel tarixində Bakının mərkəzində etiraz aksiyası keçirib. 2011-ci il 13 oktyabr N!DA Vətəndaş Hərəkatı yeni veb saytının təqdimatını keçirib. 2011-ci il 8 dekabr Bakıda qiymət artımına etiraz olaraq stiker aksiyası təşkil olunub. 2011-ci il 13 dekabr N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Kitab oxumağı necə təbliğ etmək olar?" adlı tədbir təşkil edilib.

Значение слова в других словарях