Nis

coğ. Nice

nimdaşlıq
nisbət
OBASTAN VİKİ
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Nis Qrot
Nis Qrot (d. 4 may 1988) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Nis Qrot Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Həndəsi nisbətlər qanunu
Həndəsi nisbətlər qanunu Bu qanun David Dalton (1803) tərəfindən kəşf olunmuşdur: Əgər iki element bir-birilə bir neçə birləşmə əmələ gətirirsə, bunlardan birinin eyni kütləsinə düşən digər elementin kütlələri nisbəti sadə tam ədədlərin nisbəti kimidir. Məsələn, CO2 ilə CO birləşmələrində karbonla oksigenin kütlələri nisbəti 12:32 və 12:16 nisbəti kimidir. Deməli, karbonun oksigenin sabit kütləsi ilə birləşən kütlələri nisbəti 2:1-ə nisbəti kimidir. Bu qanun əsasında Dalton hidrogenin kütləsini şərti olaraq vahid qəbul edərək elmə nisbi atom kütləsi anlayışını daxil etmişdir. Hal-hazırda isə göstərdiyimiz kimi nisbi atom kütlə vahidi olaraq karbon-12 izotopunun molyar kütləsinin 1/12 qəbul edilmişdir.
Jozef Nisefor Nyeps
Jozef Nisefor Nyeps (d. 7 mart, 1765 - ö. 5 iyul, 1833) - Fransız ixtiraçı. == Həyatı == 7 mart 1765-ci ildə fransız ixtiraçı, dünyada ilk fotonun müəllifi Jozef Nisefor Nyeps (Joseph Nicephore Niepce) doğulmuşdur . == Fəaliyyəti == 1822-ci ildə o, ilk dəfə "Açılmış stol" (Table ready) adlı foto təsviri yaratmışdır. 1826-cı ildə ilk fotonu çəkmiş və beləliklə dünyada ilk çəkilən fotonun müəllifi kimi tanınmışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Lathyrus nissolia
Lathyrus nissolia (lat. Lathyrus nissolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Liam Nison
Uilyam Con "Liam" Nison (ing. William John "Liam" Neeson; 7 iyun 1952[…]) — İrlandiya aktyorudur. == Həyatı == Liam Nison 7 iyun 1952-ci ildə Şimali İrlandiyada doğulmuşdur. Məktəb illərində boksla maraqlanmış, hətta burnunu da sındırmışdır. Nison boks üzrə idman karyerasını uğurla davam etdirməsinə baxmayaraq, onun ikinci arzusu teatrda işləmək idi. Liam Nison Kral Universitetini bitirdikdən sonra teatr truppasında kiçik səhnələrdə rol alır. 1970-ci illərin sonlarından başlayaraq filmlərdə çəkilməyə başlayır. 1986-cı ildə Liam Əgər sabah açılsa mini-serrialına çəkilir. Bu mini-serial onun karyerasında ən uğurlu filmlərindən biridir. 1999-cu ildə Ulduz müharibələri.
Moşe Nissim
Moşe Nissim (ivr. ‏משה נסים‏‎; 10 aprel 1935, Qüds) — İsrailli siyasətçi, vitse-baş nazir. == Haqqında == Moşe Nissim Fələstində anadan olub. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və milli xidməti müddətində İsrail Müdafiə Qüvvələrində ədliyyə məmuru vəzifəsində çalışmışdır. 1955–1973-cü illərdə İsrailin Sefardi Baş Rabbi vəzifəsini icra edən Rabbi İshaq Nissimin oğludur.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nisa Surəsi
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nisakabad (Bükan)
Nisakabad (fars. نيسك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (14 ailə).
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Nisbi URL
Nisbi URL – cari sənədlə eyni bir kataloqda olan sənədin birformalı resurs göstəricisi (URL). Məsələn, əgər veb-səhifədə <a href=“doc1.html”> istinadı varsa, onda doc1.html sənədi cari səhifənin yerləşdiyi kataloqda axtarılacaq. Əgər hər iki faylı başqa bir kataloqa, yaxud ayrı-ayrı kompüterlərə köçürsəniz, istinad yenə də düzgün işləyəcək. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi geoxronologiya
Nisbi hündürlük
Nisbi hündürlük- Yer səthində iki və ya bir neçə nöqtənin bir-birindən şaquli xətt üzrə olan məsafəsinə deyilir. Nisbi hündürlüyü ölçəndə dəniz səviyyəsi nəzərə alınmır, dərənin dibi, dağın ətəyi və ya zirvəsi sıfır götürülür və başqa bir səviyyəyə nisbətən hesablanır. Məsələn, Azərbaycanda Bazardüzü dağının Babadağına nisbətən hündürlüyünü hesablamaq üçün birincinin hündürlüyündən (4466 metrdən) ikincinin hündürlüyünü (3629 metri) çıxıb nisbi hündürlüyün 837 metr olduğunu tapmaq olar.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi kəmiyyətlər
Nisbi kəmiyyətlər — Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyətin müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. == Nisbi kəmiyyətlərin ifadə formaları == === Əmsal === Nisbi kəmiyyətlərin ən sadə forması bir kəmiyyətin digər eyni keyfiyyətli kəmiyyətdən neçə dəfə çox və ya az olduğunu göstərən əmsal (dəfə) göstəricisidir. Nisbi kəmiyyətin bu ifadə formasından, adətən, müqayisə olunan gösrərici müqayisə əsasını təşkil edən göstəricidən çox-çox fərqli olduqda istifadə edilir. === Faiz === Müasir dövrdə nisbi kəmiyyətlərin ən geniş yayılmış ifadə formalarından biri də faizdir. Müqayisə edilən ədədi müqayisə üçün əsas götürülmüş kəmiyyətə bölüb, 100-ə vurduqda nisbi kəmiyyət faizlə ifadə edilmiş olur. === Promille və prodesimille === Nisbi kəmiyyətlər əhali və səhiyyə statistikasında çox tez-tez promille (ədədin mində biri) və prodesimille ilə (ədədin on mində biri) ifadə olunurlar. Promilledə müqayisə üçün əsas götürülən kəmiyyət 1000-ə, prodesimilledə isə 10000-ə bərabər götürülür. "Promille" latınca hər 1000-ə düşən, "prodesimille" isə hər 10000-ə düşən mənasında istifadə edilir. Promilledən əhali statistikasında, prodesimilledən isə səhiyyə(tibb) statistikasında geniş istifadə edilir.
Nisbi və mütləq rütubətlilik
== Rütubətlilik == Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında, qalan isə su damcıları və buz halında olur. Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur. Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir. Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir. == Mütləq rütubətlilik == Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır. O, qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür. Mütləq rütubətlilik temperaturdan asılıdır. Temperatur artdıqca havada olan suyun miqdarı da artdı. Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir. == Nisbi rütubətlilik == Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisə Surəsi
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nisəbəyim
Nisə Bəyim (tam adı: Rəhimova Nisəbəyim İsmayıl qızı; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur. Bu vaxtdan etibarən onun yazıları "Azərbaycan", "Ulduz", "Gənclik", "Azərbaycan qadını", "Pəncərə" və digər dərgilərində, müxtəlif qəzetlərdə, Tehranda nəşr olunan "Yol" jurnalında, "Yaşıl budaqlar", "Vətən sevgisi", "Min beş yüz ilin oğuz şeiri", "Poeziya günü", "Aran" toplu və almanaxlarında dərc olunmuşdur.
Nisəbəyim Bulağı
Nisəbəyim Bulağı — Culfa rayonunun Şurud kəndində ərazisində ziyarətgah. == Haqqında == İlandağın zirvəsinə qalxan cığırdan azca aralıdır. Yerli camaat arasında möhkəm kök salmış adətə görə, meyvə ağaclarına tırtıl daraşanda, xəstəlik düşəndə ziyarətgaha qurban deyər, yaxud "Nisəbəyim bulağı"ndan su gətirib ağaclara çiləyər xeyir-bərəkət, bol məhsul diləyərdilər. Bundan sonra sanki canlanar, azar-bezardan qurtarardı, arzu və niyyətlər hasil olardı. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 450. ISBN 5-8066-1468-9.
Nisəkələ
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Milə olmuş ,sonralar isə Nisəkələ kimi bilinmisdir.Nisə sözünün mənası "gunduşməz yer",quzey mənasını verir, "kələ " isə qələ ,ev, yaşayış yeri mənasindadir.Milə adı ilə bağlı kəndin ətrafında Milə təngi, Milə dərəsi,Milə ocaği, Milə çayi kimi toponimlər bu gündə geniş islədilməkdədir.
Nisəqala
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Milə olmuş ,sonralar isə Nisəkələ kimi bilinmisdir.Nisə sözünün mənası "gunduşməz yer",quzey mənasını verir, "kələ " isə qələ ,ev, yaşayış yeri mənasindadir.Milə adı ilə bağlı kəndin ətrafında Milə təngi, Milə dərəsi,Milə ocaği, Milə çayi kimi toponimlər bu gündə geniş islədilməkdədir.
Nisəqələ
Nisəqələ və ya Nisəqala — Azərbaycan Respublikasının Yardımlı rayonunun Çay Üzü kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Milə olmuş ,sonralar isə Nisəkələ kimi bilinmisdir.Nisə sözünün mənası "gunduşməz yer",quzey mənasını verir, "kələ " isə qələ ,ev, yaşayış yeri mənasindadir.Milə adı ilə bağlı kəndin ətrafında Milə təngi, Milə dərəsi,Milə ocaği, Milə çayi kimi toponimlər bu gündə geniş islədilməkdədir.